İnternet fəlsəfə ensiklopediyası (ing. Internet Encyclopedia of Philosophy – Abr: IEP) — fəlsəfi mövzular istiqamətli onlayn ensiklopediya.[2] Ensiklopediya hamı üçün girişi açıq olan resenziyalı məqalələr paylaşır. Ensiklopediyada iştirak əsasən dəvətlə həyata keçirilir və öz sahələrində aparıcı olan ekspertlər tərəfindən ensiklopediyaya töhfələr verilir.[3][4]
İnternet fəlsəfə ensiklopediyası | |
---|---|
Tipi | Onlayn ensiklopediyalar |
Dilləri | ingilis dili[1] |
Açılma tarixi | 1995 |
Fəlsəfəni ictimaiyyətə geniş bir formada təqdim etmək istəyən filosof Ceyms Fizer tərəfindən qeyri-kommersiya təşkilatı olaraq təsis edilmişdir.[5] Ensiklopediyanın hal-hazırkı baş redaktorları Ceyms Fizer və Bredli Doudendir. Həmçinin çox sayda müxtəlif sahələr üzrə redaktorlara və könüllü istifadəçilərə də malikdir.[6][7] 2009-cu ildə vebsayt HTML formatından WordPress-ə keçmişdir.[8]