İnternet marketinqi (ing. internet marketing) — müştərilərə məhsul və ya xidmət satmaq və onlarla münasibətlərini idarə etmək üçün ənənəvi onlayn marketinqin bütün aspektlərindən istifadə təcrübəsi[1].
İnternet marketinqi sosial medianın tanıdılması (SMM)[2], axtarış sisteminin optimallaşdırılması (SEO), e-poçt marketinqi, axtarış motoru marketinqi (SEM), gələn marketinq, ortaq marketinq və digər sahələri əhatə edir.
İnternet marketinqindən istifadə edərkən fiziki təmaslar tələb olunmur ki, bu da ofislərin və ya nümayəndəliklərin saxlanılması xərclərini azaldır[3].
Müasir ədəbiyyatda İnternet marketinqinin çoxlu tərifi var. Məsələn[4]:
İnternet marketinqi — İnternetin hipermedia mühitində klassik marketinq nəzəriyyələrini təşkil etmək üçün işlər, tədbirlər və manipulyasiyalar kompleksidir..
— Артём Климови «Электронная коммерция и интернет маркетинг» Полный курс.: Издательский дом «Delibri», 2020. — 388 с.
İnternet marketinqi elektron ticarətin bir hissəsidir. Buna onlayn marketinq də deyilir. SMM, SEO, PPC, məlumat idarəçiliyi, PR, internet analitiği, müştəri inkişafı (məhsul və xidmətləri yaxşılaşdırmaq üçün müştərilərdən rəy toplamaq) kimi hissələri əhatə edə bilər.
E-ticarət və internet marketinqi internetə çıxışın genişlənməsi ilə məşhurlaşdı və hər hansı bir normal marketinq kampaniyasının ayrılmaz hissəsidir. Onlayn marketinq və reklam seqmenti həm istehlak sektorunda, həm də hər gün yeni onlayn mağazaların ortaya çıxması və B2B bazarında artmaqdadır.
İnternet marketinqinin əsas üstünlükləri interaktivlik, ən dəqiq hədəfləmə imkanı, veb-sayt çevrilməsi və onlayn reklamın ROI kimi göstəricilərin maksimum artımına səbəb olan klikdən sonrakı analiz imkanıdır.
İnternet marketinqi ənənəvi marketinqdən bir sıra üstünlüklərə malikdir: