. Love.az

Iqbal Agazade - Wikipedia - Love.az

Ana Səhifə - Iqbal Agazade
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd.[1]

İqbal Ağazadə
Azərbaycan Ümid Partiyasının sədri
Vəzifədədir
15 dekabr 2002-ci ildən
ƏvvəlkiƏbülfət Əhmədov
Azərbaycan Respublikasının Milli Məclisi II, III və IV çağırış deputatı
2005 – 2015
Seçki dairəsi2005, 2010 — 35 saylı Xətai üçüncü
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıAraz Əlizadə
7 yanvar 2001 – 17 oktyabr 2003
Seçki dairəsi2001 — 10 saylı Xətai ikinci
ƏvvəlkiBabaxan Muradov
SonrakıVəzifə ləğv edildi.
Vətəndaş Birliyi Partiyasının katibi
1999 – 2000
SədrAyaz Mütəllibov
SonrakıSabir Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 18 sentyabr 1968(1968-09-18) (56 yaş)
Doğum yeri
  • Merdinli, Füzuli, Azərbaycan SSR
Partiya
  • Vətəndaş Birliyi Partiyası (1999–2000),
  • Azərbaycan Ümid Partiyası (2002–)
Təhsili
  • 4 saylı fars dili təmayüllü internat məktəbi[d],
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Siyasi fəaliyyəti
    • 2.1 Partiya fəaliyyəti
  • 3 Şəxsi həyatı
  • 4 Mənbə
    • 4.1 İstinadlar

Həyatı

redaktə

İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərilməlidir]

Ailəsi

redaktə

Evlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

redaktə

Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib.

Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.

2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd olsa da seçilə bilməyib.

Partiya fəaliyyəti

redaktə

1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci ildə Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir.[2]

Şəxsi həyatı

redaktə

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. Ümid Partiyası adından verilən açıqlamada Əliyevin Azərbaycan və Azərbaycan xalqı adına "ən düzgün seçim" olduğu qeyd edilmişdir.[3]

Mənbə

redaktə
  • Azərbaycanın Milli Məclisi

İstinadlar

redaktə
  1. ↑ Prezidentliyə namizəd İqbal Ağazadənin bioqrafiyası [ölü keçid]
  2. ↑ "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  3. ↑ "İqbal Ağazadə seçkilərdə İlham Əliyevi dəstəklədi". Qafqazinfo. 18 dek 2023. 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İqbal_Ağazadə&oldid=8046590"
LOVE.AZ