İqor Vladimiroviç Jejelənko (ukr. Ігор Володимирович Жежеленко; 11 aprel 1930[1], Mariupol – 29 mart 2022[2], Mariupol, Donetsk vilayəti[3]) — sənaye müəssisələrinin enerji təchizatı sahəsində SSRİ-Ukrayna alimi, texnika elmləri doktoru, professoru, Priazov Dövlət Texniki Universitetinin "Sənaye müəssisələrinin enerji təchizatı" kafedrasının müdiri, Jdanov Metallurgiya İnstitutunun/Priazov Dövlət Texniki Universitetinin rektoru (1981–2003).
İqor Jejelenko | |
---|---|
ukr. Ігор Володимирович Жежеленко | |
Doğum tarixi | 11 aprel 1930(1930-04-11)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 mart 2022(2022-03-29)[2] (91 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | Elektroenergetika |
Elmi dərəcəsi | |
Təhsili |
|
Mükafatları |
![]() ![]() ![]() |
pstu.edu/uk |
Jejelənko Priazov Dövlət Texniki Universitetinin fəxri rektoru, Macarıstanın Mişkolts Universitetinin və Almaniyanın Vyurtsburq Tətbiqi Elmlər İnstitutunun fəxri doktoru olmuşdur.
11 aprel 1930-cu ildə Ukrayna SSR-nin Mariupol (Jdanov) şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1954-cü ildə Moskva Energetika İnstitutunu "Elektrik stansiyaları, şəbəkələr və sistemlər" ixtisası üzrə bitirmiş və Qlazov şəhərindəki p/ya 38 müəssisəsində işə başlamışdır. 1961-ci ildən Jdanovda yerləşən "Ukrqipromez" filialında çalışmışdır. 1967-ci ildə Kiyev Politexnik İnstitutunda energetika sahəsində namizədlik dissertasiyasını, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.[4]
1966-cı ildən Jdanov Metallurgiya İnstitutunda çalışmışdır: baş müəllim, sonra dosent, 1969-cu ilin sentyabrından elektrotexnika kafedrasının müdiri, 1977-ci ilin iyunundan sənaye müəssisələrinin enerji təchizatı kafedrasının müdiri. 1979-cu ilin oktyabrından tədris-metodiki iş üzrə prorektor, 1981–2003-cü illərdə isə Jdanov Metallurgiya İnstitutunun rektoru olmuşdur.[4]
29 mart 2022-ci ildə Mariupolda vəfat etmişdir.[5]
Elmi fəaliyyəti İqor Volodimiroviç Jejelənko "Sənaye müəssisələrinin enerji təchizatının effektivliyi və keyfiyyəti" elmi istiqamətinin banisidir. Onun elmi maraq dairəsinə yüksək harmoniklər, asimmetriya, gərginlik sapmaları və dalğalanmaları, reaktiv gücün kompensasiyası kimi problemlərin təhlili daxildir.[4] İ. V. Jejelənko yerli və xarici nəşrlərdə 460-dan çox məqalənin, o cümlədən 18 monoqrafiya, dərslik və tədris-metodiki vəsaitin, 20 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 7 doktorluq və 44 namizədlik dissertasiyası hazırlanmış və müdafiə edilmişdir.[4]