. Love.az

Iqor Jejelenko - Wikipedia - Love.az

Ana Səhifə - Iqor Jejelenko

İqor Vladimiroviç Jejelənko (ukr. Ігор Володимирович Жежеленко; 11 aprel 1930[1], Mariupol – 29 mart 2022[2], Mariupol, Donetsk vilayəti[3]) — sənaye müəssisələrinin enerji təchizatı sahəsində SSRİ-Ukrayna alimi, texnika elmləri doktoru, professoru, Priazov Dövlət Texniki Universitetinin "Sənaye müəssisələrinin enerji təchizatı" kafedrasının müdiri, Jdanov Metallurgiya İnstitutunun/Priazov Dövlət Texniki Universitetinin rektoru (1981–2003).

İqor Jejelenko
ukr. Ігор Володимирович Жежеленко
Doğum tarixi 11 aprel 1930(1930-04-11)[1]
Doğum yeri
  • Mariupol, Ukrayna SSR, SSRİ
Vəfat tarixi 29 mart 2022(2022-03-29)[2] (91 yaşında)
Vəfat yeri
  • Mariupol, Donetsk vilayəti, Ukrayna[3]
Elm sahəsi Elektroenergetika
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Təhsili
  • Moskva Energetika İnstitutu[d]
Mükafatları 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna)
Ukraynanın əməkdar elm və texnika xadimi Ukrayna SSR Əməkdar elm və texnika xadimi
pstu.edu/uk

Jejelənko Priazov Dövlət Texniki Universitetinin fəxri rektoru, Macarıstanın Mişkolts Universitetinin və Almaniyanın Vyurtsburq Tətbiqi Elmlər İnstitutunun fəxri doktoru olmuşdur.

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Əsərləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

11 aprel 1930-cu ildə Ukrayna SSR-nin Mariupol (Jdanov) şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1954-cü ildə Moskva Energetika İnstitutunu "Elektrik stansiyaları, şəbəkələr və sistemlər" ixtisası üzrə bitirmiş və Qlazov şəhərindəki p/ya 38 müəssisəsində işə başlamışdır. 1961-ci ildən Jdanovda yerləşən "Ukrqipromez" filialında çalışmışdır. 1967-ci ildə Kiyev Politexnik İnstitutunda energetika sahəsində namizədlik dissertasiyasını, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.[4]

1966-cı ildən Jdanov Metallurgiya İnstitutunda çalışmışdır: baş müəllim, sonra dosent, 1969-cu ilin sentyabrından elektrotexnika kafedrasının müdiri, 1977-ci ilin iyunundan sənaye müəssisələrinin enerji təchizatı kafedrasının müdiri. 1979-cu ilin oktyabrından tədris-metodiki iş üzrə prorektor, 1981–2003-cü illərdə isə Jdanov Metallurgiya İnstitutunun rektoru olmuşdur.[4]

29 mart 2022-ci ildə Mariupolda vəfat etmişdir.[5]

Elmi fəaliyyəti İqor Volodimiroviç Jejelənko "Sənaye müəssisələrinin enerji təchizatının effektivliyi və keyfiyyəti" elmi istiqamətinin banisidir. Onun elmi maraq dairəsinə yüksək harmoniklər, asimmetriya, gərginlik sapmaları və dalğalanmaları, reaktiv gücün kompensasiyası kimi problemlərin təhlili daxildir.[4] İ. V. Jejelənko yerli və xarici nəşrlərdə 460-dan çox məqalənin, o cümlədən 18 monoqrafiya, dərslik və tədris-metodiki vəsaitin, 20 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 7 doktorluq və 44 namizədlik dissertasiyası hazırlanmış və müdafiə edilmişdir.[4]

Mükafatları

redaktə
  • Ukrayna SSR Əməkdar elm və texnika xadimi (1990)[6]
  • "Yaroslav Mudrı adına" mükafat (1997)[6]
  • "Müqəddəs Vladimir adına" mükafat (1999)
  • III dərəcəli "Xidmətlərinə görə" ordeni (2020)[7]
  • Mariupolun fəxri vətəndaşı – "Mariupolda təhsil və mədəniyyətin inkişafına verdiyi xidmətlərə görə" (1996)[8]

Əsərləri

redaktə
  • Жежеленко, Игорь Владимирович. Качество электроэнергии на промышленных предприятиях / И. В. Жежеленко, М. Л. Рабинович, В. М. Божко.— Киев : Техніка, 1981.— 160 с. : ил.; 22см.
  • Жежеленко, Игорь Владимирович. Методы вероятностного моделирования в расчетах характеристик электрических нагрузок потребителей / И. В. Жежеленко, Е. А. Кротков, В. П. Степанов.— Изд. 2-е, перераб. и доп.— М. : Энергоатомиздат, 2003.— 217, [2] с. : ил., табл.; 20см ISBN 5-283-01279-4 : 1500
  • Жежеленко, Игорь Владимирович. Технические средства обеспечения качества электроэнергии в электрических сетях с дуговыми сталеплавильными печами / И. В. Жежеленко, М. Л. Рабинович, В. М. Божко.— Киев : о-во "Знание" УССР, 1982.— 23 с. : ил.; 20см— (В помощь лектору и специалисту / О-во "Знание" УССР, ISSN Эффектив. использ. материальных и топлив.-энерг. ресурсов).
  • Жежеленко, Игорь Владимирович. Электромагнитные помехи в системах электроснабжения промышленных предприятий / И. В. Жежеленко, О. Б. Шиманский.— Киев : Вища шк., 1986.— 117,[2] с. : ил.; 20см.
  • Жежеленко, Игорь Владимирович. Высшие гармоники в системах электроснабжения промпредприятий / И. В. Жежеленко.— 2-е изд., перераб. и доп.— М. : Энергоатомиздат, 1984.— 160 с. : ил.; 20см.
  • Жежеленко, Игорь Владимирович. Методы вероятностного моделирования в расчетах характеристик электрических нагрузок потребителей / И. В. Жежеленко, Е. А. Кротков, В. П. Степанов.— 2. изд., перераб. и доп.— Самара : Самар. гос. техн. ун-т, 2001.— 193, [2] с. : ил., табл.; 20см. ISBN 5-7964-0244-7
  • Жежеленко, Игорь Владимирович. Показатели качества электроэнергии и их контроль на промышленных предприятиях / И. В. Жежеленко.— 2-е изд., перераб. и доп.— М. : Энергоатомиздат, 1986.— 166,[1] с. : ил.; 20см— (ЭТЭ Экономия топлива и электроэнергии).
  • Жежеленко, Игорь Владимирович. Основные положения проблемы повышения качества электроэнергии на промышленных предприятиях / И. В. Жежеленко, М. Л. Рабинович, В. М. Божко.— Киев : О-во "Знание" УССР, 1980.— 33 с.; 20см— (Энергетика и электрификация / О-во "Знание" УССР).
  • Жежеленко, Игорь Владимирович. Высшие гармоники в системах электроснабжения промпредприятий / И. В. Жежеленко.— 3-е изд., перераб. и доп.— М. : Энергоатомиздат, 1994.— 264,[1] с. : ил.; 21см. ISBN 5-283-01219-0 : Б. ц.
  • Жежеленко, Игорь Владимирович. Реактивная мощность в системах электроснабжения : [Учеб. пособие для спец. "Электроснабжение"] / И. В. Жежеленко, Ю. Л. Саенко; М-во высш. и сред. спец. образования УССР, Учеб.-метод. каб. по высш. образованию, Мариуп. металлург. ин-т.— Киев : УМКВО, 1989.— 105,[2] с. : ил.; 20см.

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://biography.nbuv.gov.ua/data/data/bibliogr/2741.pdf.
  2. ↑ 1 2 https://pstu.edu/uk/novyny/igor-volodymyrovych-zhezhelenko-shanuyemo-pamyatayemo/.
  3. ↑ 1 2 https://donbas24.news/news/mariupol-cerez-viinu-vtracaje-naukovciv-mdu-ta-pdtu.
  4. ↑ 1 2 3 4 Игорь Владимирович Жежеленко : указатель печатных трудов (PDF). Мариуполь: Приазовский государственный технический университет. Т. В. Ткаченко. 2010. 6.
  5. ↑ "Ігор Володимирович Жежеленко. Шануємо. Пам'ятаємо". ДВНЗ «ПДТУ» (ukrayna). 2023-03-29. 2024-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
  6. ↑ 1 2 "Лауреати академічних нагород Академії наук вищої школи України". 2007-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-19.
  7. ↑ Указ президента Украины от 15 травня 2020 года № 186/2020 "Про відзначення державними нагородами України з нагоди Дня науки"
  8. ↑ "Жежеленко Ігор Володимирович". Проєкт 90 (ukrayna). 2020-02-27. 2024-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.

Xarici keçidlər

redaktə
  • Библиография на сайте НТБ Приазовского Государственного Технического университета, Мариуполь
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İqor_Jejelenko&oldid=8118859"
LOVE.AZ