. Love.az

Iqtisadi Inkisaf - Wikipedia - Love.az

Ana Səhifə - Iqtisadi Inkisaf
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

İqtisadi inkişaf — iqtisadiyyat və istehsal qüvvələri, təhsil, elm və mədəniyyətin, insanların həyat səviyyəsinin müntəzəm olaraq keyfiyyət və struktur baxımından müsbət istiqamətdə dəyişməsi ilə xarakterizə olunan iqtisadi prosesdir. İqtisadi inkişaf həm də ictimai əlaqələrin inkişafını nəzərdə tutur və buna görə də tarixən formalaşmış texnoloji və maddi nemətlərin bölgüsünün müxtəlif sistemlərində bir-birindən fərqlənir.

Dünya Bankının 2014-ci ilə olan məlumatına əsasən AQP üzrə adambaşına düşən ÜDM səviyyəsinə görə dünya ölkələrinin vəziyyəti

Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri - əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir.

İqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərdir. İnsan kapitalı deyərkən, insanların təhsil, səhiyyə, elm, əmək şəraiti və həyat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər nəzərdə tutulur.

Xarici keçidlər

redaktə
  Vikianbarda İqtisadi inkişaf ilə əlaqəli mediafayllar var.
  • Макконнелл К.Р., БРЮС. Л. 14 издание. ЭКОНОМИКС. Москва: Инфа-М, 2005
  • Шумпетер Й.А. (1883—1954). Теория экономического развития Arxivləşdirilib 2013-12-26 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İqtisadi_inkişaf&oldid=8096530"
LOVE.AZ