İsrail–İran proksi münaqişəsi İran və İsrail arasında 1985-ci ildən bəri davam edən proksi münaqişəsidir.[1] İsrail-Livan münaqişəsində İran Livan şiə milislərini, Hizbullahı, İsrail-Fələstin münaqişəsində isə HƏMAS kimi Fələstin qruplarını dəstəkləyib. İsrail İran Xalq Mücahidləri Təşkilatı kimi iranlı üsyançıları dəstəkləyib, Suriyadakı İran müttəfiqlərinə qarşı hava hücumları təşkil edib və İranın nüvə alimlərinə sui-qəsd təşkil edib. 2018-ci ildə İsrail qüvvələri Suriyadakı İran qüvvələrinə birbaşa hücum etdi.[2]
İran-İsrail proksi münaqişəsi | |||
---|---|---|---|
![]() | |||
Tarix | 16 fevral 1985 - davam edir | ||
Yeri | |||
Münaqişə tərəfləri | |||
|
|||
|
1979-cu il İslam inqilabından sonra İran İzrail ilə əlaqələri kəsdi, lakin gizli əlaqələr sonrakı İran-İraq müharibəsi zamanı davam etdi. İran 1982-ci ildə İsrailin Livana təcavüzünə müqavimət göstərmək üçün Hizbullahı öyrətdi və silahlandırdı. İsrailin Cənubi Livanı işğalı zamanı şiə milislərini dəstəkləməyə davam etdi.
Hələ 1979-cu ildən əvvəl İran islamçıları fələstinliləri maddi cəhətdən dəstəkləmişdilər; 1979-cu ildən sonra İran Fələstin Azadlıq Təşkilatı, daha sonra isə Fələstin İslami Cihadı və HƏMAS ilə əlaqələrə cəhd etdi. İsrail 2006-cı ildə Hizbullahla müharibə aparıb. İsrail Qəzza zolağı və ətrafında 2008–2009, 2012, 2014, 2021 və 2023-cü ildən bəri fələstinlilərlə bir neçə müharibə aparıb.[3]
Israel and Iran have been urged to step back from the brink after their most serious direct confrontation, with Israeli missiles being fired over war-torn Syria in a "wide-scale" retaliatory attack many fear could drag the foes into a spiralling war.