. Love.az

Iribas Xul - Wikipedia - Love.az

Ana Səhifə - Iribas Xul

İribaş xul (lat. Ponticola gorlap) — başının iri olması ilə fərqlənir. Başı və bədənin ön hissəsi qalınlaşmış formadadır. İkinci bel üzgəcinin hündürlüyü demək olar ki, bərabərdir. Qarın sormac yaxasının pərləri xırda fərdlərlə iti, iri fərdlərdə isə kütdür. Belində tünd qonur xallar var. Böyürlərində bu xalların sayı beşdir. Onlardan biri üçkünc formalı quyruq üzgəcinin əsasındadır.

İribaş xul
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Dəstə:
Xulkimilər
Fəsilə:
Xullar
Cins:
Ponticola
???:
İribaş xul
Beynəlxalq elmi adı
  • Ponticola gorlap Boris Ilyin, 1949
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  637978
EOL  215213

Mündəricat

  • 1 Yayılması
  • 2 Yaşayış yeri və həyat tərzi
  • 3 Çoxalması
  • 4 Təsərrüfat əhəmiyyəti
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Yayılması

redaktə

Xəzərin sahil zonasının daşlıq hissələrində yayılmışdır. Azərbaycan bölməsində ən çox Abşeron və Neft Daşları rayonunda, digər sahil zonasında və şirin su hövzələrində yayılmışdır. Xəzərdə bir yarımnöv - Qorlap xulu- N.kgorlap İijin əmələ gətirir. Qara dəniz növündə başın forması az və ya çox dərəcədə iti, Xəzər növündə isə üçkünc və kütdür.

Yaşayış yeri və həyat tərzi

redaktə

Dənizin sahil zonasında və şirin su hövzələrində azsaylıdır. Sahilin daşlı hissələrində Abşeron rayonunda və Kür Daşı adasında onun miqdarı artır. Çaylarda və onların qollarında, daha çox Kürdə, Lənkərançayda, Astaraçayda, Mingəçevir və Varvara su anbarlarında yayılmışdır.

Çoxalması

redaktə

2-3 yaşında cinsi yetişkənliyə çatır, aprel - may aylarında Volqanın aşağılarında və Orta Xəzərin qərb sahillərində çoxalır. Məhsuldarlığı 1302 - 6905 ədəd kürüdən ibarətdir. Balığın bədəni açıq - boz rəngində olduğundan sahil daşlıqları arasında onları görmək çox çətin olur.

Təsərrüfat əhəmiyyəti

redaktə

Vətəgə əhəmiyyəti yoxdur. Həvəskar balıqçılar üçün yaxşı ov obyektidir.[1]

Ədəbiyyat

redaktə
  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 141.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 212 s.

İstinadlar

redaktə
  1. ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh77.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İribaş_xul&oldid=5329373"
LOVE.AZ