. Love.az

Isa Bey Hacinskinin Evi Iceriseher - Wikipedia - Love.az

Ana Səhifə - Isa Bey Hacinskinin Evi Iceriseher
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

İsa bəy Hacınskinin evi — Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşir. Evin memarı Misak Ter-Krikoryants olmuşdur.[1]

İsa bəy Hacınskinin evi
Xəritə
40°21′34″ şm. e. 49°50′02″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Yerləşir Bakı, Neftçilər prospekti
Memar Misak Ter-Krikoryants[d]
Tikilmə tarixi 1912
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Muzeyin binası
  • 3 Görüntülər
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Bina 1912-ci ildə tikilib. Zəngin Hacınskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, Bül-Bül prospekti, Füzuli küçəsi ünvanındakıları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. Bakı bulvarının salınmasında İsa bəy Hacınski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara gəlir. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətta İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır.[2] Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.

1910-cu ildə Hacınski kinoproyektor gətizdirmişdi və mütəmadi olaraq orada yeni filmlərin nümayişini edirdi.

Muzeyin binası

redaktə

Binada bir sıra üslublara rast gəlmək olur, qotik, barokko, modern və sairə. Binanın üzərində bu gün də de Qollun adına vurulmuş memorial lövhəni görmək mümkündür.[3]

Görüntülər

redaktə
  •  
  •  
  •  
    Binanın gecə görünüşü
  •  
  •  
    Hacınski evinin eksteryeri

İstinadlar

redaktə
  1. ↑ "Архитекторы Азербайджана 19 и начала 20-го века". Our Baku (rus). 2011. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  2. ↑ "Tarixin sınağında". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-09.
  3. ↑ "memarlıq binaları". 2018-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsa_bəy_Hacınskinin_evi_(İçərişəhər)&oldid=7799735"
LOVE.AZ