. Love.az

Islam Bey Albiyev - Wikipedia - Love.az

Ana Səhifə - Islam Bey Albiyev

İslam-Bek(a) Said-Tsilimoviç Albiyev (rus. Ислам-Бе́к(а) Саид-Цили́мович Альби́ев; 28 dekabr 1988, Qroznı) — yunan-roma üslubunda çıxış edən Rusiya güləşçisi. 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı, 2009-cu il Dünya Çempionatı qalibi, iki qat Avropa çempionu, Rusiya daxili yarışların çoxqat çempionu. 2005-ci ildən idman güləşi üzrə Rusiya millisinin üzvüdür.[2] Karyerasını 2000-ci ildə başlayan Albiyev 2016 Yay Olimpiya Oyunlarından sonra 16-illik karyerasını bitirməyə qərar verdi.

İslam-Bəy Albiyev
2016 Olimpiadasında Albiyev (qırmızı) Azərbaycan güləşçisi Rəsul Çunayevə qarşı
2016 Olimpiadasında Albiyev (qırmızı) Azərbaycan güləşçisi Rəsul Çunayevə qarşı
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Rusiya
Doğum tarixi 28 dekabr 1988(1988-12-28) (36 yaş)
Doğum yeri
  • Qroznı, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ
Təhsili
  • Çeçen Dövlət Pedaqoji İnstitutu[d]
Boyu 165 sm
Çəkisi 60 kq
İdman növü idman güləşi[d], Yunan-Roma güləşi
Karyera illəri 2000–2016
Məşqçisi David Kadilov[1]
Əhməd Hasayev
F.P.Avakov
Umatgirey Tavbulatov
Komandası Mərkəzi Ordu İdman Klubu
Medallar
Olimpiya Oyunları
Qızıl 2008 Pekin 60 kq-ya qədər
Dünya Çempionatı
Qızıl 2009 Herninq 60 kq-ya qədər
Gümüş 2013 Budapeşt 60 kq-ya qədər
Dünya Kuboku

Şablon:Bürüncmmedal

Qızıl 2008 Sombatxey komanda
Qızıl 2009 Klermon Ferran 60 kq-ya qədər
Qızıl 2009 Klermon Ferran komanda
Avropa Kuboku
Qızıl 2009 Vilnüs 60 kq-ya qədər
Bürünc 2009 Belqrad 66 kq-ya qədər
Qızıl 2009 Riqa 66 kq-ya qədər
Universiada
Gümüş 2013 Kazan 66 kq-ya qədər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İdman nəticələri
  • 3 İctimai fəaliyyəti
  • 4 Mükafatları
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

İslam-Beka Albiyev çeçen əsilli güləşçidir. Onun ilk məşqçisi Əhməd Atabiyeviç Hasayev olmuşdur. O, 2005-ci ildə Albiyev Avropa Çempionatının qalibi adını qazandıqdan bir neç ay sonra ağır xəstlikdən vəfat etdi. 2016-cı ilə olan məlumata əsasən, onun məşqçisi qismində David Kadilov çıxış edirdi.[1] Albiyev 2005-ci ildən Rusiya Federasiyasının milli komandasına birləşdirilən "Sparta" idman klubunu təmsil etməyə başladı. İslambekin ən yüksək nailiyyəti 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən Yay Olimpiya Oyunlarında 60 kioqrama qədər çəkidə qazandığı qızıl medaldır, həlledici qarşılaşmada o, Azərbaycan güləşçisi Vitali Rəhimova qalib gəlmişdir. O, yunan-roma güləşi üzrə bu nailiyyətə çatan ən cavan güləşçi sayılır: 19 yaş, 7 ay və 15 gün. O, vətənində alqışlarla qarşılanmışdır və Çeçenistanın o vaxtkı prezidenti Ramzan Kadırov onun Olimpiyadada qələbəsi barədə bu cür fikir bildirmişdir: "Bu gün bu oğlan Çeçenistan Respublikasının nüfuzu üçün min diplomatdan daha çox şey etdi... Çeçen idmançının Olimpiadadakı qələbəsi respublikada baş verən müsbət dəyişikliklərin ən yaxşı nümayişi oldu". Brazilyanın paytaxtı Rio-de-Janeyroda keçirilən növbəti 2016 Yay Olimpiya Oyunlarında o, 1/8 final mərhələsində Azərbaycan güləşçisi Rəsul Çunayevə 2:3 hesabı ilə məğlub olaraq turniri tərk etməli oldu, bəzi idman xəbər agentlikləri bu məğlubiyyəti hakimlərin səhvi kimi qiymətləndirmişdir.[3] Bundan başqa, o, Avropa, Dünya və A kateqoriyalı bir çox beynəlxalq turnir çempionudur.

İslam-Beka Albiyev Moskva Bədən Tərbiyəsi və İdman İnstitutu (MİFKİS) məzunudur.[2]

2016-cı ildə idman karyerasını başa vurdu.

İdman nəticələri

redaktə
  • 2006 Yunan-Roma güləşi üzrə Rusiya çempionatı —  ;
  • 2007 Yunan-Roma güləşi üzrə Rusiya çempionatı —  ;
  • 2008 Yunan-Roma güləşi üzrə Rusiya çempionatı —  ;
  • 2009 Yunan-Roma güləşi üzrə Rusiya çempionatı —  ;
  • 2010 Yunan-Roma güləşi üzrə Rusiya çempionatı —  ;
  • 2011 Yunan-Roma güləşi üzrə Rusiya çempionatı —  ;
  • 2012 Yunan-Roma güləşi üzrə Rusiya çempionatı —  ;

İctimai fəaliyyəti

redaktə

25 fevral 2011-ci ildən İslam-Beka Albiyev Rusiya Tələbələr Həmkarlar İttifaqının ictimai ekspert şurasının həmsədridir.[4]

Mükafatları

redaktə
  • "Dostluq" ordeni — Bədən tərbiyəsi və idmanın inkişafına verdiyi böyük töhfəyə, 2008 -ci ildə Pekində keçirilən XXIX Olimpiada Oyunlarında yüksək idman nailiyyətlərinə görə.[5]
  • Rusiyanın əməkdar idman ustası7 sentyabr 2016 -cı ildə "Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Федерация
  2. ↑ 1 2 infosport
  3. ↑ Мовлади Абдулаев. "Рио-2016. Ислам-Бек Альбиев проигрывает странную схватку". Энциклопедия чеченского спорта. 2016-08-16. 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-19.
  4. ↑ "Общественность встала на стражу интересов молодёжи". Studprofs.ru. 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 февраля 2011.
  5. ↑ УКАЗ Президента РФ от 02.08.2009 N 885 «О награждении государственными наградами РФ» Arxiv surəti 26 aprel 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-04-26 at the Wayback Machine
  6. ↑ Мовлади Абдулаев. "В Чечне отметили олимпийцев, правда, не всех" (rus). Энциклопедия чеченского спорта. 2016-09-07. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-09.

Xarici keçidlər

redaktə
  • Ислам-Бека Альбиев — International Wrestling Database saytında profil (ing.)
  • CSKA saytındakı profil
  • Rusiya Güləş Federasiyasının saytındakı profil Arxivləşdirilib 2010-08-18 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İslam-Bəy_Albiyev&oldid=7790980"
LOVE.AZ