. Love.az

Islam Rzayev Icra Bascisi - Wikipedia - Love.az

Ana Səhifə - Islam Rzayev Icra Bascisi
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İslam Rzayev.

İslam Vahid oğlu Rzayev (1965, Göyçay rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı.

İslam Rzayev
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
18 may 2011-ci ildən
ƏvvəlkiAsif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
  • Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

redaktə

1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləmişdir.

"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir.

Ailəlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

redaktə

İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İslam_Rzayev_(icra_başçısı)&oldid=7534287"
LOVE.AZ