. Love.az

Islambey Dadov - Wikipedia - Love.az

Ana Səhifə - Islambey Dadov

İslambəy Dadov (20 yanvar 1997) — Azərbaycanı təmsil edən güləşçi.

İslambəy Dadov
Şəxsi məlumatlar
Tam adı İslambəy Dadov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 20 yanvar 1997 (28 yaş)
Boyu 195 sm.
İdman növü Güləş
Medallar
Yeniyetmələrin Olimpiya Oyunları
Qızıl 2014 Nancin -69 Kq.

Həyatı

redaktə

İslambəy Dadov 1997-ci il yanvarın 20-də anadan olub.

Karyerası

redaktə

İslambəy Dadov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu.

İslambəy Dadov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. İslambəy Dadov qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Abubahr Alimov ilə üz-üzə gəldi.[1] Həmin görüşdə İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Qazaxıstan nümayəndəsi Yevgeni Polivadov oldu.[1] Bu görüşdə də İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Ömər İbrahim oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 2:0 hesabı ilə qalib gəldi.[1] Bununla da İslambəy Dadov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi ABŞ nümayəndəsi Mason Manville oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 1:0 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Еще три медали Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İslambəy_Dadov&oldid=7571682"
LOVE.AZ