İslamda cəhənnəm (ərəb. جهنم)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasındakı əzabıdır. İslamda Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran Kafirlər (inancda bir və daha çox şeyi inkar edənlər), şirklər (Allahın birliyinə qarşı çıxanlar), munafiqlər (iman gətirməsinə baxmayaraq, İslam inanclarına inanmayan şəxslər), günahkarlar və zalımlar üçün hazırlanmışdır. Onlar pillədən-pilləyə yüksələn cəhənnəmdə sonsuza qədər qalıb, əzab çəkəcəklər.[1]