İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd.[3][4] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır.[5] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır.[6]
İsmətli | |
---|---|
39°31′57″ şm. e. 48°31′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1318[2] |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir.[7]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd düzənlikdə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[8] | 3334 | 1614 | 1720 |
2009[9] | ↗3884 | ↗1976 | ↗1908 |
Əhalisi əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur.
Kənddə İsmətli kənd kitabxana filialı,[10] İsmətli kənd klubu,[11] İsmətli Poçt Şöbəsi (AZ1318) və İsmətli EATS[12] fəaliyyət göstərir.
Kənddə Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbi fəaliyyət göstərir.[13][14]
Kənddə 20 aprel 2016-cı ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100115 A-624 olan İsmətli kəndi "Əbülfəzl" məscidi dini icması fəaliyyət göstərir.[15]
Kənddə İsmətli kənd həkim məntəqəsi yerləşir.[16]