İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888[1], Əyyubsultan, İstanbul ili – 10 oktyabr 1977[1], İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi.
İsmail Haqqı Uzunçarşılı | |
---|---|
türk. İsmail Hakkı Uzunçarşılı | |
![]() | |
Doğum tarixi | 23 avqust 1888(1888-08-23)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 1977(1977-10-10)[1] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
![]() |
1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu.
Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu.
İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
Uzunçarşılı İsmayıl Haqqı 1889-cu ildə anadan olmuş, 1912-ci ildə İstanbul universitetinin ədəbiyyat fakultəsini bitirib, liseylərdə tarixdən dərs demişdir. Sonralar uzun illər Maarif nazirliyində işləmişdir. O, 1927-ci ildə isə Türkiyə Xalq Respublikaçılar Partiyasının üzvü kimi 1927-ci ildə Balkəsirdən Türkiyə Böyük Millət Məclisə üzv seçilmişdir. Uzunçarşılı İsmayıl Haqqı 1940-cı ildən isə İstanbul Universitetinin professoru olmuşdur.
Uzunçarşılı İsmayıl Haqqı Türkiyə tarixinin bir çox dövrlərinə və problemlərinə dair çoxlu məqalələr həsr etmişdir. Tarixçinin böyük xidmətlərindən biri də Türkiyənin orta əsrlər və yeni tarixinə aid sənədləri nəşr etməsidir. Bunlardan başqa onun Osmanlı imperiyasının idarə və dövlət quruluşuna və mədəni əlaqələrinə aid də çoxlu tədqiqat əsərləri çap olunmuşdur.
1959–1961-ci illərdə Uzunçarşılı İsmayıl Haqqı türk tarixşünaslığının ən fundamental tədqiqatlarından biri sayılan 4 cildlik "Osmanlı tarixi"ni nəşr etdirmiş və bu əsərlə o, bir çox ölkələrdə böyük şöhrət qazanmışdır. Əsərdə əsasən XIII–XVIII əsrlərin hadisələri əks etdirilir. Bu dövr hadisələrində isə Azərbaycanın Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin tarixi əhəmiyyətli rol oynayır.