. Love.az

Ispik Quba - Wikipedia - Love.az

Ana Səhifə - Ispik Quba
Bu adın digər istifadə formaları üçün bax: İspik.

İspik — Azərbaycan Respublikasının Quba rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun İspik kəndi Tüləkəran kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İspik kənd Soveti yaradılmışdır.[1]

İspik
41°18′32″ şm. e. 48°25′05″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
İspik xəritədə
İspik
İspik

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyət
  • 7 Təhsil
  • 8 Din
  • 9 İstinadlar
  • 10 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin adı eyniadlı dağdan alınmışdır. İspik kəndinin adı ilə adlandırılan İspik dağı Qudyalçay ilə Ağçayın suayrıcında yerləşir. Hündürlüyü 1101 metrdir. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki əspək və ya aspak (aşırımlı dağ, keçidli dağ) sözünün fonetik variantıdır.[2]

Tarixi

redaktə

Coğrafiyası və iqlimi

redaktə

Kənd dağətəyi ərazidə yerləşir. Ərazisi sıx meşəliklərlə əhatə olunmuşdur. Kənd Qəçrəş və Möhüc kəndləri ilə həmsərhəddir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1278 nəfər əhali yaşayır.[3] Əhalisini azərbaycanlılar təşkil edir.

İqtisadiyyatı

redaktə
 
Quba-İspik-Xınalıq avtomobil yolunun başlanğıcında vurulmuş lövhə (2006-cı il).

Əhalinin məşğuliyyətini əsasən meyvəçilik, maldarlıq, əkinçilik təşkil edir.

Mədəniyyət

redaktə

Kənddə poçt, kitabxana və mədəniyyət evi var.

Təhsil

redaktə

Kənddə 11 illik məktəb fəaliyyət göstərir.

Din

redaktə

Kənddə məscid mövcuddur.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
  2. ↑ İspik (Quba) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İspik_(Quba)&oldid=7354619"
LOVE.AZ