İstehsal imkanları əyrisi (İMƏ) (ing. Production–possibility frontier) — iqtisadiyyatda iki müxtəlif mal və ya xidmət arasında istehsalın maksimum səviyyəsini və resursların optimal bölgüsünü göstərən qrafikdir. Bu əyri, müəyyən məhdud resurslarla maksimum məhsul həcminə çatmaq üçün potensial istehsal kombinasiyalarını təmsil edir.[1]
Əgər bir iqtisadiyyat yalnız "pambıq" və "mısır" istehsal edə bilirsə, İMƏ bu iki məhsul arasında potensial istehsal kombinasiyalarını göstərər. Əyri üzərindəki hər nöqtə məhdud resurslarla istehsal edilə bilən maksimum pambıq və mısır miqdarını göstərir. Pambığın istehsalını artırmaq istəsələr, mısırın istehsalından imtina etməlidirlər.[7]
İstehsal imkanları əyrisi iqtisadiyyatdakı seçimlər, məhdudiyyətlər və səmərəlilik haqqında ətraflı məlumat verir və qərar qəbul edərkən resursların səmərəli istifadə edilməsinə kömək edir.[8]