Cavid Süleymanlı | |
---|---|
| |
Əsl adı | Cavid Süleymanlı Qasid oğlu |
Yaşadığı ölkə |
![]() |
Milliyyəti | azərbaycanlı |
Doğum tarixi | (30 yaş) |
Doğum yeri |
Bakı, ![]() |
www.facebook.com/cavid.suleymanli.94 |
Cavid Süleymanlı (tam adı: Cavid Süleymanlı Qasid oğlu; 29 may 1994, Bakı, Azərbaycan) — İqtisadçı, idmançı və Azərbaycandilli vikipediyaçı.
Cavid Süleymanlı 1994-cü il mayın 29-da Bakı şəhərində anadan olmuşdur.
2000–2011-ci illərdə Bakı şəhərindəki 290 saylı tam orta məktəbdə təhsil almışdır.
2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır.
Cavid Süleymanlı tələbəlik illərində öz fəallığı ilə seçilmiş və bir çox nailiyyətlər əldə etmişdir. 2014-cü ilin yayında Azərbaycan Dövlət İqtisad Universitetində yaradılmış "Tələbə Araşdırma Mərkəzi"nin yaradıcı heyət üzvü olmuşdur. Bu təşkilat Azərbaycan universitetləri arasında tələbələrin yaratdığı ilk müstəqil elmi araşdırma mərkəzi olmuşdur.
2014-cü ilin iyulun 1-də yeni yaradılmış Tələbə Araşdırma Mərkəzinin ilk açıq seminarı keçirilib.[1] "Azərbaycan 2020 – gələcəyə baxış konsepsiyası: gənc iqtisadçı sözü" mövzusunda keçirilən seminarda Cavid Süleymanlı "Qeyri-neft sektorunun inkişaf imkanları" adlı araşdırması ilə 2-ci yerə layiq görülmüşdür.
Cavid Süleymanlı müxtəlif idman növləri ilə məşğul olmuş və uğurlar əldə etmişdir. 2015-ci il aprelin 4-dən 5-dək Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında keçirilən idman dırmanması üzrə "Ümid-1" yarışında 100-dən çox idmançı arasında 3-cü yerə layiq görülmüşdür.[2][3][4] 2015-ci il mayın 31-də isə İdman dırmanması üzrə açıq ölkə çempionatında iştirak etmişdir.[5]
2015-ci ilin mayında ali təhsilini başa vurmuş və iyul ayında hərbi xidmətə yollanmışdır. 2016-cı ilin iyul ayında isə hərbi xidmətini uğurla başa vurmuşdur.
Cavid Süleymanlı Azərbaycan Vikipediyasında 1 dekabr 2012-ci ildən fəaliyyətə başlamışdır. Azərbaycandilli Vikipediyada 70-dən çox məqalə və 1800-dən çox redaktə müəllifidir.
Cavid Süleymanlı Vikipediyada 70-dən çox məqalənin yaradıcısıdır.
Cavid Süleymanlı Vikipediyada 100-dən çox məqaləni redaktə etmiş və dahada təkmilləşdirmişdir.
Ulduz | |
Vikianbarda Cavid Süleymanlı ilə əlaqəli mediafayllar var. |