Rəcəb Rəhimli | |
---|---|
![]() | |
Doğum tarixi | (51 yaş) |
Doğum yeri | Naxçıvan MR, Ordubad rayonu |
Elmi dərəcəsi | Siyasi elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | Dosent |
Rəcəb Rəhimli — Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.
Rəcəb Zakir oğlu Rəhimli 12 avqust 1973-cü il tarixində Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhəri 39 nömrəli orta məktəbini bitirmişdir. 1999-cu ildə Türkiyə Respublikası Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri (İİBF) fakültəsini dövlət idarəçiliyi ixtisası üzrə bakalavr pilləsini (dövlət xətti ilə) bitirmişdir. 2000–2002-ci illər arasında Türkiyə Respublikasının Qazi Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistraturada təhsil almışdır (dövlət xətti ilə). 2003-cü ildə Türkiyə Respublikasının Ankara Universiteti Siyasət Elmlər fakültəsinə (SBF) dövlət idarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2008-ci ildə "Azerbaycanda memurlar: haklar, yükümlülüklər, denetim" mövzusunda dissertasiya işini müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda 23.00.02 — "Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər" ixtisası — üzrə "Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını almışdır. Evlidir, iki övladı var.
05.02.2004–03.05.2004-cü il tarixində — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Beynəlxalq əlaqələr" şöbəsində baş mütəxəssis; 03.05.2004–08.09.2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Elmi katibi; 08.09. 2010–02.05.2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun "Milli təhlükəsizlik və erməni araşdırmaları" şöbəsinin müdiri; 03.05.2011–03.09.2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi araşdırmalar İnstitutunun "Sosioloji tədqiqatlar və konsaltinq" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır. 03.09.2012-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Elmi-təşkilat və beynəlxalq əlaqələr" şöbəsinin müdiri, 02.11.2020-ci il tarixindən isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müdiri vəzifəsində çalışmışdır. [1][2][3][4]. 5 avqust 2023-cü il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir[5] [6]
Rəcəb Rəhimli 87 elmi əsərin, o cümlədən xaricdə və respublikamızda nəşr olunmuş 4 monoqrafiyanın, 4 kollektiv kitabın həmmüəllifi, ali məktəblər üçün 1 dərsliyin həmmüəllifidir[7][8].
İdarəetmədə və dövlət idarəçiliyində innovasiyaların tətbiqi və onların idarə olunması, İnsan resurslarının idarə edilməsi, Liderlik və Kouç tərzi liderlik (Leadership and Coaching Leadership Style)[9], iş effektivliyinin idarə edilməsi (performance management), dəyişikliklərin idarə edilməsi (VUCA vs BANI mindset), dövlət qulluğu, dövlət qulluğunda etik normalar[10], dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, strateji idarəetmə, siyasi, sosial-iqtisadi və enerji təhlükəsizliyi problemləri və s[11].
Kitabın adı | Nəşriyyat | İşin həcmi |
---|---|---|
Azerbaycan Kamu Personel Sistemi | Türkiyə- Ankara: Naturel Yayıncılık, 2006 | 144 s. |
Azərbaycan Respublikasının idarəetmə sistemində yerli özünüidarələr | Bakı: " Elm", 2009 | 172 s. |
Azerbaycan Devlet Personel Yönetimi[12] | Türkiyə- Ankara: Kültür Ajansı Yayınları, № 128, 2011 | 256 s. |
Çağdaş Siyasal Sistemler (XIII Fəsil- Azərbaycan Respublikası)[13] | Türkiyə- Ankara: Binyıl Yayın (#empty_citation)ları, 2012 | 603 s. |
Dünyada yerel yönetimler (örnekler-uygulamalar) (IV Fəsil- Azerbaycan Cumhuriyetinde yerel yönetimler) | Türkiyə-Ankara Seçkin Yayınları, 2013 | 640 s. |
Çağdaş Siyasal Sistemler (XIX Fəsil- Azərbaycan Respublikası) | Türkiyə-Ankara Erek Matbaacılık Yayınları, 2015 | 864 s. |
Azerbaycan Kamu Personel Yönetimi[14] | Anadolu Üniversitesi yayını № 3339, Türkiyə-Eskişehir 2016 | 275 s. |
İnsan potensialına əsaslanan sosial müəssisələr Azərbaycanda davamlı innovativ inkişaf texnologiyası kimi[15] | Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı Fondu, Bakı 2018 | 184 s. |
Эволюция государственного управления в странах постсоветского пространства 1991–2021 – отв. ред.И.Н.Барциц. (Эволюция государственного управления в странах постсоветского пространства (Азербайджанская Республика)[16] [17] | Издательский дом "Дело", РАНХиГС Москва, 2021 | 448 s. |