İstifadəçi müzakirəsi:Acategory/Arxiv 2011/I
Salam. Sizin fəaliyyətinizi maraqla izləyirəm. Mən bu andan etibarən idarəçiliyə Sizin namizədliyinizi irəli sürürəm. Əgər etirazınız varsa və yaxud da yoxdursa, lütfən mənə bildirin. Uğurlar olsun! --Cek Li Taran 09:51, 10 yanvar 2011 (UTC)Cavabla
Dostumuz Vaqo ! VikiMedia Fondu üzrə redaktəçilər sırasında 963-cü pillədəsiniz! Bu münasibətlə Sizi təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Eyni zamanda yeni " Vüqar ordeni"nin ilk laureatı olmağınız münasibəti ilə də təbriklərimi qəbul edin. Hörmətlə --Acategory 10:19, 14 yanvar 2011 (UTC)Cavabla
Dostumuz İstifadəçi:Vugar 1981 ! Yeni "Vüqar ordeni" təsis etməyiniz münasibətilə Sizi təbrik edirəm. Ordenin təsviri çox əla alınıb, "V" işarəsi isə (lat. victoria — Qələbə ) ifadəsini də xatırladır. İşlərinizə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 10:25, 14 yanvar 2011 (UTC)Cavabla
Təşəkkür edirəm hörmətli Acategory. Siz öz müdrik məsləhətlərinizi biz gənclərdən əsirgəməyin. Azvikinin daha da yuxarı pillələrdə olması arzusu ilə sizə dərin ehtiram duyan --N KOzi 10:58, 14 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Sizi Ziyalılıq Ulduzu almanız münasibətilə təbrik edirəm. --N KOzi 12:00, 14 yanvar 2011 (UTC)Cavabla
Təbrikinizə görə təşəkkür edirəm.--Acategory 13:36, 14 yanvar 2011 (UTC)Cavabla
Hörmətli, Cekli. Verdiyiniz " Ziyalılıq Ulduzu " mükafatına görə təşəkkür edirəm . Mükafatın adı mənim üçün böyük məsuliyyətdir. --Acategory 13:07, 14 yanvar 2011 (UTC)Cavabla
Elə mən də o mükafatı Sizə böyük məsuliyyət hissi ilə vermişəm. Siz həqiqətən də bu mükafata layiqsiniz! --Cek Li Taran 13:09, 14 yanvar 2011 (UTC)Cavabla
Xoş gördük həmkar. Sizin mənə dediyiniz məqalənin tarixçəsinə baxdım. Düşündüyüm kimi oldu. Mən orada redaktə etməmişəm :). --Proger danış 11:56, 16 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Sizi Vüqar Ordeni ilə təltif etmək qərarına gəldim. Ümid edirəm oradakı V hərfi hamımızın ümumi qələbəsinə şahidlik etsin. Hörmətlə --N KOzi 11:24, 17 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Vüqar ! "Vüqar" ordeni ilə təltifinizə görə Sizə təşəkkür edirəm. Vüqar Vüqarlılıq deməkdir. Mənim üçün çox xoşdur. İşlərinizə uğurlar, ağsaqqallarınıza can sağlığı, ailənizə xoşbəxtlik. Hörmətlə --Acategory 17:32, 17 yanvar 2011 (UTC)Cavabla
Dəyməz hörmətli Acategory. Siz bundan da böyük mükafatlara layiqsiniz. Sizə dərin ehtiramla, --N KOzi 05:55, 18 yanvar 2011 (UTC)Cavabla
Salam Acategory. Mən Sizin namizədliyinizi Azərbaycan dilində olan Vikipediyanın idarəçi seçkilərində irəli sürmək istəyirəm. Sizdən xahiş edirəm ki, bu təşəbbüsümlə bağlı fikirlərinizi yaxın 1-2 gün ərzində müzakirə səhifəmdə mənə bildirəsiniz. Hörmətlə:--Sortilegus 20:34, 17 yanvar 2011 (UTC)Cavabla
Salam, Sortilegus. Dostlarımız Sultan11, Proger və PPervizin namizədliyinin idarəçiliyə irəli sürülməsindən çox razı qaldım. Hər üç yoldaş Vikipediya qaydalarını bilən , yüksək fəallıq göstərən və vikicəmiyyətdə hörmət qazanmış insanlardır. Onların seçilməsinin ümumi işimizə fayda verəcəyini düşünürəm.
Mənə etdiyiniz müraciəti yüksək etimad və məsuliyyət kimi qəbul edirəm. Məsələnin həllini dostlarımızın rəyinə etibar edirəm. Hğrmətlə --Acategory 09:28, 18 yanvar 2011 (UTC)Cavabla
Salam. İlk öncə idarəçiliyə namizədliyinizə görə təbrik edirəm. Mən bu münasibətlə sizəmükafat təqdim etmək istədim amma bilmirəm nəyəsə görə alınmır. Bunun üçün üzr istəyirəm. Hörmətlə--Robert Langdon 09:54, 18 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Sizi Azərbaycan dilinə qayğıya görə aldığınız mükafata görə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Ehtiramla,--N KOzi 10:24, 18 yanvar 2011 (UTC)Cavabla
Dostumuz Sultan11. Sizi namizədliyinizin idarəçiliyə irəli sürülməsi münasibətilə təbrik edirəm. Sizi bu ada layiq bilir və seçiləcəyiniz təqdirdə etmadı doğruldacağınızı düşünürəm. Seçkinizə və işlıərinizə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 09:14, 18 yanvar 2011 (UTC)Cavabla
Əziz Acategory mən də sizi namizədliyinizin idarəçiliyə irəli sürülməsi və yeni mükafat almağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin seçiləcəyinizə əminəm. Sizin kimi dəyərli və əvəzolunmaz istifadəçilərə hər zaman ehtiyac duyulur. Seçkinizdə və işlıərinizdə sizə yeni-yeni zəfərlər arzu edirəm.--Sultan11 11:39, 18 yanvar 2011 (UTC)Cavabla
Etimadınıza görə təşəkkür edirəm. Seçkilərdə sizə də uğurlar arzu edirəm. Hörmətlə: -- Pərviz 20:54, 18 yanvar 2011 (UTC)Cavabla
Salam. Hal-hazırda davam edən səsvermədə mənə etimad göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Ehtiramla:--Sultan11 20:10, 19 yanvar 2011 (UTC)Cavabla
Salam, İradə xanım. Xahiş edirəm , kömək edin. Ayrı-ayrı ölkələr üzrə universitetlərinin saiyahısı məqalələri yaratmaq istəyirəm. Ancaq onları hansı kateqoriyaya aid edim ?--Acategory 16:56, 20 yanvar 2011 (UTC)Cavabla
Salam, Acategory. indi baxaram. bacardığım qədər canla-başla :)--Irada 17:05, 20 yanvar 2011 (UTC)Cavabla
Məncə "Ölkələrinə görə universitetlər" kateqoriyası yaradıb. onu da Universitetlər kateqoriyasına daxil etmək olar. Kateqoriya var idi : [[|Kateqoriya:Ölkələrinə görə universitetlər]] --Irada 17:16, 20 yanvar 2011 (UTC)Cavabla
Salam. İcazənizlə İradə xanıma ünvanlandırdığınız bu ismarıca mən cavab yazmaq istərdim. Azərbaycan universitetlərinin siyahısı Sizin köməyinizə çata bilər. Uğurlar. --Cek Li Taran 07:55, 21 yanvar 2011 (UTC)Cavabla
Salam, Cekli. Bir məsələdə köməyinizə ehtiyacım var. Yaratdığım Ölkələr üzrə universitetlərin siyahısı məqaləsini ayrı-ayrı ölkələr üzrə məqalələrə bölmək istəyirəm. Hər məqalədə həmin ölkələrin universitetlərinin ümumi siyahısı olacaq. Sonradan isə sayımız və məqalə keyfiyyətlərimiz ardıqca hər universitet üzrə ayrıca məqalə yaratmaq mümkün olar. Xahiş edirəm, hər ölkə üzrə universitet siyahızı kateqoriyası yaradasınız. Necə ki, bu Albaniya üzrə edildi. Təqribən 200 kateqoriya lazımdır. Mən kateqoriya yaratmamışam, ehtiyat edirəm ki, alınmaya.
Bu bir dost xahişidir. Hörmətlə --Acategory 10:08, 21 yanvar 2011 (UTC)Cavabla
Dediyiniz kateqoriyanı artıq yaratmışam: Kateqoriya:Ölkələrinə görə universitet siyahıları. Və bundan əlavə Kateqoriya:Ölkələrinə görə universitetlər kateqoriyasında hazırda 17 ölkə ilə bağlı alt kateqoriyalar mövcuddur. Yaxın vaxtlarda digərlərini də yaradaram. --Cek Li Taran 10:14, 21 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Cekli ! Azərbaycan Vikipediyasında zəhmətkeş fəaliyyətinizə, təşəbbüskarlığınıza və dostcanlığınıza görə Siz " Bayraq nişanı" ilə təltif edilmisiniz. Təbrik edirəm.--Acategory 10:54, 21 yanvar 2011 (UTC)Cavabla
Ən çox sevdiyim mükafatlardan birini mənə verdiyiniz üçün Sizə çox təşəkkür edirəm! --Cek Li Taran 10:59, 21 yanvar 2011 (UTC)Cavabla
"Bayraq nişanı"nda olan texniki problemi həll etdiyinizə görə Sizə təşəkkür edirəm. Hörmətlə --Acategory 11:47, 22 yanvar 2011 (UTC)Cavabla
Nişanın müəllifi mən deyiləm. Onu hansısa istifadəçinin mükafatları səhifəsindən götürmüşəm.--Acategory 12:40, 22 yanvar 2011 (UTC)Cavabla
Yeni istifadıçilərə müraciətdə Vikipediyanın 276 dildə mövcud olduğu bildirilir. Son məlumatlara görə isə ensiklopediya artıq 277 dildə redaktə olunur. Məlumatın dəqiqləşdirilmə ideyasına necə baxırsınız ? --Acategory 11:56, 22 yanvar 2011 (UTC)Cavabla
Bu səhifədə 278 göstərilib. Elə ona görə də bu səhifədə də 278 edirəm. --Cek Li Taran 12:00, 22 yanvar 2011 (UTC)Cavabla
Hörmətli İradə xanım ! Azərbaycan Vikipediyasında məsuliyyətli idarəçiliyinizə, zəhmətkeşliyinizə və Vikipediyanın nüfuzunun artmasına verdiyiniz böyük töhvəyə görə Siz "Bayraq nişanı" ilə təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 13:01, 22 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Acategory, verdiyiniz mükafata və xöş sözlərə görə təşəkkürümü bildirirəm. Eyni zamanda mükafatın və yazdıqlarınızın da məsuliyyətini çox yaxşı anlayıram. Bacardığım qədər etimadınızı doğrultmağa çalışacam. Hömətlə, --Irada 14:05, 22 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Sortilegus ! Siz Azərbaycan Vikipediyasında səmərəli idarəçiliyinizə , zəhmətkeş fəaliyyətinizə və Vikipediyanın nüfuzunun qaldırılması üçün verdiyiniz töhvəyə görə "Bayraq nişanı" ilə təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 13:08, 22 yanvar 2011 (UTC)Cavabla
Salam. Mükafata görə təşəkkür edirəm. Hörmətlə: --Sortilegus 17:59, 22 yanvar 2011 (UTC)Cavabla
Dostumuz Vusal ! Siz Azərbaycan Vikipediyasında uzunmüddətli səmərəli fəaliyyətinizə və Vikipediyanın nüfuzunun və gücünün artmasına verdiyiniz böyük töhvəyə görə "Azərbaycan Bayrağı" nişanı ilə təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 08:50, 23 yanvar 2011 (UTC)Cavabla
Çox sağ olun! Bu həmişə böyük stimul yaradır. Sizi tezliklə idarəçilər sırasında görmək ümidindəyəm. Uğur olsun!
Dostumuz Vago ! Siz Azərbaycan Vikipediyasında məsuliyyətli idarəçiliyinizə, zəhmətkeşliyinizə və Vikipediyanın nüfuzunun və gücünün artmasına verdiyiniz böyük töhvəyə görə "Azərbaycan Bayrağı" nişanı təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 08:43, 23 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Şahzadə ! Siz Azərbaycan Vikipediyasında zəhmətkeş fəaliyyətinizə görə "Azərbaycan Bayrağı" nişanı ilə təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 08:53, 23 yanvar 2011 (UTC)Cavabla
Salam, hörmətli həmkar. Fəaliyyətimə verdiyiniz vəməyə və mükafata görə təşəkkür edirəm. Allah razı olsun. --sefer azeri 23:40, 23 yanvar 2011 (UTC)Cavabla
Hörmətli E-citizen ! Siz Azərbaycan Vikipediyasında elmi məqalələrə verdiyiniz ütünlüyə, zəhmətkeş fəaliyyətinizə və Vikipediyanın nüfuzunun artırılmasına verdiyiniz töhvəyə görə " Azərbaycan bayrağı " nişanı ilə təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 13:12, 22 yanvar 2011 (UTC)Cavabla
Salam hörmətli Acategory, necəsiz? :) Sizin fəaliyyətimə verdiyiniz diqqət mənə stimul verir. Sizdən aldığım bu MÜKAFAT «Azərbaycan Bayrağı» nişanı çiyinlərimdə daha böyük məsuliyyət hissi yaradır. Fəaliyyətimə göstərdiyiniz diqqətə görə TƏŞƏKKÜRLƏR! Xüsusi hörmət və ehtiramla --E-citizen 10:29, 24 yanvar 2011 (UTC)Cavabla
Salam. "Fəallığı dayandır" yumor nişanını lap bəyəndim. Deyirəm bəlkə elə ilk olaraq bu nişanı Vago-ya təqdim edib onu bir "diksindirək"?:) Hörmətlə:--Sortilegus 16:01, 24 yanvar 2011 (UTC)Cavabla
Xoş sözlərə görə təşəkkür edirəm. Açığını deyim o mükafatı yaradanda elə Vagonu nəzərdə tutmuşdum. Birinci lauerat elə o olacaq. Ancaq hələ tezdir, bu ay deyəsən üç medal alıb. Sonra öyrəşər mükafatsız işləməz. Təklif edirəm ki, heç olmasa bir ay keçsin. Əgər kimsə onu Vagodan başqa digərinə birinci versə, bilsin ki, o qərar etibarsız sayılacaq. Hörmətlə --Acategory 17:23, 24 yanvar 2011 (UTC)Cavabla
Mən bürokrat kimi bu məsələyə nəzarəti şəxsən öz üzərimə götürürəm:)) Hörmətlə:--Sortilegus 17:26, 24 yanvar 2011 (UTC)Cavabla
Mən ümumiyyətlə bildirmək istəyirəm ki, mükafatlar çox gözəl alınıb əllərinizə sağlıq)--Robert Langdon 19:02, 24 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Acategory, İdarəçi seçilməyiniz münasibətilə təbrik edirəm. Şübhə etmirəm ki, istifadəçilərin bu etimadını layiqincə doğruldacaqsınız. Müvəffəqiyyətlər arzusu ilə --Vago 08:00, 26 yanvar 2011 (UTC)Cavabla
Mən də qoşuluram--MrArifnajafov 08:05, 26 yanvar 2011 (UTC)Cavabla
Ən xoş arzularla bu təbrikə mən də qoşuluram! --Cek Li Taran 08:04, 26 yanvar 2011 (UTC) --Sortilegus 10:26, 26 yanvar 2011 (UTC)Cavabla
Hörmətli Acategory! Təbrik edirəm! Səsvermədə müəyyən səbəblərə görə iştirak etməsəm də Sizin idarəçi seçilməniz məni çox sevindirdi! Sizə uğurlar arzulayıram! Hörmətlə, --Irada 17:11, 26 yanvar 2011 (UTC)Cavabla
Təbrik edirəm.Xeyirli uğurlu olsun.--Rzalı 19:03, 26 yanvar 2011 (UTC)Cavabla
Vago bəyin təbrikinə qatılıram! --Proger danış 20:39, 26 yanvar 2011 (UTC)Cavabla
Mən də bu təbriklərə qoşularaq Sizi idarəçi seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə idarəçi fəaliyyətinizdə yeni-yeni uğurlar arzusu ilə: --Sultan11 21:02, 26 yanvar 2011 (UTC)Cavabla
Təbriklərə qoşuluram və uğurlar arzu edirəm. :) -- Pərviz 21:28, 26 yanvar 2011 (UTC)Cavabla
Salam hörmətli Acategory! Sizin bu uğurunuz məni çox sevindirir. Sizin gəlişinizdən sonra Azvikipediyada ciddi irəliləyişlərin şahidiyiq. Yaratdığınız məqalələrdə dolğun, elmi yanaşmalarınız və yeni təklifləriniz azvikinin inkişafına təsir göstərir. İdarəçi kimi Sizi bir daha təbrik edirəm və bu yolda Sizə uğurlar arzulayıram. Hörmət və ehtiramla --E-citizen 06:28, 27 yanvar 2011 (UTC)Cavabla
Salam, yeni idarəçimiz! Sizi AzWiki-nin idarəçisi seçilməyiniz münasibətilə təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram. Hörmətlə -- Babək Akifoğlu 14:18, 27 yanvar 2011 (UTC)Cavabla
Salam Acategory. Bir texniki məsələni diqqətinizə çatdırmaq istəyirəm. Hər hansısa səhifəni siləndə ona keçidlərin olub-olmadığını yoxlamaq lazımdır. Bunu sol tərəfdəki "Alətlər sandığı" bölməsindəki "Bu səhifəyə keçidlər" bölməsindən edə bilərsiniz. "Məsələn {{Bayraq nişanı}} şablonunun adını dəyişib köhnə variantı sildiniz. Amma köhnə varianta baxın nə qədər keçid var → [1] Bu o deməkdir ki, kimə ki bu mükafat təqdim olunmuşdu, onun istifadəçi səhifəsindən itdi. Belə olan halda ya bir-bir səhifələrdə dəyişiklik edib şablonun yeni adını onlara yazmaq lazımdır. Ya da ad dəyişəndə elə köhnə səhifəni "redirekt" kimi saxlamaq gərəkdir. Hörmətlə:--Sortilegus 14:36, 27 yanvar 2011 (UTC)Cavabla
Salam, Pərviz. Siz mənim " Naxçıvan MSSR " və " Naxçıvan Muxtar Sovet Sosialist Respublikası" sözlərinin " Naxçıvan Muxtar Respublikası" səhifəsinə yönəltməmi silmisiniz. Səbəbini bilmək istərdim.--Acategory 15:43, 28 yanvar 2011 (UTC)Cavabla
Bəli olmalıdır. Ancaq hal-hazırda yoxdur. Bu anlayışları yazan kəs yönəltmə vasitəsi ilə " Naxçıvan Muxtar Respublikası" səhifəsindən ona lazım olan məlumatı ala bilir. Ona görə də o adda yeni məqalələr yaradılana qədər köhnə yönəltmə variantı qalmalıdır. Envikidəki məqalənin bizə nə dəxli var ?--Acategory 16:01, 28 yanvar 2011 (UTC)Cavabla
Salam, Amd628. Sizin Azərbaycan Vikipediyasının ilk istifadəçilərindən biri olduğunuzdan və bir vaxtlar hətta idarəçi olmağınızdan xəbərim var. Sizi yenidən fəallıqda görmək xoşdur. Sizi salamlayır və işlərinizdə uğurlar arzulayıram. Hörmətlə --Acategory 19:56, 31 yanvar 2011 (UTC)Cavabla
Salam. Mümkünsə yaratdığınız " Türkiyə ordeni " ilə təltif edilən istifadəçilər səhifəsini silin. Çünki o səhifəyə ehtiyac yoxdur və bununla bağlı olaraq {{Türkiyə Ordeni}} şablonunun Mükafatı alanlar bölməsində müvafiq qeydlər aparılacaq. --Cek Li Taran 11:52, 2 fevral 2011 (UTC)Cavabla
İstərdim ki, mükafata baxanlar oradan da təltif edilənlərin siyahısı ilə tanış olaydılar.--Acategory 11:58, 2 fevral 2011 (UTC)Cavabla
Məncə onun üçün {{Türkiyə Ordeni}} şablonuna keçid vermək kifayət edər. --Cek Li Taran 12:02, 2 fevral 2011 (UTC)Cavabla
Əgər bunu mükafatdan ora hansısa formada keçid vermək mümkün olsa etiraz etmirəm. Eyni zamanda rus varintına da baxmağınızı xahiş edərdim. Çox nəfis alınıb. Mən oradan nümunə götürmüşdüm--Acategory 12:06, 2 fevral 2011 (UTC)Cavabla
Dostumuz Vüqar ! Siz 2011-ci il Misir iğtişaşları ilə bağlı zəngin informasiyalı material yaratdığınıza və operativ işinizə görə Gümüş qələm nişanı ilə təltif edilmisiniz. Eyni zamanda bir xoş xəbər kimi bildirim ki, Siz adıçəkilən mükafatın ilk laureatısınız. Təbrik edir və Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Fəallığınız və kollektivlə mehribançılığınız hörmət doğurur.--Acategory 16:00, 8 fevral 2011 (UTC).Cavabla
Əziz və hörmətli Acategory. Sizin məni bu cür dəyərləndirməniz məni çox riqqətləndirdi və duyğulandırdı. Sizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də bu mükafata layiq olmağa çalışacağam. Dərin hörmət və ehtiramla, --N KOzi 05:14, 9 fevral 2011 (UTC)Cavabla
Salam Acategory adlı istifadəçi. Mənə verdiyiniz dəyərlərə görə sizə minnətdaram. çox sağ olun. Mən çalışıram ki, çap olunan kitablara istinad edib məqalə yaradım. Hörmətlə: Araz Yaquboglu
Hörmətli Acategory Bu, bu və bu məsələyə dair fikir bildirməniz mənə maraqlı olardı --N KOzi 06:30, 16 fevral 2011 (UTC)Cavabla
Xoş gördük, həmkar. Çağırış nişana görə təşəkkür edirəm. Ancaq mən heç kimlə müharibə aparmıram ki, sülh də olsun (və ya sülhə çağırış). Həmçinin yerləşdirdiyiniz səhifə yalnız mükafatlar üçündür. O üzdən əgər "mükafatdan" imtina qəbuldursa, bunu etmək istərdim. Çox sağ olun. --Proger danış 02:09, 22 fevral 2011 (UTC)Cavabla
Молчание знак согласие. Təşəkkür edirəm. --Proger danış 11:16, 23 fevral 2011 (UTC)Cavabla
Mən də Sizə təşəkkür edirəm! Çox maraqlı və yeni bir ideyadır. Mən səhifəmdə qalmağın tərəfdarıyam. Hətta 20 mart 2011-ci ildən sonra da:) Hər dəfə o mükafata baxanda hiss edirəm ki, qismən də olsa psixoloji gərginliyim sakitləşir. Mənə qarşı olan digər 2 (Sefer azeri&PPerviz) və daha artıq istifadəçiyə də bu mükafatı verməyinizi təklif edirəm. --Cek Li Taran 05:37, 22 fevral 2011 (UTC)Cavabla
Hörmətli istifadəçi Acategory ! Mənə göstərdiyiniz etimada və Vikibağlılıq nişanını ilk olaraq mənə təqdim etdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Bu etimadı doğrultmağa çalışacağıma əminəm. Çox sağ olun. Hörmətlə -- Babək Akifoğlu 12:41, 24 fevral 2011 (UTC)Cavabla
Hörmətli Günel xanım. Xəzər Universitetinin bakalavrları haqqənda məqalə yaratmağınızı dayandırmağınızı xahiş edirəm. Onlar ensiklopedik şəxs olmadıqlarına görə onlar haqqında Vikipediyada məqalə yaradıla bilməz. Zəhmətinizə heyfim gəlsə də təəsüf ki, onlar silinəcəkdir. Hörmətlə --Acategory 12:09, 24 fevral 2011 (UTC)Cavabla
Siz Ensiklopedik şəxs deyəndə nəyi nəzərdə tutursuz? Günel Mustafayeva
Hörmətli Günel xanım. Sizin mənə verdiyiniz suala burada Cavab verilir. Hörmətlə --Acategory 19:33, 24 fevral 2011 (UTC)Cavabla
Yaxşı, mən Sizinlə razılaşıram. Ancaq heç olmasa Raziyə İsayeva haqqında məqalə qalsın. Onun haqqında dolğun məlumat yazacağam... Əlbətdə əgər mümkünsə.... Çox sağ olun ki, mənə təmkinlə cavab verdiniz......
Hörmətlə,
Günel..... — Bu imzasız yazı Gunel Mustafayeva (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam, həmkar. Blokladığınız vandalizmlə məşğul olan İP mənəm )). Deyəsən iş vaxtı istifadəçi adımdan çıxmışam. Hərdən belə də olur). Prezidentimizin şəklini niyə qaytardınız? Məncə bu [2] şəkil bu [3] şəkildən daha yaxşıdı. Həm də Birinci 2010, ikinci 2008 - ci ilə aid şəkildi. Yəni birinci informasiya daha yenidi. Prezidentimizin Müniz təhlükəsizlik konfransında çıxışı zamanı çəkilmiş şəkildi. Daha ciddi və işgüzar təsir bağışlayır. Bəlkə dəyişək? Hörmətlə --sefer 22:41, 26 fevral 2011 (UTC)Cavabla
Mən çox sevinirəm ki, sizin kimi ziyalı insanlarla işləyirəm. Hamınız çox dəyərlisiniz... Mən vətənimizi sevən insanların yanında olmağa çalışaram. Vikipediyada olmağımın ən böyük səbəbi budur.
Hörmətlə,
Oblomov menim çox sevdiyim bir romandır. Doğru mən bunlar haqqında əhatəli yazacam. Çünki mən bunları oxumuşam. İmza - o da doğrudur, bir daha unutmamağa çalışacam. Çünki hiss edirəm, artıq adminlər yorulublar. Məsləhətlərinizə görə çox sağolun.
Salam. Milli toy adətlərimiz adı ilə yaratdığınız məqalənin adını Azərbaycanın milli toy adətləri adı ilə dəyişdirdim. Məqalə çox vacibdir. Tam, dolğun formada işləndikdən sonra, hər bir azərbaycanlının stolüstü kitabına çevrilə bilər. Mən bu məqalədə bacardığım bütün dəyişiklikləri edəcəyəm. Ümid edirəm ki, etdiyim redaktələr ümumi işə zidd olmayacaq. Milli toy adətlərimizin günü-gündən bərbad vəziyyətə düşməsinin qarşısının alınmasında bu məqalənin rolunu yüksək qiymətləndirirəm. Və bu məqaləni yaratdığınız üçün Sizə şəxsən təşəkkür edirəm! Uğurlar! Həmişə toyda! --Cek Li Taran 10:05, 2 mart 2011 (UTC)Cavabla
Salam, Cekli. Materiala bugünkü "Şərq" qəzetində rast gəldim və ondan məqalə yaratmaq qərarına gəldim. Etdiyiniz düzəlişlər düzgündür, əgər yeni fikirlər varsa xahiş edirəm əlavə edin. Həmçinin mənbələrlə təsdiqlənən yeni faktlar və şəkillər varsa, onları da əlavə etmək olar. Məqalə yüksək səviyyədə hazırlansa onu seçilmiş məqalə statusuna da namizəd göstərmək olar. Hörmətlə --Acategory 10:35, 2 mart 2011 (UTC)Cavabla
Fikirləşirəm ki, ən qısa zamanda məqaləni sistemli şəkildə işləyib, mütləq seçilmiş məqalə səviyyəsinə yüksəltmək lazımdır. --Cek Li Taran 10:43, 2 mart 2011 (UTC)Cavabla
Salam. Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Sizin və digər istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cek Li Taran 10:13, 3 mart 2011 (UTC)Cavabla
Salam, Cekli. Siz Azərbaycanın milli toy adətləri məqaləsində mənim verdiyim xarici keçidləri silmisiniz. Sizinlə razıyam ki, keçidlər məhz Azərbaycan adətləri ilə bağlı deyil. Ancaq məqsədim həm azərbaycan oxucusunu ümumən dünya evlənmə təcrübəsi ilə tanış etmək, həm də xarici oxucunu azərbaycan xalq adətləri ilə mümkün qədər tanış etməkdir. Hər halda dil bilməyən belə bu sahədə azərbaycan adətlərinin zənginliyini, şəkillərlə tərtibatından vizual da olsa məlumatlı ola biləcək. Əgər məqaləni seçilmiş məqalə səviyyəsinə çatdıra bilsək , bu mədəniyyətimiz daha da təbliğ edəcək. İnanıram ki, gələcəkə şəkllərimizdən digər dil səhihəfələrində istifadə ediləcək.
Gələcəkdə məqalənin tam adına uyğun xarici dillərdə məqalələr yarada bilsək onda xarici keçidləri dəyişmək olar. Təkilf edirəm ki, xarici keçidləri bərpa edək. Hörmətlə — Bu imzasız yazı Acategory (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Əllərinizə sağlıq, Azərbaycanın milli toy adətləri məqaləsi timsalında deyəsən, AzVikinin növbəti seçilmiş məqaləsi yaranır. Amma subay adam məqaləni oxuyanda bir az xoflanır:) Evlənmək üçün gör neçə mərhələdən keçmək lazımmış, nə qədər mürəkkəb bir prosesmiş bu evlənmək:) Hörmətlə:--Sortilegus 19:54, 4 mart 2011 (UTC)Cavabla
Salam. Məsləhətinizə və xoş sözlərə görə təşəkkür edirəm. Səhifəmi yaratdım. Məsləhət etdiyiniz kimi başqa istifadəçi səhifələrinə də baxdım. Amma düşünürəm ki, səhifə ciddi və konkret olsa daha yaxşıdır. Ola bilsin ki, müəyyən təcrübə yığandan sonra səhifəmi təkmilləşdirdim. Hörmətlə, --A.Zakirqızı 12:05, 9 mart 2011 (UTC)Cavabla
Diqqətinizə görə sizə minnətdaram. Hörmətlə, --A.Zakirqızı 19:25, 9 mart 2011 (UTC)Cavabla
Salam. Sülhə çağırış üçün çox sağ olun, mümkün qədər əməl edərəm, ancaq Midyia məqaləsi Vikipediya qaydalarına çavab vermir, iddialar çox mübahisəlidir, üstəlik seçilmiş məqalə namizədi olacaq, məncə qaydalarda boşluq var, mübahisəli məqalələr Seçilmiş məqalə laboratoriyasıdan çıxarılsa daha yaxşı olar.--Melikov Memmed⇒email 07:32, 11 mart 2011 (UTC)Cavabla
Hörmətli Şahzadə ! Siz Azərbaycan mətbəxi adlı möhtəşəm şablon yaratdığınıza və Vikipediyada humanist prinsiplərin təbliğində böyük rol oynadığınıza görə "Vikimələklər" nişanı ilə təltif edilirsiniz. Siz eyni zamanda bu mükafatın ilk laureatısınız. Təbrik edirəm. --Acategory 14:40, 13 mart 2011 (UTC)Cavabla
Hörmətli Acategory ! Təltif etdiyiniz mükafata görə sizə dərin təşəkkürümü bildirirəm. Bu mükafat məni hədsiz dərəcə də sevindirdi. Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Hörmətlə: --Şahzadə 15:04, 13 mart 2011 (UTC)Cavabla
Dostumuz Cekli, eyni zamanda 829, eyni zamanda Cek Li Taran ! Sizin fəallığınız Azərbaycan Vikipediyasında ciidi narahatçılıq döğurduğuna və vikisəhifəni daima məşğul edərək başqalarına işləməyə imkan vermədiyinizə görə " Fəallığı dayandır " yumor nişanı ilə təltif edilmisiniz. Siz ilk iki laureatdan birisiniz.--Acategory 11:23, 14 mart 2011 (UTC)Cavabla
Təşəkkür! Fəallığımı dayandırdım. --Cek Li Taran 11:26, 14 mart 2011 (UTC)Cavabla
Dostumuz Vago ! Sizin fəallığınız Azərbaycan Vikipediyasında ciidi narahatçılıq döğurduğuna və vikisəhifəni daima məşğul edərək başqalarına işləməyə imkan vermədiyinizə görə " Fəallığı dayandır " yumor nişanı ilə təltif edilmisiniz. Siz ilk iki laureatdan birisiniz. --Acategory 11:21, 14 mart 2011 (UTC)Cavabla
Salam, Acategory. Deyəsən, nəhayət Arbitraj Komitəsi də sayənizdə işıq üzü görəcək ) Hörmətlə, →VagoMüzakirə 19:37, 16 mart 2011 (UTC)Cavabla
Hörmətli Proger. Siz Azərbaycan Vikipediyasında çalışqanlığınıza və fəaliyyətinizlə Vikipediya ideyalarını təbliğ etmənizə görə Vikipediya prinsiplərini təbliğ etməyə görə mükafatla təltif edilmisiniz. Təbrik edirəm.--Acategory 15:43, 15 mart 2011 (UTC)Cavabla
Vətəndən uzaq olan fəal vikipediyaçını Novruz Bayramı münasibəti ilə təbrik edirəm.--Acategory 10:55, 22 mart 2011 (UTC)Cavabla
Məndə Novruz Bayramı münasibəti təbrik edir, cansağlığı, xoşbəxtlik, bol ruzu arzulayıram.--MrArifnajafov 11:01, 22 mart 2011 (UTC)Cavabla
Hörmətli Sultan11. Siz Azərbaycan Vikipediyasında yaradıcı fəaliyyətinizə, tematika üzrə zəngin məzmunlu məqalər yaratmağınıza və kollektivdə səmimiyyətinizə görə " Vikipediya qarşısında xidmətlərə görə " mükafatı ilə təltif edilmisiniz. Təbtik edirəm. Hörmətlə --Acategory 17:37, 22 mart 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Əməyimə verdiyiniz dəyərli qiymətə, diqqətinizə və qayğıkeşliyinizə görə sizə səmimi təşəkkür edirəm. Bu mükafat məni daha da məhsuldar və məsuliyyətli çalışmağa sövq etdirdi. Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Səmimiyyətlə: --Sultan11 18:04, 22 mart 2011 (UTC)Cavabla
Başlıqdan sonra yazmağa söz tapmadım.--Acategory 16:16, 22 mart 2011 (UTC)Cavabla
Başlıqda yazılanlarla hər şeyi dediniz. :) Təşəkkür edirəm. Sizdən və digər idarəçilərdən geri qalmamağa çalışıram :)--Irada 18:25, 22 mart 2011 (UTC)Cavabla
Salam Acategory. Diqqətimi dünənki bloklama qeydləri cəlb etdi. Xüsusilə, Sizin iki IP-ni eyni müddətdə bloklamanız. Həm bu, həm də bu IP-ləri Kənardan Spamming və ya təcavüzə görə 2 saat müddətində bloklamısınız. IP 91.135.248.107-nin bloklanması ilə mən razı, lakin IP 178.134.243.177 bloklanması nə dərəcədə demokratikdir? Bax bu fikrimcə doğru addım deyil. IP 178.134.243.177-ə xəbərdarlıq etmək daha doğru olardı. Axı bu fəaliyyətə blok düşmür:) Vacib zərurət olmadığı təqdirdə mümkün qədər blokdan az istifadə etsək çox yaxşı olar. Uğurlar!
P.S.: Sizə unvanladığım bu ismarıc, eyni zamanda özümə də aiddir. --Cek Li Taran 06:02, 29 mart 2011 (UTC)Cavabla
Salam, Cekli. Bloklanmaya meylli deyiləm. Ancaq blokladığım istifadəçilər olublar. Bunlar qeidiyyatdan keçməyən , səhifəni tam silən və kənardan təcavüz və spamminq edən istifadəçilər olublar. Qeydiyyatdan keçsəydilər, mütləq ilk dəfə üçün xəbərdarlıq edərdim.--Acategory 10:51, 29 mart 2011 (UTC)Cavabla
Hörmətli Acategory salam. Sizi ürəkdən təbrik edirəm! Sizin fəaliyyətiniz Vikidə öz dəsti xətti ilə seçilir. Sizə həyatınızın bütün sferalarında uğurlar arzulayıram. Hörmətlə tələbəniz --E-citizen 11:05, 29 mart 2011 (UTC)Cavabla
Ayrıca bir il əvvəlki günü xatırlamaq çox xoş oldu. :) Hörmətlə --E-citizen 11:07, 29 mart 2011 (UTC)Cavabla
E-citizenin təbrikinə mən də qoşuluram. Doğrusu bir il əvvəlki günü mən tam xatırlaya bilmədim. Çox guman ki, mənim üçün adi bir iş günü idi. Amma bəzi naxoş günləri xatırlayıram:))) Və o ki, var gülürəm:)))) Bundan sonra günlərimiz daim xoş olsun, naxoş yox! Hamıya uğurlar! ----Cek Li Taranmesaj 11:14, 29 mart 2011 (UTC)Cavabla
Acategory-nin vikipediyaya gəldiyi günü mən birdə özü xatırlaya bilər :). Naxoş günləri isə eh.......... Hörmətlə --E-citizen 11:18, 29 mart 2011 (UTC)Cavabla
Gerekçe yazmadan değişiklik yaparsan, tamamını geri alırım ona göre.Wikipedia sana ait bir mülk değildir, hatırlatırım.. — Bu imzasız yazı 88.247.141.83 (m) tərəfindən əlavə edilib;
Hörmətli Acategory qec də olsa təşəkkürümü bildirirəm. Bildiklərimi bölüşməyə həmişə hazıram. Minnətdaram. C.Vəkilov — Bu imzasız yazı J vekilov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Ən qəribə peşələr məqaləsinin müəllifi kimi Müzakirə:Ən qəribə peşələr səhifəsində Sizin fikirlərinizin səslənməsini vacib hesab edirəm. ----Cek Li Taranmesaj 07:01, 18 aprel 2011 (UTC)Cavabla
Dostumuz Vago. Seçki prosesinin əhəmiyyətini nəzərə alaraq bəlkə yeni bir kateqoriya yaradaq. Məsələn, " Seçki hüququ" və ya " Seçki prosesi" adı ilə.--Acategory 10:59, 18 aprel 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Vikipediya rəsmi prinsiplərin qəbulu ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Yaxşı məqalə nədir?) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, ----N KOziMüzakirə 07:19, 19 aprel 2011 (UTC)Cavabla
Salam, Cekli. Mükafatlar kateqoriyasında bir qədər dəqiqləşdirmə aparmaq istəyirəm. İndiyə qədər Azərbaycan Respublikasının mükafatları "Azərbaycan mükafatları (ordenləri, medalları)" adı ilə gedir. "Azərbaycan" adı məkan və coğrafi addır, Azərbaycan Respublikası isə bu məkanın bir hissəsində yerləşən dövlət adıdır. Ona görə də kateqoriyaları dövlətimizin rəsmi adına uyğun düzəltmək istəriyəm. Xahiş edirəm bu məsələdə mənə kömək edəsiniz. Hörmətlə --Acategory 12:09, 19 aprel 2011 (UTC)Cavabla
Sizinlə razıyam. Azərbaycan Respublikası mükafatları və Azərbaycan SSR mükafatları kateqoriyaları Azərbaycan mükafatları kateqoriyasının tərkibində olmaqla, təklifinizi gerçəkləşdirmək olar. Medallar və ordenlərlə bağlı da eyni addımı atmaq olar. Amma bir məsələni də nəzərinizə çatdırım ki, digər vikipediyalarda, məsələn, RuVikidə Azərbaycan Respublikası mükafatları kateqoriyası Награды Азербайджана adlanır. Yəni Respublika sözündən istifadə olunmur. Bu bütün Vikipediyalarda demək olar ki, belədir. Amma məqalələrdə, məsələn, Государственные награды Азербайджанской Республики adlanır. ----Cek Li Taranmesaj 12:20, 19 aprel 2011 (UTC)Cavabla
Razıyam. Bəs intervikilər hansında olmalıdır. Məncə Azərbaycan mükafatları kateqoriyasında qalması daha yaxşı olar. Çünki digər kateqoriyalar həmin kateqoriyanın alt kateqoriyası olacaq. ----Cek Li Taranmesaj 14:13, 19 aprel 2011 (UTC)Cavabla
Etiraz etmirəm. --Acategory 14:53, 19 aprel 2011 (UTC)Cavabla
Hörmətli Cekli. "Heydər Əliyev ordeni" məqaləsində xeyli düzəlişlər etmisiniz, onlar diqqəti cəl edəndir və məqaləni "seçilmiş məqalə" statusuna yaxınlaşdırır. İstərdim orada müəyyən dəyişikliklər edim. Əgər fikir ayrılığı yaranarsa müzakirə edərik. --Acategory 12:59, 20 aprel 2011 (UTC)Cavabla
Əlbəttə! Məmnuniyyətlə düzəliş edə bilərsiniz. Yeri gəlmişkən, məqalədə Qılıncsızlar bölməsində fikrimcə səhv informasiya vermişəm. Bəlkə də düzdür. "Laureatların hamısı ulduzu və zənciri qılıncsız olan mükafatla təltif olunmuşdur." Ya yox? Bunu dəqiqləşdirməkdə kömək etsəydiniz çox məmnun olardım. Uğurlar! ----Cek Li Taranmesaj 13:03, 20 aprel 2011 (UTC)Cavabla
Hörmətli,E-citizen. Sizin zəhmətinizə heyfim gəlir .Ancaq bildirməliyəm ki, "Azərbaycan Respublikası Qiymətli Kağizlar üzrə Dövlət Komitəsi" məqaləsi artıq vardır.Bura baxın.Təəsüf edirəm ancaq onlar birləşdirilməlidir. Hörmətlə --Acategory 19:14, 23 aprel 2011 (UTC)Cavabla
Axşamınız xeyir A-category, Baş üstə birləşdirərəm! Hörmətlə ADSL -i mübarək --E-citizen 19:18, 23 aprel 2011 (UTC) :)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Azərbaycan dilində VikiXəbər ilə əlaqədar [[4]] səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, ----N KOziMüzakirə 05:06, 28 aprel 2011 (UTC)Cavabla
Salam, Vugar 1981. Ermənilər haqqnda məqaləyə kənardan yalan məlumatlar yerləşdirilməsinin vaxtında qarşısını aldığınıza görə Sizə təşəkkür edirəm .--Acategory 15:43, 28 aprel 2011 (UTC)Cavabla
Bu gün Sani Hacıyev məqaləsini səliqəyə saldım. Ancaq sonra ora "Müəllif hüquqları pozuntusu" şablonu salınıb. Düzü söhbətin nədən getdiyini anlamadım. Xahiş edirəm baxasınız. Hörmətlə --Acategory 16:31, 29 aprel 2011 (UTC)Cavabla
Salam. Müəllif hüquqları pozuntusuna görə metanın idarəçisi yerləşdirib şablonu. Müəllif hüquqları ilə qorunan bu saytdan olduğu kimi köçürülüb. Müəyyən əlavə və düzəlişlərdən sonra şablonu məqalədən çıxarmaq olar. Hörmətlə: --Sortilegus 16:39, 29 aprel 2011 (UTC)Cavabla
Salam, Cekli.Azərbaycan Milli Elmlər Akademiyası məqaləsinə yeni retro şəkil yerləşdirdim. Ancaq onun solundakı yazını aşağı sala bilmədim. Mümkünsə kömək edin, bu Sizdə alınacaq. Hörmətlə --Acategory 16:27, 29 aprel 2011 (UTC)Cavabla
Y Alındı:) --►Cek Li Taranmesaj 06:41, 30 aprel 2011 (UTC)Cavabla
Təşəkkür edirəm.--Acategory 10:04, 30 aprel 2011 (UTC)Cavabla
Dəyməz! --►Cek Li Taranmesaj 10:06, 30 aprel 2011 (UTC)Cavabla
Salam, Bakuemil. Eini adlı insanlar haqqında məqalə yaradarkən və onları dəyişik salmamaq üçün digər dil Vilipediyalarında o məqalələri nömrələmirlər. Ya mötərizədə peşəsini qeyd edirlər, ya da hansısa formada atasının adını qeyd edirlər. Şəxsən mən istəməzdim ki, adaşlarım olarsa bizləri say rəqəmi ilə qeyd edərdilər. Hörmətlə --Acategory 17:06, 1 may 2011 (UTC)Cavabla
Bəlkə bu məsələni kənd meydanına müzakirəyə çıxaraq ? Ümumi fikir daha səmərəli olardı.--Acategory 17:24, 1 may 2011 (UTC)Cavabla
Hörmətli Bakuemil. Siz Azərbaycan Vikipediyasının zənginləşdirilməsində göstərdiyiniz çalışqanlığınıza görə "Çalışqanlıq ulduzu" ilə təltif edilmisiniz. Qeyd edim ki, Siz bu yüksək mükafatın ilk laureatısınız. Təbrik edir və fəaliyyətinizdə uğurlar arzu edirəm.--Acategory 04:01, 6 may 2011 (UTC)Cavabla
Salam Acategory. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı, qiymətli olmaqla yanaşı həm də bir örnəkdir. Yaratdığınız çoxsaylı dəyərli məqalələrə görə sizə təşəkkür edirəm. Məqalələrlə yanaşı Azərbaycan Vikipediyasına daxil etdiyiniz fayıllarda (şəkillərdə) olduqca maraqlı və dəyərlidir. Lakin bu şəkillərə heç bir şəkil etiketi əlavə olunmamışdır. Ona görə də sizdən xahiş edirəm ki, vaxtınız olduqca şəkillərə uyğun etiketlər əlavə edəsiniz. İlk növbədə aşağıda adı qeyd edilən şəkilə isə mənbə və lisenziya əlavə etmənizi xahiş edirəm. Sizə əvvəlcədən təşəkkür edirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 08:33, 7 may 2011 (UTC)Cavabla
Hörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Bəy-gəlin.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: «Vikipediya:Şəklin istifadə qaydası»). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən fatlın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. --Sultan11 08:33, 7 may 2011 (UTC)Cavabla
Salam. Sultan11. Sizin bu barədə dediklərinizi qəbul edirəm. Ancaq təssüf ki, bu texnologiyanı bilmirəm. Mümkünsə mənim yüklədiyim axırıncı şəkillə bağlı əməliyyatı Siz edin. Mən ona baxıb sonrakıları edərdim. Hörmətlə --Acategory 18:07, 7 may 2011 (UTC)Cavabla
Bir daha xoş gördük. Şəkillə bağlı əməliyyatı yerinə yetirmək üçün əvvəlcə həmin şəkili haradan əldə etdiyiniz mənbəni (sayt, qəzet, jurnal, kitab və s.) söyləmənizi xahiş edirəm. Sonra lisenziya əlavə edərik. Hörmətlə: --Sultan11 07:38, 8 may 2011 (UTC)Cavabla
Göründüyü kimi bu fayl Vikimedia Commonsdandır. Həmin şəkili Azərbaycan Vikipediyasına yükləməyə ehtiyac yoxdur. Bu zaman Faylın şəkil adını mətndə yerləşdirmək kifayət edər. Ona görə də bu şəkil dublikat fayl kimi silinəcəkdir.
Yüklədiyiniz bu şəkili nümunə üçün redaktə etdim. Bunun üçün sadəcə şəkilin yerləşdiyi səhifənin yuxarısındakı " et" bölməsinə daxil olmaqla icra olunur. Sizə yeni-yeni uğurlar. Hörmətlə: --Sultan11 13:19, 8 may 2011 (UTC)Cavabla
Salamlar bəy. Həftənin seçilmiş məqaləsi / Seçilmiş şəkil boşdırlar. Hörmətlə--Ebrahimi-amir 08:22, 9 may 2011 (UTC)Cavabla
Salam. Mənə elə gilir ki, Azərbaycanın milli toy adətləri məqaləsindəki Cehiz bölməsindəki şəkil uyğunsuzdur. Necə fikirləşirsiniz? Onu götürmək mümkündürmü?
Hörmətlə,
Gunel Mustafayeva 11:40, 12 may 2011 (UTC)Cavabla
Salam hörmətli Acategory. Sizin Xazar Cavidə yazdığınız ismarışı gördüm. Adıçəkilən Aydın Xan Əbilov haqqında Vikipediyada geniş məqalə vardır və həqiqətən də bu şəxs Lənkəran rayonunda doğulmuşdur. Kifayət qədər tanındığını söyləmək olar Googldəki axtarış da bunu sübut edir. Mən hesab edirəm ki, Aydın Xanın Lənkəaran rayonunun tanınmış şəxslərinin arasında adının çəkilməsi bizim qaydalara heç də zidd deyil və Vikipediyaya xələl gətirə bilməz. --N KOzi Müzakirə 10:23, 13 may 2011 (UTC)Cavabla
Salam, İradə xanım. Yeni şablon yaratmışam. Ancaq nəyisə səhv etmişəm deyin, düz alınmır. Olarmı mən onu yarımçıq yükləyim, Siz onu redaktə edəsiniz ? Hörmətlə --Acategory 17:44, 14 may 2011 (UTC)Cavabla
Salam. Yükləyin. Əgər bacarsam redaktə edərəm, bacarmasam, "iş gedir" şablonu qoyub, sabah Vago və ya doktora müraciət edərəm. :) Hörmətlə, --Irada 17:48, 14 may 2011 (UTC)Cavabla
Əvvəlcədən təşəkkür.--Acategory 18:07, 14 may 2011 (UTC)Cavabla
Deyəsən alındı :) [6] --Irada 19:46, 14 may 2011 (UTC)Cavabla
Hörmətli, Eminn. Siz Azərbaycan Vikipediyasında çalışqanlığınıza və səmimiliyinizə görə "Çalışqanlıq ulduzu2 ilə təltif edilmisiniz. Təbrik edirəm.--Acategory 17:30, 15 may 2011 (UTC)Cavabla
Mükafat üçün təşəkkür edirəm. Çox sağ olun.--Eмϊn >> 17:33, 15 may 2011 (UTC)Cavabla
Hörmətli Acategory! Salam. Kənd meydanında yazdıqlarınıza [7] görə sizə təşəkkür edirəm. Hər zamankı kimi obyektiv və prinsipial. Bir şeyə təəssüf edirəm ki, bəzən məqalədəki önəmsiz bir redaktəyə görə uzun-uzadı mübahisələr edən "təcrübəli" istifadəçilərimz belə vəziyyətdə "gizlənməyi" üstün tuturlar. Necə bilirsiniz onlarla kəşfiyyata getmək olar? Hörmətlə, --Irada 18:34, 17 may 2011 (UTC)Cavabla
Sizə isə mövqeyinizə və İradə Ana fəaliyyətinizə görə təşəkkür edirəm.--Acategory 19:11, 17 may 2011 (UTC)Cavabla
Hörmətli Acategory müəllim. TrVikidə bununla bağlı müzakirələri Tartışma:Ana Sayfa səhifəsində aparırıq. Hazırda isə bu səhifədə hamınızdan dəstək gözləyirəm. Uğurlar! --►Cek Li Taranmesaj 04:40, 18 may 2011 (UTC)Cavabla
Mən məqaləyə şəkil yüklədiyim zaman, şəkillər silinir. Hansı copyright növünü seçməyimə baxmayaraq, yenə də silinir. Necə edim? Harry 19:05, 18 may 2011 (UTC)Cavabla
Cavab yazdığınız üçün təşəkkür edirəm. Mən şəkil yükləyə bilmirəm. Şəkilləri Commondan yükləyirəm, amma sonra silinir. Heç bir variantla şəkilləri orda saxlaya bilmirəm. Məqalələr yükləmək istəyirəm, elə ilk məqalədən bu problemlə üzləşmişəm.
Harry, Siz vikipediyada yeni olduğunuz üçün hələ şəkil yükləyə bilməzsiniz. Bir neçə günə Sizə bu kanal açılacaq. Hələlik isə sadəcə məqalələr redaktə edin, təcrübə toplayın.--Acategory 19:25, 18 may 2011 (UTC)Cavabla
Qardaş ya imkan ver işimizi qurtaraq ya da redaktələri sən davam et ki oxucular düzgün məlumatlara yetişin ! Buyur sənin üçün mənbə də verirəm http://unstats.un.org/unsd/demographic/sources/census/2010_PHC/Kyrgyzstan/A5-2PopulationAndHousingCensusOfTheKyrgyzRepublicOf2009.pdf - National Statistical Committe of the Kyrgyz Republic : Population and Housing Census of the Kyrgyz Republic of 2009
Səbirsizlik etdiyiniz və mənə mane olduğunuz üçün təşəkkürlər !--Asparux Xan Bulqar 05:11, 19 may 2011 (UTC)
Hə bir də deyim ki əgər yalnış xatırlamıramsa əvvəlki rəqəmləri də mən qeyd etmişdim !--Asparux Xan Bulqar 05:15, 19 may 2011 (UTC)
Emblemde “Xəzər Universitəsi” dir. Himnimizin adı və nəqarəti “ Xəzər universitəm”dir. Bir çox başqa yerlərdə də universitədir. Ümumiyyətlə, rusca “fakultet” azərbaycanca “fakültə”dir, ruscadakı “universitet” də azərbaycanca “universitə” olmalıdır (Türkcədə də belədir). Sadəcə Təhsil nazirliyi o cür yazır və ona heç nə edə bilmərik.
Hörmətlə,
Salamlar. Seçilmiş şəkil boşdur! Lütfən curlayin. Hörmətlə--Ebrahimi-amir 07:25, 21 may 2011 (UTC)Cavabla
Salam. Əvvəlki ismarıclarınıza görə təşəkkür edirəm. Əsas mətləb isə budur ki, mən ingilis Vikipediyasından başqa şəkilləri necə yükləyə bilərəm?
Həll edə bildim, yenədə çox sağ olun.
Salamlar, xahiş edirəm ki, müəllif istəyini nəzərə alıb, yaratdığım bu səhifəni siləsiniz. Enskloprdik şəxs olmadığını özünüz gördünüz. Mən zəhmət çəkib məqalə yazmışam, o darquqsaqlıq edib pozur. Hər ikimizin tanışı olsa da, enskloprdik şəxs deyildir. Sizə dərin hörmətlə:--Enver62 17:19, 22 may 2011 (UTC)Enver62Cavabla
Müzakirəyə qarışdığım üçün üzr istəyirəm. lakin bu məqalənin redaktəsində çoxlu sayda istifadəçi iştirak etdiyinə görə, onun silinməsi yalnız səsvermə yolu ilə razılıqdan sonra mümkündür: Vikipediya:Səhifə silmə kriteriyaları. Hörmətlə, --Irada 17:41, 22 may 2011 (UTC)Cavabla
Vikipediya qaydasında deyilir: "Etibarlı mənbə ilə əsaslandırılmayan məqalə müzakirə aparılmadan Vikipediyadan silinə bilər və buna görə məqaləni silən idarəçiyə irad bildirilməsi etik deyil. Etibarlı mənbə olmayan məqaləni silən idarəçi Vikipediyanın əsas prinsiplərinə uyğun olaraq hərəkət etmiş olur." Bu şərti nəzərə alaraq məqalə silinə bilər. Belə ki, etibarlı mənbə yoxdur. --Irada 17:48, 22 may 2011 (UTC)Cavabla
Məqalədə haqqında bəhs edilən şəxs qaçqın və ziyalı olduğuna görə məqalənin saxlanmasını təklif edirəm.--Acategory 17:54, 22 may 2011 (UTC)Cavabla
OK. O halda məqaləyə etibarlı mənbələr axtarmaqla məşğul olaram. --Irada 17:59, 22 may 2011 (UTC)Cavabla
Dostumuz Babək Akifoğlu. Sizin Azərbaycan Vikipediyasında bir illik fəaliyyətinizi təbrik edirəm. Bildirirəm ki, Siz Azərbaycan Vikipediyasında yaradıcı fəaliyyətinizə, zəngin məzmunlu məqalər yaratmağınıza və kollektivdə səmimiyyətinzə görə "Vikipediya qarşısında xidmətlərə görə " mükafatı ilə təltif edilmisiniz. Təbrik edir və işlərinizdə və şəxsi həyatınızda uğurlar arzu edirəm. Hörmətlə fəaliyyətinizə yüksək qiymət verən --Acategory 03:09, 24 may 2011 (UTC)Cavabla
Hörmətli Günel xanım. Azərbaycanın milli toy adətləri məqaləsinin son redaktəsini hazırlayıram. Bilmək istəyirəm, ora Sizin düzəlişləriniz olacaqmı? Əgər olacaqsa, onları yaxın iki gündə yekunlaşdırmağınızı xahiş edirəm. Əvvəldən cəkdiyiniz və cəkəcəyiniz zəhmətə görə təşəkkür edirəm .--Acategory 13:40, 25 may 2011 (UTC)Cavabla
Hörmətli Acategory! Daha yol sizdədir... Uğurlar sizə...
Gunel Mustafayeva 07:56, 26 may 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Bu istifadəçinin blokunu aça bilərsinizmi. Zənnimcə bu istifadəçi hələ yenidir və qaydaları tam şəkildə bilmədiyindən vandallıq edir. --N KOzi Müzakirə 12:05, 26 may 2011 (UTC)Cavabla
"Namik555" adlı istifadəçi məqaləni şüurlu surətdə dəyişməyə çalışır. Heç də təcrübəsizliyə oxşamır. Qoy bilsin ki, azərbaycan səhifəsində zorakılıq və onun şovinizmi keçməyəcək.--Acategory 12:15, 26 may 2011 (UTC)Cavabla
Dərbənd məqaləsindəki prinsipial və ədalətli mövqeyinizə görə Sizə təşəkkür edirəm.--Acategory 12:06, 26 may 2011 (UTC)Cavabla
Hörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:II Yelizavetanın irlandiyaya səfəri.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: «Vikipediya:Şəklin istifadə qaydası»). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. --Sultan11 14:06, 28 may 2011 (UTC)Cavabla
Hörmətli Leyla xanım. Mesajınızı oxuduğuma və söhbətə qoşulduğuma görə üzr istəyirəm. Bu nişan adından göründüyü kimi həm mükafatdır, həm də incə yumordur. Bunula biz kiminsə müsbət fəallığını göstərir və onun fəallığını qiymətləndiririk. Azərbaycan vikipediyasının mükafatları haqqında müfəssəl şəkildə burada Vikipediya:Mükafatlar baxmaq olar. Fəllığınız olduqca Siz də mükafatlanacaqsınız. Vikipediyamızda qadın istfadəçilər təəsüf ki, azdır. Ümüd edirəm ki, Siz fəallığınızla diqqəti cəlb edəcəksiniz.
P.S. "Ana səhifə"nin aşağısında digər vikipediyalara giriş var. O siyahıda bütün dil vikilərin məqalə sayı və sıra sayı vardır. Hörmətlə --Acategory 14:00, 30 may 2011 (UTC)Cavabla
Mənim Fəallığı dayandır yumor nişanı sualıma cavab verdiyinizə görə sizə minnətdaram. Vikipediyada yeni olduğum üçün çox viki dostum yoxdur. Suallarımı sultan müəllimə verirdim. Bir viki dost daha qazanmış oldum. Çox sağ olun Acategory.--Rızayeva Leyla 14:18, 30 may 2011 (UTC)LeylaCavabla
Hörmətli Leyla xanım. Vikipediya ziyalılar məclisidir. Burada hər bir kəs öz biliyini və polemika mədəniyyətini ortaya qoya bilir. Fəal olun, informasiyanızı redaktələr vasitəsilə məqalələrə yerləşdirin, öyrənin. Sizə hamişə kömək edə biləcək mehriban kollektiv intellektual və elmlidir. Məlumat üçün bildirim ki, idarəçilərdən biri İradə xaımdır. Digər qadın fəallar isə E-citizen, Gunay Mustafayeva və A.Zakirqızıdır. Sizə də uğurlar arzu edirəm. --Acategory 14:31, 30 may 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Atamın kitabı ilə tanış olmağınızı bilmək mənim üçün xoşdur. Həmin kitabın müəyyən qədər genişlənmiş və rus dilində olan nüsxəsi 1993-cü ildə çapdan çıxmışdır. Qeyd etmək istərdim ki, atam öz yaradıcılığının şah əsəri kimi "Azərbaycan fəlsəfəsi tarixi" kitabını hesab edirdi. Atam əsərlərini yazarkən ərəb və fars dillərində olan mənbələrdən istifadə etmiş, bu mənbələrin əksəriyyətini isə öz şəxsi vəsaiti hesabına Şərq ölkələrindən almışdır. Ehtiramla,--A.Zakirqızı 09:26, 31 may 2011 (UTC)Cavabla
http://www.carpet.intangible.az/content.php?lang=az&page=265
Acategory sizdən xahiş edirəm ki, mənə şəkil yükləməyi ətraflı şəkildə başa salasınız.Zəhmət olmasa hara girəcəyimi, nəyi basacağımı deyin.Minnətdaram.--Rızayeva Leyla 16:10, 31 may 2011 (UTC)LeylaCavabla
Dostumuz Sultan 11. Siz vikipediyada lisenziyasız şəkillərə qarşı mübarizə ilə "ciidi narahatçılıq döğurduğunuza" və " vikisəhifəni daima məşğul edərək başqalarına işləməyə imkan vermədiyinizə" görə " Fəallığı dayandır " yumor nişanı ilə təltif edilirsiniz. Təbrik edirəm. Hörmətlə --Acategory 12:48, 30 may 2011 (UTC)Cavabla
Dəyərli həmkarımız Acategory salam. Qayğıkeşliyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Yerində və düzgün atılmış addımdır. Üzürlü səbəbdən bir müddət vikipediyada olmadığım üçün qalmış işləri yerinə yetirməyə çalışırdım. Təbrikə üçünsə sizə minnətdaram. Fəaliyyətinizdə və işlərinizdə sizə uğurlar arzusu ilə: --Sultan11 18:07, 31 may 2011 (UTC)Cavabla
Salam, hörmətli Leyla xanım. Sizin 13 yaşı olmanız informasiyası məni şoka saldı. Ya informasiya səhvdir, ya da siz yaşınzdan xeyli qabağa getmisiniz. İstənilən halda Siz "Vikimələkər" nişanı ilə təltif edilmisinz. Vikipediyaya böyük marağınıza və öyrənmək həvəsinizə görə. Təbrik edirəm.--Acategory 17:16, 1 iyun 2011 (UTC)Cavabla
Acategory verdiyiniz mükafata görə sizə minnətdaram. Bir gündə iki mükafat qazandım. Düzdür bunlar hələki Vikipediyaya olan böyük marağa görədir. Amma inşaallah həm mən həm siz həm də bütün Vikipediya istifadəçiləri böyük mükafatlara imza atarlar. İnşaallah Azərbaycan Vikipediyası Vikipediyalar sırasında birinci olar.Amin...Təşəkkür edirəm. Hörmətlə--Rızayeva Leyla 17:22, 1 iyun 2011 (UTC)Rızayeva LeylaCavabla
Bəli bu elədir Acategory. Mən həqiqətən də yeniyetməyəm. Mənim informasiyalı olmağım isə onunla əlaqədardır ki, mən 9 yaşından bəri kompyuterlə işləyirəm. Ən çox Google ilə axtarış edirəm. Dizayn proqramlarından isə SketchUp-la işləyirəm. Onun haqqında Vikipediyada məqalə var. Oradan məlumat ala bilərsiniz. Mən ona görə Vikipediyaya bu yaşımda qatıldım ki, nə qədər kiçik yaşdan qatılsam həm Azərbaycan Vikipediyasına qatqım olar həm də təcrübə qazanmış olaram. Məndən iki yaş kiçik qardaşım var. Onun isə belə şeylərə marağı daha çoxdur. Elə bu dəqiqələrdə ona Vikipediyada səhifə açdıq. İnşallah qardaşım da, mən də, sizdə və bütün vikipediyaçılarda vikipediyamızı birinci edərik.Amin....
Birdə bizdən başqa burada uşaq yoxdur?
Onu da deyim ki, çox gözəl kollektiviniz var. Mən belə gözləməzdim.Sualımı kimə yazdımsa mənə xoşluqla cavab verdi. Səmimiliyə görə çox sağ olun.--Rızayeva Leyla 18:06, 1 iyun 2011 (UTC)Rızayeva LeylaCavabla
Hörmətli Acategory məqalələrdəki məlumatları özümdən və ya dərsliklərdən yazsam mənbə verim ya yox. Axı onların mənbələrini necə yazım?
Hörmətli Acategory xahiş edirəm bunu oxuyun: Azərbaycan Vikipediyasındakı səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər. Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün aşağıdakı şərtlərdən ən azı biri yerinə yetirilməlidir: a)İstifadəçi səsvermənin başlandığı tarixdən ən azı üç ay əvvəl qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 200 redaktə etmiş olmalıdır. b)İstifadəçi səsvermənin başlandığı tarixədək ən azı 600 redaktə etmiş olmalıdır. Qeyd: İstifadəçi səhifəsi, istifadəçi müzakirəsi və kiçik redaktələrin sayı yuxarıda göstərilən minimum redaktə sayının yarısından az olmalıdır.
Burada iki qayda verir. Deyir ki, əgər bunlardan biri sizə uyğundursa onda siz Q.Ş seçkilərinə qatıla bilərsiniz. Axı mənim 204 redaktəm var və buradakı 1-ci qaydaya uyğundur. Amma mən səs verə basıram başqa şey gəlir. Baxın bu gəlir.
SecurePoll Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا < SecurePoll Sorry, you are not in the predetermined list of users authorised to vote in this election.
Axı indi mən nə edim? Mənə kömək edin.
Salam. Amma haqqım olan tələblər üçün sizə müraciət edirəm. İki əsassız ve xəbərdarlıqsız blok qoyuldu. Haqqı olmadan digər istifadəçilərin müzakirə səhifələrində dəyişiklikləri geri qaytardı. Mənim olduğum yeri bardaqxana adlandırdı. Öz sözünü də deyib məni blok etdi. İzah verməyimə imkan vermədi. Bu yazdıqlarım sizin çox təcrübəli idarəçiniz Cekliyə aiddir. Və haqqım olaraq tələb edirəm ki, Ceklinin idarəçiliyi səsverməyə çıxarılsın. Və Mənə qarşı etdiklərinə qarşı mütləq blok edilsin. Əgər mən admin olsaydım və Cekli də həmçinin. Mən Cekliyə blok qoysaydım bu səbəblərlə hamınız məni haqlı hesab edərdiniz, amma indi admin deyiləm və yenə də haqlıyam ona Blok qoyulmasını tələb edirəm. Və səsverməyə çıxarılmasını.
P.S: Saqqalım yoxdur deyə sözüm keçmir, amma hamı da yaxşı bilir ki, bütün istifadəçilərimiz Təcrübəli idarəçidən artıq yığıblar!--Robert Langdon 20:42, 2 iyun 2011 (UTC)Cavabla
Ok. Təşəkkür edirəm. Hörmətlə --Robert Langdon 20:54, 2 iyun 2011 (UTC)Cavabla
Salam. Artırılmış müddəti də başa çatan Azərbaycanın milli toy adətləri məqaləsi 3 istifadəçinin imzası ilə laboratoriyadan çıxarıldığı üçün Seçilmiş Məqalə namizədi ola bilməz. Bu səbəbdən Vikipediya:Seçilmiş məqalə laboratoriyası və Vikipediya:Seçilmiş məqalə namizədləri səhifələrində etdiyiniz məsələ ilə əlaqəli redaktələri geri qaytarmalı oldum. Ümid edirəm ki, 1 ay sonra həmin məqaləni yenidən laboratoriyaya daxil edib, təkmilləşdirdikdən sonra Seçilmiş Məqalə namizədi statusunu əldə etmək olar. --►Cek Li Taranmesaj 04:35, 3 iyun 2011 (UTC)Cavabla
Diqqətinizə görə təşəkkür edirəm.--Acategory 10:24, 4 iyun 2011 (UTC)Cavabla
Əvvəlcə qeyd edim ki, bura azad ensiklopediyadır və hər kəs istədiyi kimi fəaliyyət göstərə bilər məncə (təbii ki qaydalar çərçivəsində). Mən hansısa qaydanı pozduğumu düşünmürəm, sadəcə eyni mövzu haqqında iki məqalənin olması qaydalara görə düzgün deyil və həmin məqalələr birləşdirilməlidir. Elə mən də bunu etmişəm. Buna hətta qeydiyyatdan keçməniş hər hansı bir istifadəçinin də haqqı var. O ki qaldı mənim məqaləm məsələsinə, mən burda yaratdığım məqalələrin hansınınsa mənim olduğunu düşünmürəm, əks halda altına imza qoyardım və ya ümumiyyətlə burda yerləşdirməzdim, çünki imzalı məqalələrdə müəllif hüququ var və bu cür məqalələrin vikiyə yerləşdirilməsi (hətta müəllif tərəfindən olsa belə) qaydalara ziddir. SOCAR Tower adlı məqalədə birləşdirməm isə binanın rəsmi adının bu cür olmasıdır. Zəhmət olmasa ARDNŞ-nin yeni inzibati binası adına mənbə göstərin. Şablonu məqalədən çıxarmanız isə anlaşılmazdır. --sefer 21:05, 05 iyun 2011 (UTC)Cavabla
"Azad ensiklopediya" demək heç də ancaq bu sözü birinci deyənin hüquqlarının müstəsnaslığı demək deyildir. Digər tərəfdən digərilərinin mesajlarına əhəmiyyət verməmək, digərilərinin zəhmətini mənimsəmə və bunu azadlıqla əlaqələndirməyin ayrıca adı var.--Acategory 17:46, 4 iyun 2011 (UTC)Cavabla
Salam, Vago. İdarəçilikdən istefa qərarınızı təəssüflə qarşıladım. Təcrübəniz, sakit və təmkinli münasibətiniz işə çox kömək edirdi. Kollektivdə də hörmətiniz vardır. Getmək səbəbi isə heç birimizə aydın deyil. Axırıncı ayda bu kollektivin ikinci itkisidir. Əvvəl Arif Nəcəfov, indi isə Siz. Növbəti kimdir ?
Təəssüf edirəm. Ancaq sadə istifadəçi kimi qalmağınız yaxşı xəbərdir. Sizi yeni mükafatla təltif etmək istədim, ancaq Cekli 829-a cavabınız məni qərarımdan saxladı. İstənilən halda işlərinizə uğurlar.--Acategory 16:19, 4 iyun 2011 (UTC)Cavabla
Diqqətinizə və zəhmətinizə görə təşəkkür edirəm. Hörmətlə--Acategory 18:41, 5 iyun 2011 (UTC)Cavabla
Hörmətli Acategory məni qiymətləndirdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Lakin çox təəssüf ki məqalənin seçilmiş məqalə olmasına icazə vermədilər.Mən bütün əlavə etdiyim yazılar bir kitabdandır və o kitab da mənbə hissədə qeyd olunub. Yəni bunlar niyə belə etdilər anlamadım. Yenədə sizə öz təşəkkürümü bildirirəm.
Dostlarımız Cekli 829 və Rovshan.95. Lütvən hər ikinizdən aranızdakı bu yaradıcılıq mübahisəsini dayandırmağınızı xahiş edirəm. Hiss edirəm ki, Sizlər enerjinizi mübahisəni dərinləşdirməyə və genişləndirməyə həsr edirsiniz. Hansı ki, bu zamanda xeyli əhəmiyyətli düzəlişlər edə bilərdiniz. Olub keçəni unudun və yenidən bizləri yeni məqalələrinizlə sevindirin. Hər ikiniz vikipediyamız üçün dəyərlisiniz. Hörmətlə--Acategory 05:06, 6 iyun 2011 (UTC)Cavabla
Baş üstə! Mübahisəni dərinləşdirməyə və genişləndirməyə qətiyyən maraqlı deyiləm. Bu həftəni Türkcə Vikipediyada yeni məqalələr yaratmağa həsr edəcəyəm. --►Cek Li Taranmesaj 05:30, 6 iyun 2011 (UTC)Cavabla
Mən zəngin Azərbaycan mədəniyyətinin Virtual məkana daşınmasında hər zaman maraqlı olmuşam. Çox istərdim ki, bürokratımıza ünvanladığım bu ismarıcıma Siz də imzanızı qoyardınız. --►Cek Li Taranmesaj 10:42, 6 iyun 2011 (UTC)Cavabla
Hörmətli Acategory xahiş edirəm bunu oxuyun: Azərbaycan Vikipediyasındakı səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər. Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün aşağıdakı şərtlərdən ən azı biri yerinə yetirilməlidir: a)İstifadəçi səsvermənin başlandığı tarixdən ən azı üç ay əvvəl qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 200 redaktə etmiş olmalıdır. b)İstifadəçi səsvermənin başlandığı tarixədək ən azı 600 redaktə etmiş olmalıdır. Qeyd: İstifadəçi səhifəsi, istifadəçi müzakirəsi və kiçik redaktələrin sayı yuxarıda göstərilən minimum redaktə sayının yarısından az olmalıdır.
Burada iki qayda verir. Deyir ki, əgər bunlardan biri sizə uyğundursa onda siz Q.Ş seçkilərinə qatıla bilərsiniz. Axı mənim 204 redaktəm var və buradakı 1-ci qaydaya uyğundur. Amma mən səs verə basıram başqa şey gəlir. Baxın bu gəlir.
SecurePoll Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا < SecurePoll Sorry, you are not in the predetermined list of users authorised to vote in this election.
Axı indi mən nə edim? Mənə kömək edin. — Bu imzasız yazı Rızayeva Leyla (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Siz mənim məqaləmi niyə pozduz? nəyidi onun qeyri ensiklopedik? --JameS RamireZ 19:13, 8 iyun 2011 (UTC)Cavabla
mən hansı siyasi mövqe güdürdüm? mənbələrə əsaslanmış bitərəf yazılmış məqalə idi. Qaytarılmasını tələb edirəm! --JameS RamireZ 19:30, 8 iyun 2011 (UTC)Cavabla
Hörmətli, ACategoriya. Yaratdiğım məqaləyə(Səttar Səfərov) Siz şəkil əlavə etmisiniz. Xahiş edirəm yüklədiyiniz şekili www.adam.az saytında olan şəkillə dəyişəsiniz, və Səfərovun soyadını böyük hərflə yazasınız. Çox minnətdaram!!! — Bu imzasız yazı S (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 12:49, 11 iyun 2011 (UTC) Çox sağolun!Cavabla
Axırıncı ad dəyişmənizdə diqqətinizdən qaçdığına görə balaca bir xəta yaranıb. İnanıram ki, görən kimi düzəldəcəksiniz. Hörmətlə --Acategory 17:25, 12 iyun 2011 (UTC)Cavabla
Salam Hörmətli Acategory! Xəbərdarlığa görə təşəkkür edirəm. Hörmətlə --E-citizen 07:31, 13 iyun 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Earth Song məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --sefer 16:53, 16 iyun 2011 (UTC)Cavabla
Vago salam. Südabə Həsənova məqaləsində etdiyiniz düzəlişə görə təşəkkür edirəm.--Acategory 16:06, 16 iyun 2011 (UTC)Cavabla
Salam. Universitetlərlə bağlı yaratdığınız məqalələrə görə Sizə ayrıca təşəkkürümü bildirmək istədim. Həqiqətən çox gözəl alınıb. Bir ilə mənim uni seçməyimə də böyük təsiri ola bilər) Uğurlar --Robert Langdon 16:21, 17 iyun 2011 (UTC)Cavabla
Hörmətli Acategory, sevə-sevə sizinlə bərabər bu işdə işləyərəm. Amma indiki halda bir qədər işim var. Amma çalışacam ki, ən qısa zamanda sizə qoşulum. Sizin bu fəaliyyətiniz təqdirəlayiqdir. --Robert Langdon 21:52, 17 iyun 2011 (UTC)Cavabla
Acategroy, xoş gördük. Sizdən bir xahiş edə bilərəmmi? əgər mümkünsə... Olar ki, universitetlər siyahısında ilk olaraq Avropanın kiçik amma gözəl ölkələrini yazasınız? Belika, İsveçrə, Avstriya və bunun kimi ölkələr. Əgər mümkünsə. Ən qısa zamanda isə İnşallah mən sizə bu işdə qoşulacam. --Robert Langdon 17:28, 20 iyun 2011 (UTC)Cavabla
Rövşən, planım universitetlər haqqında əlifba sırası ilə ölkələr barəsində yaratmaq idi. Ancaq xahişini nəzərə alıram. Sabahdan Avropanın inkişaf etmiş ölkələrini işləməyə başlayaram. Ancaq icazə verin Banqladeş haqqında olan materialı bitirim. Yarımçıq işi xoşlamıram. --Acategory 17:43, 20 iyun 2011 (UTC)Cavabla
Xahişimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Əlbəttə! İşinizi bitirdikdən sonra. Bir daha çox sağ olun. Hörmətlə --Robert Langdon 17:48, 20 iyun 2011 (UTC)Cavabla
xeyri olar deyə düşünürəm. --Robert Langdon 16:44, 21 iyun 2011 (UTC)Cavabla
Salam. Bu səhifədə hazırda bloklu olan istifadəçilərin siyahısı verilmişdir. Bu səhifədə isə fəaliyyəti sizi maraqlandıran istifadəçinin adını axtarışa verirsiz. Axtarışdan sonra açılan səhifədə yuxarı hissədə bloklama qeydləri var. O qeydlərə baxıb istifadəçinin nə vaxtsa bloklu olub-olmadığını görə bilərsiz. Hörmətlə:--Sortilegus 17:18, 17 iyun 2011 (UTC)Cavabla
Salam.Köməyə görə təşəkkürlər.--coci 17:06, 18 iyun 2011 (UTC)
Salam hörmətli Acategory ! İstəyidim biləmki ərəb əlifbalı hərflərlə bağlı məqalələr ərəb əlifba ilə olmağı yaxşıdır ya elə ﺏ məqaləsi kimin latın əlifba ilə qalmağı məsləhətdir? Bir hərfə iki məqalə yaradmaq çətin nəzərə gəlir. Ələmək olar "B" hərfinin məqaləsi latin əlifbasında olsu "ﺏ" məqaləsi ərəb əlifbasında. Hörmətlə --Ebrahimi-amir 05:14, 20 iyun 2011 (UTC)Cavabla
Ebrahimi-amir, salam. Sizin Acategory-ya verdiyiniz suala münasibətimi bildirmək istərdim: ərəb əlifbalı hərflərlə bağlı məqalələr latın əlifba ilə qalmağı məsləhətdir. Bir hərf eyni səslənsə də işarələr müxtəlifdir. Hər işarənin də özünün yaranma tarixi, xüsusiyyətləri var. Məqalədə keçid olsa və digər işarələr də göstərilsə yetər məncə. Bu mənim şəxsi fikrimdi, Acategory və ya siz bu fikirlə razılaşmaya da bilərsiz. Hörmətlə, --Irada 05:27, 20 iyun 2011 (UTC)Cavabla
Biz təklifləri verdik. Gözləyək görək başqalarının arqumentləri nə olacaq.--Acategory 13:58, 20 iyun 2011 (UTC)Cavabla
Hello! I wanted to ask: why did you cut out my diplom work book about Baku ?
- Baki - Küleklerin seheri - Bakı yazısı haqqında kiçik tarix + 2008-ci il 61 rəngli fotoşəkil. Alman, ingilis və AZƏRBAYCANLILARLA. Əli və Nino Fəvvarələr meydanı ilə simvolları
Please let me know what the problem is! There are not hardly books in three languages with contemorary photographs of Baku in the world! Thanks, Sebastian Burger ([email protected])
Xahiş edirəm, bizləri birdə heç zaman tərk etməyin. Sizi salamlayır və Sizdən hamıya nümunə olacaq məqalələr gözləyirik. Sizə dərin hörmətlə --Acategory 14:06, 20 iyun 2011 (UTC)Cavabla
Salam hörmətli Acategory! Xoş sözlərə görə çox-çox təşəkkür edirəm! Sizin kimi Ziyalıya, İnsana bizim cəmiyyətin böyük ehtiyacı var! Azviki cəmiyyətinidə fəaliyyətiniz ilə sevindirirsiz. Statusundan asılı olmayaraq vikicəmiyyətin hər bir üzvünə göstərdiyiniz hörmət digərləri üçün örnək olsun! Təşəkkürlər! Hörmətlə:--E-citizen 09:08, 21 iyun 2011 (UTC)Cavabla
Salam Acategory xahiş edirəm buna baxasınız. Winx club Mən orada şəklin altında sözləri necə yazım ki, ora düşsün? Görürsünüz ancaq səsləndirənlər düşüb. Birdə məqalənin aşağısında kateqoriyaları qoymağı bilmirəm. Bilmirəm ki, həmin şey hansı kateqoriyaya aiddir. Xahiş edirəm kömək edəsiniz. Hörmətlə--Rızayeva Leyla 13:51, 22 iyun 2011 (UTC)Rızayeva LeylaCavabla
Məsləhətə görə çox sağ olun.
Salam Səfər. İlham Əliyev məqaləsində yerləşdirdiyinz Azərbaycan bayrağı ölçücə çox böyükdür. Onu daha yığcam ölçü ilə əvəz etmək olarmı ?--Acategory 19:45, 23 iyun 2011 (UTC)Cavabla
Salam hörmətli Acategory. Məncə də indiki halında məqaləyə yerləşdirdiyim bayraq (əslində prezident standartı) o qədər də səliqləi görünmür. Necə məsləhət bilirsizsə elə düzəldin. Amma əslində dövlət xadiminin hakimiyyət simvolu olan standartı şablonun yuxarısında - şəklin üstündə göstərilməlidi. Məsələn bu məqalədə [8] olduğu kimi. Amma bizim dövlət xadimi şablonunun imkanları bunu etməyə şərait yaratmır. Ona görə də mən məcburən bu şəkildə düzəltdim. Ayrıca siz yəqin ki bilərsiz. Azərbaycan prezidentinin standartı İlham Əliyevin zamanında qəbul edilib. Amma onu digər Azərbaycan prezidentlərinə də aid etmək mümkündür, elə deyil mi? Əgər mümkündürsə digər Azərbaycan prezidentləri haqqındakı məqalələrə də yerləşdirmək olar məncə. --sefer 20:01, 24 iyun 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Manna məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --sefer 13:47, 25 iyun 2011 (UTC)Cavabla
İstifadəçi Azeri Warrior. Sizdən öz istifadəçi səhifənizdə iyun ayının 24-də etdiyiniz dəyişikliklə əlaqədar təcili izahat istəyirik. İdarəçi --Acategory 19:36, 25 iyun 2011 (UTC)Cavabla
Öz istifadəçi səhifəmdə yazı yazmışam,heç kəsi təhqir etməmişəm,heç kəsin adın yazmamışam,Heç bir qanunu pozmamışam,hansı izahatı tələb edirsiz? İstifadəçi --JameS RamireZ 22:57, 25 iyun 2011 (UTC)Cavabla
Siz öz istifadəçi səhifənizdə vikipediya qaydalarına zidd olmayan istənilən materialı yerləşdirə bilərsiniz. Bilmək istəyirik ki, PKK haqqında yazdıqLarınız Sizin simpatiyanızdır, yoxsa nə isə bir aksiyadır ?--Acategory 08:46, 26 iyun 2011 (UTC)Cavabla
Salamlar. Terror təşkilatını [9] təbliğ etmək (istifadçi səhifəsində olsada) vikinin qaydalarına ziddir [10].--Ebrahimi-amir 09:12, 26 iyun 2011 (UTC)Cavabla
Hörmətli Ebrahimi-amir. Dünən idarəçilərə ünvünladığınız sual məni maraqlandırdı. İstifadəçi Azeri Warriorun hüquqlarını pozmadan ona müəyyən suallar verdim. Hesab edirəm ki, məsələ sülh yolu ilə həll ediləcək. Nəzərə alaq ki, Azer gəncdir, cəmi 15 yaşı var.--Acategory 09:25, 26 iyun 2011 (UTC)Cavabla
--Ebrahimi-amir 09:28, 26 iyun 2011 (UTC)Cavabla
Acategory və Ebrahimi-amir EnVikinin qanunu və ABŞ-ın terror təşkilatları siyahısının AzVikiyə nə dəxli? --JameS RamireZ 17:41, 26 iyun 2011 (UTC)Cavabla
Salamlar. Vikipediya:Həftənin seçilmiş məqaləsi/26. Həftə 2011 boşdur. Lütfən növbəti məqaləni yerləşdirin. Hörmətlə --Ebrahimi-amir 03:56, 27 iyun 2011 (UTC)Cavabla
yə görə təşəkkür edirəm. Hörmətlə --Acategory 05:16, 29 iyun 2011 (UTC)Cavabla
Dəyməz:) --►Cek Li Taranmesaj 05:19, 29 iyun 2011 (UTC)Cavabla
Salam. İstifadəçi ilə onun istifadəçi müzakirəsi səhifəsindəki müzakirənizi oxudum. Mən orda öz fikrimi yazmışam və sözün düzü, seçkidən sonra istifadəçinin qeyri-müəyyən müddətə bloklanması məsələsini qaldırmaq istəyirəm. Amma digər tərəfdən də vikigörüşlərimizdə mənə çox xoş təəssürat bağışlayan, vikipediyanın zənginləşdirilməsində müəyyən xidmətləri olan istifadəçidir. Onsuz da çox az qüvvə ilə Vikipediyamızın zənginləşməsi üçün çalışırıq, belə bir vəziyyətdə fəal istifadəçilərdən kimi isə itirmək (bloklamaq, küsdürüb burdan uzaq salmaq (halbuki küsüb getməyi mən heç cür başa düşə bilmirəm)) bizə lazım deyil. Digər tərəfdən yazdıqları tənqid də yox, başdan-ayağa təhqirdir. Bu da əgər inzibati cəza tətbiq olunmasa burda onsuz da güclü olan cəzasızlıq sindromunun güclənməsi ilə nəticələnəcək. İnkişaf etmiş vikilərdə belə istifadəçiləri idarəçilərdən hansınınsa "himayəsi" altına alması praktikası var. O praktikanı mən burda istifadəçi Melikov Memmed ilə bağlı məsələdə tətbiq etmişəm (o müzakirələrdə cəmi bir dəfə təhqir sayıla biləcək ifadə işlətmişdi və bloklanmışdı). İndi istifadəçi ilə bağlı kimin nə şikayəti varsa mənə bildirir. Bəlkə İstifadəçi Rovshan.95-i siz bir idarəçi kimi himayəniz altına alasınız? Əgər belə olsa indiki blok müddəti bitəndən sonra mən onun qeyri-müəyyən müddətə bloklanması məsələsini qaldırmayacam və blokdan sonrakı fəaliyyəti ilə bağlı hansısa şikayətim olsa (eləcə də digər istifadəçilərin şikayəti olsa) onu sizə bildirib sizin qərarınızı gözləyəcəm. Hörmətlə:--Sortilegus 19:06, 30 iyun 2011 (UTC)Cavabla
Salalar bəy. Bu ip vandalizmlə məşquldur. Nəzərə gəlir bir-iki saatlıq bloklasaz yetər. Hörmətlə--Ebrahimi-amir 20:23, 2 iyul 2011 (UTC)Cavabla
Təşəkkürlər--Ebrahimi-amir 20:33, 2 iyul 2011 (UTC)Cavabla
Salam Acategory niyə Əli Ömərovun tək və yeganə Həqiqi Dövlət Ədliyyə Müşaviri olması barədə məlumatı silibsiniz. AzerAli 04:26, 3 iyul 2011 (UTC)Cavabla
Salam AzerAli. Vikipediya ensiklopediyadır, ensiklopediya dili isə quru və elmi olmalıdır. Ona gərə də məqalədə adı çəkilən şəxsin ancaq rütbəsi göstərilməlidir. Dediyiniz yazılış forması isə ancaq mətbuatda və şifahi danışıqda mümkündür. Sizdən yeni məqalələr və redaktələr gözləyirik. Müəyyən müddətdən sonra buranın yazılış qaydalarını asanlıqla tutacaqsınız. Hörmətlə --Acategory 05:15, 3 iyul 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! İdarəçi seçkisi ilə əlaqədar burada (Vikipediya:İdarəçilər) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə --Ebrahimi-amir 06:30, 4 iyul 2011 (UTC)Cavabla
Sizin fəaliyyətinizi çoxdan izləyirəm. Sakit və məhsuldar işləyirsiniz. Cənubi Azərbaycanla bağlı məməqalələrin yaranmasında fəaliyyətiniz böyükdür. Sevinirik ki, ərəb əlifbalı azərbaycan dilli məqalələr günü -gündən artmaqdadır. Hesab edirəm ki, idarəçiliyə layiq şəxslərdən birisiniz. Ancaq bununla belə seçki məsələsində tələsdiyinizi bildirməliyəm. Hər halda namizədliyinizi Siz yox, bir başqası versə daha yaxşı olardı. Fikrimcə seçki məsələsi bir sistemə salınmalıdır. Seçkinin keçirilməsi məsləsində böyük bir boşluq var. Onun kim tərəfindən təşkili məsələsi bilinmir. Sadəcə namizədlik irəli sürmək abzası kifayət deyil. Seçki ya müəyyən konkret vaxtlarda( məsələn ildə bir dəfə) ya da kənd meydanında geniş müzakirədən sonra keçirilməsi düzgün olardı. Artıq iki dəfə dalbadal tələsik və digərilərinin fikri öyrənilmədən keçirilən seçki uğursuz başa catır. Deməli seçki sistemimizdə bir konkretlik yaradılmalıdır. Hörmətlə --Acategory 04:59, 4 iyul 2011 (UTC)Cavabla
Salamlar. Məni kim namizədliyimi irəli sürməsi səhifənini tarixçəsində var (bunu hörmətli həmkarımız İstifadəçi:Elmaxtar (İstifadəçi:Elmju irəli sürüb) . Burda gedən bəhslərdə sizə köməkçi ola bilər. Hörmətlə --Ebrahimi-amir 05:05, 4 iyul 2011 (UTC)Cavabla
Hər halda Siz əvvəlki tələsik, məsləhətsiz və qalmaqallı seçkinin aqibətini görüb imtina edə bilərdiniz. Əsas fikirim isə kimin Sizin namizədliyinizi irəli sürməsi yox, seçki məsələsində müəyyən boşluqların olmasıdır. Siz bizim üçün dəyərli istifadıçilərdənsiniz. Hörmətlə--Acategory 05:26, 4 iyul 2011 (UTC)Cavabla
Diqqətinizə görə təşəkkür edirəm. Düzin istəsəniz elə həmin qalmaqalları görüb özümə iki yol görürəm. Ya buranı tərk etməliyik yada buranı curlamalıyıq. Hələ ki ikincisinə umudluyam. --Ebrahimi-amir 05:28, 4 iyul 2011 (UTC)Cavabla
Siz bizim üçün dəyərli yoldaşlarımızdan və zəhmətkeş istifaəçilərdənsiniz. Burada nə ediriksə xalqımızın elmi mariflənməsi üçündür. Bu iş şərəfli və qürurludur. Nəinki getmək, əksinə ziyalı dostalrılmızı bura dəvət etməliyik. Qısa zamanda bura 30 minlik məqalədən 73 minə qalxıb, onlarla yeni yaradıcı insanlar gəlib. Həmişə Sizi burada öndə görmək istəyirik. Hesab edirəm ki, əsas məsələ azərbaycanca elektron ensiklopediya yaratmaqdır, idarəçilik, bürokratlıq nəinki ikinci , axırıncı məsələdir. Keçən dəfə kənd meydanında 30-a yaxın dəyərli dostlarımızın adını şəkdim. Siz də o siyahıda var idiniz. Biz bir-birimizi qorumalı yaxşı cəhətlərimizi göstərməyi bacarmalıyıq. Sizə hörmətlə --Acategory 05:47, 4 iyul 2011 (UTC)Cavabla
Mən bir yana getmək fikrində dəyiləm. Mən buranı daha elmi bir çevrə görmək arzısındayam. Hörmətlə --Ebrahimi-amir 05:49, 4 iyul 2011 (UTC)Cavabla
Salam.Mən sizə bir neçə sual vermək istəyirəm.Sizi necə idarəçi seçdilər?,Kimsə vikipediyaya təzə yazı əlavə ediləndə bunu haradan bilirsiniz?Bir-bir bütün istifadəçilərin fəaliyyətləri olan səhifəyə baxırsınız?imkanınız olsa zəhmət olmasa cavab verin.Hörmətlə --Corcinya 14:28, 7 iyul 2011 (UTC)Cavabla
Siz mənə bir neçə sual vermisiniz. Onlara ardıcıllıqla cavab vermək istəyirəm :
Digər suallar olarsa yenəd cavab verməyə çalışıram. Fəaliyyiniz maraq doğurur və işlərinizə uğurlar arzu edirəm. --Acategory 18:20, 7 iyul 2011 (UTC)Cavabla
Vaxtınızı ayırıb cavab verdiyinizə görə çox sağ olun!--Corcinya 22:23, 8 iyul 2011 (UTC)Cavabla
Baxin) Artiq mennen cekinirler) Ona gore de Sorti kimi dirnaq arasi sakit adam meni omurluk bloklamaq isteyir. hahha. Men ona deyende o meni omurluk bloka cixarmadi. Niye cavab vermedi? Cunki bilir ki, menim hirsim basimdam asir. Hech ne yazmadi. Men sozumu demisem. Onlari tebrik edirem. Ciyine ciyine ela vurusurlar. Bir komandanin uzvleridir. Son toplantinda qerara alinib ki, rovsan omurluk blok olmalidir. i vse))) her sey bu qeder sadedir. Bilirem ki, siz de her seyi yaxsi bilirsiniz. ama bir az tanisliq olduguna gore hec ne demirsiniz. Neinki siz basqalari da demir.... Amma yeri gelse men haminizdan yaxin idim onlarla. ama men haqsizliga nifret edirem... Gorusenedek! --Robert Langdon 16:18, 8 iyul 2011 (UTC)Cavabla
Mənim xahişimlə Sizin müddətsiz bloklanmaq məsləniz müzakirədən çıxarılır. Sizi bloklamaq hüququ ancaq mənə verlir. Həmçinin Sizə ola biləcək bütün iradlar artıq Sizə yox, mənə bildirələcək. Bu eyni zamanda azərbaycanca vikipediyada yeni praktikadır.
Birdə sizə xoş xəbərim var. Sizin xahişinizlə Belçikada ali təhsil sistemi məqaləsi artıq hazrdır. Belçika universitetlərinin siyahısı məqaləsi üzərində isə iş gedir.--Acategory 16:34, 8 iyul 2011 (UTC)Cavabla
Salam Acategory.Mən Ay (zaman) məqaləsinə elə də çox olmayan əlavələr etdim.Qaralama yazısını indi oradan,həmin məqalədən çıxartmaq olar?--Corcinya 16:22, 17 iyul 2011 (UTC)Cavabla
Salam, Wiki idarəçi deyə axtarış etdim və sizi tapdım. Sizdən http://az.wikipedia.org/wiki/?q=%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_S%C9%99naye_Bank%C4%B1logo.jpg səhifəsindəki əlavə logoları yığışdırmaqla bağlı yardım istəyirəm. Xahiş edirəm köməklik göstərəsiniz. — Bu imzasız yazı Rafiqsv (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 10:09, 18 iyul 2011 (UTC)Cavabla
Salam.Xahiş edirəm hal-hazırda hansı aktiv seçkilər var onları mənə deyəsiniz.Təşəkkürlər.Rızayeva Leyla 08:56, 22 iyul 2011 (UTC)Rızayeva LeylCavabla
Hörmətli Acategory! Mükafata görə təşəkkür edirəm. Amma düzünü deyim ki, buna heç gərək yox idi. Mənə olunan təhqirə münasibətinizi bildirsəydiniz bu mənə bəs olardı. Atalar demişkən: Dost məni bir qozla ansın, o da çürük çıxsa belə yetər...--Irada 14:33, 30 iyul 2011 (UTC)Cavabla
Uzun müddətdən sonra növbəti mükafatla təltif olunmaq məni çox məmnun etdi. Sizə dərin minnətdarlığımı bildirirəm! Təşəkkürlər! --►Cek Li Taranmesaj 04:11, 1 avqust 2011 (UTC)Cavabla
Bu qədər müzakirələrin, təhqirlərin müəllifi, mübahisələrin səbəbkarı olan şəxsi "Ləyaqət və nəciblik nişanı" ilə qiymətləndirmək? Arifə bir işarə kimi qəbul edərdim, lakin Arifə bir işarə. Cekliyə 100000000 işarə belə etsəz çətin məsələ ki,........ Sizə dərin Hörmətlə--E-citizen 07:58, 1 avqust 2011 (UTC)Cavabla
Salam, hörmətli Acategory. Bu mükafatı Vikipediyanı qalmaqalsız, mehriban bir ailə kimi görmək istəyən idarəçinin təqdim etməsi sevindiricidir. Mükafata görə, ən əsası isə diqqətinizə görə Sizə təşəkkür edirəm. Müvəffəqiyyətlər arzusu ilə →VagoMüzakirə 08:22, 1 avqust 2011 (UTC)Cavabla
Təşəkkürlər bəy. İnşallah vikimiz daha güclü, daha zəngin olsun. Yaşasın Azərbaycan, yaşasın AzViki. --Ebrahimi-amir 16:19, 1 avqust 2011 (UTC)Cavabla
Mən də dərin minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. --N KOzi Müzakirə 04:19, 2 avqust 2011 (UTC)Cavabla
Təşəkkürlər :) -- Pərviz 15:31, 3 avqust 2011 (UTC)Cavabla
Bu qədər müzakirələrin, təhqirlərin müəllifi, mübahisələrin səbəbkarı olan şəxsi "Ləyaqət və nəciblik nişanı" ilə qiymətləndirmək? Arifə bir işarə kimi qəbul edərdim, lakin Arifə bir işarə. Cekliyə 100000000 işarə belə etsəz çətin məsələ ki,........ Sizə dərin Hörmətlə--E-citizen 07:58, 1 avqust 2011 (UTC)Cavabla
Hörmətli Acategory, "Ləyaqət və nəcabət nişanı" na layiq bildiyiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, türk vikipediyasının aqibətini yaşayırıq. Köhnə istifadəçiləri kimi bizdə yeni ensklopediya açıb ora transfer olacağıq. Çox əfsus Azərbaycan vikipediyasının bu gününə. Dərin hörmətlə --E-citizen 05:31, 2 avqust 2011 (UTC)Cavabla
Salam.Acategory siz mənə də "Ləyaqət və nəcabət nişanı" verməyəcəksiniz?Mən 27 məqalə yaratmışam və 6 redaktə etmişəm.Məncə bu elə də pis deyil.Hörmətlə --Corcinya 16:22, 2 avqust 2011 (UTC)Cavabla
Sağ olun!
Mükafata görə çox sağ olun.Xahiş edirəm deyəsiniz ki, 75 minin-ci məqalə mənim yaratdığım hansı məqalədir?Rızayeva Leyla 11:42, 2 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla
Birdə siz Corcinyaya da yazmısınız ki, o da 75 mininci məqaləni yaratdığına görə nişanla təltif olunur.Onda kimin yaratdığı məqalə 75 minincidir?Rızayeva Leyla 11:51, 2 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla
Onda belə başa düşürəm ki, o məqalə bilinmir nə də Corcinyanın məqaləsi deyil. Hə?
Siz bunu haradan bilirsiniz.Elə bir səhifə varsa xahiş edirəm mənə bildirin.Hörmətlə.Rızayeva Leyla 12:02, 2 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla
Azərbaycan Vikipediyasındakı 75 mininci məqalə Sizin yaratdığınız məqalədir. Adını deməyə çətinlik çəkirəm, ancaq o Sizinkidir. İnanıram ki, 100 mininci də Sizinki olacaq. İşlərinizə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 11:57, 2 avqust 2011 (UTC)Cavabla
Leyla xanım, azrəbaycan vikipediyasında 75 mininci məqalənin yaranması münasibəti ilə bütün istifadəçilər Şablon:Ləyaqət və nəcabət nişanı ilə təltif edilirlər.--Acategory 12:04, 2 avqust 2011 (UTC)Cavabla
Başa düşdüm.Çox sağ olun.Hörmətlə.Rızayeva Leyla 12:15, 2 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla
Sizi tanıdığım üçün hesab edirəm ki, Siz Vikipediya amalını yaxşı başa düşürsünüz. Siz və digər dəyərli ziyalılarımız burdan gedərsə buranı kimə tapşırmaq istəyirsiniz ? Axı görüləsi böyük ensiklopediya işləri hələ qabaqdadır. Gəlin yaradıcılıq məslələrini diqqətdə saxlayaq, yeni informasiyaları işləyək. Dəyərli dostlarımızı, tələbələri, universitet təhsilli insanları bura dəvət edək. Bunu bacararıq. Getmək, fəallığı dayandırmaq barədə isə heç fikirləşməyin. Bu sözlər yaradıcı, ancaq bir qədər radikal dostlarımıza da aiddir. Həyat mübarizədir, Siz isə güclüsünüz. Hörmətlə --Acategory 09:40, 2 avqust 2011 (UTC)Cavabla
--Azeri Warrior 15:09, 2 avqust 2011 (UTC)Cavabla
Salam.Sizdən bir şey soruşmaq istəyirəm.Əgər mən monitorun yuxarı hisəsindəki "çıxış" yazısından çısam və başqa maillə daxil olsam,bu (yəni Corcinya)silinəcək?--Corcinya 16:22, 2 avqust 2011 (UTC)Cavabla
Salam, zəhmət olmasa bu məqaləyə diqqət yetirin --Azeri Warrior 17:05, 2 avqust 2011 (UTC)Cavabla
İstinad etdiyiniz məqalə mənası olmadığına görə silindi. Diqqətinizə görə təşəkkür edirəm. Eyni zamanda istərdim ki, Azeri adı ilə müraciət edəydiniz.--Acategory 04:57, 3 avqust 2011 (UTC)Cavabla
Bakıdan kənarda olmağım vikipediyada az-az görünməyimə səbəb olub. Bildirim ki, Sizi heç kəs təhqir edə bilməz. Çünkü, Sizin ziyalılığınız və ədalətli mövqeyiniz hamıda dərin hörmət döğurur. Siz azərbaycn vikipediyasının ümüd yeri və nüfuz mərkəzisiniz. Kimsə Sızin ünvanınıza ehityatsız söz deyibsə bu atrıq onun böyük günahı və səhvidir. Sizin kimi insanları qorumaq və qiymətləndirmək lazımdır. Sizə münasibət mədəniyyətimizə və ziyalılığımıza olan münasibətdir. Sizə böyük hörmətlə --Acategory 07:44, 1 avqust 2011 (UTC)Cavabla
Xoş sözlərə görə təşəkkür edirəm, amma nə yazıq ki, təhqir ediblər və bu təhqirə görə də heç kim cəzalanmayıb və heç kim də üzr istəməyib. Amma Sizi əmin edirəm ki, bu belə qalmayacaq! Hörmətlə, --Irada 18:38, 2 avqust 2011 (UTC)Cavabla
P.S. Yuxarıda yazmışdınız ki, "xarakterə yox biliyə qiymət verirəm". Amma üzr istəyirəm - mən bununla razı deyiləm. İnsanın biliyi az ola bilər amma bu o demək deyil ki, ona dəyər verilməməlidir. Hər hansı bir sahəni yaxşı bilən kəs adi etik qaydanı bilmirsə, ona necə hörmət etmək olar? Atalar sözündə deyildiyi ki. "Alim olmaq asandır, insan olmaq çətindir" Hörmətlə, --Irada 19:19, 2 avqust 2011 (UTC)Cavabla
Salam.Mənasız və yersiz sualıma görə üzür istəyirəm.Sizin 13 yaşınız var,elədi?--Co Blek 16:22, 5 avqust 2011 (UTC)Cavabla
Co Blek, Vikipediya forum və ya FB deyil! Burada şəxsi suallar vermək etik sayılmır. İstifadəçi özü haqqında məlumatı lazım bildikdə, öz istifadəçi səhifəsində yazır! --Irada 09:07, 8 avqust 2011 (UTC)Cavabla
Hörmətli, Acategory! İmza sahibi heç bir səbəb olmadan başqalarını təhqir etməklə məşğuldursa, sizdən fərqli olaraq mən ona hörmət edə bilmərəm artıq. Yadımdadır ki, sizi də təhqir etmişdilər (məndən fərqli olaraq bilmədən). O şəraitdə siz heç də bütün diqqətinizi məqalə yaratmağa yönəltmirdiniz. Mən də sizə "birləşdirən prinsiplərə üstünlük vermək lazımdır" demədim. Məni təhqir edənə havadar çıxan artıq özü də məni təhqir etmiş olur. Uğurlar! --Irada 09:07, 8 avqust 2011 (UTC)Cavabla
Salam. Bu səhifə gələn il maya kimi istiqamətləndirmə səhifəsi olaraq qalmalıdır. AzVikidə bir neçə ildir bu təcrübədən istifadə olunur. Digər vikipediyalarda da belədir.--Emin | mesaj 18:25, 5 avqust 2011 (UTC)Cavabla
Dostumuz Eminn . Sizin azərbaycan vikipediyasında fəaliyyətiniz təqdirəlayiqdir və həmişə redaktələrinizi maraqla izləyirəm. Avroviziya mahnı yarışmaları haqqında yaradıcılığınız isə istənilən tənqidiə üstün gəlir. Ancaq razılaşın ki, mövcud olmayan hadisə haqqında ( söhbət 2013-cü ildə keçirələcək Avroviziya yaraşması haqqında gedir) məqalə yaradılması düzgün deyil ( bu məqalə mənim tərəfimdən silinmişdir). Bu məntiqlə 2014, 2015-ci il və sonsuz sayda məqalə yaratmaq olar. İstinad etdiyiniz analoji digər dil nümunələrinə baxdım. İngilis vikipediyasında 2013-cü il Avroviziya yarışması məlumatı avaroviziya yarışması haqqında məqaləyə keçid edir [11]. İstəsəz biz də belə edə bilərik. Əgər fikirlərimiz tam fərqlidirsə məsələni kənd meydanında da müzakirə edə bilərik. Hörmətlə --Acategory 14:50, 8 avqust 2011 (UTC)Cavabla
Mükafata görə çox sağ olun. Təşəkkür edirəm :)--Emin | mesaj 18:37, 5 avqust 2011 (UTC)Cavabla
Salam, hörmətli Acategory! AzVikidə fəaliyyətimə xüsusi qiymət verdiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm. Və məni "Ləyaqət və nəciblik nişanı" ilə təltif etdiyiniz üçün təşəkkür edirəm. Son vaxtlar yeriniz AzVikidə çox görünür. Fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə --Babək Akifoğlu 12:19, 6 avqust 2011 (UTC)Cavabla
Ləyaqət və nəciblik nişanı'na görə Sizə təşəkkür edirəm və etimadınızı doğrultmağa çalışacağam. Hörmətlə --Aydın Məmmədov 17:20, 6 avqust 2011 (UTC)Cavabla
Ləyaqət və nəciblik nişanı ilə məni təltif etdiyinizə görə Sizə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Hörmətlə --Araz Yaquboglu
Hörmətli İbrahim əmir. Vikipediyanın zənginləşdirilməsində göstərdiyiniz zəhmətə görə Sizə təşəkkür edirəm. Siz kollektivimizin dəyərli bir üzvünə çevrilmisiniz. Orden barədə isə düşünmək olar. Əgər olacaqsa birinci sahibi Siz olacaqsınız. Hörmətlə --Acategory 04:47, 9 avqust 2011 (UTC)Cavabla
Salamlar bəy. nizi geri qaytarmaqdan üzürlü sayın. Qaydada dəyişiklər bu səhifədə gedir. Lütfən redaktələrinizi oraya artırın. Əsli səhifə səsvermə keçirilməyincə dəyişilməsə daha düzgün olar. VP:VQ [12]. Hörmətlə --Əmir İbrahimi *danışıq* 04:05, 10 avqust 2011 (UTC)Cavabla
Salamlar bəy. Verdiyim mükafat sizin haqqınızdır.)) Mən yaraddığım iki mükafatı Mükafatlar səhifəsinə artırmışam, hörmətli Elmaxtar bəy də yalnız {{Ulduz}} şablonundan yararlanıb və hansısa bir yeni şablon yaradmayıb. Yaradılsa mən onuda mükaflar səhifəsinə artıraram. Hörmətlə --Əmir İbrahimi *danışıq* 04:55, 10 avqust 2011 (UTC)Cavabla
İstifadəçi səhifənizdə mükafatların düzülüşü çox gözəl olmuş... --►Safir yüzüklü Ceklimesaj 10:55, 10 avqust 2011 (UTC)Cavabla
Mümkündürmü ?
Salam, Cekli. Xoş sözlərə sağ olun. Ancaq bir məsələni həll edə bilmədim. İstərdim ki, mükafatlar hər cərgədə üç-üç olsun və mşəkillərin altında ayrıca çərçivədə onların rəsmi adı yazılsın. Kömək etsəniz təşəkkür edərəm. Birinə düzəliş etsəniz qalanlarını özüm baxıb düzəldərəm. Hörmətlə --Acategory 11:07, 10 avqust 2011 (UTC)Cavabla
Mümkün olmayan heç nə yoxdur. Hər şey mümkündür:) --►Safir yüzüklü Ceklimesaj 11:12, 10 avqust 2011 (UTC)Cavabla
Y Hamısı tamam.--►Safir yüzüklü Ceklimesaj 11:17, 10 avqust 2011 (UTC)Cavabla
Köməyə görə təşəkkür edirəm. Hörmətlə --Acategory 14:46, 10 avqust 2011 (UTC)Cavabla
haçandan Ata Şəhriyar İran ölkəsinindir. bizim Şəhriyar Güney Azərbaycannıdır və həmməşə Güneylı qalacaq. lütfən islah edin məqaləni.
Məqalə müzakirəsi səhifəsində ancaq həmin məqaləyə dair müzakirələr aparıla bilər deyin, müzakirəmizi istifadəçi səhifələrimizə keçirirəm.
Bir var "seçilmiş məqalə". Bu tip məqalələr əvvəl "seçilmiş məqalə laboratotiyası"nda səsə qoyulur. Əgər oradan keçərsə, son səsverməyə çıxarılır və əkəsəriyyət səs verərsə "seçilmiş məqalə" statusu alır, sağ küncünə ulduz işarəsi qoyulur və bura [13] yerləşdirilir.
Onda məsələn Avatar: Aanq haqqında əfsanə məqaləni "seçilmiş" və ya "həftənin seçilmiş" eləməyə istəsəm nə etməliyəm? --Мурад 97 19:12, 14 avqust 2011 (UTC)Cavabla
Dostum Murad. Sualınızın bir hissəsinə cavab verə bilmədim. Əgər hansısa məqaləni Siz seçilmiş məqalə etmək istəyirsinizsə, onda onu mükəmməl işləyib Vikipediya:seçilmiş məqalə laboratoriyası səhifəsinə yerləşdirməlisiniz. Onu oradan əsas səsverməyə keçməsi isə dostlarımızın fikrindən asılıdır.
Siz Avatar: Aanq haqqında əfsanə məqaləsinin həftənin seçilmiş məqaləsi olmasını istəyirsiniz ? --Acategory 15:16, 14 avqust 2011 (UTC)Cavabla
Əgər sabah məndən əvvəl kimsə həftənin seçilmiş məqaləsi səhifəsini işləməsə mən onu edərəm. Baxmayaraq ki, məqalə hələ bir qədər işlənməlidir.--Acategory 15:21, 14 avqust 2011 (UTC)Cavabla
Əgər sabah məndən əvvəl kimsə həftənin seçilmiş məqaləsi səhifəsini işləməsə mən onu edərəm. Baxmayaraq ki, məqalə hələ bir qədər işlənməlidir.--Acategory 15:19, 14 avqust 2011 (UTC)Cavabla
Salam. Murad. Bu həftə üçün seçilmiş məqalə 9 avqustda hazırlanıbmış. Ona görə də o məqalə avtomatik olaraq səhifəyə oturdulub. Avatar: Aanq haqqında əfsanə məqaləsi gələn həftə üçün seçilmiş məqaləyə hazırlandı və 22 avqustda səhifəyə avtomatik yerləşdiriləcək. --Acategory 04:01, 15 avqust 2011 (UTC)Cavabla
Səbəbini anlamadığım üçün bu redaktənizi geri qaytardım. Çünki hazırda nə müharibə gedir, nə də hər hansısa bir müharibə vəziyyəti mövcud deyildir. Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 12:29, 15 avqust 2011 (UTC)Cavabla
Mümkünsə, bu səhifədəki siyahıya bu gün əlavə etdiyiniz adımı çıxardın. Hal-hazırda Türkcə Vikipediyada əldə etdiyim zəngin təcrübəni Azərbaycanca Vikipediyada tətbiq etməklə məşğulam. --►Safir yüzüklü Ceklimesaj 12:37, 15 avqust 2011 (UTC)Cavabla
Təşəkkür edirəm! --►Safir yüzüklü Ceklimesaj 12:41, 15 avqust 2011 (UTC)Cavabla
Salam həmkar. Son vaxtlar AzVikidə istifadəçilər arasında baş verən mübahisələrin həllində göstərdiyiniz təmkinə, doğru qərarlarınıza, bitərəfliyinizə, ümumiyyətlə, gərginliyin azalması istiqamətindəki fəaliyyətinizə görə sizə öz təşəkkürümü bildirirəm. --Sortilegus 21:33, 16 avqust 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! VP:TYV qaydalarına əməl olunması ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı#VP:TYV_2011) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Melikov Memmed⇒email 06:25, 17 avqust 2011 (UTC)Cavabla
Dəyərli həmkarım mükafat görə Sizə təşəkkür edirəm! Bir az gec cavab verdiyimə görə üzr istəyirəm. Bu aralarda başım bir az qarışıqdır. Bir da mükafat görə Sizə təşəkkür edirəm! Çox sağ olun! :) --Proger danış 10:40, 17 avqust 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Dəstəyə görə təşəkkür edirəm. Məhz bu dəstəyinizdən sonra mən vikidəki fəaliyyətimi bərpa edirəm. Hörmətlə --E-citizen 11:04, 17 avqust 2011 (UTC)Cavabla
Sizin azərbaycan vikipediyasında fəaliyyətiniz təqdirəlayiqdir və həmişə redaktələrinizi maraqla izləyirəm. Avroviziya mahnı yarışmaları haqqında yaradıcılığınız isə istənilən tənqidiə üstün gəlir. Ancaq razılaşın ki, mövcud olmayan hadisə haqqında ( söhbət 2013-cü ildə keçirələcək Avroviziya yaraşması haqqında gedir) məqalə yaradılması düzgün deyil ( bu məqalə mənim tərəfimdən silinmişdir). Bu məntiqlə 2014, 2015-ci il və sonsuz sayda məqalə yaratmaq olar. İstinad etdiyiniz analoji digər dil nümunələrinə baxdım. İngilis vikipediyasında 2013-cü il Avroviziya yarışması məlumatı avaroviziya yarışması haqqında məqaləyə keçid edir [14]. İstəsəz biz də belə edə bilərik. Əgər fikirlərimiz tam fərqlidirsə məsələni kənd meydanında da müzakirə edə bilərik. Hörmətlə --Acategory 14:50, 8 avqust 2011 (UTC)Cavabla
Salam. Əvvəlcə, gec cavab verdiyim üçün bağışlayın. Xoş sözləriniz üçün çox sağ olun, amma, çox təəssüf ki, müəyyən səbəblərdən son bir il ərzində vikipediyada aktiv fəaliyyət göstərməmişəm. Dediyiniz məsələdə isə əslində elə mən də onu demək istəmişdim :) Ola bilsin fikrimi tam çatdıra bilməmişəm. Yəni məqalə yaradılmalı deyil, istiqamətləndirmə səhifəsi olmalıdır. Müzakirə:2013 Avroviziya Mahnı Müsabiqəsi səhifəsində də fikrimi bildirmişəm.--Emin | mesaj 14:16, 22 avqust 2011 (UTC)Cavabla
Somebody has classified them all as "turkic countries" which is wrong by all reputable academic sources. Even Turkish Wikipedia consider them as Iranian by origin, and only Azeri is unique. --Orijentolog 06:32, 29 avqust 2011 (UTC)Cavabla
At any respectable academic sources you refer to?--Acategory 06:45, 29 avqust 2011 (UTC)Cavabla
Ok, there isn't problem:
Don't get me wrong - I don't have anything against Azeri people and I don't want to deny that some Azeri authors consider those ancient peoples as Turkic or Azeri (even if it's not acceptable in rest academic World), but it's not fine to completely exclude Iranian origin which is considered by 99% historians around the World. --Orijentolog 07:06, 29 avqust 2011 (UTC)Cavabla
Thank you for the excellent scientific explanation. I am not a historian, not familiar with the issues. But I think there is no harm from the fact that the young scholar to do so may have a vision problem (even if it is not fully worked out). And on the other side of the Azerbaijani people attended entogeneze many nations and nationalities, including the Medes. According to this, to some extent we can consider their own. For its part would like to add that the people of Azerbaijan has an ancient history and culture. In Soviet times, all koordinirovalsya from Moscow. And then consider that all the peoples of the USSR from its origins pisoedinenie their land in Russia. NOW A lot of issues with izuchaetsya roots. E-mail, we obmenyatsya opinions and sometimes argue.--Acategory 07:36, 29 avqust 2011 (UTC)Cavabla
Salam Hörmətli Acategory! Necəsiz? Sizin Ramazan Bayramınızı təbrik edirəm! Allahdan Sizə can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Dərin hörmətlə tələbəniz --E-citizen 16:10, 30 avqust 2011 (UTC)Cavabla
Vikipediyanın ən xanım-xatın istifadəçisini mən də bayram münasibəti ilə təbrik edir, ailə səadəti və iş uğurları arzu edirəm. Hörmətlə --Acategory 16:52, 30 avqust 2011 (UTC)Cavabla
Təşəkkür edirəm :) Hörmətlə --E-citizen 17:00, 30 avqust 2011 (UTC)Cavabla
Salam, Vago. Sizin bir sıra məqalələrdə texniki düzəliş fəaliyyətinizə uğurlar arzu edirəm . Ancaq olarmı Siz bu işi proqramınıza gecə etməyi tapşırasınız ? İş burasındadır ki, proses neçə gündür ki, "son dəyişikliklər" səhifəsini tam tutub. O səbəbdən də dostlarımızın fəaliyyətinə, yeni redaktələrə baxa bilmirik, nəyisə nəzərdə saxlaya bilmirik. Hörmətlə --Acategory 12:14, 1 sentyabr 2011 (UTC)Cavabla
Etiraz etmirəm. İşlərinizə uğurlar.--Acategory 16:36, 1 sentyabr 2011 (UTC)Cavabla
Zaman məsələsi bütün vikipediya üçün bir saat qurşağıdır. Fəaliyyətinizdə elmlilik və məntiq hiss edilir. Universitet tələbəsisiniz ? --Acategory 10:01, 4 sentyabr 2011 (UTC)Cavabla
Salam. Təqdirə görə təşəkkürlər. Düzdür mənim sahəm beynəlxalq hüquqdur. Ancaq buradan bir hobbi kimi istifadə edirəm. Ona görə 2006-cı ildən Azərbaycan kinosundan başlamışam. Hələ də görüləcək işlər o qədərdir ki, öz sahəmə keçə bilmirəm. Amma planlarımda var. Azərbaycan kinosu üçün mənim elədiklərim taxıl anbarında ancaq bir dənə taxıl qədər ola bilər. :) Uğur olsun!
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Şirvanşahlar dövləti məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --sefer 20:47, 06 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli istifadəçi. Yaratdığınız məqalələrdə və etdiyiniz redaktələrdə xeyli dil qüsurları vardır. Sizdən sonra kimsə onları yenidən işləməyə məcbur olur. Ya azərbaycan dilini təmiz öyrənməyi , ya da redaktələri dayandırmağı Sizə məsləhət görürəm. Əks halda Sizin fəaliyyətinizə məhdudiyyət qoyulacaq.--Acategory 15:54, 6 sentyabr 2011 (UTC)Cavabla
Bu vikipediya'dakiler IRC kanalı istifadə edirlər mı? Duke ϡ»» ileti ^^ 18:22, 6 sentyabr 2011 (UTC)Cavabla
Şəkil:Kapitan_Amerika_İlk_qisasçı_poster.jpg yükləmə doğru mudur? Duke ϡ»» ileti ^^ 15:04, 7 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli Acategory, xahiş edirəm bir böyük kimi, eyni zamanda tərəfsiz admin kimi bu müzakirəni nəzarətə götürəsiniz: [15] E-citizen məqalənin mənbəsiz olduğunu müzakirə etdiyi halda [16] Melikov Memmed tərəfindən bütün tərəfsizlik prinsipləri pozuldu, istifadəçinin cinsi mənsubiyyəti, maaşı, babası və iş yeri yada düşdü. Vikipediya qaydalarına görə "Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir". Bu qaydanı pozan bloklanmalıdır. Düzgün qərar çıxaracağınıza ümid edirəm!
Qeyd:Bürokrata müraciət etmədim, belə ki, mənim təhqir olunduğum zaman onun iradəsizlik göstərməsi, ona inamımı heçə endirmişdir! Hörmətlə, --Irada 17:19, 8 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli İradə xanım. Müraciətinizə reaksiya verildi və istifadəçi Melikov Memed xəbərdarlıq edildi. Onun nəticə çıxaracağına ümüd edirəm.--Acategory 18:42, 8 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli Acategory. Məni bağışlayın yenədə Sizə təşəkkür edirəm. Mən xəbərdarlıqla kifayyətlənmirəm və bu təhqir mənə çox pis toxunub. Məsələnin daha ciddi həlini gözləyirəm. Hörmətlə --E-citizen 18:50, 8 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli E-citizen. Vikipediyada xəbərdarlığın özü ciddi cəzadır. Nəticə çıxarılmayacağı təqdirdə daha ciddi tədbir görüləcəkdir. Məsələ nəzarətə götürülmüşdür.--Acategory 19:04, 8 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür edirəm. Güman edim ki, digər idarəçilər xüsusilə mənə vaxtilə iki idarəçinin etirazına baxmadan xəbərdarlıq verən idarəçi və bürokrat bu məsələylə tanış olandan sonra ikinci xəbərdarlığını verməyəcək. Hörmətlə --E-citizen 19:24, 8 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli Acategory, salam. Dünən belə alındı ki, müzakirə Sizin səhifədə baş verdi. Ola bilsin ki, burada mənim də günahım var. Mənə olan müraciət gərək mənim istifadəçi səhifəmə yazılaydı, lakin mənə müraciəti sizin səhifənizə yazdıqları üçün, mən də məcbur olub burada cavab verməli oldum. Müzakirədə iştirak edən digər istifdəçilər etirz etməsələr, sildiyiniz mətni öz müzakirə səhifəmə köçürərdim. Hörmətlə, --Irada 08:45, 11 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli İradə xanım. Hər hansı bir poblem yaranmadı. Həmin hissəni Sizin müzakirə səhifəsinizə köçürdüm. --Acategory 08:57, 11 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür edirəm.--Irada 11:22, 11 sentyabr 2011 (UTC)Cavabla
Salam. Zəhmət olmasa bu məsələyə münasibətinizı bildirin: [18] --Irada 11:22, 11 sentyabr 2011 (UTC)Cavabla
Müraciət olduğuna görə məsələni araşdırıram və bu gün mövqeyimi bildirəcəyəm.--Acategory 13:42, 11 sentyabr 2011 (UTC)Cavabla
Salam. Zəhmət olmasa bu məsələyə münasibətinizı bildirin: [19] --Irada 11:22, 11 sentyabr 2011 (UTC)Cavabla
Müraciət olduğuna görə məsələni araşdırıram və bu gün mövqeyimi bildirəcəyəm.--Acategory 13:42, 11 sentyabr 2011 (UTC)Cavabla
Iradanın 11 sentyabr 2011-ci il tarixində mənə etdiyi müraciəti əsasında tam tərəfsiz araşdırma apararaq bu qənaətə gəldim :
Nəticə olaraq azərbaycan vikicəmiyyəti dörd istifadəçinin münaqişəsinin şahidi olmuş, yaradıcılıq əhval-uhiyyəsi pozulmuşdur. Fikrimcə hər dörd iştirakçı inzibati təsirə məruz qalmalıdır.
Ancaq....
Hesab edirəm ki, burada cəza metodu yaranmış situasiyanı yumşalda bilməyəcək. Hər dörd istifadəçi vikipediyanın formalaşmasında böyük rol oynamış anonim şəxslərdir. Təcrübələrini yeni istifadəçiləlrə bölüşmək, atmosferə təmkinlilik və qarşılıqlı güzəşt əhval-ruhiyyəsi gətirmək əvəzinə daima münaqişə etmək ilk növbədə azərbaycan vikipediyasının inkişafına ciddi maneçilikdir. Bu situasiyada qarşılıqlı ittihamları dayandıraraq adı çəkilən istifadəçiləri ciddi polemika şərtlrini gözləməyə, elmi mübahisələri qarşılıqlı ittihamlara çevirməməyə və cəza metodunu gündəlik alətə çevurməyə kömək etməməyə çağırıram.
P.S. Nəticə və şərh şəxsidir.--Acategory 19:09, 11 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli həmkar. Bir-neçə gündür Sizinlə istifadəçi --Irada arsında gedən polemikanın müəyyən qədər mənə də aidiyyatı olduğu üçün münasibət bildirməyə məcbur oluram.
Salam. Zəhmət olmasa bu ismarıclarımla tanış olun. Tanış olduqdan sonra mümkünsə münasibətinizi bildirin. --►Safir yüzüklü Ceklimesaj 12:19, 13 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli Cekli. Vikiktabda fəaliyyət göstərmədiyimə və idarəçiliyimin ora təsir imkanı olmadığına görə, bilmirəm mənim münasibət bildirməyim nə dərəcədə düzgün olar ? Hörmətlə --Acategory 12:38, 13 sentyabr 2011 (UTC)Cavabla
Sizdən başqa cavab gözləmirdim. İradanı yüksək səviyyədə müdafiə etdiyiniz üçün Sizə təşəkkür edirəm! --►Safir yüzüklü Ceklimesaj 12:44, 13 sentyabr 2011 (UTC)Cavabla
Salam. Zəhmət olmasa bu məsələyə münasibətinizı bildirin: [20] --Irada 11:22, 11 sentyabr 2011 (UTC)Cavabla
Müraciət olduğuna görə məsələni araşdırıram və bu gün mövqeyimi bildirəcəyəm.--Acategory 13:42, 11 sentyabr 2011 (UTC)Cavabla
Iradanın 11 sentyabr 2011-ci il tarixində mənə etdiyi müraciəti əsasında tam tərəfsiz araşdırma apararaq bu qənaətə gəldim :
Nəticə olaraq azərbaycan vikicəmiyyəti dörd istifadəçinin münaqişəsinin şahidi olmuş, yaradıcılıq əhval-uhiyyəsi pozulmuşdur. Fikrimcə hər dörd iştirakçı inzibati təsirə məruz qalmalıdır.
Ancaq....
Hesab edirəm ki, burada cəza metodu yaranmış situasiyanı yumşalda bilməyəcək. Hər dörd istifadəçi vikipediyanın formalaşmasında böyük rol oynamış anonim şəxslərdir. Təcrübələrini yeni istifadəçiləlrə bölüşmək, atmosferə təmkinlilik və qarşılıqlı güzəşt əhval-ruhiyyəsi gətirmək əvəzinə daima münaqişə etmək ilk növbədə azərbaycan vikipediyasının inkişafına ciddi maneçilikdir. Bu situasiyada qarşılıqlı ittihamları dayandıraraq adı çəkilən istifadəçiləri ciddi polemika şərtlrini gözləməyə, elmi mübahisələri qarşılıqlı ittihamlara çevirməməyə və cəza metodunu gündəlik alətə çevurməyə kömək etməməyə çağırıram.
P.S. Nəticə və şərh şəxsidir.--Acategory 19:09, 11 sentyabr 2011 (UTC)Cavabla
Səfər bəyin yazısından nə qədər qaydaları bilmədiyi bir daha ortaya çıxır. Birincisi, “bəy” deyə müraciət etmək o demək deyil ki, ardınca yazdığın təhqir heç də təhqir deyil. Anlaya bilmir ki, Vikipediyada istifadəçi öz maraq göstərdiyi sahədə sərbəst fəaliyyət göstərməlidir və bunu “şəxsi intriqa aparma” kimi qəbul etməyə heç kəsin haqqı yoxdur (VP:TYV), istifadəçi ortaya bir şey qoymaq haqqında heç bir öhdəlik götürməyib, "özünüz ortaya bir iş qoya bilmirsiz" də VP:TYV başqa bir şey deyil. Normal məqalə nədir? Elektron kitabların mənbələrini düzəldib Vikipediyaya copy-paste etməkdirsə, bildirirəm ki, bəhsə duraram ki, şəxsi arxivlərimdə olan elektron kitabların (4 dildə) sayı Azərbaycanda ikinci bir şəxsdə çətin ki, olsun. Mənbə məsələsi də əziyyət hesab olunursa bunun üçün sadəcə Worddə bir adi macros yazmaq da yetər, indiyə qədər heça proqramlarını, konvertorları C++ ilə özü yazan üçün bu heç nədir, “əziyyət” deyil. Ancaq mən bunu etməmişəm və gələcəkdə də etməyəcəm, bu Vikipediya prinsiplərinə uyğun ensiklopedik məqaləni məhv etmək deməkdir, yaratdığım 388 məqalə yəqin kiçik olduğu üçün “heç” sayılır, ancaq 5 çap vərəqi həcmində bir mətni kitabdan kopi-peyst edib seçilmiş məqalə hesab edən başa düşmür ki, heç kim onu oxumayacaq. Sonda, məqalə yaratmağa imkan vermir iddiasına açıq yazıram, nə qədər istəyirsiniz yaradın ancaq bunları seçilmiş məqalə etməyə qalxmayın, bu biabırçılıqdır, aşağıakı suallara cavab versəz yaxşı olar:
Müzakirə:Mehmanxana müzakirəsinə fikrinizi bilmək istərdim. Çox sağ olun. --Babək Akifoğlu 13:43, 16 sentyabr 2011 (UTC)Cavabla
Vikipediya idarəçilərindən və bir neçə aktiv üzdən müsahibə almaq və dərc etmək fikrindəyik, mənə e-mail ünvanınızı yaza bilərsinizmi? Mənim e-mailim: [email protected]
Diqqətinizə görə təşəkkür edirəm. Dərin hörmətlə:--Enver62 18:25, 18 sentyabr 2011 (UTC)Cavabla
Salam, Acategory. Vikipediya:Barışıq layihəsi barədə təklif və rəylərinizi bilmək xoş olardı. Şübhə etmirəm ki, bu layihəyə istənilən münasibətiniz Vikipediyanın inkişafına xidmət göstərəcək. Hörmətlə, →Vago ms 10:29, 19 sentyabr 2011 (UTC)Cavabla
Sizin sakit, yaradıcı və fundamental işləməniz mənə xoş gəlir. Uğurlar arzu edirəm. Hörmətlə --Acategory 17:51, 26 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür edirəm, sizin kimi dəyərli idarəçidən bu sözləri eşitmək çox xoşdur. --Babək Akifoğlu 17:55, 26 sentyabr 2011 (UTC)Cavabla
Salam, Acategory. Bu səhifədən niyə bütün redaktələrimi sildiniz? --Мурад 97 18:38, 27 sentyabr 2011 (UTC)Cavabla
Murad, heç nə silinməyib. Sənin düzəlişlərin yerindədir. Sadəcə olaraq mən ana səhifəyə hazırladlğım mətni yerləşdirdim.--Acategory 13:44, 27 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli Acategory, Kənd meydanındakı müzakirə deyəsən əbəs oldu. AzVikidə yeni-yeni ingilisdilli səhifələr yaranmaqdadır. Çarli Şin Cennifer Eniston Erik Roberts Enn Heteuey və s. Buna deyəsən heç vaxt son qoyulmayacaq. İstifadəçilər niyə başa düşmək istəmirlər ki, başqa dildə məqalə yaratmağın AzVikinin oxucularına heç bir xeyri yoxdur? Nə etmək olar? --Babək Akifoğlu 19:02, 27 sentyabr 2011 (UTC)Cavabla
Salam, Babək Akifoğlu. Məsələnin həlli mümkündür. Əgər məqalə tam xarici dildədirsə, o barədə idarəçilərdən birinə məlumat verin və o mütləq silinəcək. Yox əgər başlıq xarici dildədirsə, onun başlığını hər kəs dəyişə bilər. Əgər məqalənin işərisində xarici dildə mətn, cümlə və ya o dilə uyğun ifadələr vars, ora "qaralama-az" şablonu qoymmaq lazımdır. Necə ki, bunu mən etdim. Hörmətlə --Acategory 06:19, 28 sentyabr 2011 (UTC)Cavabla
Çox sağ olun. --Babək Akifoğlu 19:02, 28 sentyabr 2011 (UTC)Cavabla
Yenidən imzanızı görməyə şadam. Uğurlar arzu edirəm. Hörmətlə --Acategory 06:21, 28 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkürlər. --Əmir İbrahimi *danışıq* 06:24, 28 sentyabr 2011 (UTC)Cavabla
Salam. Vikipediya:Laboratoriyaya namizəd siyahısında fəaliyyət göstərməyiniz təqdirəlayiq haldır. Lakin nəzərinizə çatdırım ki, həmin səhifə səsvermə səhifəsi deyil. Səsvermə məqalələr Vikipediya:Məqalə laboratoriyası səhifəsinə yerləşdirildiyi andan etibarən başlayır. Vikipediya:Laboratoriyaya namizəd siyahısı isə sadəcə siyahıdır. Həmin səhifə təkmilləşdirilərək yaxşı və yaxud seçilmiş məqaləyə namizəd təqdim edilmək üçün laboratoriyaya daxil edilməsi arzulanan məqalələr üçündür. Yəni məqalə o səhifəyə yerləşdirilərkən, təkmilləşdirilməsi nəzərdə tutulur və məqalənin laboratoriyaya daxil edilməsini dəstəkləyən bir növ məqalənin laboratoriyada olduğu müddətdə onun təkmilləşdirilməsinə, yaxud zənginləşdirilməsi işində iştirak etməyə söz vermiş hesab edilir. İstifadəçinin həmin səhifəyə əlavə etdiyi məqalə idarəçilər münasib gördükdən sonra laboratoriyaya daxil edilir. Məsələn belə:
Təqdim edənlər (imza):
Laboratoriyaya daxil edilməsini idarəçilər münasib görmədikdə isə yekunlaşdırma belə aparılır:
Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 05:19, 30 sentyabr 2011 (UTC)Cavabla
İnformasiya üçün təşəkkür edirəm. Nəzərə alaram. Hörmətlə --Acategory 05:30, 30 sentyabr 2011 (UTC)Cavabla
lərdə dəqiqliyinizə görə Sizə təşəkkür edirəm.--Acategory 10:50, 30 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkürünüzə görə təşəkkür edirəm! Həmçinin, bu günün ən əhəmiyyətli hadisələrindən biri münasibətilə Sizi təbrik edirəm. Dərin hörmətlə, Xəzər sahillərində yaşayan --►Safir yüzüklü Ceklimesaj 10:56, 30 sentyabr 2011 (UTC)Cavabla
Salam, Murad97. Gələn həftənin Ana səhifəsində "Bilirsinizmi..." bloku üçün materialı səndən gözləyirik. Təqribən 10-12 informasiya olmalıdır. Eyni zamanda onların təmiz azərbaycan dilində olması vacibdir. Bazar ertəsi , 3 oktyabr üçün o səhifədə olmalıdır. Nəsə kömək lazım olarsa kiməsə müraciət edə bilərsən. Hörmətlə --Acategory 17:30, 30 sentyabr 2011 (UTC)Cavabla
Salam, Acategory! Xahiş edirəm, "Bilirsinizmi" şablondaki "Ferrari"nin şəkili bu şəkilə dəyişin. --Мурад 97 16:00, 3 oktyabr 2011 (UTC)Cavabla
Salam, Acategory... Ləyaqət və nəciblik nişanına görə təşəkkür edirəm.Gec gördüm üzürlü hesab edin. — Bu imzasız yazı Rzalı (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 00:13, 4 oktyabr 2011 (UTC)Cavabla
İstifadəçi Murad97. Siz arxivə verilimiş materialı dəyişmisiniz [22]. Bildirirəm ki, arxivi dəyişmək olmaz. Bunu bir daha etməməyi Sizin nəzərinizə çatdırıram.--Acategory 10:52, 6 oktyabr 2011 (UTC)Cavabla
Siz hansı məqaləni deyirsiniz ki,güya mən onu qəzet məqaləsinə bənzətmişəm.Xahiş edirəm məqalənin adını yazasınız.Birdəki mən məqalələri etibarlı,savadlı müəlliflərin yazdığıı kitablardan götürürəm.ELVİN Bağışov
Hörmətli Elvin Bağışov. yaratdığınız məqalələr ensiklopedik yox, qəzet məqalələri stilində işlənir Məsələn, Ontoloji sübut məqaləsində yazırsınız : " Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır. Axı xarici aləmdə "var" olmayan bir şey necə "ən mükəmməl varlıq" sayıla bilər? Anselmin müasirlərindən olan Qalino adlı bir keşiş,Anselmin müddəalarını rədd edir və deyir: "Öncə bunu nəzərə almaq lazımdır ki,biz insan olaraq "ən mükəmməl varlıq" məfhumunu düzgün dərk etmək iqtidarında deyilik. Məsələn, mən "insanlar" məfhumunu təsəvvür edirəm...".
Qəzet səhifələrində bu stildə gedə bilər, vikipediyada isə o verilməlidir :" Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında fəlsəfi nəticələrə əsaslanırdı. "Ən mükəmməl varlıq" formasının həqiqi və xarici aləmdə mütləq varlığa malik olması ideyası irəli sürülür. Anselmin müasirlərindən olan Qalino adlı keşiş, Anselmin müddəalarını qəbul etməyərəkbildirirdi ki, cəmiyyət "ən mükəmməl varlıq" məfhumunu düzgün dərk etmək iqtidarında deyilik..." və s.
Və yaxud Pitekantrop məqaləsində yazırsınız :"Adından göründüyü kimi,pitekantrop-avstralopitek adlanan və inkişaf etmiş meymunlarla ən ibtidai insan arasındakı keçid formasının bir nümunəsidir..."
Vikipediyada isə belə yazılır : "Pitekantrop-avstralopiteklər meymunlarla ən ibtidai insan mərhələsi arasında bir keçid formasıdır..."
Ona görə də hansısa materialı sadəcə məqaləyə köçürməyin, onu mütləq ensiklopediya tələbləri formasına gətirin. Ona görə də təcrübə toplayana qədər sadə məqalələr işləməyinizi təklif edirəm. Fəaliyyətinizə uğurlar arzu edirəm. Azərbaycan vikipediyasının idarəçilərindən biri --Acategory 18:32, 6 oktyabr 2011 (UTC)Cavabla
Salam. Adını dəyişdirdiyiniz və ya sildiyiniz məqalələrə başqa məqalələrdən daxili keçidlər ola bilər. Həmin məqalələrdə də müvafiq dəyişiklik etməlisiniz ki, onlarda qırmızı keçidlər görünməsin. Wertuose 05:07, 7 oktyabr 2011 (UTC)Cavabla
Salam, Wertuose. Bir qayda olaraq yeni və qaralama halında olan məqaləni silirəm. Adı isə o vaxt dəyişirəm ki, adı xüsusi isim olmur. Düzdür, buna digər məqalələrədən keçid ola bilər. Ancaq onların xətrinə adları yarımçıq olan məqalə adını saxlamaq düzgün olmazdı. Məsələn, adını dəyişdiyim Müstəqilliyin yüzilliyi məqaləsi kimi. Əgər başqa məqalədə keçid varsa, zamanında o da düzələcək. Hesab edirəm ki, ilk növbədə istinad məqaləsinin adı qrammatik cəhətcə dəqiq və qüsursuz olmalıdır.--Acategory 14:18, 7 oktyabr 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Almaniya məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Almaniya) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --Thunder Storm 04:46, 10 oktyabr 2011 (UTC)Cavabla
Salam Cekli. Bir sıra hallarda adi menecer vəzifəsi tutan insanlar üçün "Dövlət xadimi" şablonundan istifadə edilir və müvafiq kateqoriyaya salınır. Yəqin ki, onlar üçün "menecerlər" şablonu işlədilsə, yaxşı olardı. Bunu hazırlaya bilərdinizmi? Hörmətlə --Acategory 01:51, 9 oktyabr 2011 (UTC)Cavabla
Hörmətli Cekli. Yeni şablona görə təşəkkür edirəm, böyük iş gördünüz. Hörmətlə --Acategory 09:14, 10 oktyabr 2011 (UTC)Cavabla
Çox da böyük deyil:) --►Safir yüzüklü Ceklimesaj 09:17, 10 oktyabr 2011 (UTC)Cavabla
Salam. Mümkünsə Sefer azerinin bu redaktəsinə nəzər salın. O, saxtakarlıq edərək Sizin imzanızdan istifadə edib. --►Safir yüzüklü Ceklimesaj 13:06, 10 oktyabr 2011 (UTC)Cavabla
Dostumuz Səfər. Məsələ aydınlaşdı, artıq heç bir problem yoxdur. Hörmətlə --Acategory 04:39, 11 oktyabr 2011 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Sibir yupikləri məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Sibir yupikləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --Baskervill 13:49, 10 oktyabr 2011 (UTC)Cavabla
Salam. Mümkünsə bu ismarıcınızdakı 6 oktyabr sözlərini 13 oktyabr sözləri ilə əvəz edərdiniz. Çünki ismarıcı ayın 6-da deyil, 13-də yazmısınız. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 04:24, 14 oktyabr 2011 (UTC)Cavabla
Diqqətcilliyinizə görə təşəkkür edirəm. Səhvi düzəltdim.--Acategory 04:36, 14 oktyabr 2011 (UTC)Cavabla
Bir daha salam. Bu ismarıcınıza görə Sizə dərin minnətdarlıq bildirərək, xüsusi təşəkkür edirəm! Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 04:28, 14 oktyabr 2011 (UTC)Cavabla
Hörmətli Cekli. Ana Səhifədəki "Bilirsinizmi..." bölümü həftədə iki dəfə yenilənmə rejiminə keçmişdir. Əvvəlki materiallar xüsusi səhifədə yığılır. Diqqətimi cəlb etdi ki, rus dil səhifəsində arxiv materialları xüsusi cədvəllərə yığılır [23]. Onu bizdə də etmək olarmı ?--Acategory 05:23, 14 oktyabr 2011 (UTC)Cavabla
Əlbəttə. Etmək olar. --►Safir yüzüklü Ceklimesaj 05:48, 14 oktyabr 2011 (UTC)Cavabla
Əlavə olaraq qeyd edim ki, mən Bilirsinizmi bölməsinin gündəlik dəyişdirilməsinin tərəfdarıyam. Bu sahədə arxivləşdirmə yaratmağın tərəfdarı deyiləm. Tarixçənin olması kifayət edir. Cəmi 366 səhifə yaratmaq və hər birinə 9 və yaxud da 10 cümlə və 2 və ya 3 şəkil yerləşdirməklə avtomatik bir sistem qurmaq olar. --►Safir yüzüklü Ceklimesaj 05:55, 14 oktyabr 2011 (UTC)Cavabla
Salam. Xahiş edirəm ki, İstifadəçi:Socar28-in istifadəçi səhifəsinə yerləşdirdiyiniz bu məlumatı İstifadəçi müzakirəsi:Socar28 səhifəsinə köçürün. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 04:40, 17 oktyabr 2011 (UTC)Cavabla
Yuxarı Əskipara, Barxudarlı və Kərki işğal altında olan Azərbaycan şəhərləri.
Onlar Azərbaycan torpağı və erməni işğalı altında.
Salamlar, Zəhmət olmazsa, baxın görün şəkil:Həmzə xan Kəşküli.jpg Kəşküli tayfasının Qalereyasına niyə əyləşmir? Əvvəlcədən təşəkkürlər. Hörmətlə:--Enver62 09:02, 22 oktyabr 2011 (UTC)Cavabla
Salam hörmətli Acategory! Sizcə Murad97-yə 1 illik blok tətbiq edilməsi düzgündürmü? Fikrimcə onun bloku 2 həftə və ya maksimum 1 aylıq olması kifayət edərdi. Əgər eyni qayda pozuntularını yenidən təkrar edərsə bu səfər bir illik blok tətbiqi məncə daha məntiqli olardı. --Thunder Storm 06:31, 26 oktyabr 2011 (UTC)Cavabla
Salam, dostumuz Verman1. istifadəçi Murad97-nin bloklanması mənim üçün asan olmadı. Müəyyən intellekti və müəyyən elmi hazırlığı olan bir istifadəçidir. Kollektivdə də tez-tez müzakirələrdə iştirakı ilə tanınırdı. Ancaq onun qüsuru ondadır ki, o azərbaycan dilli vikipediya səhifəsində faəliyyətinə baxmayaraq, azərbaycan dilini çox zəif bilir. İçərimizdə dili tam və mükəmməl bilməyənlər yenə də var. Ancaq onlardan fərqli olaraq Nurad97 azərbaycan dilini öyrənmək istəmir və burədə tövsiyyələrə əhəmiyyət vermir. Şəxsən mənim ona bu barədə çoxsaylı təkidli müraciətlərim olub.
İkinci. O vikipediyada hamı üşün məcburi olan vahid qaydalara tabe olmaq istəmir. Bu barədə ona dəfələrlə bildirilib, lakin o bunları nəzərə almaqdan imtina edir. Məsələn, o kollektivin qəti etirazına baxmayaraq kiril əlifbası ilə məqalə yaradcığını elan edirdi. Digər dil səhifələrində bu tip iddiaya görə istifadəçi ömürlük bloklana bilir.
Üçüncü. O azərbaycan dilini bilmədiyinə görə rus dilində adi səslənən sözləri mexaniki tərcümə ilə azərbaycan dilində yazır, bu isə bir çox hallarda təhqir və kobudluq kimi səslənir. Məsələn, "sən məni güldürürsən", "baş düşmürsən ?" və s.
Dördüncü. Murad97 yalançıdır. Onun bir neçə dəfə yalanı tutulmuş, ancaq o buna görə üzr istəməyi ağlına belə gətirmirdi. Məsələn, o iddia edirdi ki, "Xətai " metrostansoyasında indinin üzndə azərbaycan dilində kiril qrafikalı əlifba ilə çap edilən kitab satılır. Özüm yoxladım, düz olmadığı üzə şıxdı. O özünü elə apardı ki, elə bil heç nə olmayıb. Və ya digər misal. Mən ona "bilirsinizmi" şablonun yeni səhifəsini hazırlamağı xahiş etdim. İmtina etdi. Sonra isə məni onun yaratdığını dağıtmaqda ittiham etdi.
Beşinci. Murad97 öz düşündüyünü zorla hamıya qəbul etdirməyə çalışır , bu alınmadıqda isə hamının əsəbləri ilə oynayır.
Altıncı. Tez-tez digər istuifadəçiləri təhdid etməyi sevir. Mən ondan doğrudan da 14 yaşı olduğunu soruşdum, fikirlərinin 14 yaşa uyğun omadığını bildirdim, yazışmamız oldu. Sonradan o bu yazışma ilə məni təhdid etməyə başladı. O azərbaycan dilini bilmədiyinə görə təhdidin də nə olduğunu da yəqin anlamır.
Bu səbəblərin sayını artırmaq olar. Hamısının bir səbəbi var: Murad97 uşaqdır. O yetkin deyil, uşaqdır. İnsan 16 yaşa qədər uşaq, 16-18 yaş arası yenitemə, 18-29-da gənc, 29-dan yuxarı böyük olur. Onun xasiyyətində isə hələki dəcəllik, yalançılıq, inadkarlkıq var. Bu isə 1 həfətlik, 1 aylq blok ilə düzəlmir. O böyüməlidir. Bunun üçün də mən 1 iillk blok seçdim. Ümüd edirəm ki, 15 yaşında kollektivdə kollektiv rəyi nəzərə almaql,. mədəniyyətlə fəaliyyət göstərməyin vacibliyin anlayacaq.
Onun rus səhifəsində bu günlərdə yazışmasına baxdım. Vasilyev adlı rus idarəçisinə "умольяю Bас" ("yalvarlıram sizə") yazır. Bizim vikipediyada etinasızlığı , hökmlülüyü sərhəd tanımır, digər dil səhifəsində isə yalvarır. Hələ mən demirəm ki, həmin o rus idarəçisinə azərbaycan vikipediyasından şikayət edir, bizlərin arqumensiz danışdığımızı elan edir, ona məsələni tam başqa formada izah edir.
İstəyirəm ki, o bir iillik fasilə zamanı böyüsün, xasiyyətində və davranışında müsbət dəyişikliklər baş versin, kollektivə kollektivlə işləmək əzmi ilə qayıtsın. --Acategory 10:10, 26 oktyabr 2011 (UTC)Cavabla
Salam Hörmətli Acategory. Mən Azərbaycan dilində olan vikipediyada əcnəbi dillərdə olan məqalələrə qarşıyam. Əgər həmin məqalələr sonradan Azərbaycan dilinə uyğunlaşdırlacaqsa belə bu çox cətin bir proeses hesab olunur. Məsələn mən Sibir yupikləri məqaləsini Azərbaycan dilinə uyğunlaşdırmaq üçün düz 1 ay vaxt sərf etdim. Digər tərəfdən 150 -yə yaxın geniş həcimli məqalənin hansı müddətdə Azərbaycan dilinə uyğunlaşdıralacağıda sual yaradır. Dərin Hörmətlə --Baskervill 10:08, 26 oktyabr 2011 (UTC)Cavabla
Dostumuz Baskervil. Dediklərinizlə razıyam. Ancaq vikipediyamızda maraqlı mövzu ilə bağlı material yerləşdirilir. Hələki ora "vikiləşdirmək" şablonu yerləşdirək. Sonra isə onu qaydaya salmaq olar. Razıyam ki, ona müəyyən vaxt gedəcək.--Acategory 15:26, 26 oktyabr 2011 (UTC)Cavabla
Hello. There is a problem with this system message, because the parameter $3 is missing (that's the block options). Could you please fix that (for example by adding $3 at the end of the message) ? You can see an example here. Thanks -- Quentinv57 20:38, 28 oktyabr 2011 (UTC)Cavabla
Hörmətli istifadəçi Melikov Memmed. Sizin Vikipediya:Bilirsinizmi/Arxiv səhifəsində etdiyiniz dəyişiliyi geri qaytardım. Sizin düzəlişiniz mənaca düz ola bilər, ancaq fikrimcə arxiv dəyişə bilməz. Çünki, o da tarixdir, tarix isə yenidən yazılmır. Hörmətlə --Acategory 06:40, 31 oktyabr 2011 (UTC)Cavabla
Siz Şablon:Bilirsinizmi məqaləsində verdiyim "elektrikləşdirdiklərdinizdənsinizmi" sözü barəsində sətiri silərək belə sözün olmadığını bildirirsiniz. Niyə ? Bu azərbaycan sözü deyilmi ? Çətin tələffüz edildiyinə görə praktikada işlədilmir. Ancaq söz azərbaycan dilinin qrammatikasına uyğun qurulub və insanlar arsında çaşmadan tələffüz etmək bacarığını yoxlamaq üçün islədilir. Xahiş eirəm silməyəsiniz və polemikanı müzakirə səhifəsində davam etdirək. Hörmətlə --Acategory 07:34, 3 noyabr 2011 (UTC)Cavabla
Keçmiş bir istifadəçi kimi sizdən bir şey istəyəcəm. Mənə Almaniyada neft mühəndisliyi və ya neft sahəsinə aid başqa fakültələri olan universitetlər siyahısı lazımdı. Sizin belə universitətlərin siyahısının və ya universiteti tapacağınıza ümid edirəm, Sonra isə bu universitətlərin adını bu emailə ([email protected]) göndərəcəyinizi səbrsizliklə gözləyirəm. Hörmətlə --Robert Langdon 22:57, 4 noyabr 2011 (UTC)Cavabla
Məşğul olaram.--Acategory 05:13, 5 noyabr 2011 (UTC)Cavabla
Salam Acategory.
Ümid edirəm ki, yaxşısız.
Mən Ziyəddin Məhərrəmov haqqında olan məqaləyə əlavələr etmək, onun daha əsas məqalələrinin adlarını məqaləyə artırmaq istəyirdim. Sözün açığı, məqaləni zənginləşdirmək fikrim çoxdan var idi, amma vaxt baxımından çox sıxıntılı olduğu üçün indi, şənbə axşamı Vikipediyaya baxa bildim. Amma sizin redaktənizi gördüm və soruşmaq istədim ki, bura əsas məqalə adlarını daxil etməyə dəyər, yoxsa yox.
Vikipediyanın katoloq olmadığını bilir və bu qaydalara əməl olunması alqışlayıram. Amma müəyyən sayda əsas məqalə adlarının saxlanılması da müəllifin fəaliyyəti barədə məlumat vermək üçün məqsədəuyğundur. Xüsusən də akademik fəaliyyət göstərən şəxslər haqqında.
Hörmətlə, --A_M_D m-f 17:39, 5 noyabr 2011 (UTC)Cavabla
Məsləhətləşməyinizə görə təşəkkür edirəm. Tərcümeyi- hallarda bir qayda olaraq ancaq kitabların adları sadalanır. Ancaq bunula belə Sizinlə razıyam ki, alimlrin səhifəsinə bir neçə əsas məqalə adı salmaq olar. Hansını edəcəyinizi Siz seçin. Hörmətlə --Acategory 20:10, 5 noyabr 2011 (UTC)Cavabla
Salam, Acategory. Necəsiniz? Sizi dünyanın ən gözəl və düzgün bayramlarından olan Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Allahın rəhmi üstünüzdən əskik olmasın! Hörmətlə, --Irada 16:13, 6 noyabr 2011 (UTC)Cavabla
Hörmətli İradə xanım. Gec də olsa müsajınıza cavab verir və Qurban bayramınızı təbrik edirəm. İşləriniz uğurlu, sağlamlığınız möhkəm olsun. Həmişə hörmətdə və nüfuzda olasınız. Sizə dərin hörmətlə --Acategory 15:59, 7 noyabr 2011 (UTC)Cavabla
Təşkkür edirəm! --Irada 10:09, 8 noyabr 2011 (UTC)Cavabla
Salam Acategory. 30 iyulda mənə verdiyiniz mükafatı indicə gördüm. Çox gecikən təşəkkürümə görə üzrlər. Çox sağ olun. Allah razı olsun. Uğur olsun!
P.S. Qurban bayramınız mübarək!
Salam hörmətli Acategory. Diqqətinizi Xankəndi məqaləsinə yönəltmək istəyirəm. Bu məqaləyə son dövrlər Maqdaun adlı istifadə tamamilə yersiz, heç bir əsası olmayan bir çox dəyişikliklər edir. Mən səhifəni düzəldərək yenidən normal qaydaya saldım, amma Maqdaun yəqinki yenidən bu səhifəni dəyişməyə cəhd edəcək. Xahiş edirəm ya məqalənin dəyişdirilməsi məhdudlaşdırılsın, ya da Maqdauna qarşı bir tədbir görülsün. Hörmətlə, --Thunder Storm 07:52, 12 noyabr 2011 (UTC)Cavabla
Bu dəyişikliklər mənim də diqqətimi cəlb edir. İdarəçi Sultan11 tərəfindən məqalə mühafizəyə götürülüb. --Acategory 21:08, 12 noyabr 2011 (UTC)Cavabla
Salam Acategory. Son vaxtlar Ana səhifədəki bölmələrin materiallarının yenilənməsi işini bir idarəçi kimi demək olar ki, təkbaşına yerinə yetirdiyinizə görə sizə təşəkkürlər. Bir sıra texniki problemləri həll edəndən sonra çalışacam ki, yanvardan bu işdə sizə köməklik edim. Hörmətlə:--Sortilegus 21:57, 13 noyabr 2011 (UTC)Cavabla
İrad düzgündür. Səsvermənin nəticəsi nəzərdən qaçdığına görə bu baş verib. Sonradan təkrarlanmaması üçün hər həftəni bir idarəçiyə həvalə etməyi təklif edirəm. Məsul idarəçi həm Ana səhifəni hazırlasın, həm son dəyişiklikləri nəzərdən keçirsin, həm də həmin həftəyə düşərsə seçilmiş məqalələr üzrə yekunlaşdırmanı aparsın.--Acategory 11:15, 14 noyabr 2011 (UTC)Cavabla
Salam. Zəhmət olmasa, bu səhifələrdə keçirilən səsvermələrdə iştirak edin: [24], [25], [26].--Emin | mesaj 19:48, 14 noyabr 2011 (UTC)Cavabla
Mənbəyi silməyin çünki əhəmiyyətli. Kilsə 2002-ci ildə Prezident Administrasiyasının tabeçiliyinə verilib və onun bazasında administrasiyanın İşlər İdarəsinin kitabxanasının yaradılması barədə qərar çıxarılıb.
Sizin göstərdiyiniz material mənbə sayıla bilməz. O bir qəzet məqaləsidir və yazıda heç bir rəsmi mənbəyə istinad edilmir. Rəsmi mənbə olarsa onu mütləq yerləşdirəcəyik. Hələki, sadəcə dövlətin mühafizəsində olduğu qeyd edilir.--Acategory 06:04, 16 noyabr 2011 (UTC)Cavabla
Şekilin menbeyi yoxdur ve 1918-ci ile aid olduğu şübhelidir.Meqalede qalmağını isteyirsizse menbeyini tapın.--Maximilien 17:55, 20 noyabr 2011 (UTC)
Hi, do you know what the correct name for The Lion King would be for this Wikipedia? It says the title is not written in this wiki's language according to Google Translate. It also says it's a stub but could you maybe translate something off of the Russian version or the English or Turkish? 65.254.159.13 19:21, 22 noyabr 2011 (UTC)Cavabla
Salam. Azərbaycan Hərbi Hava Qüvvələri səhifəsində Şəkil: Azərbaycan Hərbi Hava Qüvvələri.jpg görünmür.
Salam Acategory. Xahiş edirəm Xankəndi məqaləsinə semi-protected statusu verin, bu halda giriş etməyən birisi məqaləni dəyişə bilməsin. Məqalə çox bərbad hala salınmaqdadır. Mən hər dəfə onu düzəltməyə çalışırıam, lakin Maqdaun adlı istifadəçi və giriş etməyən digərləri (mən onların Maqdaun olmasından şübhələnirəm, çünki eyni şeylər yazırlar) yenidən məqaləyə əsassız məlumatlar doldururlar. Hörmətlə, --Thunder Storm 18:23, 25 noyabr 2011 (UTC)Cavabla
Problem məni də narahat edirdi və məqaləni mütəmadi olaraq nəzarətdə saxlayırdım. Ancaq son düzəlişlər onu mühafizə etmək üçün əsas verdi. Diqqətiniz üçün təşəkkür edirəm. Qaydalara riayət etməyən bir neçə istifadəçinin isə hələ də təcrübə toplayacağına ümüd edirik. Bu baş verməsə onlar haqqında da tədbir görmək məcburiyyətində qalacağıq. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory 18:30, 25 noyabr 2011 (UTC)Cavabla
Dostumuz Thunder Storm. Sizin etdiyiniz dəyişikliklər həmişə diqqətimi cəlb edir, vikipediyada məsuliyyətlə və elmi mənbələr əsasında işləməyinizin şahidiyəm. Fikirləşdim ki, mühafizəni adi istifadəçilər üçün də açıq etsəm, bəzi həskarlar bundan sui-istifadə edəcək. Ona görə də aşağıdakı variantı təklif edirəm: Siz materiallar toplayın, lazım olan anda məqaləni mühafizədən götürmək olar.--Acategory 18:51, 25 noyabr 2011 (UTC)Cavabla
Salam Acategory. Seçilmiş məqalə namizədləri səhifəsində səsvermələr bitib amma yekunlaşmayıb. Zəhmət olmasa yekunlaşdırardız --Frost 15:56, 30 noyabr 2011 (UTC)Cavabla
Sizi salamlamağa şadam. Siz hörmətlə --Acategory 17:08, 4 dekabr 2011 (UTC)Cavabla
Salam, Acategory, təəşəkküt edirəm. Mən də Sizi Vikipediyada görməyə şadam. Hörmətlə, --Irada 17:15, 4 dekabr 2011 (UTC)Cavabla
Azərbaycan vikipediyasında ciddi və elmli fəaliyyətiniz diqqəti cəlb edir. İşlərinizə uğurlar arzu edirəm. Eyni zamanda dərslərinizi bu fəaliyyətə qurban verməyin. Siz cəmiyyətə və vikipediyaya öz ixtisasınızın yüksək səviyyədə bilicisi kimi lazımsınız. Hörmətlə --Acategory 17:06, 4 dekabr 2011 (UTC)Cavabla
Salam, hörmətli Verman1. Cəbrayıl məqaləsinə etdiyim düzəlişləri geri qaytardınız. Səbəbini bilmək istəyirəm.--Acategory 11:00, 11 dekabr 2011 (UTC)Cavabla
Şadam ki, məsələ qarşılıqlı anlaşma ilə bitdi. Fəaliyyətiniz səmərəlidir və ona uğurlar arzu edirəm. Hörmətlə --Acategory 16:42, 11 dekabr 2011 (UTC)Cavabla
Sizi salamlayır və vikipediyanın Sizin dəyərli redaktələri üçün darıxdığı xəbərini Sizə çatdırmalıyam.--Acategory 17:48, 10 dekabr 2011 (UTC)Cavabla
Salam Hörmətli Acategory, diqqətinizə görə təşəkkür edirəm. Vacib düzəlişə görə burda olmalıydım. İnanmıram ki, bir daha əvvəlki enerjimi burda sərf edəm. Salamat qalın. Hörmətlə --E-citizen 06:28, 12 dekabr 2011 (UTC)Cavabla
Salam, Acategory. Mümkünsə, {{Marksizm}} şablonundakı terminlərin dəqiqliyini yoxlayardınız. Hörmətlə, →Vago ms 11:43, 19 dekabr 2011 (UTC)Cavabla
Salam Viki lider Acategory. Mən heç olmasa 10 dollar ianə etmək istəyirəm. amma gold və ya digər kartım yoxdur. başqa cür necə edə bilərəm. Hörmətlə: Araz Yaquboglu
Birdə sizdən bir xaiş də edim. bəlkə blok olma vaxtından əvvəl Ramil c istifadəçinin blokunu açasız. bu ona bir jest olar. o məqalədən mən də xəbardar idim. elə də zəif məqalə deyildi. amma məsləhət sizindir.
Sizi salamlayıram. Vikipediyada son zamanlar kütləvi halda vandalizm halları baş verir. Təxminən 20 vandalizm halından 18-ini bizlər qeri qaytarırıq, ancaq 2-si isə gözdən qaçır. Vəziyyət belə davam etsə durum yaman pis olacaq. Sizin bu barədə fikirinizi öyrənmək istəyərdim. Hörmətlə--Baskervill 19:47, 21 dekabr 2011 (UTC)Cavabla
Vandalizmi bir qayda olaraq yeni qeydiyyatdan keçmiş və qeydiyyatsız istifadəçilər edirlər. Ona görə də həmişə yeni adların redaktələrini nəzarətdə saxlayıram. Uğurlu işlərə sevinirəm. Təəssüf ki, vikipediyayaya qeyri-ciddi yanaşanlar da var. Onlara qarşı hamımız barışmaz olmalıyıq. Bacardığımız qədər onlara səbirli olaq, eyni zamanda düzgün yola dəvət edək. Qaydaları gözləməyənlərlə isə xudahafizləşməli oluruq.--Acategory 20:13, 21 dekabr 2011 (UTC)Cavabla
Salam Acategory. Mən son zamanlar bu istifadəçinin fəaliyyətindən şübhələnməyə başlamışam. Fikrimcə bu istifadəçi Vikipediyada qeyri-konstruktiv fəaliyyət göstərən digər istifadəçi MAQDAUN-un kuklasıdır. Bunu yoxlaya bilərsinizmi? --Thunder Storm 13:35, 25 dekabr 2011 (UTC)Cavabla
Bu istifadəçinin fəaliyyətini idarəçi kimi nəzarətə götürdüm.--Acategory 13:58, 25 dekabr 2011 (UTC)Cavabla
Salamlar, ElVikipedia istifadəçi həftədə bir kukla ilə vikipediyaya girib pozuculuqla məşğuldur. Qarabağ xanlarını, bir çox məşhur şəxsləri Xankəndli eləməyə çalışır. Xahiş edirəm onu nəzarətdə saxlayın. Hörmətlə:--Enver62 17:06, 28 dekabr 2011 (UTC)Cavabla
Onun etdiyi dəyişkliklərin böyük bir hissəsi mənbələrə əsaslanmadığına görə geri qaytarıldı. Vandalizm etmədiyinə görə hələ ki, sərt yol seçmək olmur. Bununla belə son dördə Qarabağla, xüsusi ilə də Xankəndi ilə bağlı əsaslanmamış informasiyaları yerləşdirmək cəhdləri hiss edilir. Məsələni nəzarətdə saxayırıq. Hörmətlə --Acategory 17:41, 28 dekabr 2011 (UTC)Cavabla
Azvikidə 10 mindən çox redaktə etdiyinizə görə sizə mükafat verdim. Bu mükafat sizin haqqınızdır. Uğurlu fəaliyyətinizin böyük maraqla izləyirəm. Hörmətlə--Baskervill 19:40, 28 dekabr 2011 (UTC)Cavabla
Yüksək mükafata görə Sizə tşəkkür edirəm. Azərbaycan vikipediyası kollektivində fəaliyyət göstərməkdən çox məmnunam. Sizin də işlərinizə uğurlar arzu edirəm.--Acategory 19:42, 28 dekabr 2011 (UTC)Cavabla