![]() |
Xoş gəldiniz, Aylanabi! |
![]() |
Salam, Aylanabi. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() |
— Araz Yaquboglu (müzakirə) 14:19, 3 mart 2022 (UTC)Cavabla
Salam həmkar. Əlavələrinizi Namiq Allahverdiyev (şəhid) adlı məqalədə edin. — Araz Yaquboglu (müzakirə) 12:29, 3 mart 2022 (UTC)Cavabla
Salam həmkar. Xahiş edirəm ensiklopedik olmayan məqalələr yaratmayın. O məqalələr zamanla silinir. Buradakı müzakirəyə də baxa bilərsiz. — Araz Yaquboglu (müzakirə) 12:04, 9 aprel 2022 (UTC)Cavabla
Hər vaxtınız xeyir. Siz kütləvi formada "copy-paste" məzmunla məqalələr yaradırsınız. Zəhmət olmasa, nəzərə alın ki, bu qəbildən olan məqalələr müvafiq qayda çərçivəsində silinə, habelə sizin fəaliyyətiniz də bir müddətlik məhdudlaşdırıla bilər. Zəhmət olmasa, bu məqamı gələcək məqalə tərtibatları zamanı nəzərə alarsınız. Köməyə ehtiyacınız olarsa, yardımçı olmağa hazıram. Uğurlar! — Burocan (müzakirə) 18:18, 26 may 2022 (UTC)Cavabla
Töhfələriniz üçün təşəkkür edirəm. Zəhmət olmasa yaratdığınız məqalələrə uyğun kateqoriyalar varsa, həmin kateqoriyaları əlavə edin.— White Demツnyaz 03:01, 24 iyul 2022 (UTC)Cavabla
Qraf Ulduzu | |
Hörmətli Aylanabi, son günlərdəki aktivliyinizə və töhvələrinizə, görə sizə minnətdaram.Gələcək fəaliyyətinizdə isə bol uğurlar arzu edirəm. — Hörmətlə: Qraf 061 (müzakirə) 13:28, 24 iyul 2022 (UTC)Cavabla |
Müəlliflik hüququ ilə qorunan faylları (kitab üzlükləri, loqoları, sizə məxsus olmayan istənilən fayl) Commons-a yükləməyin, onları siləcəklər, hətta buna davam etsəz sizi orda bloklaya bilərlər. Kitab üzlüyü yükləmək istəyirsizsə, Commons-a yox, AzVikinin daxilinə yükləyə bilərsiz. AzVikinin daxilinə yükləyəndə {{şəkil məlumatı}} şablonundan istifadə edin. Mənbə bölməsində mənbəni, lisenziya bölməsində də uyğun lisenziya şablonunu (kitab üzlüyü üçün {{Kitab afişası}}) qeyd edin mütləq. Məsələn, burdakı kimi. White Demツnyaz 15:14, 24 iyul 2022 (UTC)Cavabla
salam həmkar, yaratdığınız məqalələr vikiverilənlər vasitəsi ilə keçid verilmədiyi üçün həmin məqalənin digər dillərdəki tərcüməsi (həmçinin digər data və s.) görünmür. lütfən məqaləni vikiverilənlər vasitəsi ilə digər dillərdə mövcud olan məqalənin vikiverilənlərinə bağlamağı unutmayın. bununla məqalənizə daxil olan istifadəçi həmin məqalənin digər dillərdə də tərcüməsini görəcək və siz kitab, xarici keçidlər və s. tipli şablonlardan istifadə edəndə data avtomatik vikiverilənlərdən daha doğru və yenilənmiş formada idxal olunacaq, siz məlumatları bir-bir əllə əlavə etmək məcburiyyətində qalmayacaqsınız. fəaliyyətinizdə uğurlar. Atakhanli (müzakirə) 09:49, 29 iyul 2022 (UTC)Cavabla
Hər vaxtınız xeyir. Tərtib etdiyiniz Güc (roman) məqaləsində maşın tərcüməsi elementləri mövcuddur. Bu halın Vikipediya prinsipləri çərçivəsində yolverilməz olduğunu nəzərə alaraq, məqalədə müvafiq dəyişiklikləri aparmağınızı xahiş edirəm. — Burocan (müzakirə) 11:38, 29 iyul 2022 (UTC)Cavabla
Rəssam ulduzu | |
Dəyərli Həmkar son zamanlar aktiv fəaliyyətiniz və incəsənətlə bağlı yaratdığınız məqalələrə görə sizə təşəkkür edirəm. Gələcək fəaliyyətinizdə uğurlar! -- ☞QRAF☜ (✉ → ♕) 10:12, 29 avqust 2023 (UTC)Cavabla |
Salam. Töhfələriniz üçün təşəkkür edirəm. Zəhmət olmasa, məqalələri işləyərkən yer adlarını, şəxs adlarını, personaj adlarını Azərbaycan dilinə transliterasiya etməyi, uyğunlaşdırmağı unutmayın. Burada olduğu kimi. Hörmətlə, Şiroi Akuma 10:55, 3 sentyabr 2023 (UTC)Cavabla
Salam. Samir Rzayev səhifəsindəki redaktələrinizi geri qaytardım çünki mənbəli məlumatları mənbəsizlərlə əvəz etmisiniz. Misal üçün şəxsin doğum tarixi 3 mənbədə 12 avqust 1973 olaraq qeyd olunub. Siz hansı mənbəyə əsasən 9 may 1980 yazırsınız? Nemoralis (müzakirə) 14:23, 4 mart 2024 (UTC)Cavabla
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Suliddin Həsənov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Ədəd Ələsov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Çalışqanlıq ulduzu | |
Bu mükafatı sizə verirəm işlərinizdə sizə uğurlar. Vusalsuvarov1996 (müzakirə) 10:40, 28 mart 2024 (UTC)Cavabla |
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Manya Səxavətqızı səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Vüqar Oruc səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.