Salam. Mühafizəni müvəqqəti kənarlaşdırdım, lütfən məqalədə əlavə və düzəlişlərinizi qeyd edin. Hörmətlə, --Vago 09:41, 1 Sentyabr 2010 (UTC)
Salam Cekli. FİFA Dünya Kuboku 2010 səhifəsini nəzarətdə saxlaya bilərsən? Bir də imkan varsa bombardir və qızıl qol mükafatını məqalə də dəqiqləşdirib düzəliş edə bilərsən?--Bakuemil 08:46, 3 Sentyabr 2010 (UTC)
Düzəlişləri etdim. Amma yenə dəqiqləşdirməyə ehtiyac var. Məqaləni laboratoriyaya təqdim edirəm. -- Cekli829 14:10, 3 sentyabr 2010 (Cek vaxtı ilə)
Salam hörmətli Sortilegus, AzViki idarəçiləri commonsa yüklənən şəkilləri silə bilmirlər şərhini mənəmi yönləndimisiniz? Əgər elədirsə nəyi nəzərdə tutursuz? Başa düşmədim. --Bakuemil 19:25, 11 Sentyabr 2010 (UTC)
Salam Bakuemil. Mən istəyirəm ki, bizim vikidəki bütün şəkillər commonsa yüklənsin, sonra burdakı məqalələrə yerləşdirilsin. İstasnaların olmasını da qəbul edirəm. Bunu misal və nümunə kimi yazdım. Sizin fəaliyyətinizi də maraqla izləyirəm. Həm də təqdir edirəm. Hörmətlə:--Sortilegus 19:47, 11 Sentyabr 2010 (UTC)
Salam, Bakuemil. AzVikiyə yüklənmiş şəkilləri azad şəkillərlə əvəz etməyiniz istiqamətindəki fəaliyyətinizi təqdirəlayiq hesab edirəm və Sizə təşəkkür edirəm. Hörmətlə, --Vago 13:11, 22 Sentyabr 2010 (UTC)
Salam. Mən də Vagoya qoşuluram və sizə təşəkkür edirəm. Əslində, bu bizim Vikinin ən böyük problemlərindən biridir. Bacardığım qədər bu işdə sizə kömək etməyə çalışacam. Hörmətlə:--Sortilegus 20:34, 24 Sentyabr 2010 (UTC)
Salam. Hörmətli Vüsal, imkan olanda, vaxt tapanda müəlliflik hüququ olmayan şəkilləri (Üstündən 50 il keçmiş şəkilləri nəzərdə tuturam) Vikimedia-ya yükləyə bilərsiz? Bu bizə həmin şəkilləri digər Vikipediyalara əlavə etmək imkanı yaradar. Əlbəttə ki keyfiyyətli olanlar olarsa lap yaxşı olar. Bəzi commonsda olan və ya commonsa yüklənə biləcək şəkilləri bura əlavə edəcəm ki özün istədiyin kimi dəyişiklik elə. Tək yükləmək deyil bəzilərində altdaki məlumatları da dəyişmək lazım ola bilər. Uğurlar.
Salam Bakuemil. Zəhmət olmasa özün yekləyə bilərsən? Görək nə olur. Ancaq dərhal buradakını silməmək şərtilə. Bir ay commonsda qalsın görək orada nə deyirlər. Göstərdiyin şəkli kitabdan scan etmişəm. O qədər də keyfiyyətli deyil. Ancaq sən bir cəhd et. Uğur olsun!
--Vüsal Ağayev 18:15, 25 Sentyabr 2010 (UTC)
Sən tələsmə sil şablonu qoyma. Bir az gözləyək hətta 2 ildən sonra silinə bilən şəkillər də olur.
--Vüsal Ağayev 05:52, 26 Sentyabr 2010 (UTC)
Təbrikə və diqqətinizə görə təşəkkür edirəm. Göstərdiyiniz şəkillərdən yalnız birini özüm çəkmişəm, onu da köçürdüm commonsa [1].--sefer azeri 11:11, 27 Sentyabr 2010 (UTC)