. Love.az

Istifadeci Muzakiresi Ceyhun Midiyali - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Muzakiresi Ceyhun Midiyali
   Vikipediya Xoş gəldiniz, Ceyhun Midiyalı!
Tez-tez soruşulan suallar Salam, Ceyhun Midiyalı. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

samral müzakirə 15:15, 20 fevral 2024 (UTC)Cavabla

Ensiklopediyaya uyğun redaktə tərzi

redaktə
Son rəy: 9 ay öncə7 şərhMüzakirədə 3 nəfər

Salam hörmətli Ceyhun Midiyalı, Vikipediya "ensiklopediya" olduğu üçün burada mənbələrə uyğun olaraq konkret cümlələrlə yazmaq və mübaliğəli sözlərdən istifadə etməmək lazımdır. Məsələn, burada "alimlərimiz bildirirlər" olmamalıdır, "mənbələrə görə" olmalıdır. Həmçinin zəhmət olmasa cümlənin qrammatik quruluşunu da nəzərdə saxlayarsız, eyni linkdə "qıbçaq" yox "qıpçaq" şəklində olmalı idi. Və burada həmçinin, "tarixçi mənbə" yox "tarixi mənbə" olmalıdır. Lütfən göz atarsınız mətnə yenidən. Turkmen müzakirə 09:09, 20 iyul 2024 (UTC)Cavabla

Qardaş tarixçi mənbə sözünü düzəldə bilərsinizmi? O yerini tapa bilmədim. Ceyhun Midiyalı (müzakirə) 09:15, 20 iyul 2024 (UTC)Cavabla
Qardaşım hamısını düzəltdim. Ceyhun Midiyalı (müzakirə) 09:20, 20 iyul 2024 (UTC)Cavabla
@Turkmen istinadlara nəzər yetir — Bikar müzakirə 13:09, 20 iyul 2024 (UTC)Cavabla
@Bikar nəyisə düz etməmişəm? Ceyhun Midiyalı (müzakirə) 14:25, 20 iyul 2024 (UTC)Cavabla
@Bikar istinadları rus və ingilis vikipediyaların eyniadlı məqalələrindən götürmüşəm. Ceyhun Midiyalı (müzakirə) 14:28, 20 iyul 2024 (UTC)Cavabla
Çalışın Yutubdan və Vikipediyadan mənbə kimi istifadə etməyin. Vikipediya "mənbə deyil". Bax : Vikipediya:Etibarlı mənbələr Turkmen müzakirə 05:56, 22 iyul 2024 (UTC)Cavabla

Müraciətləriniz

redaktə
Son rəy: 9 ay öncə9 şərhMüzakirədə 2 nəfər

Salamlar. Sizin Vikipediyaya töhfələr verməyiniz çox xoşdur, davam edin. Xahiş edirəm ki, hər məsələ barədə Kənd meydanında başlıqlar açmayın, orada sadəcə idarəetməyə dair və texniki mövzular müzakirə olunur. Müraciətlərinizi müvafiq səhifələrə qeyd edin. Hörmətlə, Gadirmüzakirə 15:35, 21 iyul 2024 (UTC)Cavabla

Salamə qardaşım bir sualım var. Mən yeni bir məqalə hazırlamışam. İlkin baxışdan keçməyib. Sizcə niyə elə baş verir? Ceyhun Midiyalı (müzakirə) 15:43, 21 iyul 2024 (UTC)Cavabla
Məqalə adını qeyd edin zəhmət olmasa. Hörmətlə, Gadirmüzakirə 15:45, 21 iyul 2024 (UTC)Cavabla
"Urmu teorimi" məqalənin adı belədir. Ceyhun Midiyalı (müzakirə) 15:47, 21 iyul 2024 (UTC)Cavabla
Problem nədir anlamadım. Google axtarışında çıxmasını deyirsinizsə, məndə çıxır. Hörmətlə, Gadirmüzakirə 15:58, 21 iyul 2024 (UTC)Cavabla
Qardaşım ilkin baxış olmayıb nə deməkdir? Ceyhun Midiyalı (müzakirə) 18:05, 21 iyul 2024 (UTC)Cavabla
Skrinşut ata bilərsiz? Hörmətlə, Gadirmüzakirə 18:21, 21 iyul 2024 (UTC)Cavabla
Mən skrinşot ata bilmirəm. Ceyhun Midiyalı (müzakirə) 07:40, 22 iyul 2024 (UTC)Cavabla
Təəssüf ki, belə kömək edə bilmirəm. Siz ən yaxşısı, Telegram qrupumuza yazın. Hörmətlə, Gadirmüzakirə 09:38, 22 iyul 2024 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Ceyhun_Midiyalı&oldid=7709481"
LOVE.AZ