Hörmətli Baskervill Hüseyn Azizoğlu məqaləsində səsinizi silinsin olaraq istifadə etmisiniz, bilmək istərdimki bu nə dərəcədə düzgündür? siz Bürokrat səviyyəsində olan istifadəçisiz siz qanunları doğru dəyərləndirməli və Vikipedia istifadəçilərinə nümunə olmalısız. Zəhmət olmazsa nəyə görə silinsin olaraq səs vermisiz bu haqda cavab verəsiniz. Hörmətlə Vikimediaze (müzakirə) 15:53, 06.07.2020 (UTC)
Salam, Kənan Şıxəliyev səhifəsi silinsin yazmısız amma səbəb yazmamısız. Zəhmət olmasa rəyinizi əsaslandırın.
DƏVƏTNAMƏ | ||
Hörmətli Crepusculum/Arxiv 11! Sizi Hüseyn Azizoğlu məqaləsinin "Vikiləşdirmə" statusu alması üçün səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Salam həmkar. Silmiş olduğunuz bu məqalənin rusca versiyası (ru:Шукюров, Иса Гейдар оглы) var. Hesab edirəm ki, bərpa edə bilərsiniz. --Araz Yaquboglu (müzakirə) 14:58, 30 dekabr 2019 (UTC)Cavabla
Salam hörmətli həmkar. Sizə də, məlum olduğu kimi Ana səhifənin Xəbərlər bölməsi ilə əsasən siz və mən məşğul oluruq. Sizin bu sahədəki fəaliyyətinizi yüksək qiymətləndirirəm və buna görə sizə təşəkkür edirəm. Hesab edirəm ki, biz orada birlikdə fəaliyyət göstərməliyik. Belə ki, birimizin əlavə etdiyi xəbərin üzərindən 24 saat belə keçmədən onun silinməsi və digərinin əlavə edilməsini doğru hesab etmirəm. Məsələn mənim tərəfimdən dünən əlavə edilmiş 3 xəbər sizin tərəfinizdən silinib və doğrusu bu hal ilk dəfə baş verməyib. Rica edirəm ki, hər hansısa xəbəri əlavə edən zaman, tarixçədən son əlavə edilmiş xəbərin tarixçəsinə nəzər salasınız. Başqa bir təklif isə həmin bölmə üzərindəki işləri müəyyən bir qrafik üzrə bölmək olar.--Baskervill (müzakirə) 20:09, 1 yanvar 2020 (UTC)Cavabla
Zinaxanım Salamzadə səhifəsinin silinməsini başa düşmədim və qəbul edə bilmirəm. 85 yaşlı bu xanım Azərbaycanın ilk inşaatçı qadınıdır. Azərbaycanda ilk Azərbaycan SSR -nin Əməkdar İnşaatçısı adını alan qadındır. Canlı ensiklopediya, tanınmış simadır. Zinaxanım Salamzadə "XX əsr Azərbaycan qadınları" ensiklopediyasına düşən say-seçmə qaınlardandır. Onun adı orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə, xalq artisiti Nəsibə Zeynalova, tanınmış ədəbiyyatşünas alim Aidə İmanquliyeva və başqaları kimi görkəmli qadınlarla bir sırada çəkilir. Siz qeyri-ensiklopedik nəyə deyirsiniz? Ona qalsa vikipediyanın yarısını silmək olar. Onun haqqında səhifə uzun illər idi ki, var idi. Mən Zina Salamzadə haqqında olan köhnə yazını vikiləşdirmişəm. Azərbaycanca Vikipediya heç bir zasluqası, xidməti olmayan yüzlərlə futbolçu haqqında məlumatlarla doludur. Onları silmək lazımdır. Tikinti sahəsində çalışıb dövlətin ən yüksək təltiflərinə, orden və medallara layiq görülən inşaatçı-mühəndisləri, memarları yox.
Vikipediyada “məşhurluq” — məqalənin ensiklopedik yararlılığını müəyyən edən daxili meyardır.
Şəxs əhəmiyyətli bir mükafat qazanmışdır və ya bir neçə dəfə belə bir mükafata namizəd olmuşdur.
Şəxs öz iş sahəsinə böyük töhfələr vermişdir. Düşünürəm ki, Z. Salamzadə tikinti sahəsində çox məşhur bir sima kimi Vikipediyanın tələblərinə cavab verir.
Zinaxanım Salamzadə səhifəsini bərpa etmənizi xahiş edirəm. Orda göstərilən bütün məlumatlar düzdür, sənədlərə əsaslanır. Zinaxımın özündən, ailəsindən götürülmüşdür.
Hörmətlə,
İnsaatci muhendis
Salam həmkar. Hər gün 3 məqalə SNS etmək olar. Son əlavə etdiklərinizi çıxarıb sabah etsəz yaxşı olardı. --Araz Yaquboglu (müzakirə) 16:08, 22 yanvar 2020 (UTC)Cavabla
3 məqalə limiti hansı qaydada yazılıb ? Həmin qaydanı hökmən dəyişmək lazımdır --Baskervill (müzakirə) 19:08, 22 yanvar 2020 (UTC)Cavabla
Salam. Xahiş edirə buradakı redaktə müharibəsi aparan istifadəçi ilə bağlı tədbir görün. --Thunder Storm (müzakirə) 07:27, 21 fevral 2020 (UTC)Cavabla
Xahis edirik, bu istifadeci ile bagli tedbir goresiniz Thunder Storm (müzakirə) 06:49, 21 fevral 2020
Eyni zamanda hhson 07:09, 21 fevral 2020 Verman1 Müzakirə Fəaliyyətlər haqqinda. sehifede olan meqaleleri silmekle meshguldur.
Salam. Mümkündürsə Laboratoriyaya nəzər yetirərdiz. Hörmətlə.--Maqamedd (müzakirə) 17:20, 5 mart 2020 (UTC)Cavabla
salam.Mınim yaratdığım məqaləni niyə silmisiniz
DƏVƏTNAMƏ | ||
Hörmətli Crepusculum/Arxiv 11! Sizi bu məqalənin "Seçilmiş məqalə" statusu alması üçün laboratoriyada səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Salam Baskervill. Aşıq Seyid İbrahim adlı məqalə hazırlayıb müəyyən vaxt ərzində təkmilləşdirmək istədiyim üçün qaralama şablonunu daxil etmişdim. Lakin Toghrul Rahimli tərəfindən qeyri-ensiklopedik məqalə kimi silinmişdir. Məqalə tam şəkildə olmadığı halda qeyri-ensiklopedik məqalə olmasını necə təyin etmək mümkündür. Xahiş edirəm, bu məsələyə münasibət bildirəsiniz.--Şəhla Musaqızı (müzakirə) 07:55, 13 mart 2020 (UTC)Cavabla
Salam, laboratoriyaya əlavə etdiyim İstanbul məqaləsini silmisiniz. Səbəbini öyrənmək olar? — Ayxan İsmayılov (müzakirə) 09:30, 14 mart 2020 (UTC)Cavabla
Salam hörmətli həmkar! Mən sizi Ateizm məqaləsinin laboratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə çağırıram. |
Salam, bir müddət öncə İstanbul məqaləsini labaratoriyaya təqdim etdim, lakin bir çox çatışmamazlıqların olduğunu qeyd etdiniz. Bu çatışmamazlıqları mənə bildirə bilərsiniz zəhmət olmasa? Məqaləni daha da yaxşılaşdırıb yenidən təqdim etmək istərdim çünki. Əlavə olaraq, ingiliscə Vikipediyadakı eyniadlı məqalədən fərqli olduğu fikrini irəli sürdünüz lakin, məqalə Türkiyəyə aid olduğu üçün türkcə Vikipediyadan tərcümə etmişəm. Sadəcə mühüm və türkcə Vikipediyada yer almayan bölmələri ingiliscə Vikipediyadan yazmışam. Çoxsağolun. -- Ayxan İsmayılov (müzakirə) 17:43, 23 mart 2020 (UTC)Cavabla
Salam Elisa Lamın ölümü səhifəsini YM-a namizəd vermişdim.Niyə silmisiniz??--Advellerd 12:56, 1 avqust 2020 (UTC)Cavabla
Salam. Vidadi Əliyev (fizik) səhifəsini niyə silmisiniz, səbəbin bilmək olarmı? Hörmətlə, →Vago ms 10:22, 6 avqust 2020 (UTC)Cavabla
Salam. İndi fikir vermişəm ki, hətta iştirak etmədiyim müzakirədə mən və Araz Yaquboglu haqqında şərhlər yazmısınız. Zəhmət olmasa bir daha arxamca işlər görməyin, mən barədə nəysə yazırsınızsa adımı tağ edin ki, məndə müzakirəyə qoşulum. Üstəgəl mənimlə prinsip aparırsınızsa problem deyil. Amma Araz müəllimin atası rəhmətə gedib və onun adından 3-cü şəxs kimi istifadə edib şərhlər yazmağa haqqınız yoxdur. Məqalə icmanın qərarı ilə silinib və heçbir etiraz olmayıb. Bu hərəkətiniz açıq-aşkar nəzakətsizlikdir. Sonda qeyd edim ki, uzun uzadı mətn yazmağınıza ehtiyac yoxdur. Onsuzda oxumuram adətən. Bu hərəkətlərinizə davam etsəz, uzunmüddətli bloklanmanız üçün VP:İMZ-də müzakirə başladacam. Hörmətlə,— Turkmen müzakirə 17:47, 11 avqust 2020 (UTC)Cavabla
Salam, BNS-yə baxa bilərsiniz mi? Həftələrdir bitməli olan müzakirələr yekunlaşdırılmayıb. Vaxtınız olsa silinəcək səhifələr kateqoriyasındakı səhifələrə də baxardınız. Təşəkkürlər. Dr.Wiki54 (müzakirə) 11:38, 15 avqust 2020 (UTC)Cavabla
Salam, Camal Əli məqaləsini niyə müzakirəsiz silmisiniz. Özüdə güyə istinadsızdır. Google-də onun haqqında 250,000 məlumat var. Məqaləni bərpa edin.— Azerifactory (müzakirə) 23:55, 4 sentyabr 2020 (UTC)Cavabla
Salam çox hörmətli cənab Baskervill. Mənim bu yaxınlarda yaratdığım və YM statusu ilə dəyərləndirilmiş Geniş açılmış gözlərlə məqaləsi Türkmen adlı istifadəçi və idarəçi tərəfindən ciddi şəkildə redaktə müharibəsinə məruz qalır - [1] . Belə ki, Qüds və Yerusəlim adlandırılması haqqında keçirilən səsvermədə Qüds adına səs verən Türkmen indi də mənim yaratdığım məqaləyə istədiyi dəyişiklikləri edir və buna heç bir anlatım gətirmir. Bu səbəbdən də Sizdən xahişim budur ki, Geniş açılmış gözlərlə məqaləsini müvəqqəti olaraq mühafizə etməkdə yardımçı olun. Sizə dərin hörmətlə, --Farid Aliyev (müzakirə) 14:12, 1 sentyabr 2020 (UTC)Cavabla
Hörmətli həmkar, yenicə yaradıb iş gedir şablonuda yerləşdirmişdim. Necə deyəllər mürəkkəbim qurumiumış sildiniz. Zəhmət olmasa bərpa edərdiniz məqaləni tam bitirərdim. Eyni zamanda bildirim ki, bu şəxs, Azərbaycanlı olan rəssam vərəndən kənar dünyanın ən aparıcı və nüfuzlu sənət ocaqlarından biri sayılan Milan rəssamlıq akademiyasında təhsil alan ilk yeganə həmyerlimizdir. Və İtaliyada İtaliya mediasında yeni islubun yaradıcısı kimin tanınan bir həmyerlimizin vikidə məqaləsinin nədən yaratmayaq. Bu baxımdan birdaha xahiş edirəm məqaləni bərpa edəsiniz və yekunlaşdımağıma şərait yaradasız. Təşəkkürlər. Hörmətlə, — Conimax (müzakirə) 07:37, 7 sentyabr 2020 (UTC)Cavabla
Hello Crepusculum/Arxiv 11,
Really sorry for the inconvenience. This is a gentle note to request that you check your email. We sent you a message titled "The Community Insights survey is coming!". If you have questions, email [email protected].
You can see my explanation here.
MediaWiki message delivery (müzakirə) 18:46, 25 sentyabr 2020 (UTC)Cavabla
Salam. Siz məqalə namizədlərini qiymətləndirməyə təqdim edərkən bir neçə namizəddə Məqalə üzərində işləyən(lər): bölməsini boş qoymusunuz. Fikrinizdən yayındığını düşünüb bildirmək istədim. Çünki bildiyim üzrə həmin bölmə avtomatik dolmur. — Surə 🗯 09:23, 15 oktyabr 2020 (UTC)Cavabla
Salam, hörmətli Baskervill. Bir neçə dəqiqə əvvəl bu müraciətimi sildiyinizi gördüm, təəssüf ki. Bu və ya digər redaktələrinizi ayrı-ayrı şərh etmək istəmirəm. Nəzərə alın ki, sizin, mənim və digər təcrübəli istifadəçilərin etdiyi redaktələr yeni istifadəçilər tərəfindən normal hal kimi qəbul edilir və çox pis ənənə formalaşa bilər. Son dəyişikliklər səhifəsini yoxlayan onlarla istifadəçi var, ona görə belə redaktələr etməmişdən qabaq vikicəmiyyəti nəzərə almaq lazımdır. Siz mənimlə qarşıdakı 10 ildə də razılaşmaya bilərsiniz, amma bunu elə formada etmək lazımdır ki, nəzakətsizlik olmasın. Düşünmürəm ki, siz və ya digər istənilən idarəçi/təcrübəli istifadəçi vikipediyaya daxil olanda "görəsən, necə nəzakətsizlik etmək olar" niyyəti ilə fəaliyyətə başlayır. Ümid edirəm, fikrimi düzgün çatdıra bildim. Vikicəmiyyətin mehriban münasibətlərə və müzakirələrə ehtiyacı var.— Eminn ismarıc 20:04, 4 noyabr 2020 (UTC)Cavabla
Salam, Avstriya-Macarıstan kronu məqaləsi aylardır ki, qalıb elə qiymətləndirmə mərhələsində, halbuki xeyli sayda səs toplayıb. Xahiş edirəm, icraçı olaraq bu işlə bağlı tədbir görün. Hörmətlə, — Hilal knight (müzakirə) 11:22, 18 noyabr 2020 (UTC)Cavabla
Baskervill, hər vaxtınız xeyir. İstanbul Universiteti məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün baş tutan səsvermədə bildirdiyiniz müsbət rəyə görə minnətdarlığımı bildirirəm. Diqqətiniz üçün təşəkkürlər. — Burocan (müzakirə) 00:47, 5 dekabr 2020 (UTC)Cavabla
Salam, Hər vaxtınız xeyir olsun, məqalənin niyə silindiyini bilmirəm, mən sadəcə şəhidlərimiz üçün nəsə etmək istəyirəm,xaiş edirəm bir səfim varsa düzəldin , vəya mənə kömək edin mən düzəldim. Şəhidin ailəsidə məqalənin silinməsindən narahatdı,zəhmət olmasa bunu nəzərə alasınız.Diqqətiniz üçün minnətdaram .
Salam hörmətli Baskervill, siz Coşğun Məmmədli səhifəsini silinməyə namizəd kimi qeyd etdiz. Əvvəlcədən qeyd etmək istərdimki səhifənin yaratmaq məqsədim sadəcə həkimlər barəsində daha ətraflı məlumat verməkdir. Dr Coşğun Məmmədli Azərbaycanda kifayət qədər tannınmış bir həkimdir, və çalışdığı sahədə boyuk uğurla nail olub. Sizdən xahiş edirəm ki səhifəni silinmə namizədlərininən çıxarasız. Əvvəlcədən Sizə təşəkkür edirəm. Amiredigarov13 (müzakirə) 06:40, 11 dekabr 2020 (UTC)Cavabla
Baskervill Tamam sizinlə razıyam, sizin dediyiniz sozlərdə həqiqət var, bəs onda hansı nailətlər və ya məlumatlar qeyd edilməlidiki, şəxs vikipediya kriterialarını uyğun olsun, zəhmət olmasa bu sualımda yardımçı olardız. Amiredigarov13 (müzakirə) 07:03, 11 dekabr 2020 (UTC)Cavabla
Baskervill Bu cür açıqlamaya görə təşəkkür edirəm, sağolun.
Baskervill, hər vaxtınız xeyir. Son zamanlar məni narahat edən bir məsələ ilə əlaqədar sizi narahat edirəm. Milli Qəhrəmanların səhifələri sistematik formada vandallığa məruz qalır. Ən son Vəzir Orucov məqaləsi bu cürə mənfur münasibətə məruz qaldı, müdaxilə etdim və əvvəlki halına qaytardım. Mövcud vəziyyəti nəzərə alaraq, Milli Qəhrəman adı almış şəxslərə dair məqalələri 1 aylıq mühafizə etmək mümkündürmü? Diqqətiniz üçün təşəkkürlər. — Burocan (müzakirə) 13:50, 11 dekabr 2020 (UTC)Cavabla
Hello dear friend
how can i send you an email? my email is [email protected]
Mogoeilor (müzakirə) 05:58, 28 yanvar 2021 (UTC)Cavabla