Salam. Zəhmət olmasa Ana Səhifədə göstərilən həftənin seçilmiş məqaləsinin həcminə müdaxilə etməyin. Sizin əlavə etdiyiniz kiçik başlıq məqalə barədə heç natamam informasiyanı belə özündə ehtiva etmir. Məqalə barədə müəyyən qədər məlumat olmalıdır ki, oxucuda onun davamını oxumağa həvəs olsun. Ümüd edirəm ki, tərəfimdən yazılan məqalədə sizin tərəfinizdən edilən əlavəni geri qaytardığım üçün məni anlayışla qarşılayacaqsınız. Hörmətlə:--Baskervill (talk) 21:53, 21 yanvar 2014 (UTC)Cavabla
Salam həmkarım. Sizin yaratdığınız Kateqoriya:Per-Lazeş məzarlığında dəfn edilənlər kateqoriyasındakı dəfn edilənlər ifadəsini bəlkə dəfn olunanlar kimi ifadə edək. Necə məsləhət bilirsiz. Çünki bir neçə belə kateqoriya var ki onlar belə adlanır. Ya da bunları dəyişək bəlkə. Araz Yaquboglu (talk) 19:15, 20 fevral 2014 (UTC)Cavabla
Salam bəy. Buyrun necə məsləhət bilirsinizsə elə də olsun. Razıyam sizinlə. Hörmətlə:--Baskervill (talk) 19:16, 20 fevral 2014 (UTC)Cavabla
Salam Baskervill. Bu istifadəçi mənim e-mailimə məktub yazaraq blok olunduğu haqqında [1] məlumat verdi. İstifadəçi səhvini anladığını bildirdi və blokun ləğv edilməsini xahiş etdi. Baxdım ki, istifadəçinin fəaliyyətini əngəlləyən bloku siz qoymusuz. İstifadəçinin səhvini anladığını nəzərə alaraq xahiş edirəm, əgər mümkünsə bloku ləğv edəsiniz. Ümid edirəm ki, o bir də belə səhvlər etməyəcəkdir. --İrada (talk) 08:39, 24 fevral 2014 (UTC)Cavabla
Doğrudur, istifadəçi saxtakarlıq edib. Amma ona blok qoymamışdan əvvəl gərək xəbərdarlıq edərdin. Çünki açıq-aydın görünür ki, aktiv istifadəçi olsa da o qaydaları bilmir. İstifadəçiyə əvvəlcə müvafiq qaydanı başa salmaq, sonra isə bu qaydaya əməl etmədikdə onu bloklamaq daha məqsədəuyğundur. Buna görə də mümkünsə, bloku tam ləğv edərdin. Hörmətlə, --►Cekli829 05:23, 25 fevral 2014 (UTC)Cavabla
Salam Baskervill. Mənə elə gəlir ki, istifadəçi etdiyi işin məsuliyyətini anlamayıb, ona görə idarəçi şablonundan istifadə edib. Hər halda xahişimi qismən də olsa nəzərə aldığınıza görə təşəkkür edirəm. Hörmətlə, --İrada (talk) 06:54, 25 fevral 2014 (UTC)Cavabla
Salam, vikipediyada Qarabag haqqinda mahnilar meqalesi yaratmaq olar? Ya da Qarabag populyar medeniyettde (Karabakh in popular culture) --NovaSkola (talk) 04:07, 28 fevral 2014 (UTC)Cavabla
Salam NovaSkola. Vikipediyada istər müəllifi olan istərsədə şifahi formada yaranmış mahnılar barədə onlarla məqalələr mövcuddur. Küçələrə su səpmişəm məqaləsi buna misal ola bilər. Məncə əlinizdə mövzu ilə bağlı ətraflı və maraqlı məlumat olandan sonra heç bir problem yoxdur. Hörmətlə:--Baskervill (talk) 08:58, 28 fevral 2014 (UTC)Cavabla
Salam hörmətli Baskervil. Rahil Nəcəfov məqaləsinin saxlanmasının mümkün olduğunu düşünürəm. Gənc alimin fəlsəfə üzrə fəlsəfə doktoru olması, xarici elmi jurnalın redaksiya heyətinin üzvü olması onu ensiklopedik edir. Qərarınıza bir də baxmağınızı xahiş edirəm. Hörmətlə --Acategory (talk) 19:06, 28 fevral 2014 (UTC)Cavabla
Salam, Ana səhifəyə əlavələr edib bir neçə dəqiqə sonra geri qaytarmaq düzgün deyil. Yüz ölçüb bir biçmək lazımdır. Nəzərə alacağınızı ümid edirəm. Uğurlar.--Emin • ismarış 15:57, 3 mart 2014 (UTC)Cavabla
Salam İradə xanım. Kənd meydanında keçirilən Azərbaycan Vikipediyaçılarının I Milli Forumu ilə bağlı mətbuatda işıqlandırılmış xəbər keçidləri mövcuddur. Mən hal-hazırda mövcud olan bütün xəbər keçidlərini əlavə etdim və sizdən ricam sizin tərəfinizdən əlavə edilən 2 xəbər keçidini silməkdi. Çünki yeni bir xəbər olarsa dərhal mənim tərəfimdən əlavə ediləcək. Diqqətinizə görə öncədən minnətdaram. Hörmətlə:--Baskervill (talk) 19:46, 11 mart 2014 (UTC)Cavabla
Salam, Baskervill. Linkləri sildim. Daxil etdiyiniz linklərə, həmçinin Forumun təşkilində zəhmətinizə görə təşəkkür edirəm.--İrada (talk) 06:24, 12 mart 2014 (UTC)Cavabla
Zəhmət olmasa Bu linki də siyahıya əlavə edin. --İrada (talk) 08:59, 12 mart 2014 (UTC)Cavabla
Hörmətli Baskervill. Siz Vikipediyanın inkişafında göstərdiyiniz aktiv fəaliyyətə və Azərbaycan vikipediyasının 100 min məqalə səviyyəsinə çatması üçün çəkdiyiniz gərgin zəhmətinizə görə Vikipediyada xidmətlərə görə III dərəcəli mükafatla təltif edilirsiniz. Təbrik edirəm.--Acategory (talk) 04:25, 28 mart 2014 (UTC)Cavabla
Salam, bu adam haqqinda meqale yaratmaq olar? Men sadece o vaxt yaraddim, sizin terefinizden pozuldu. Amma mence bu adama meqale dushur. http://www.livelib.ru/author/502338 Ne qeder olmasa yazicidir. Bele Sara Reysi-Təbrizi menasiz meqalelerdense, onun bioqrafiyasi yaxsidir. Men sadece istemirem yaradim, sonra bu meqale pozulsun --NovaSkola (talk) 23:50, 28 mart 2014 (UTC)Cavabla
Salam,Baskervill zəhmət olmasa Mart soyqırımı məqaləsindəki "mənbə"nin altndakı yazını pozun. Bir də səhv etmirəmsə, burda İstinadlar olmalıdır, yəni, bu == İstinadlar == . Hörmətlə: --Zaur Turan(1994) (talk) 17:34, 31 mart 2014 (UTC)Cavabla
Həmin məqalədə baş verən vandalizm halları aradan qaldırıldı və həmin şəxs uzun müddətlik blokandı. Diqqətinizə görə isə sizə təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 19:58, 2 aprel 2014 (UTC)Cavabla
Salam. İstifadəçi səhifəndə belə bir dəyişiklik etdim. Daha dəqiqi Şablon:Baskervill/Mükafatlar ad fəzasını İstifadəçi:Baskervill/Mükafatlar ad fəzası ilə dəyişdirdim. Vikisistemin belə texniki imkanları olduğu üçün bunu etmək daha məqsədəuyğundur. Çünki şablonlar əsasən daha çox kütləvi istifadə üçün nəzərdə tutulub. İstifadəçi səhifəsi ilə bağlı isə bu kimi hallarda ayrıca şablon yaratmaq səmərəli deyil. Mümkünsə, istifadəçi səhifəndə olan digər belə səhifələrdə özün müvafiq dəyişikliyi edərdin. Hörmətlə, --►Cekli829 03:56, 2 aprel 2014 (UTC)Cavabla
Salam. Bu şəxs barədə məqalənin olması hansı məqsəd daşıyır? Bu şəxs və bu şəxsin rəhbəri olduğu təşkilat barədə bizim vikidə nədən məqalə olmalıdır? Həmin məqalələr silinməlidir. --Baskervill (talk) 21:22, 17 aprel 2014 (UTC)Cavabla
Salam Rüstəm bəy. Sizə Ulduz mükafatı verdim. Bu münasibətlə sizi təbrik edirəm və tərəfinizdən qısa zamanda göstərilən dəyərli fəaliyyətlə buna tam layiq olduğunuzu düşünürəm. Hörmətlə:--Baskervill (talk) 21:54, 17 aprel 2014 (UTC)Cavabla
Salam. Nihat bəy. Çox sevindim təşəkkür edirəm. RuST4M-RSA (talk) 06:32, 18 aprel 2014 (UTC)Cavabla
Salam, çox hörmətli --Baskervill . Məşhur Politoloq Elman Nəsirov haqda məqalə yaratmaq istəyirəm.Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktorudur. O, Azərbaycanın ən gənc professoru adına layiq görülüb. Keçən dəfə onun haqda məqalə yerləşdirdim və qeyri-ensiklopedik adlandırıb sildiniz. Məqaləni silməməyiniz üçün nə etməliyəm? Çix xahiş edirəm cavab verin! Minnətdaram. — Bu imzasız yazı Elman Nəsirov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam hörmətli həmkar. Eyni qayda ilə bir çox istifadəçiyə müraciət edərək onların fikri ilə tanış olmaq istərdim. Yunanıstan əhalisi adlı məqaləni yazmağa yenicə başlamışdım ki, kiçik bir problemlə üzləşdim. Nəticəsi elan edilmiş son sayıma (1951-ci il) əsasən Yunanıstanda əhalinin danışdığı dillərdən biri də slavyan dilidir. Bu toplum haqqında belə bir məqalə var ing.dilli vikidə: Slavic speakers of Greek Macedonia (Yunan Makedoniyasında Slavyan dillilər) buradan anlamaq olmur bu dili bolqar yoxsa makedon dilinə daha yaxın hesab etmək lazımdır. Digər vikilərdə bunlar ya yunan, ya bolqar ya da makedon kimi göstərilib. Bəlkə bu barədə məlumatınız ola: bunlar hansı xalqın alt qrupudur ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:02, 19 aprel 2014 (UTC)Cavabla
Salam, Hörmətli Cekli829. Zəhmət olmasa (Cavid Sumqayıtlı) adlı istifadəçinin blok müddətinin vaxtından bir necə gün əvvəl sonlandırılmasına şərait yaradasınız. Çünki həmin şəxsin sabah bizimlə viki görüşü var və hesabı bloklandığından burada heç bir əlavə və dəyişikliklər edə bilmir. Ümüd edirəm ki, müraciətim müsbət cavablandırılacaq. Hörmətlə:--Baskervill (talk) 20:55, 19 aprel 2014 (UTC)Cavabla
Salam cənab Baskervill. Mənim Sizdən bir xahişim olacaq, mənim yaratdığım Sitqlogge məqaləsində İsveçrənin xəritəsini və onun üzərinə abidənin koordinatlarını yerləşdirmişəm. Lakin xəritədə koordinat bir az düzgün deyil - yəni o nöqtə ki var (qəsr formasındakı kiçik simvol) o İsveçrənin cənub-qərb hissəsini göstərir. Halbuki abidə İsveçrənin şimalında, yəni Bern şəhərinin yerləşdiyi ərazidə durmalıdır. Bu kiçik problemi həll etməkdə mənə kömək edə bilərsinizmi? --Keete 37 (Farid Aliev) (talk) 21:30, 24 aprel 2014 (UTC)Cavabla
Salam. Siz mənə yazmısınız ki Musa Bayramov ensiklopedik şəxs deyil. Amma bu bele deyil.O görkəmli alim, 7 kitabın müəllifi, bir çox mukafatlara layiq görülmuş kimyaçılarmızdandir. Mən sizə uzun yazmag istəmirəm amma xahiş edirəm diggətlə məqaləyə göz yetirin. Hörmətlə Laym701 (talk) 12:30, 26 aprel 2014 (UTC)Cavabla
İnformasiya üçün təşəkkür edirəm :) --Orientalist1979 (talk) 17:07, 30 aprel 2014 (UTC)Cavabla
Salam Baskervil. Azərbaycanca vikipediyasının Ana səhifəsində " Bilirsinizmi" bölməsini 26 mayda mən yeni məteriallarla əvəz etdim. Çünki, bu bölmə vaxtaşırı dəyişdirilməlidir. Amma nədənsə siz onu geri qaytararaq 22 maydakı materialla əvəz etdiniz. Səbəbini bilə bilərəmmi ? Hörmətlə --Acategory (talk) 03:37, 27 may 2014 (UTC)Cavabla
Salam Həmkar. Fikrimcə Asif Əfəndiyev məqaləsi ensiklopedikdir. --Araz Yaquboglu (talk) 15:46, 21 iyul 2014 (UTC)Cavabla
Salam,elə həmin tarixdə doğulmuş 13 yaşlı amerikalı uşaq videoblogger haqqda məqaləsi nə qədər normalsa yerli bloggerlərimiz haqqda olması da normaldır. Ki siz amerikada yaşadığınız normaldı,azərbaycanlı olduğunuz üçün normal gəlməməyi də bir o qədər normaldır. Normalara uyğun görmürsüzsə silinməsinə etiraz etmirəm. Hörmətlə.
Azərbaycan dilinin qaydaları deyende neyi nezere tutursuz?--Qobustan 10:01, 25 avqust 2014 (UTC)Cavabla
Salam Hörmətli Acategory. Sizin son zamanlar Bilirsinizmi bölməsində olan maraqlı fəaliyyətinizi yüksək qiymətləndirmək istərdim. Həqiqətən maraqlı faktlar əlavə edərək Azvikiyə gündəlik formada daxil olan şəxslərdə maraq oyardırsınız. Ancaq bir sıra mühüm məsələlər barədə sizə məlumat verməliyəm. Düşünürəm ki, həmin bölməni sizdən və məndən başqa fəal işlədən üçüncü bir şəxs yoxdur. İlk əvvəl ondan başlamaq istərdim ki, həmin bölmədə olan məlumatlar hər dəfə bir sayda olur. Məsələn keçən dəfə 9 olan faktlar bu dəfə 10 dur. Belə qeyri-müəyyənlik hər dəfəsində Ana səhifənin görkəminə təsir edir. Digər bir məsələ ilə bölməyə əlavə edilən şəkilə tərəfinizdən çərcivə (thumb) əlavə edilməsidir ki, buda vizual baxımdan görünüşü pozur.
Bölmə ilə bağlı olan məsələlərimiz bununlada yekunlaşmır. Bu yaxınlarda digər bir idarəçimiz Cekli829 ilə aparılan danışıqlardan sonra o, Bilirsinizmi bölməsi üçün avtomatik yeniləyici yaratdı. Yəni artıq hər səfərində həmin bölməni bizim əllə dəyişməyimizə gərək olmayacaq, biz sadəcə gələn həftə üçün bölmə yaradacağıq. Sizə ümumi təkliflərim aşağıda olan şəkildədir:
İnanıram ki, sizinlə bu sahədə olan maraqlı əmakdaşlığımız bu mövsümdə qaldığı yerdən davam edəcək. Dərin Hörmətlə:--Baskervill (talk) 09:43, 25 avqust 2014 (UTC)Cavabla
1. Salam, Captcha sistemini necə ləğv eləmək olar? Hər dəfə referat artıranda problem yaradır. 2. Bunu pozmaq lazımdır Kick Ci Star. --Qobustan 14:51, 28 avqust 2014 (UTC)Cavabla
Salam Nihad. Necəsən ? Faceivə yazdım ama diyəsən girmirsən çox. Ona görə bura yazıram.
Salam Baskervill. Bu loqo müəlliflik hüququ ilə qorunur. Bu loqodan yalnız həmin təşkilat, qurum və ya markanı tanıtmaq üçün istifadə edilə bilər. Bu şəklin həm Vikipediyada, həm də başqa yerlərdə qeyd edilən şərtlərdən kənar istifadəsi müəlliflik huququnun pozulmasıdır. Ona görə də Ana Səhifədə yerləşdirilə bilməz. Hörmətlə, --►Cekli829 08:54, 30 avqust 2014 (UTC)Cavabla
Salam. Xəbərlər bölməsindəki "Mosul şəhəri uğrunda gedən qanlı döyüşlər nəticəsində şəhər İraq Şam İslam Dövlətinin nəzarətindən çıxaraq, İraq ordusunun və Peşmərgə qüvvələrinin nəzarəti altına keçib." məlumatı düzgün məlumat deyil. Heç yerdə belə şey yazmayıb.--samral müzakirə 18:51, 2 sentyabr 2014 (UTC)Cavabla
Salam Eminn. Mənim bir məsələdə sənini köməyinə ehtiyacım var. Belə ki, mən Andres Eskobar adlı futbolçunun məqaləsi üzərində işləyirəm. Məqalənin şablonunda bir problemim var. Futbolçu 2 klubda çıxış edib və mən digərini nə qədər etdimsə göstərə bilmədim. Həmin İsveçrə klubu barədə məlumat envikidə var. Mümkün olsa şablon məsələsində kömək edərdin, nədə olsa sənin bu sahədə maraqlı təcrübən var. Hörmətlə:--Baskervill (talk) 21:14, 29 sentyabr 2014 (UTC)Cavabla
Salam. Bu məqaləni niyə slimisiz ? Mənbəm də var ki, bu abidənin digər adı Xan-dır. "KİÇİK KАRVАNSАRАY" ( (az.)). icherisheher.gov.az. İstifadə tarixi: 2014-09-29.--samral müzakirə 07:24, 2 oktyabr 2014 (UTC)Cavabla
Salam Baskervill. Məncə Vüsalə Musalı haqqında açdığımız səhifəni saxlamaq olardı. Çünki ondan daha az fəaliyyəti olan kişi alimlər haqqında vikipediyamızda xeyli məqalələr mövcuddur. Ölkəmizi xaricdə təmsil edən qadın alimimizin adının vikipediyada olmasl məqsədəuğun olardı. Onsuz da belə qadın alimlərimizin sayı azdır. Hörmətlə.
Salam Baskervill. İngilisdilli vikipediyada Honq Konq etirazlarının vaxtı 27 sentyabrdan 26 sentyabra dəyişdirilib. Ana səhifədəki xəbərlər bölməsində lazımı dəyişikliyi edə bilərsiz.Kim Yushin (talk) 17:10, 5 oktyabr 2014 (UTC)Cavabla
Diqqətinizə görə təşəkkür edirəm. Lazım olan əlavəni etdim və bir daha sizə güncəl məqalələr sahəsində olan fəaliyyətinizə görə təşəkkür etmək istərdim.--Baskervill (talk) 18:00, 5 oktyabr 2014 (UTC)Cavabla
Salam. Sizin tərəfinizdən atılan bəzi anlaşılmaz addımları anlamaq olmur. Azvikidə ərəb əlifbalı məqalələrin digər vikiyə köçürülməsi və yaxud silinməsi məsələsi gündəmə olduğu bir zamanda sizin ərəb əlifbalı bir məqaləni Ana səhifəyə əlavə etməniz sadəcə təəssüf doğrurur. Bilirəm indi deyəcəksiz ki, mən bütün seçilmiş məqalələri Ana səhifəyə əlavə edirəm. Orada 100 məqalə var və siz əlavə etməyə məqalə tapmadınızmı ? --Baskervill (talk) 20:53, 13 oktyabr 2014 (UTC)Cavabla
Salam, Baskervill. Sizin xeyli cavan və bir azda tələskənliyinizi nəzərə alıb mənə qarşı qaldırdığınız ittihamları olduqca təmkinlə qarşılayıram. Səbəb topladığınız təcrübəni bir az da təkmilləşdirəcəyinizə inanıram. Son zamanlar istifadəçilərə qarşı düzgün davranmamanız buna açıq-aydın sübutdur. Bu gün isə "məsuliyyətsiz fəaliyyətiniz" söyləməniz düzgün mövqe deyil. Birinci mən sistemə yenicə qoşulmuşam. "Ana səhifə"də ki, çatışmamazlıqları aradan qaldırdıqdan sonra öz müzakirə səhifəmi oxudum. Bu zaman siz ikinci mesajı yazmışdınız. İkincisi məqalələrə mən seçilmiş məqalə statusunun verilməsini təmin etməmişəm. Seçilmiş məqalələrdən hər hansının Ana səhifəyə yerləşdirilməsi isə adi haldır. Sadəcə bir ildə bir məqalənin iki dəfə yerləşdirilməsi müstəsnalıq təşkil etməlidir. Üçüncüsü siz Vikipediya sistemi ilə yaxından tanış olmuş olsanız bu mesajı düzgün ünvanlamadığınızı əvvəlcədən bilərdiniz. Dördüncüsü məni müraciəti oxuyub onu cavablandırmamaqda günahlandıran gənc həmkarım özü mənim müraciətimi cavablandırmaması bir yana, həmin müraciəti səhifədən silməklə işini yekunlaşdırmağı üstün tutur. Və sonuncusu yəqin ki, səhvlərinizi açıqca etiraf edib mənə və digərlərinə qarşı düzgün mövqedə olacaqsınız. -- ■ Sultan mesaj 08:31, 15 oktyabr 2014 (UTC)Cavabla
Davranışlarınızda olan dəyişiklikləri sizlərin diqqətinə bir-bir çatdırmaq üçün vaxtım yoxdur. Amma iki məsələni nəzərinizə çatdırmaq istərdim; əvvəlcə siz mənim müzakirə səhifəmdə başlatdığınız bu müzakirədən öncə heç məsələnin kökünü araşdırdınızmı, ən əsası səhifənin tarixçəsinə baxmısınızmı. Hər bir məsələni gündəmə gətirmədən öncə onu ətraflı araşdırmanızı təklif edirəm. Sonra "Digər tərəfdən isə demək istərdim ki, sizin tərəfinizdən istifadəçilərin müzakirə səhifəsinə əlavə edilən şəkillərlə bağlı məsələlər məndə daxil olmaqla bir çoxlarınını bezdirib." söyləməniz mənə çox qəribə gəldi. Axı sizi kim məcbur edir ki, vikipediya qaydalarına uyğun olmayan formada fayılar yükləyəsiniz və nəticədə bu problemlə üzləşəsiniz. Hörmətli həmkarım fayllarda məqalələr kimi qaydalara uyğun şəkildə yerləşdirilməlidir. Əks halda bu qayda pozuntusudur. Və bu işə nəzarət məhz hər bir idarəçinin borcudur.-- ■ Sultan mesaj 17:29, 25 oktyabr 2014 (UTC)Cavabla
Salam. Bu səhifəni nəyə görə heç bir səbəb göstərmədən əvvəl silib, 2 dəqiqə sonra isə heç bir səbəb göstərmədən bərpa etdiyini öyrənə bilərəmmi? Hörmətlə, --►Cekli829 05:15, 20 oktyabr 2014 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam! Cənubi Florida Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Cənubi Florida Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
--hinkel777 (müzakirə) 11:43, 22 oktyabr 2014 (UTC)Cavabla
Baskervill Reyhan Əliyeva haqqında yaratdığım məqalə tərəfinizdən silinib. Qeyd etmək istərdim ki, məqalə üzərində iş davam edir və yaradacağım məqalə ensiklopedikdir. məs: Şamxal Məmmədov haqqında və bu cür çoxlu natamam məqalələrə rast gəldim. Sizdən onu bərpa etməyinizi xahiş edirəm.--Chem316 (talk) 08:23, 23 oktyabr 2014 (UTC)Cavabla
Salam. Tərəfinizdən silinən məqaləm niyə bərpa olunmur bəlkə izah edəsiniz? --Chem316 (talk) 09:53, 26 oktyabr 2014 (UTC)Cavabla
Ortaq qrup işi ulduzu | |
Hörmətli Baskervill!
Bu mükafata 2014-cü ilin oktyabr ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Memarlıq ayı" layihəsinə qoşularaq töhfə verdiyiniz üçün layiq görülürsünüz. Nəzərinizə çatdırım ki, Qiymətləndirmə Komissiyası tərəfindən töhfələriniz 91 xal ilə qiymətləndirilmiş və yekun nəticədə 9-cu yeri tutmusunuz. İnanırıq ki, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun növbəti layihələrində də aktiv iştirak edəcək və Vikipediyanın inkişafında əvəzedilməz xidmətləriniz olacaq. Gələcəkdəki töhfələriniz üçün indidən təşəkkür edirəm. Dərin hörmətlə, --►Cekli829 22:59, 1 noyabr 2014 (UTC)Cavabla |
Ana səhifədə keçid linki olan və tərəfimdən yaradılan Kobani blokadası (2014) adlı məqaləni silməkdə məqsədniz nə idi ?--Baskervill (talk) 15:21, 4 noyabr 2014 (UTC)Cavabla
İdarəçi Baskervil. Mən sizin əqidənizi başa düşdüm. --Acategory (talk) 13:49, 10 noyabr 2014 (UTC)Cavabla
Salam Hörmətli Serkanland. Maraqlı və dəyərli fəaliyyətinizə görə sizə Məqalə İnkubatoru adlı mükafat təqdim etdim. Hörmətlə:--Baskervill (talk) 14:42, 15 noyabr 2014 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam! Tintin Tibetdə (kitab) məqaləsinin yaxşı məqaləyə namizəd təqdim olunması üçün və ya seçilmiş məqaləyə namizəd təqdim olunması üçün Vikipediya:Laboratoriya/Tintin Tibetdə (kitab) səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
Sonuncu dəfə olsun ki, Kobani blokadası (2014) adlı məqalənin adını dəyişdirirsiniz. Həmin məqalənin yaradılmasında 1 qram belə əziyyətiniz olmayıb. Bununla 8-ci belə haldır artıq. Əgər birdə olsa sizi bloklayacam. Hələlik. --Baskervill (talk) 22:07, 14 noyabr 2014 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Sizi 1 dekabr 2014 - 31 dekabr 2014 tarixlərində keçiriləcək Ayın məqaləsi layihəsində iştirak etməyə dəvət edirik. "Nəticə cədvəli"nə adınızı buradan, iştirakınızı isə buradan qeyd edib iştirak edə bilərsiz. Layihə çərçivəsində ən yaxşı məqalə qalib olacaqdır. Ən yaxşı məqaləni hazırlayın, Vikipediyaya töhfə verin, qalib olun! |
--Serkanland (talk)
Salam hörmətli həmkar. Əgər məlumatınz varsa rica edirəm mənə qısa izah şəklində yazın: azb-vikini yaratmaq üçün neçə mərhələ keçilməli və nələr edilməlidir ?. Çünki zənn edirəm bu işin üstə çalışanlar vardı öncələr ancaq indi demək olar ki səs sorağ və ortada bir nəticə yoxdur. Əgər məlumatlı deyilsizsə sizin fikrinizcə bunu kimin vasitəsi ilə öyrənmək olar azərbaycan dilli istifadəçilərdən ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 19:46, 6 dekabr 2014 (UTC)Cavabla
Salam, Vikipediya insanların şəxsi fikirlərini məlumatlara əlavə etdiyi yox, umumi fikirlərin yazıldığı yerdi. Bildiyim qədəri ilə Azərbaycan dili üçün ərəb qrafikasınınmı yoxsa latınınmı yoxsa kirilinmi yaxşı olduğunu hər kəsin subyektiv fikrinə qalıb. Fakt budur ki, tarixdə 1000 ildi bu əlifbadan istifadə etmişik. Buna görə Azərbaycan əlifbası səhifəsindəki etdiyim dəyişikliyi xahiş edirəm yerinə qaytarasız. Nəyin düz nəyin yanlış olduğunu qoy insanlar özləri subyektiv müəyyən etsinlər. Bizə düşən olan hadisəni olduğu kimi qeyd etməkdir.
Hörmətli istifadəçi, "Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir" qaydalarının "İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçaldılması", "Vikipediya:İdarəçilərin fəaliyyəti" qaydalarının "Vikipediya istifadəçilərinə münasibət" maddələrinin tələblərini kobud surətdə pozduğunuz üçün "Vikipediya:Bloklama qaydaları"nın "Bloklanma səbəbləri" maddəsinin 4-cü bəndini əsas tutaraq, sizin təcrübəli və Vikipediya üçün faydalı istifadəçi və idarəçi olduğunuzu nəzərə alaraq, müxtəlif müzakirə səhifələrində digər istifadəçilərə qarşı son günlər mütəmadi xarakter alan etik normalardan çox-çox kənar, Vikipediya idarəçisinə yaraşmayan, təhqiramiz və şəxsiyyəti alçaldan şərhlərinizə görə 5 gün müddətinə bloklanırsınız. Nəzərə alın ki, bloku vaxtından əvvəl açmaq cəhdlərinizə görə blok müddətiniz artırıla, həmçinin Vikipediya çərçivəsində digər intizam tədbirləri görülə bilər.
Ümid edirəm ki, yuxarıda qeyd edilənləri nəzərə alıb gələcək fəaliyyətinizdə müsbət yöndə dəyişikliklər edəcəksiniz. Hörmətlə, Wertuose (talk) 20:01, 14 dekabr 2014 (UTC)Cavabla
Baskervillin işlətdiyi ifadələr təhqir hesab edilirsə o zaman mənim müzakirə səhifəmə Ceklinin yazdıqları təhqirlər nədir? Hələ digər səhifələrdəki müzakirələrdə mənə qarşı edilən tərbiyəsizlikləri demirəm. Wertuose, o zaman nədən susdunuz? Avropanın siyasətdə ikili standartı Vikipediyaya da yol açıb.--İrada (talk) 06:29, 16 dekabr 2014 (UTC)Cavabla
Sefer azeri, mən sizə hədəflənən ifadələrdən söz belə açmadım. Dediyim odur ki, idarəçilərdən heç kim təhqirə yol verməsin. Məni o təəccübləndirir ki, bir istifadəçi və ya idarəçiyə kobudluq etmək, ağzına və ağlına gələni söyləmək olar, digərinə yox. Məgər mənim müzakirə səhifəmdə yazılanları təhqir hesab etmirsiniz? Əgər siz mənə edilən təhqirlərə göz yumursunuzsa sizə edilən təhqirlərə hamı reaksiya verməlidir? Təhqir-təhqirdir, təzəsi -köhnəsi, böyüyü kiçiyi yoxdur. İkili standart odur ki, bir təhqirə hamı reaksiya verir, digər təhqirə isə gözlər tutulur, ağızlar yumulur!--İrada (talk) 11:14, 16 dekabr 2014 (UTC)Cavabla
Salam Hörmətli Sultan11. Sizin Həftənin seçilmiş məqaləsi üzrə 2015-ci il üçün olan məqalələri indidən düzəltdiyinizə görə təşəkkür edirəm. Sadəcə düşünürəm ki, 2015-ci ilin 22-24-cü həftələri üçün olan məqalələr bizə indilik bəs edər. Çünki bu müddət ərzində bizdə böyük bir ehtimalla yeni seçilmiş məqalələr olacaq və biz onları Ana səhifəyə əlavə etmək üçün 2016-cı ili gözləməli olacağıq. Bu mənim şəxsi fikirimdir. Ümüd edirəm ki, nəzərə alacaqsınız. Hörmətlə:--Baskervill müzakirə 20:07, 28 dekabr 2014 (UTC)Cavabla
Salam hörmətli həmkar. Əgər münkündürsə Qars vilayəti > Qars ili istiqamətlənməsini ləğv edin. Bu istiqamətlənməyə görə Qars vilayəti məqaləsini yarada bilmirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:47, 31 dekabr 2014 (UTC)Cavabla