Salam. Vikipediyada (Azərbaycanca Vikipediya da daxil) hər cinsin latınca adı o cinsin məqalə səhifəsinə istiqamətləndirilər - qarışıqlıq qarşısını almaq üçün. Lütfən qəbul edin. Hörmətlə. --Saguamundi (talk) 07:50, 1 yanvar 2015 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam Aleykum Sizi İsa Qəmbər və Əli Kərimli məqalələrinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/İsa Qəmbər və Vikipediya:Laboratoriya/Əli Kərimli səhifəsində keçirilən səsvermələrə dəvət edirəm. |
--samral müzakirə 21:14, 5 yanvar 2015 (UTC)Cavabla
Və əleyküm salam Hörmətli samral. Dəvətə görə sizə təşəkkür edirəm. Səs vermişəm, özüdə hər iki məqaləyə əlehinə. Hörmətlə:--Baskervill müzakirə 21:17, 5 yanvar 2015 (UTC)Cavabla
Kişi dediyin kin saxlamaz. Sadəcə o məqalələrə seçilmiş statusu vermək sadəcə təhqirdir. Bir baxın görün nəyə səs verirsininiz. --Baskervill müzakirə 21:21, 5 yanvar 2015 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam Sizi SSRİ hökumət başçıları siyahısının "Seçilmiş siyahı" statusu alması üçün Vikipediya:Laboratoriya/SSRİ hökumət başçıları səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Harri Potter və Sirlər Otağı məqaləsi ilə əlaqədar Vikipediya:Laboratoriya/Harri Potter və Sirlər Otağı (roman) səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Araz Yaquboglu (talk) 19:06, 9 yanvar 2015 (UTC)Cavabla
Hi. I want to make sure that this edit is constructive. If you check all the other wikipedias Mikhail Myasnikovich is really not prime minister of Belarus from 5th of January. I also fixed some parameters concerning dates of indepencence, which by the way are not correct in your template Şablon:Dövlət. 195.50.31.213 15:56, 11 yanvar 2015 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Tüklü mamont məqaləsinin Seçilmiş məqalə və ya Yaxşı məqalə statusu alması üçün Vikipediya:Laboratoriya/Tüklü mamont səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Yuşin (münazirə) 20:07, 12 yanvar 2015 (UTC)Cavabla
Bir daha salam.Evvelce sen yox siz.bir de ki,eseblesmeyin.Men Azerbaycan dilini gozel bilirem, sadece olaraq klaviaturam da kecici bir problem var.blok filan lazim deyil.istifadecileri qorxutmayin.mesaj ucun muzakire sehifesini deyil istifadecinin mesaj sehifesinden istifade edin .hormetleOkanfan (talk) 13:51, 15 yanvar 2015 (UTC)Cavabla
Məhəmməd Əmin Rəsulzadə məqaləsindəki etdiyim dəyişiklikləri niyə əvvəlki halına qaytardın? --N1C4T97 (talk) 12:42, 16 yanvar 2015 (UTC)Cavabla
Hörmətli həmkar salam. Sizdən bir ricam var-eynən bu müraciəti başqa idarəçilərə də yönəldəcəm: bu şəxsə bir dəfəlik izah edin ki, müzakirəni heç vaxt şəxsi müstəviyə keçirməsin. Bu məqaləni yazıram. Burda yazdı ki, tüstü belə tüstü elə. Yazdım xahişiniz üzrə izahı ayrıca cümlə olaraq məqalədə qeyd edəcəm səbrli olun. Burda alınmadı bunu kənd meydanında müzakirəyə çıxardı. Kənd meydanında uyğun izaha işarə-keçid verildi. Keçdi gürcülərdə ki, kral yoxsa çar məsələsinə. Başladı burdan dəyiş-qaytar. Səhifəyə həmkarımızın iradına uyğun izahı yazdım-Müzakirə:Kartli-Kaxetiya çarlığı. Müzakirəni kafi görməyərək ardınca Kartli k., Kaxeti k. və Kartli-Kaxeti k. səhifələri adındakı krallığı çarlıq olaraq dəyişir. Mən həmkar artıq bezmişəm. Heç bir aşağılama-təhqir istehza yazmadım niyə mənim haqqında kənd meydanında yazılır: "..Kobud və qərəzli təhriflərlə azvikinin anasını ağlatmış İstifadəçi:Asparux Xan Bulqar..." ? Mən hələ görməmişəm ki, başqasını təhqir etməklə onunla dil tapasan. Dəfələrlə yazmışdım ki, qaydalara görə yalnız konkret məsələyə irad bildirmək olar-ancaq mənim bu iradı etdiyim həmkarımız bütün hallarda o cür sözlərlə üstünlük qazandığını təsəvvür edir. Mən anlamıram biz burda yarışırıq ? Bu kin hardandır ?! Sanki səhifəmdə olan məqalə adların qoyur qarşısına və başlayır kritik dəyişikliklərlə məcbur edir onsuz az olan boş vaxtımı nəticəsiz müzakirələrə sərf edim: mən artıq bezdim. Sizdən xahiş edirəm qoşulun və istifadəçiyə izah edin ki, təhqir-qərəz-kin yolverilməzdir. Mənim ziyan vermək kimi niyyətimin nə vaxt şahidi olmusuz ? Bütün hallarda təşəkkür edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 17:43, 21 yanvar 2015 (UTC)Cavabla
Sizi çox gözəl anlayıram cənab Asparux Xan Bulqar. Həmin istifadəçi bir idarəçi tərəfindən 7 gün müddətinə bloklandı. Düşünürəm ki, bu müddət kifayət edəcək tüstü və gürcü çarları ilə bağlı olan məsələ barədə düşünməyə.. --Baskervill müzakirə 20:57, 21 yanvar 2015 (UTC)Cavabla
qarabağ məqaləsindəki düzəlişimi geri almısınız. doğru olduğunu düşünmürəm. məqalə onsuz da çox qeyr-vikipedik və subyektivdir. türk-azəri ən azından təkrarlanmadır, əlavə olaraq bu gün qəbul olunan termin azərbaycan, azərbaycanlı dır nəinki türk-azəri. millətçi mövqeyi əks etdirir. --ArazZeynili (talk) 09:52, 22 yanvar 2015 (UTC)Cavabla
Salam Əleykum göstərdiyiniz köməyə,dəstəyə və mükafata görə minnətdaram
Zəhmət olmasa Krit dənizi səhifəsinin istiqamətlənmiş versiyası olan Liviya dənizi bölməsini ləğv edin ki, Liviya bölməsini tərtib edə bilim. Hörmətlə Qolcomaq (müzakirə) 14:55, 11 aprel 2015 (UTC)Cavabla
Salam Hörmətli Asparux Xan Bulqar. Sizi salamlayıram və ümüd edirəm ki, hər şey yaxşıdır. Sizin tərəfinizdən uzun müddətdir ki, üzərində səylə çalıdığınız Qars vilayəti məqaləsini izləyirəm. Məqalə çox gözəl alınır və bu qədər mənbədən istifadə edilməsidə çox gözəldir. Təklif edərdim ki, məqaləni Laboratoriyaya təqdim edərdik və onun seçilmiş olması üçün çalışardıq. Hələ orada bir xeyli məqalə var və bu məqalənin giriş hissəsinin genişləndirilməsi lazımdır. Bir az qatışıq oldu deyəsən :)) Yenədə demək istədiyimi anladığınızı düşünürəm :) --Baskervill müzakirə 17:44, 26 yanvar 2015 (UTC)Cavabla
Salam. Mohandas Karamçand Qandi məqaləsini tamamladım. Zəhmət olmasa Laboratoriyaya daxil olunmasına kömək ol. Hörmətlə:--Yusif Sərrac (talk) 20:18, 31 yanvar 2015 (UTC)Cavabla
Salam, hörmətli idarəçi. Mənim imzamın qarşısına qoymadığım şablonu əlavə etməyin [1]. Heç bir prinsipdə elə səs vermək lazımdır yazılmayıb. Sizin də elə xüsusi səlahiyyətiniz yoxdur. Bunu hər hansı yeni istifadəçi etsə təəccüblənməzdim, amma Siz yeni istifadəçilərdən daha təcrübəlisiniz. Uğurlar!
P.S. Bu, ilk hal deyildi.--Emin • ismarış 11:08, 10 fevral 2015 (UTC)Cavabla
Salam, Azərbaycan məqaləsini ingilis versiyası ilə təkmilləşdirmişəm. Amma mənə məqaləni seçilmiş etmək üçün kömək lazımdır.--Xoncha (talk) 09:37, 12 fevral 2015 (UTC)Cavabla
Salam həmkar. Şamaxı quberniyası (1846-1859-cu illərdə mövcud olub) məqaləsi yaratmaq istəyirəm amma avtoyönlənmə ilə Bakı quberniyası məqaləsinə istiqamətlənmə gedir. Münkünsə bunu ləğv edin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:16, 12 fevral 2015 (UTC)Cavabla
Həmkar salam. Bu şəxs (+ həmin şəxs qeydiyyatsız bu İP-dən daxil olur) mənbəli (əksərən) məlumatları silir. Uyğun tədbiri seçəcəyinizdən əminəm. İndidən təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 18:02, 13 fevral 2015 (UTC)Cavabla
Salam hörmətli həmkar. Mən burda hörmətli İstifadəçi:Keete 37 üçün bir mesaj qoydum: zənn edirəm bugün ümumən viki-yə gəlməyib. Ancaq təklifimin müsbət olduğu zənni ilə sizin də münasibətinizi bilmək istərdim. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:36, 14 fevral 2015 (UTC)Cavabla
Salam. Mən futbol şablonun bəzi hissələrini köçürsəmdə nəsə problem çıxır. Mənə kömək edə bilərsiz? Azərbaycan milli futbol komandası --Xoncha (talk) 21:52, 14 fevral 2015 (UTC)Cavabla
Üzərində işlədiyim vəziyyətdə məqalələrin silinməsi və ya adının dəyişdirilməsi düzgün deyil. Ağa ən azından bitirim sonra edərdin olmazdımı.--Baskervill müzakirə 20:04, 15 fevral 2015 (UTC)Cavabla
Mən siz dediyiniz prosessləri izlədim, sizcə Azərbaycan hökumət başçılarının siyahısı seçilmiş siyahı edilə bilər?--Xoncha (talk) 13:31, 16 fevral 2015 (UTC)Cavabla
Mən ərəb əlifbalı məqalələri silən zaman lütfən siz bunu etməyin. 100.000 məqalədən düşməmək üçün 6 aydır ki, səy göstəririəm və sizin sayənizdə bu cəht sonunda qırıldı. 2 məqalə sildiniz və məqalələrmiz 99.998 oldu. Məcburən sildiyim 2 məqaləni bərpa edəsi oldum. Lütfən bu prosesə müdaxilə etməyin. Son dərəcə rica edirəm. Hörmətlə:--Baskervill müzakirə 13:30, 17 fevral 2015 (UTC)Cavabla
Salam Baskervill. Sizi Azərbaycanın dövlət bayramları və xüsusi günləri siyahısına görə narahat edirəm. Bu siyahı həm laboratoriyada olanda, həm də seçilmiş siyahı namizəd olanda heç kəs onun status almasına qarşı çıxmayıb. [2] [3] Sadəcə məqalənin lehinə səs vermək hamının yadından çıxıb. Əgər məsləhət bilsəz məqaləni bir də Vikipediya:Seçilmiş siyahı namizədləri səhifəsinə daxil edin. Hörmətlə:--Yuşin (münazirə) 17:16, 21 fevral 2015 (UTC)Cavabla
Salam. Bu məqaləni silmisiz. Cəmilə (Çiçək) İsbəndiyarova. Əvvəla xahiş edirəm məqalə siləndə yaxşı olar ki səbəb göstərin. 2-ci də ki məqalə ensiklopedikdir. Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasının 5.3-cü bölməsi olan Jurnalistlər bölməsinin 3-cü maddəsinə Ən nüfuzlu peşə mükafatlarına (Pulitser mükafatı, "Qızıl qələm") layiq görülənlər. baxa bilərsiz.--samral müzakirə 19:31, 22 fevral 2015 (UTC)Cavabla
Nə baş verdiyini öyrənə bilərəmi.--Baskervill müzakirə 13:51, 24 fevral 2015 (UTC)Cavabla
Salam. Bir iki seçilmiş məqalə və siyahını arxivləşdirməniz lazımdır. İcracı siz olduğunuz üçün sizə müraciət etmək qərarı verdim. Arxivləşdirməli olduğunuz 1 məqalə var. Siyahılar isə 2 (1,2) ədəddir. Hörmətlə:--Baskervill müzakirə 13:46, 24 fevral 2015 (UTC)Cavabla
Uzun bir aradan sonra bir daha Salam. Və ümid edirəm ki, hər şey yaxşıdı.
Səni narahat etməyimin səbəbi erməni ədəbiyyatıdı. Bu barədə məlumat yerləşdirmək istəyirəm. Əlimdəki mənbə/ədəbiyyat nisbətən obyektiv olan biri tərəfindən yazılıb, SSRİ dövründə. Amma yenə də bilmirəm, bu barədə məlumat yerləşdirməyim düzgün olar, ya yox. Məsəlçün "Sasonlu David" onların ən "möhtəşəm" dastanlarındandı. Amma dastanın içinə baxdıqda qərəzli mövzular ortaya çıxır. Bizə görə qərəzli, yoxsa dünya bunu belə qəbul edib.. Həmçinin digər yazıçı/şairləri haqqında da (əsasən, millətçilik ideaları ifrat dərəcədə olmayanlar) məqalə yaratmaq istəyirəm. Amma yenə qeyd edirəm, çəkinirəm, birdən problemlər ortaya çıxar. --Yuli asad (talk) 16:56, 2 mart 2015 (UTC)Cavabla
Salam Baskevill. Tüklü mamont məqaləsi iki həftə ana səhifədə ola bilməz. Xahiş edirəm bunlardan birini birini dəyişdirin.--Yuşin (münazirə) 18:26, 4 mart 2015 (UTC)Cavabla
Salam. Hər xırda (lokal və ya ümummilli marağa səbəb olmamış) xəbəri "Xəbərlər" bölməsinə əlavə etmək lazım deyil. Adna adlı fotoqrafın vəfat etməsi Ana Səhifəyə çıxarılası xəbər deyil. Çünki həmin şəxsin özünün ensiklopedik əhəmiyyətli şəxs olub-olmaması müzakirə mövzusudur. Xahiş edirəm, bu cür məsələlərdə şəxsi hisslərdən kənar qalaraq tərəfsiz olmağa çalışın. Hörmətlə --sefer azeri 06:20, 7 mart 2015 (UTC)Cavabla
Salam siz demək olar ki, tərəfinizdən yaradılan (və ya yaradılmayan) məqalərin mütləq əksəriyyətinə istiqamətləndirmələr verirsiniz. Bir alimin adını 3-4 formada yazıb onu Azvikiyə əlavə etmək heç də gərək deyil. Sadəcə insanların qarışıq saldıqları hallarda bunu etmək olar. Çünki həmin məqalələr ümumi nəticədə ayrıca bir məqalə kimi görünəcək. Bu hala diqqət etməyi sizdən rica edirəm. Hörmətlə:--Baskervill müzakirə 18:43, 7 mart 2015 (UTC)Cavabla
Salam Serkanland. Sənin tərəfindən mənə təqdim edilən İstifadəçi səhifəsi ulduzu mükafatını yeni gördüm. Həmin bölməyə tez-tez baxmıram və bu barədə müzakirə səhifəmdə bir məlumat yox idi deyə bir müddət məlumatsız qalmışam :) Göstərdiyin diqqətə görə sənə təşəkkür edirəm. Belə kreativ bir mükafatın ilk qalibi olmaq doğurdan xoşdur. İstifadəçi səhifəmdə yazılan məlumatlar çoxları tərəfindən bir mənalı qarşılanmayıb. Yəni bir növ vikipediyaya yaraşan üslub hesab etməyiblər. Ancaq mən orada həqiqətdə olanları və ürəyimdən keçənləri yazmışam. Bunu qiymətləndirdiyin üçün isə sənə təşəkkür edirəm. Birdə sizə gördüyünüz işlər üçün Vacib redaktələr mükafatı təqdim etdim. Hörmətlə:--Baskervill müzakirə 10:54, 9 mart 2015 (UTC)Cavabla
Salam Baskervill. Mən də mükafata görə təşəkkür edirəm. İstifadəçi səhifənizdəki yazı doğurdan da maraqlı idi. Fəaliyyətinizdə uğurlar!--Serk@nl@nd 11:22, 9 mart 2015 (UTC)Cavabla
Salam Baskervill. Yeni yaratdığın məqalə və kateqoriyada a hərfini ə hərfi ilə əvəz edərdiz. Mexaniki səhv etmisiz. --Araz Yaquboglu (talk) 12:38, 17 mart 2015 (UTC)Cavabla
Salam. Dini mövzularda olan məqalələr çox zəifdir. Əksəriyyəti ateizm baxışı ilə sovet dövründə yazılmış kitablardan götürülüb. etmək istədiklərim oldu, dəyişiklər silinib. Bunun üçün nə etmək lazımdır? Kimə müraciət edək? Necə redaktə edək?— Bu imzasız yazı Mirmehemmed (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 12:18, 24 mart 2015
Salam. Dini mövzularda məqalənin zəif olmasını bilirəm. Bunu siz özünüzdə redaktə edə bilərsiniz. Sadəcə hər hansısa məqaləni redaktə etməmişdən əvvəl müzakirələrin sonunda öz imzanızı əlavə edin ki, hansı istifadəçinin bizə müraciət etdiyini təyin etmək asant olsun. Dini mövzularda məqalə üzərində işləyəndə ilk öncə tərəfsiz olmaq lazımdır. Mənbələr əlavə etməklə işləməyiniz də bir digər gərəkli olan məsələlərdəndir. Küllü miqdarda məlumat əlavə etməyin gerisi həll olar. Hörmətlə:--Baskervill müzakirə 17:01, 24 mart 2015 (UTC)Cavabla
salam aleykum, bilmək istəyirəm əziyyət çəkib tərcümə edib yazdıgım məqalə niyə silindi? — Bu imzasız yazı Günel Böyükağaqizi (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 16:44, 24 mart 2015
Salam hörmətli Baskervill. Azərbaycan dilli vikipediyada Talış portalı fəaliyyət göstərir. Bu portalda Talış regionları kimi göstərilmiş səkkiz inzibati rayondan altısı (Lerik, Lənkəran, Masallı, Astara, Yardımlı, Cəlilabad) Lənkəran iqtisadi coğrafi rayonuna aiddir, ikisi (Biləsuvar, Sabirabad inzibati rayonları) isə Aran iqtisadi-coğrafi rayonuna aiddir və Kür-Araz ovalığında yerləşir. Belə ki, Sabirabad və Biləsuvar inzibati rayonları bütün tarixi, coğrafi, iqtisadi-coğrafi qanunauyğunluq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının Aran regionuna və/və ya Aran iqtisadi-coğrafi rayonuna aiddir və onun hər hansı başqa və/və ya digər regiona aid portalda göstərilməsi bütün elmi prinsiplərə ziddir. Yazdıqlarımı nəzərə alaraq sizdən xahişedirəm ki, Biləsuvar və Sabirabad inzibati rayonlarının adlarını bu portaldan çıxarsınız, mənim etdiyim redaktəni geri qaytarmısınız. Ümimiyyətlə bu portalda olan bir çox mübahisəli məqamlar vadır ki, onlara dair heç bir mənbə göstərilməyib və subyektiv fikirləri özündə əks etdirir, bu da enskilopedik qaydalara ziddir. Hörmətlə--Batukalmar (müzakirə) 12:24, 26 mart 2015 (UTC)Cavabla
Salam. Məncə Oğuznamələr barədə bu qədər məqalələr yaratmağa gərək yoxdur. Çünki digər vikilərdə heç bir məqaləyə rast gəlmədim. Olmazmı ki, mövzuları alt başlıq kimi bir məqalənin daxilində göstərəsiniz? --Baskervill müzakirə 11:13, 26 mart 2015 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam, Mars planeti məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə"yə namizəd olması üçün Vikipediya:Laboratoriya/Mars planeti səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Salam. Son 3 gündə 1000-də artıq məqalə silmisiniz. Belə kütləvi silinməyə yol verməməyinizi xahiş edirəm. Hal-hazırda az-vikidəki ümumi məqalə sayı 97 minə yaxınlaşır. Nəzərə alın ki, sildiyiniz məqalələri bot vasitəsilə https://incubator.wikimedia.org/wiki/?q=Wp/azb layihəsinə köçürmək Vikipediyaya daha çox fayda verə bilər, nəinki bu məqalələrin ucdantutma silinməsi.--Wertuose (müzakirə) 13:31, 3 aprel 2015 (UTC)Cavabla
Salam cənab Baskervill, sizi narahat etdiyimə görə üzr istəyirəm. Mənim narahatlığımın əsas səbəbi cənab Aydın Məmmədovdur. Bu istifadəçi artıq uzun müddətdir ki, bizim hörmətli idarəçilərimizi, xüsusən də cənab Sefer azerini təhqir edir, bunun doğru olmadığını ona konkret şəkildə bildirdikdən sonra isə, o məni də təhqir etməyə başladı. Bura baxın zəhmət olmazsa - [4] Məni "ağanın sifarişi ilə çalışdığımı" deyir - ağa burada cənab Səfər bəyə ünvanlanıb - mən hər bir idarəçini bu cür təhqirlərdən qorumağa hazıram, cənab Səfər bəy isə həmişə mənimlə birlikdə böyük proyektlərdə çalışır, bir-birimizə kömək edirik. Onun məni "iftiraçı", "işverən", "sayaqlamaq", "mədəniyyətsiz" adlandırması - bu hansı normalara sığır axı? Mən onun üçün hansısa bir uşaq deyiləm. Mən özümə hörmət etməyi bacarıram, onu vandal adlandırmışam. Və bu düzdür, çünki o alban kilsəsini rus pravoslav kilsəsinə çevirir, interyerini bəzəyən alban xaçını isə erməni xaçı edir. Yəni mən sizdən artıq dərəcədə xahiş edirəm, yəni əqər mənim bu günə qədər burada fəaliyyətim sizin üçün bir önəm daşıyırsa, mənim hüquqlarımın qorunmasında mənə yardımcı olun. Mən mənə ünvanlanan bu cür sözləri heç bir zaman qəbul edə bilmərəm. Sizə hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 09:57, 9 aprel 2015 (UTC)Cavabla
Salam cənab Aydın Məmmədov. Sizinlə bağlı idarəçilərə müraciət və kənd meydanı kimi səhifələrdə aparılan son müzakirələri oxuyuram. Ümüd edirdim ki, siz bir müddətlik belə olsa belə məsələlərdən kənarda dayancaqsınız. Bilmirəm bəlkə də sizdən aslı olan və ya olmayan səbəblərə görə vəziyyət belə gətirdi. Nəsə çox uzatmadan sizə bir təklifimi elan etmək istərdim. Təklifim hər kəsin öz maraq sahələrinə uyğun məqalələrə qarışmaması və müdaxilə etməməsidir. Zatən siz həmin yoldaşlar tərəfindən yaradılan məqalələri nə müzakirə nədə ki, müdaxilə edirsiz. Görünən odur ki, onlar sizinlə əlaqəli olan məqlalərə müdaxilə edirlər. Sadəcə siz də mövcud məqalə barədə əlavə məqalələr yaratmamağa çalışın. Hörmətlə:--Baskervill müzakirə 11:14, 9 aprel 2015 (UTC)Cavabla
Hi Baskervill, I need assistance of an admin/sysop in your wiki. You’re an admin, do you speak English? Regards --Schniggendiller (müzakirə) 15:00, 10 aprel 2015 (UTC)Cavabla
Hi Schniggendiller. I know english but I go to army this summer :( Realy sorry dude..--Baskervill müzakirə 19:29, 13 aprel 2015 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam Rusların Qafqaz ekspedisiyaları məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə"yə namizəd göstərilməsi üçün Vikipediya:Laboratoriya/Rusların Qafqaz ekspedisiyaları səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Salam hörmətli həmkar. LGBT mövzusunda tərəfinizdən yaradılan və zənginləşdirilən məqalələrə görə sizə yeni yaradılmış LGBT ulduzu məqaləsini təqdim etdim. İşlərinizdə və viki fəaliyyətinizdə uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill müzakirə 15:38, 12 aprel 2015 (UTC)Cavabla
Buradakı mesaja baxın. --Araz Yaquboglu (müzakirə) 18:04, 13 aprel 2015 (UTC)Cavabla
Merhaba, şu madde https://az.wikipedia.org/wiki/?q=Buzlaqqu%C5%9Fu gerçek, doğru değildir, vandalizmdir. --123snake45 (müzakirə) 19:54, 13 aprel 2015 (UTC)Cavabla
AviBase, Observado kimi saytlarda buzlaqquşu sözü Diuca speculifera menasında verilmişdir. --2001:A98:C060:80:4048:CFC1:E1CB:99B6 08:24, 16 aprel 2015 (UTC)Cavabla
Siz niyə Azerbaycan dilin bilməyən bir şəxsin sözünə baxaraq hərəkət edirsiz? --18:04, 16 aprel 2015 (UTC) 123snake45 sehifeye yazılan menbeleri pozur. 123snake45'in neynemeye çalışdığını görmek üçün bura baxın
Bes bu ne olacaq? [5] Bura da Vikipediya kimi Vikimediyanın qurduğu wikidir.
İngilis dilindeki Vikilüğete ingilis dilindeki vikipediyada meqale kimi yazılan bir şeyi elave etseniz bile eger o söz google kitablarda ve ya google qruplarda yoxdursa pozula biler. Bele veziyyetde ingilis dilindeki vikilüğetde sözün pozulmağının ne dexli var? Hemin quşun müxtelif vikipediyalardakı adlarını ingilis dilindeki vikilüğete elave ede bilmezsiniz. Baxın özüm sınamışam: [6]
Uğurlu fəaliyyətinizə görə silmə ulduzu ilə təltif edildiniz. Təbrik edirəm. --sefer azeri 20:24, 14 aprel 2015 (UTC)Cavabla
Salam. VP:SNM bölməsindəki Kitab üzləri bölməsini qəbul edildi yazıb yekunlaşdırıb və arxivləşdirmisiz [7]. Çox üzür istəyirəm amma mən heç nə anlamadım. Hansı qərar qəbul edildi ? Sefer azeri dedi ki, şəkil saytdan götürülüb. Saytın icazəsini təqdim etdim. Dedi onda commonsa yüklə, Sortilegus da Cekli829-un fikrini öyrənmək istədi ki, belə bir şey mümkündür mü, mən də izah etdim ki, kitab afişaları commonsa yüklənmir. İndi burada qərar ya şəkillərin qaytarılması olmalıdır, ya da qaytarılmamasına qərar verilsə də əsaslandırmalıdır. Baskervill sizdən xahiş edirəm ki, o müzakirəyə bir daha nəzər yetirəsiz.--samral müzakirə 19:12, 17 aprel 2015 (UTC)Cavabla
Doğurdan nə edirsən ? Başqası tərəfindən ünvanlanan bir müraciəti və həmin şəxsin imzasını silmək nə deməkdir ? --Baskervill müzakirə 14:23, 20 aprel 2015 (UTC)Cavabla
QLOVİM mükafatı | |
Cənab Baskervill! Sizin etiyiniz böyük qlobal işlərə görə (o lazımsız, hər kəsə əziyyət verən ərəb əlifbalı məqalələrin silinməsinə görə), daim obyektiv yanaşmaya görə, mən Sizə özümün QLOVİM mükafatımı təqdim edirəm. Bağışlayın onu bu müzakirə səhifəsində yerləşdirdiyimə görə, sadəcə olaraq Sizin əsas səhifəniz bütün müdaxilələrdən qorunur.
|
Sizə dərin hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 09:17, 22 aprel 2015 (UTC)Cavabla
Salam, narahat etdiyim üçün üzr istəyirəm. Neçə vaxtdır ki, laboratoriyaya namizəd siyahısına belə məqalə təqdim etmişdim: Madriddə 3 May 1808. Amma xeyli müddətdir ki, şərh bildirilməyib. Zəhmət olmasa, şərh bildirə bilərsiz?--Serk@nl@nd 10:03, 23 aprel 2015 (UTC)Cavabla
Salam cənab idarəçi. Sizinlə (Vikipediya:Ana Səhifə:Xəbərlər/17. Həftə 2015) bölməsi üzərində deyəsən kiçik bir anlaşılmazlıq yaşayırıq. Sizə məsələni sosial şəbəkə üzərindən ətraflı izah etsəmdə görünür sizin üçün bəzi qaranlıq məqamlar yaranıb. Bu səbəbdən məsələni bir daha izah etmək məcburiyyətindəyəm. Xəbərlər bölməsinə 5-6 xəbərdən çox məlumat əlavə edilməməlidir. Bundan daha çox əlavə edilən xəbər Ana səhifənin vizual baxımdan olan görünüşünü pozur. Xəbərlər əsasən lokal yox beynəlxalq əhəmiyyət daşımalıdır. Bütün bunlara baxmayaraq sizin tərəfinizdən əlavə edilən 2 xəbəri silmədim, sadəcə olaraq gələn (18-ci həftə üçün olan bölməyə) əlavə etdim. Siz isə israrla mənim tərəfimdən edilən əlavələri geri qaytarırsınız. Deyəsən mənim də sizin kimi idarəçi olduğumu və burada aşağı-yuxarı eyni texniki imkanlara sahib olduğumuzu unutmusunuz. Ümüd edirəm ki, yuxarıda yazılan məsələlərin hər biri sizə aydın oldun. Sizə hörmətlə:--Baskervill müzakirə 11:28, 25 aprel 2015 (UTC)Cavabla
Xəbərlər bölməsindən istifadə barədə yaxın günlərdə qanunlar hazırlayacam və o zaman ümüd edirəm ki, belə problemlər baş verməyəcək. Tərəfinizdən əlavə edilən məlumatlar gərəksiz məlumatlardır. Xüsusi ilə ilk əlavə edilən məlumatı qeyd etmək olar. Niyə bu məsələ də bu qədər israr edirsiniz anlamaq olmur. Hörmətlə:--Baskervill müzakirə 11:37, 25 aprel 2015 (UTC)Cavabla
@Baskervill, Say görək neçə xəbər var? Mən deyim, cəmi 6ǃ --►Cekli829 11:43, 25 aprel 2015 (UTC)Cavabla
@Baskervill, həm də müvafiq layihədə "Son ölümlər" bölməsi olduğu halda bunu əlavə xəbər kimi vermək nə dərəcədə doğrudur? "Qanunlar" hazırlayarkən bunları da mütləq nəzərə al. --►Cekli829 11:48, 25 aprel 2015 (UTC)Cavabla
Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 aprel 2015 (UTC)Cavabla
Hello Nemo. First time thanks for your information. As soon as I'm planning to work there. --Baskervill müzakirə 19:42, 26 aprel 2015 (UTC)Cavabla
Salam. Sarı gəlin və Amneziya kimi məqalələr hansı səbəbdən silinməlidir ? Sil şablonu əlavə etdiyiniz məqalələrə zəhmət olmasa diqqət edin.--Baskervill müzakirə 16:01, 28 aprel 2015 (UTC)Cavabla
Salam bəy. Sizə "Vikibağlılıq" nişanı adlı bir mükafat təqdim etdim. Bilirsinizmi bölməsi üzərində sistemli şəkildə işləməniz şəxsən məni çox sevindirir. Əvvəllər (hardasa 1-2 il bundan əvvəl) həmin bölməyə demək olar ki, tək başına baxmaq məcburiyyətində qalmışdım. Məlumtların çoxusu 3-4 aydan bir təkrarlanırdı və bu işi öz üzərinə götürəcək bir nəfərə ehtiyac vardı. Nə yaxşı ki, həmin şəxsin gəlişi özünü çox gözlətmədi. Bilirsinizmi bölməsinin əmin əllərdə olduğunu biləndən sonra bütün fikirimi rahat şəkildə Xəbərlər bölməsinə yönəldə bilirəm. Bütün zəhmətinizə görə bir daha təşəkkürlər və işlərinizdə uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill müzakirə 11:46, 3 may 2015 (UTC)Cavabla
Salam. Qeyd etdiyim vikipediya bölməsinə bəzi məlumatlar əlavə olunmalıdır. Bunu bacararsınız? Yalnız idarəçilər edə bilər --Zaur Turan (1994) (Söhbət) 19:21, 4 may 2015 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam! Sizi İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə "statusu alması üçün Vikipediya:Laboratoriya/İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə səhifəsində keçirilən səsvermələrə dəvət edirəm. |
--Keete 37 (Farid Aliev) (müzakirə) 17:43, 6 may 2015 (UTC)Cavabla
Salam, vikipediyadakı ilk günlərimdə təcrübəsizlik üzündən bəzi qeyri-ensiklopedik məqalələr yaratmışam. Silinməsini təklif edirəm: Qeyri-rəsmi ölçü vahidləri, İlk Bakı klubları, Kral Leo.--Serk@nl@nd 07:05, 7 may 2015 (UTC)Cavabla
Salam eziz Baskervill! Sizden bir sey isteyecem.... Deye bilersinizmi ki, men niye vandalizime gore bloklanmisdim? Menim vandalizimle ne elaqem var ki? --Celil memmedquluzade
Salam hörmətli Qolcomaq. Son dövrlərdə tərəfinizdən yaradılan məqalələrdə nəzərə çarpan dərəcədə inkişaf var. Sizə deyilən iradları qəbul edib onlara əməl etdiyiniz üçün ilk öncə təşəkkür etmək istəyirəm. Sizə məqalə inkubatoru mükafatı təqdim etdim ki, bu mükafat bir-birindən maraqlı məqalələr yaradan şəxslərə verilir. Bir də bir məsələni qeyd edim. Yaratdığınız Kaliforniya Respublikası məqaləsində ABŞ barədə olan keçidləri ABŞdan formasında vermisiniz. Bu düzgün şəkil deyil. ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarından olaraq istifadə etməniz rica olunur. Birdə cümələr qurarkən bir az daha ensiklopedik olmağa səy göstərsəniz hər şey möhtəşəm olacaq. Bütün dəyərli fəaliyyətiniz üçün təşəkkürlər və işlərinizdə uğurlar. Sizə hörmətlə:--Baskervill müzakirə 08:17, 12 may 2015 (UTC)Cavabla
Salam hörmətli Baskervill Xahiş edirəm 19 yanvar 2015-ci il saat 19-00-da pozduğunuz bu səhifəni redaktə etmək üçün bərpa edin. Mən bərpa etməyi bacarmıram. [[8]]. Hörmətlə, Skith
Salam! Ana səhifədə Seçilmiş siyahı bölməsindəki məqalə hansı müddətdən bir dəyişdirilir? Çünki uzun müddətdir ki, ABŞ milli parkları Ana səhifədir. Bir də Ana səhifənin xəbərlər bölməsində yanğında ölənlərin sayı 14 yox, 15 olmalıdır.[9]--Serk@nl@nd 10:27, 21 may 2015 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam! Sizi Madriddə 3 may 1808 məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Yaxşı məqalə namizədləri/Madriddə 3 may 1808 səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Hörmətlə, --Serk@nl@nd 09:17, 26 may 2015 (UTC)Cavabla
Salam cənab.
Mən "Qarabağ" Futbol Klubunda çalışıram və klubumuzun WIKIPEDIA səhifəsindəki edilən dəyişikliklərə görə Rəhbərliyimiz qarşısında birbaşa məsuliyyət daşıyıram. Zəhmət olmasa tərəfimizdən edilən düzəlişlərə müdaxilə etməyin.
Məsələ ilə bağlı hər hansı bir sual yaranarsa və ya fikrinizi bildirmək istəsəniz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz.
012 - 452 - 13 - 45 — Bu imzasız yazı Javid 1994 (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 12:04, 27 may 2015
Salam Baskervill. Xahiş edirəm məqalələrin statusunu müəyyən etdikdən sonra keçidlərin redaktəsi bölməsinə daxil olaraq uyğun statusu qeyd edin ki, yaxşı və ya seçilmiş məqalə olduğunu bildirən işarə görünsün. Məsələn, mən Müqəddəs Vit kilsəsi məqaləsində uyğun redaktəni etdim. Hörmətlə:--Zaur Turan (1994) (Müzakirə) 19:05, 18 iyun 2015 (UTC)Cavabla
Salam. Eminli Atilla e-mail vasitəsilə mənə müraciət edib. Müraciətinə əsasən bloklama qeydlərinə nəzər saldıqda gördüm ki, onu "vandalizm" səbəbilə 6 ay müddətinə bloklamısınız. Lakin onun fəaliyyətində heç bir vandalizm faktını olmayıb. Əgər bunu nəzərdə tutursunuzsa, bu sadəcə mobil redaktələr zamanı yarana bilən texniki səhvlərdən biridir. Buna görə istifadəçini 6 ay müddətinə bloklamaq ədalətsizlikdir. Xahiş edirəm ki, hərbi xidmətdən sonra belə məsələlərdə mümkün qədər diqqətli olun. Eydiyiniz səhvi düzəltmək məqsədilə onun blokunu açıram. Hörmətlə, --►Cekli829 09:24, 4 iyul 2015 (UTC)Cavabla
Salam. Eminli Atillanın bloklanması heç də səbəbsiz yerə baş verməyib. Şəxs tərəfindən edilə bu və bu redaktələrə baxmağınız sözügedən adamın vandal fəaliyyətlə məşğul olduğunu sübut edir. Bir də buna baxın. Yəni mən heç kimi səbəbsiz yerə bloklamıram. Bundan əlavə sizin mənim razılığım olmadan blok müddətini ləğv etməyiniz səhv addımdır. Unutmayın ki, sizin kimi məndə idarəçi səlahiyyətlərinə sahibəm. 6 ayın ağır olduğunu nəzərə alıb, blok müddətini 1 ayla əvəz etdim. Hörmətlə:--Baskervill müzakirə 19:47, 4 iyul 2015 (UTC)Cavabla
Salam Baskervill. Zəhmət olmasa, Ana səhifənin xəbərlər bölməsində keçidi Amerika kubokuna yox, qeyd etdiyim məqaləyə verin. Hörmətlə: --Zaur Turan (1994) (Müzakirə) 11:51, 6 iyul 2015 (UTC)Cavabla
Salam həmkar. Etirazınız yoxdursa bu məqaləni (Dağlıq Qarabağın tarixi (1918-1923)) bərpa edək və adını dəyişək. İstifadəçilərin çox qismi ad dəyişməni istəmişdilər. --Araz Yaquboglu (müzakirə) 04:29, 13 iyul 2015 (UTC)Cavabla
Salam cənab Zaur Turan(1994). Mən sizi bilirsinimzi bölməsi ilə bağlı narahat edirəm. Məlum olduğu kimi bölmə üçün yeni bıraxılışların hazırlanması işi ilə siz məşğul olursunuz və elə bu səbəbdən sizə yazmaq qərarına gəldim. Dünən Bilirsinizmi bölməsi yenilənən zaman yeni mövzu olmadığı üçün köhnələrdən birini əlavə etdim ki, bölmə boş qalmasın. Başa düşürəm ki, sizin də gündəlik işləriniz var və elə olur ki, bölmə üçün yeni bıraxılışlar hazırlaya bilmirsiniz. Təəssüf ki, sizdə idarəçilik funksiyası yoxdur ki, Ana səhifəyə müdaxilə edib yeni bıraxılış olanda onu köhnəsi ilə əvəzləyə biləsiniz. Dediyim odur ki, sizin tərəfinizdən hazırlanan yeni bıraxılışlara Azvikinin çox ehtiyacı var. Gələcəkdə zamanınız olsa buna xüsusi diqqət edin. Yeni həftə daxil olmadan hazırladığınız bıraxılışı növbəti həftə üçün əlavə etmənizi sizdən rica edəcəkdim. Son 4-5 ayda bir çox şəxs tərəfinizdən Azvikinin zənginləşməsi barədə şərhlər alıram. İnanıram ki, həmin fikirlərdə Bilirsinizmi bölməsində yaşanan inkişafında özünəməxsus rolu var. Sizə hörmətlə:--Baskervill müzakirə 23:48, 13 iyul 2015 (UTC)Cavabla
|
Yeni-yeni məqalələr arzusu ilə:
--Araz Yaquboglu (müzakirə) 09:36, 17 iyul 2015 (UTC)Cavabla
Salam admin. Siz Neftçi PFK və Qarabağ FK səhifələrini mühafizə etmisiniz. Çox gözəl etmisiniz. Çünki səhifələrə xüsusən Neftçi PFK səhifəsinə son günlər çox hücumlar edilirdi. Gördüyüm qədəri ilə Neftçi PFK səhifəsini əvvəlki versiyaya qaytarmısınız və hər şey qaydasında kimi görünür. Amma Qarabağ FK səhifəsində bir səhvlik var. Odakı kiminsə klubun ləqəblərinə "xalq komandası" sözünü calamasıdır. Bu ləqəb ölkəmizdə yalnız və yalnız Neftçi PFK komandasına məxsusdur və sizdən xaiş edirəmki Qarabağ FK səhifəsində bu ləqəbi siləsiniz. Əvvəlcədən təşəkkürlər.--☜❶☞Cavid Süleymanlı (müzakirə)☜❶☞ 09:42, 17 iyul 2015 (UTC)Cavabla
Salam.
Azərbaycan məqaləsində, Həsənsoy14 tərəfindən edilmiş redaksiyayı (vandalizmi) geri qaytararaq, sizin 15:35, 21 iyul 2015 tarixli versiyaya berpa edə bilərsinizmi?
Təşəkkür edirəm.
Salam Baskervil. Siz 4 may 2015-ci il tarixində bu səhifəni geri qaytararaq bərpa edibsiniz [11]. Bunu hansı səbəbdən etdiyinizi bilmək olarmı ? --Acategory (müzakirə) 09:14, 6 sentyabr 2015 (UTC)Cavabla
Salam cənab Serkanland. Azvikidən məlum səbəblərə görə 6 aydır ki, daxil ola bilmirdim. Daxil olan zaman gördüklərim isə məni müsbət mənada şoka saldı. Sizin dayanmadan bu qədər zəhmət və əzimlə fəaliyyət göstərməyinizdə çox gözəldir. İdarəçi seçilməyiniz münasibəti ilə sizi təbrik edirəm. Çox təəssüf ki, həmin seçkilər zamanı öz lehimə səsimi verə bilmədim. Bütün zəhmətinizə görə bir daha təşəkkür edirəm. İnşallah 6 aydan sonra məndə yarıda qalmış fəaliyyətimi bərpa edəcəm və sizlərlə birdə çalışacağam. Tərəfinizdən görülən işlərin necə böyük əhəmiyyətə malik olduğunu bir gün özünüz şahidlik edəcəksiniz. Sizə dərin hörmətlə:--Baskervill müzakirə 11:09, 1 dekabr 2015 (UTC)Cavabla
Salam həmkar. Rövşən Quliyev (hərbçi) məqaləsi ensiklopedik hərbiçilər kriteriyasına cavab vermir: məqalə niyə saxlanıldı ?--Asparux Xan Bulqar (müzakirə) 17:46, 1 dekabr 2015 (UTC)Cavabla
Salam, Baskervill. Deyə bilrsizmi, nəyə görə mənim əlavə eidiyim fotoşəkli yığışdırım Axundova oxşamayan rəsmi geri qaytardınız[12]? Fikirimcə fotoşəkil ola-ola rəsm əlavə etmək gərəksizdir. --Interfase (müzakirə) 08:06, 8 dekabr 2015 (UTC)Cavabla
nin geri qaytardığınızı indi gördüm. Təşəkkürlər. --Interfase (müzakirə) 08:07, 8 dekabr 2015 (UTC)Cavabla
Salam, sizin tərəfinzdən kütləvi formada Almaniyanın kiçik şəhərləri barədə yaradılan məqalələr artıq problem təşkil etməyə başlayıb. Belə başa düşmək olar ki, siz sözügedən məqalələrin yaradılması zamanı bot proqramlaşdırmasından istifadə edirsiniz. Azvikidə botla məqalələrin yaradılması və zənginləşdirilməsi uzun müddətdir ki, qadağan edilib. Digər bir tərəfdən yaradılan məqalələrin çoxusunun adları Azərbaycan dilinə uyğunlaşdırılmayıb. Buradan belə bir nəticə çıxır ki, həmin alman şəhərləri barədə olan məqalələri oturub bir-bir düzəltmək lazımdır. Kimə lazımdır bu saxta məqalələr?--Baskervill müzakirə 22:27, 8 dekabr 2015 (UTC)Cavabla
İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikilüğətdə idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə Aabdullayev851 (müzakirə) |
İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim idarəçi seçilməyim ilə bağlı İdarəçilər səhifəsində keçirilən səsverməyə dəvət edirəm. --Aabdullayev851 (müzakirə) 05:03, 20 dekabr 2015 (UTC) Cavabla |