Salam, Crepusculum/Arxiv 7! Biz ABŞ haqqında məqalələri inkişaf etdirmək məqsədi ilə ABŞ VikiLayihəsinə qoşulmaq istəyən redaktorlar axtarırıq. Biz sizin də maraqlanacağınızı düşünürük və ümid edirik ki siz də bizə qatılacaqsınız. Təşəkkür edirik!!! |
Salam hörmətli Baskervill. Burda sizin üçün müraciət qoyulmuşdur. Görmədiyinizi təxmin edərək müzakirə səhifənizə bu mesajı əlavə etdim.--Flagellum Dei (müzakirə) 21:26, 11 yanvar 2017 (UTC)Cavabla
Salam Baskervill. Mənim redaktəmim mənbəyi göstərilib. Niyə əvvəlki halına qaytarırsınız? Mən özüm haqqında səhifə də yaratmamışam. Bü cür mesaj qoymaq nəyə lazımdır?
Bunu https://az.wikipedia.org/wiki/?q=%C4%B0stifad%C9%99%C3%A7i:TYSK&action=edit&redlink=1 ban eləyin də. Öz bildiyini edir.--Azerifactory (müzakirə) 23:33, 17 yanvar 2017 (UTC)Cavabla
Salam həmkar. 20 Yanvar şəhidləri ilə bağlı ləriniz zamanı istinadların bu şəkildə Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-18. düzəldilməsini də edərdiz. Bu daha yaxşıdır. --Araz Yaquboglu (müzakirə) 12:17, 18 yanvar 2017 (UTC)Cavabla
Salam bəy.Mənim son məqaləmi nədən sildiniz?
Merhaba. Ötən ayın ən aktiv istifadəçisi siz olmusuz. Bunu bot hesabına etmiş olsanız belə sizi təbrik edirəm. Sadəcə mənə maraqlı gəldi ki, istifadəçi səhifənizdə bloklandığınız viki lahiyələrin siyahısı var. Bu gədər çox bloklanmağınızın səbəbi nədir? Sayğılar.--Baskervill (müzakirə) 21:20, 24 yanvar 2017 (UTC)Cavabla
Bunlar sadece görülen kısımları. Görülmeyen kısımlarında açtığım sayfaları, yüklediğim dosyaları sildirmeye çalışan devriyeler (Patroller) hizmetliler (adminler) mevcut. Sadece Karı dediğim için 1 ay engellendim, aynı hizmetli Katalan Wikipedia'da tartıştığım birine hücum ettim diye Türkçe Vikipedide engelledi beni. Ne alaka değil mi? İngilizce Vikipedide engelleneceksiniz biri gelecek buradada engellemeye çalışacak sizi.
Yukarıdaki bağlantıları okuyun hep aynı kişiler, aynı bahaneler ben marksist, leninist, troçkist, ateist olmadığım için beni ayırıyorar müslümanım dedikçe iftira atıyorlar. Şimdi ben bunlara sövdüğüm için haksız mıyım değil miyim.--II. Niveles (müzakirə) 11:24, 25 yanvar 2017 (UTC)Cavabla
Salam cənab idarəçi. Sizdən məqaləni arxivləşdirməyinizi rica etmişdim. Siz isə Aparılan müzakirələrə əsasən silinməsinə qərar verildi adı ilə məqaləni silmisiz. Maraqlıdır ki, bu nəticəyə necə gəldiniz ? 3 nəfər silinməsinə, 3 nəfər isə məqalənin saxlanılmasına səs vermişdi. Yekunda təklif olunmuşdu ki, məqalənin mətni digər bir məqaləyə köçürülməklə məqalə silinsin. --Baskervill (müzakirə) 12:07, 25 yanvar 2017 (UTC)Cavabla
Salam --Baskervill (müzakirə) həmkar. Necəsiniz? Bir məsələyə görə sizi narahat edirəm. Qazax rayonu məqaləsində Mənbə: http://www.anl.az/down/meqale/xalqcebhesi/2010/avqust/131144.htm linkindən (çox əvvəl əlavə ediblər) götürülmüş məlumatlara görə Müəlliflik hüququ pozuntusu şablonu qoyublar. Məqalənin etimologiya hissəsində hansı məlumatları silərək bu şablonu rayon məqaləsindən götürə bilərik? Həmçinin Qazax xalçaları və Qazaxda aşıq sənəti məqalələrində. Bu işdə kömək etsəniz şad olaram. Hörmətlə: --Rüfət.S Aslanbəyli (müzakirə) 13:10, 3 fevral 2017 (UTC)Cavabla
Salam. Mən dünən əziyyətlə o boyda yazı yazmışam. Bu gün görürəm ki, Baskervill adlı admin silib yazını. Niyə əziyyəti yerə vurursunuz ki? Mən heç yerdən heç nə köçürməmişəm. Öz babam haqqındakı məlumatları yazmışam. Xaiş edirəm geri qaytarın yazını.— Bu imzasız yazı Kazimli (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 06:55, 6 fevral 2017
Cənab Baskervill çox xahiş edirəm buradan SSRİ medalları səhifəsini laborotoriyaya verəsiniz. --Wikipediya M (müzakirə) 16 fevral 2017 13:20 (UTC)
Cənab Baskervill xahiş edirəm Türk dünyası səhifəsinə baxasız.Ora başqa nə əlavə edə bilərəm? --Neriman2003 (müzakirə) 17:31, 20 noyabr 2017 (UTC)Cavabla
Azərbaycanlıların siyahısı məqaləsinin məzmunu necədir? Hansı dəyişiklər olunmalıdır? Yoxsa elə də qalsın?--Azerifactory (müzakirə) 05:44, 25 fevral 2017 (UTC) Salam. Məncə giriş hissə genişləndirilməlidir və məqalənin daxilinə vizual baxımdan gözəl görünsün deyə bir necə şablon əlavə edilməlidir. --BaskervillDe gəlsin ! 12:22, 25 fevral 2017 (UTC)Cavabla
Cənab Baskervill çox xahiş edirəm buradan Bahadır və Sona (roman) səhifəsini laborotoriyaya verəsiniz. --Wikipediya M (müzakirə) 9:13, 25 fevral 2017 (UTC)
nə vaxt? | |
həm azad deyirsiniz həm də ensiklopedik olsun deyərək boğursunuz. Siz silməsəniz başqası siləcəkdi, bəli. Yenə də məqalədə yazdığım şəxsin "məşhur" olmadığını əsas gətirəcəksiniz, lakin Azviki aygün kazımovalar görmüş bir ensiklopediyadır və qazandığı məşhurluq ölkəmə biabrçılıqdan başqa heç nə gətirmir. Yemişim belə məşhurluğu yəni. Söhbət dünən share etdiyim Harry Halley (Orxan Əhmədov) adlı məqalədən gedir. Selcan Əhməd (müzakirə) 14:25, 28 fevral 2017 (UTC)Cavabla |
Salam cənab Baskervill, sizin mənə göndərmiş olduğunuz elektron məktubunuzu oxudum. Təəssüflər olsun ki, sosial şəbəkə vasitəsi ilə sizinlə ünsiyyət bağlamaq istəyim yoxdur. Çünki sosial şəbəkədə mənə qarşı olduqca təhqiramiz ifadələr yazmışdınız. Həmin sözləri heç zaman unutmayacam. Və məhz həmin sözlərə görə də sizin mənim facebook səhifəmə girişinizi məhdudlaşdırmağa məcbur oldum. Burada təbii ki, şəxsi söhbətləri yerləşdirmək yersiz olar, lakin demək istərdim ki, sizin mənə yazdığınız həmin sözlərdən sonra daha sizə heç bir etibarım qalmayıb və buna görə də personal konteksdə dialoq qurmağımız daha mümkün deyil. Bununla belə, Vikipediyada birgə çalışdığımız üçün, məhz Vikipediya ilə əlaqədar olan məsələlərdə sizinlə korrespondensiya aparmağa davam edəcəm. Çünki bura ensiklopediyadır və şəxsi müzakirələrin yeri deyil. Ümidvaram yazımı pozitiv qiymətləndirəcəksiniz. Sizə fəaliyyətinizdə səmimi qəlbdən uğurlar arzulayıram. Sizə hörmətlə: --Farid Aliyev (müzakirə) 22:11, 1 mart 2017 (UTC)Cavabla
Salam hörmətli Baskervill çox xahiş edirəm İstifadəçi:Wikipediya M səhifəsindən ru:Участник:Wikipediya M səhifəsinə keçid verərdiniz. --Wikipediya M (müzakirə) 08:47, 3 mart 2017 (UTC)Cavabla
Salam.
İstifadəçi:Samral, Azərbaycan İslam Partiyası və Mövsüm Səmədov mövzularında qeyri-obyektiv, və qaydalara zidd olan yalan informasiya və qərəzli fikirləri istifadə edir.
Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qadağan edilmiş Azərbaycan İslam Partiyasını, və Azərbaycan qanunlarına görə dini əsaslara söykənən partiyaların yaradılmasının qadağan olmasına baxmayaraq, istifadəçi partiyayı qanuni və həbsdəki qeyri-qanuni sədri Mövsüm Səmədovu qanuni fəaliyyətdə kimi göstərir.
Xahiş edirəm Samral adlı istifadəçiyi bloklayın ya da xəbərdarlıq edin.
Hörmətlə --Sarvathi (müzakirə) 11:16, 3 mart 2017 (UTC)Cavabla
Salam hörmətli Sarvathi. Samral Azvikinin idarəçilərindən biridir və mənim onu bloklamaq kimi hüququm yoxdur. Bu barədə mümkünsə onun özü ilə danışın.--BaskervillDe gəlsin ! 11:43, 3 mart 2017 (UTC)Cavabla
Etdiyiniz təltifə görə sizə təşəkkür edirək. Çox təssüf ki sabahkı görüşdə iştirak edə bilməyəcəyəm. İnanmazsınız necə iştirak etmək istərdim. İşimi tərk etmək mümkünsüzdür. Sizində bu vikipediyanın inkişafına yönəlik fəallığızı yüksək qiymətləndirir və sizə təşəkkür edirəm.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 13:51, 9 mart 2017 (UTC)Cavabla
Salam, zəhmət olmasa mənə öz mail ünvanızı deyin. Sizə bir sənəd göndərəcəm.--BaskervillDe gəlsin ! 08:41, 10 mart 2017 (UTC)Cavabla
--Təəssüf ki mail ünvanın yoxdur. Nə sənədidir ki? Wikipediya M (müzakirə) 08:46, 10 mart 2017 (UTC)Cavabla
Salam. Sizə bir sualım olacaq. Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində məqaləsinə baxa bilərsiniz? Ora başqa hansı bölmələr əlavə edə bilərəm?--Calal99 (müzakirə) 18:23, 12 mart 2017 (UTC)--Calal99 (müzakirə) 18:50, 12 mart 2017 (UTC)Cavabla
Vikipediyada xidmətlərə görə III dərəcəli mükafat | |
Azərbaycandilli Vikipediyanın inkişafında göstərdiyiniz misilsiz xidmətlərə görə təltif edilirsiniz. Hörmətlə: Wikipediya M (müzakirə) 07:35, 14 mart 2017 (UTC)Cavabla
|
Hər vaxtınınz heyir, həmkar! Azərbaycan SSR ALi Sovetinin deputatları əhəmiyyətli şəxslər deyil? --Azərbaycan-e-Cənubi 08:04, 29 mart 2017 (UTC)Cavabla
Hər vaxtınız xeyir hörmətli həmkar! Artıq bildiyiniz kimi, mən Azərbaycanca Vikipediyaya kitabların birisindən məlumat köçürmək fikrindəyəm. Başlanğıcda mən məqalə üçün lazımi məlumatları öz şəxsi istifadəçi məkanımda yerləşdirəcəm. Təklif edirəm ki, səhifəmdə əks olunacaq məqalələri müşahidə edərək, müvafiq yerlərdə öz Lehinə və ya Əleyhinə olduğunuz müddəaları bildirəsiniz. Sizə əziyyət olmazsa, ünvanladığım məsələyə dair öz fikirlərinizi söyləyirsiniz. Sizə dərin hörmətlə, Emil Fərəcov. --Azərbaycan-e-Cənubi 04:06, 5 aprel 2017 (UTC)Cavabla
Salamlar! Zəhmət olmazsa, bu səhifəyə nəzarət edin. Təşəkkürlər!--Enver62 (müzakirə) 08:43, 31 mart 2017 (UTC)Cavabla
Salam, həmkar. Zəhmət olmasa VP:SNS-də saxlanılmasına qərar verilən müzakirələri arxivləşdirərkən sözügedən məqalənin müzakirə səhifəsinə Saxlanıldı şablonunu da əlavə edin. Təşəkkürlər.--samral müzakirə 06:35, 3 aprel 2017 (UTC)-Cavabla
Salam. Emin Əhmədov məqaləsi ilə bağlı, başqa hansı iradlarınız var?--Calal99 (müzakirə) 20:25, 6 aprel 2017 (UTC)Cavabla
Salam Baskervill. Bu erməni istifadəçini 1 ay müddətinə niyə blokladığını dəqiq deyə bilərsənmi? Düzdür, bloklama səbəbi kimi "Yalan məlumatların əlavə edilməsi"ni qeyd etmisən. Amma mümkünsə, onun hansı yalan məlumatlar əlavə etməsini mənə bildirərdin. Hörmətlə, --►Cekli829 10:20, 10 aprel 2017 (UTC)Cavabla
Salam cənab istifadəçi. Sizin fəaliyyətinizi maraqla izləyirəm və yaşınızın az olmasına baxmayaraq yaratmış olduğunuz məqalələr, müraciət etdiyiniz mövzular çətindir. Zəhmət olmasa məqalə yaradarkən Apostrof işarəsindən istifadə etməyin, çünki bizim dilimizdə belə bir işarənin istifadəsi hal-hazırda mövcud deyil. Cümlələrinizi maksimal dərəcədə ensiklopedik formada yazmağa çalışsın. Məsələn: Filankəs Bakı şəhərində anadan oldu əvəzinə anadan olub yazsanız daha yaxşı olar. Sizin yaratmış olduğunuz Armen Doriyan məqaləsin mən lazım olan vəziyyətə gətirəcəm və inanıram ki, gələcəkdə yaratmış olacağınız məqalələrinizin hər birində bütün bunları nəzərə alacaqsınız. Hörmətlə:--BaskervillDe gəlsin ! 16:36, 10 aprel 2017 (UTC)Cavabla
Ana səhifə ulduzu | |
Baskervill Sizin daima Azərbaycanca Vikipediyada Ana səhifəyə mütəmadi diqqətiniz və etdiyiniz yeniliklərə görə "Ana səhifə ulduzu" ilə təltif edirəm. --Araz Yaquboglu (müzakirə) 12:38, 11 aprel 2017 (UTC)Cavabla
|
Antivandalizm ulduzu | |
Azvikidə vandalizm hallarına qarşı səbirlə mübarizə aparan az saylı idarəçilərimizdən biri olduğunuza görə--BaskervillDe gəlsin ! 11:08, 11 aprel 2017 (UTC)Cavabla
|
Yarım ulduz | |
Cox gozeldir Meherremli Emil 2006 (müzakirə) 14:09, 13 aprel 2017 (UTC)Cavabla |
Salam. Bu qədər istifadəsiz ulduz şablonu yaratmağın nə mənası var ki? İstifadəsiz şablonlar bölməsini güc-bəlayla təmizləmişdim. Nə vaxt hansısa kiməsə təqdim olunacaqsa, o ulduz şablonunu yaratmaq lazımdı. --Sortilegus (müzakirə) 18:29, 13 aprel 2017 (UTC)Cavabla
Salam cənab istifadəçi. Zabit Quliyev dünyasını dəyişmədiyi halda niyə ölüm tarixi qeyd etmisiniz ?--Baskervill 13:18, 14 aprel 2017 (UTC)Cavabla
--Üzr istəyirəm, yəqin nə isə anlaşılmazlıq olub. --Wikipediya M (müzakirə) 06:10, 15 aprel 2017 (UTC)Cavabla
Salamlar. Xahiş etsəm tr:23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı məqaləsini azwikide meydana gətirə bilərsinizmi? --By erdo can • müz 15:18, 21 aprel 2017 (UTC)Cavabla
Salam həmkar. Çox təcili mənə, 3 şablon edə bilərsiniz? İslamiada ilə əlaqədar.--Calal99 (müzakirə) 16:24, 21 aprel 2017 (UTC)Cavabla
Salam. Sizdən bir xahiş olacaq. Bir foto düzəldə bilərsiniz?--Calal99 (müzakirə) 11:39, 28 aprel 2017 (UTC)Cavabla
Salam. Belə redaktəyə görə anonim istifadəçini bloklamaq lazım deyil. Sadəcə onun etdiyi dəyişikliyi geri qaytar, vəssalam. Hörmətlə, --►Cekli829 16:15, 2 may 2017 (UTC)Cavabla
Etdiyiniz yardımlara görə sizə təşəkkür edirəm. İrad və təkliflərinizə ciddi yanaşıram, çatışmazlıqları aradan qaldıracağam.--culiana29 05:58, 4 may 2017 (UTC)
Baskervill, bu məqaləni silməkdə səhvə yol verdiyinizi düşünürəm. Məqalə silinməzdən əvvəl tam ensiklopedik vəziyyətə gətirilmişdir. Onun silinməsi üçün ensiklopedik olmaması əsaslandırılmalı idi. Müvafiq qaydanın yeganə bəndini də nəzərinizə çatdırıram:
Səhifənin Vikipediyada qalması ilə bağlı ciddi arqumentlər göstərilməzsə məqalə silinir.
Gördüyünüz kimi, burada səsvermədən söhbət getmir. Yalnız bir tələb var, məqalə ensiklopedikdir, ya ensiklopedik deyil. Ensiklopedik deyilsə niyə? Ensiklopedikdirsə niyə? Və müvafiq müzakirənin gedişatında məqalə tam ensiklopedik vəziyyətə gətirilmiş, Mehdi İsgəndərlinin isə ensiklopedik şəxs olması əsaslandırılmışdır. Bundan sonra heç bir istifadəçi məqalənin silinməsini tələb etməyib, hamı onun ensiklopedik olması ilə razılaşıb, siz də razılaşmış kimi görünürsünüz, çünki son redaktə versiyasının ensiklopek olmasına etiraz etməmişdiniz. Üstündən xeyli keçəndən sonra isə heç bir əsas olmadan məqaləni silirsiniz. Əgər səsverməni əsas götürürmüsünüzsə, əslində əlbəttə ki səsvermə əsas götürülə bilməz, 6 nəfər lehinə, 6 əleyhinə, bir nəfər isə bitərəf qalıb. Əleyhinə səs verənlər məqalənin ilkin vəziyyətində səs veriblər... Yəni səsverməyə əsasən də məqalə silinə bilməz. Təklif edirəm ki, əgər siz məqaləni silinməsini istəyirsinizsə, bərpa edin, silinməyə namizəd göstərin və orada məqalənin nəyə görə ensiklopedik olmadığını vurğulayın. Məqalənin qeyri-ensiklopedik olduğu əsaslandırılmırsa, o heç vaxt silinə bilməz, silinirsə, bu vikipediya qaydalarının kobud şəkildə pozulması demək olur. Əminəm ki, siz vikipediya qaydalarının pozulmasında maraqlı deyilsiniz. Aydın Məmmədov (müzakirə) 16:01, 6 may 2017 (UTC)Cavabla
Sizin iradlarınızla tamamilə razıyam, amma Facebookda mənə mesaj göndərməmisiniz. facebook adınızı bilsəydim sizə dostluq təklifi göndərədim. hər şey üçün təşəkkürlər. Bir də nə çətinliyim olsa yəqin ki, sizə müraciət edə bilərəm?--culiana29 05:52, 8 may 2017 (UTC)
Zəhmət olmazsa Laboratoriyaya namizəd siyahısına daxil olub fikrinizi bildirəsiniz. --Hilal knight (müzakirə) 06:02, 13 may 2017 (UTC)Cavabla
Salam həmkar. Sizdən 1 söz soruşum. Mən Masallı rayonu, Qasımlı kəndinin tanınmışları haqda Masallı rayonu, Qasımlı kəndi məqaləsinə məlumat və şəkil əlavə edə bilərəm? Məlumat üçün Bu sayta baxa bilərsiz. --Masalli qasimli (müzakirə) 19:50, 13 may 2017 (UTC)Cavabla
Etdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarını və Vikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm. Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. |
--samral müzakirə 06:51, 15 may 2017 (UTC)Cavabla
[[Şəkil:FaktScreen.jpg|thumb|right|200px]]
Heç bir mənbəsi olmayan məqaləyə haqlı olaraq mənbə azlığı şablonu əlavə etmişdim. Həmkarımız heç bir səbəb olmadan, ən əsası da bu çatışmazlığı aradan qaldırmadan o şablonu həmin məqalədən silib. Mən də buna görə ona xəbərdarlıq etdim. |
- heç bu sözləri yazanda utandınmı ? Əgər utanmadınsa zəhmət olmasa səninlə aramızda olan bu yazışmanı oxu. Bəli, mən məcburiyyət qarşısında qalıb bu gün, bu screen fotonu bura əlavə edirəm ki, sənin hansı formada yalan danışdığını bütün viki cəmiyyət görsün. Məni facebook üzərindən blokla atma səbəbini də tam olaraq anlamadım. Küsdünmü, incidinmi, nə baş verdi axı ? Sənə bir necə dəfə təkrar etdiyin bir sözü xatırlatdığım üçün məni özünə düşmən kəsdin və başladın öz aləmində mənim əlehimdə nələrsə axtarmağa.. Bəli, Qələbəliklərin adamı məqaləsi mənbəsiz bir məqalədir və mən bunu qəbul edirəm. Onu da qəbul edirəm ki, həmin mənbənin üzərində olan mənbəsiz şablonunun silinməsi ilə bağlı sənə müraciət etmişəm və səndə cavabında kef elə demisən. Budurmu sənin idarəçiliyin ? Cənab idarəçi və istifadəçiləri, xüsusi ilə; Baskervill, Araz Yaquboglu, Vusal1981, Wertuose, Aydinsalis, Cekli829, Eldarado, Nicat49, Namikilisu adlı fəal vikipediyaçılarımızı bu məsələyə diqqət etməyə dəvət edirəm. No comment. --Baskervill 15:34, 15 may 2017 (UTC)Cavabla
Mən birinci növbədə Allah bəndəsi, ikinci növbədə isə Azviki idarəçilərinin və fəal istifadəçilərin səmimi dostuyam. Cənab Samral mənim bu gün bütün fəal idarəçilərlə çox gözəl münasibətlərim var. |
Kitablar sənindir. Mənə kitab lazım deyil, özümün kifayət qədər kitabım var. Əslində sənə bu qədər geniş cavab verəsi deyildim. Düşündüm ki, elə hər səfərində qısa-qısa yazmaqdansa bir dəfəlik yazmaq gözəldir. Və sonda Mənim idarəçilik fəaliyyətim isə var. deməklə heç kimin idarəçi fəaliyyəti əmələ gəlmir. Bunun üçün konkret formada idarəçi kimi fəaliyyət göstərmək lazımdır. Cənab Samral.. --Baskervill 22:19, 16 may 2017 (UTC)Cavabla
Mənim fəaliyyətimə baxsaz görərsiz ki, qeyd etdiyiniz məqalə ilə yanaşı neçə-neçə məqaləyə "İstinad stili" və "Mənbə azlığı" şablonları əlavə etmişəm. Vikipediyada "mənim yaratdığım məqalə" anlayışı isə texniki bir məsələdir, "mənim məqaləm" anlamına gəlmir, kimsə kiminsə yaratdığı, redaktə etdiyi məqaləyə nəsə əlavə etməyə. O şablonun nə anlama gəldiyini bilmirsizsə bu sizin probleminizdir. O ki qaldı qisasçılığa bu artıq paronoyadır. Belə çıxır ki, bundan belə mən sizin yaratdığınız və ya redaktəniz olan hər hansısa məqaləyə qaydalara uyğun şəkildə heç nə əlavə edib, heç nə silməyim ki, nə var nə var siz gəlib üstümə düşəcəksiz ki, "mənim məqaləmə niyə filan redkatəni etmisən?" Bu vikiqaydalara, vikipediyanın açıq onlayn ensiklopediya olması prinsipinə ziddir. Bura şəxsi sayt və ya bloq deyil. Qaydalara zidd hansısa hərəkət etmişəmsə, buyurun sualınızı, iddianızı əsaslandırın. Əks halda sizdən tələb edirəm ki, məni narahat etməyin. Çünki özünüz hələ keçən günlərdə bildirmişdiz ki, mənim imza və adımı öz müzakirə səhifənizdə görmək istəmirsiz. Mən də cavabən bildirmişdim ki, mən də sizin ad və imzanızı müzakirə səhifəmdə görmək istəmirəm. Şifahi qarşılıqlı razılaşmaya sadiq qalaq. Konkret hansısa məqalə ilə bağlı iradınız, sualınız olsa, yadınıza salmaq istəyirəm ki, hər bir məqalənin müzakirə səhifəsi var.--samral müzakirə 06:14, 24 may 2017 (UTC)Cavabla
Salam Baskervill. Mən İnfomasiya Texnologiyaları İnstitutunun administratoruyam. Bizim institutda viki istifadəçilər çoxdur. Bizim İP ünvan Sizin tərəfinizdən bloklanıb. Bizim internetə çıxışımız yalnız bir İP ünvandandır, bunu nəzərə almağınız xahiş olunur. Zəhmət olmasa bir istifadəçiyə görə bütov bir təşkilatın İP ünvanını bloka salmayın. — Bu imzasız yazı Tmustafayev85 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 11:50, 26 may 2017 (UTC)Cavabla
Salam Nihat bəy. Narahat etmirəm? Sizə bir sualım olacaq. Mən, yaratdığım məqalələrin siyahısını haradan əldə edə bilərəm?--Calal99 (müzakirə) 10:08, 27 may 2017 (UTC)Cavabla
Çalışqanlıq ulduzu | |
Azərbaycan dilli Vikipediyada göstərdiyiniz səmərəli fəaliyyətə görə "Çalışqanlıq" Ulduzu ilə təltif olunursunuz. Calal99 (müzakirə) 17:55, 29 may 2017 (UTC)Cavabla |
Salam. Mailinizə baxa bilərsiniz?--Calal99 (müzakirə) 12:17, 30 may 2017 (UTC)Cavabla
Salam. Xahiş edirəm kənd meydanında VikiLayihə haqqında yazdıqlarıma öz fikrinizi bildirəsiniz. --Drabdullayev17 (müzakirə) 19:04, 3 iyun 2017 (UTC)Cavabla
Salam Aleykum. Zəhmət olmazsa mənim sizin tərəfinizdən bloklanmmanızın səbəbini izah edərdiniz. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 20:15, 3 iyun 2017 (UTC)Cavabla
Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Azerifactory (müzakirə) 03:25, 4 iyun 2017 (UTC)Cavabla
Salam. Qaydalara əsasən bu idarəçi avtomatik idarəçilikdən azad edilməli deyilmi?--131.117.143.219 10:11, 5 iyun 2017 (UTC)Cavabla
Salam Baskervill. Kitabın səhifəsinin silinməsini səbəbini yazmamısınız.Səhvləri desəniz bərpa edərdim səhifəni
Salam cənab istifadəçi, necəsiniz ? Ümüd edirəm ki, yaxşısınız və bütün işləriniz qaydasındadır. Sizdən icazənizlə bir rica etmək istərdim. Demək, mən Braziliya yaponları ı bir məqalənin üzərində çalışıram və əsas məqsədim, məqaləni maksimal dərəcədə zənginləşdirməkdir. Məqalədə olan şablondan göründüyü kimi yapon əsilli 8 əsilli şəxsin məqaləsi yaradılmalıdır. Bunlardan 5 nəfərini artıq yaratdım. Sizdən istədiyim isə Rodriqo Tabata haqqındakı bu məqaləni bizim viki də yaratmağınızdır. Öncədən təşəkkür edirəm. Hörmətlə:--Baskervill 19:51, 8 iyun 2017 (UTC)Cavabla
Salam. Zəhmət olmasa bu məqaləni bərpa edərsiz. Mən VP:SNS-də Xpert-in özünün ensiklopedikliyini sübut etmişdim. Xpert məqaləsində xeyli mənbə də gətirmişəm. Bir repçi ensiklopedikdirsə, avtomatik albomları da ensiklopedikdir. Necə ki, bir yazıçı ensiklopedikdirsə, onun bədii əsərləri də ensiklopedik hesab edilir, bu da elə. Mənbə yoxdursa, mənbə azlığı, mənbə göstərin şablonu qoya bilərsiz. Xpert-in ilk albomu haqqında olan bu məqaləni mən yaratmışam məsələn. Mənbə olmaması tam normaldır. Çünki bizim media (TV, radio, qəzet, jurnal, kitablar) repçilərə filan, demək olar ki, yer vermir. Məsələn Xpert-in mahnıları bu gün YouTube-da 1 milyon dinlənilir. "YouTube" kanalının, "Facebook" səhifəsinin təsdiqlənməsi var. Bu artıq ensiklopediklik əlamətləridir. Amma heç bi media bu repçi haqqında, demək olar ki, yazmır. Sadəcə saytlarda nəsə məlumat tapmaq olur. O da az-maz.--samral müzakirə 10:26, 9 iyun 2017 (UTC)Cavabla
Salam Nihat bəy. Necəsiniz? Bu məqaləni bu gün qurtaracam. Siz, elə bu gün Laba təqdim edə bilərsiniz? Yoxsa gözləyim?--Calal99 (müzakirə) 13:04, 14 iyun 2017 (UTC)Cavabla
Bir daha salam, cənab Baskervill. Bağışlayın, narahat edirəm, amma vikipediyada səhifə yaradarkən bir problemlə qarşılaşdım. Kömək edəcəyinizi ümid edirəm. Clash of Clans səhifəsində səhifə adının altında belə bir yazı var və mövzu ilə əlaqəsi yoxdur: / 8 iyul2017 Silə bilmirəm, bu yazı niyə yazılıb, necə silə bilərəm? İndidən təşəkkürlər. Hüseynzadə (müzakirə) 12:47, 15 iyun 2017 (UTC)Cavabla
Salam hörmətli Baskervill. Ümid edirəm ki, sizi narahat etmirəm. Sizdən bir xahişim olacaq. Zəhmət olmasa bir idarəçi olaraq, Vikipediya:Laboratoriyaya namizəd siyahısı adlı səhifədəki God of War (oyun, 2005) alt başlığına cavab yaza bilərsiniz? Artıq 7 gündür ki, cavab gəlmir. Hörmətlə: --►oyuncu aykhanfikrini de! 01:43, 18 iyun 2017 (UTC)Cavabla
Salam həmkar, bu məqalədə [[1]] nə çatışmır? (Başlıq və tarix çıxmaqla)--Azerifactory (müzakirə) 04:19, 21 iyun 2017 (UTC)Cavabla
Salam, cənab Baskervill. Xahiş edirəm, Şablon:NUMBEROF/datanın müzakirə səhifəsinə diqqət yetirəsiniz. -- Hüseynzadə (müzakirə) 08:18, 27 iyun 2017 (UTC)Cavabla
Salam hörmətli Baskervill. Çox xahiş edirəm ki, mümkündürsə Mövzulu ayın 2017-ci ilin oktyabr ayı "Dünya şəhərləri ayı" ilə əvəz olunsun. --Wikipediya M (müzakirə) 06:07, 6 iyul 2017 (UTC)Cavabla
Salam Nihat bəy. Narahat etmirəm? Sizə bir sualım olacaq. Mən, istifadəçi adımın dəyişdirilməsilə əlaqədar olaraq necə metaya müraciət edə bilərəm? Yardım edə bilərsiniz? Sağolun. Hörmətlə Barselona 11:38, 6 iyul 2017 (UTC)Cavabla
Salam. 2017-ci il 27.Həftə bilirsinizmi səhifəsi Braziliya yaponları haqqında məlumat daxil edilib. Burada iki nüansı nəzərinizə çatdırmaq istədim. Həmin məlumat 4 həftə əvvəl, yəni 23-cü həftədə verilmişdir. İkinci və ən önəmlisi sayın 1.4 milyon olaraq verilməsidir. Halbuku məqalədə 1.6 milyon olaraq göstərilib. Xahiş edirəm düzəldəsiniz. --Drabdullayev17 (müzakirə) 15:11, 7 iyul 2017 (UTC)Cavabla
Cənab Baskervill, Kənd meydanında etdiyim xahişə əgər müsbət baxırsınızsa, yardımçı ola bilərsinizmi? --Farid Aliyev (müzakirə) 16:19, 11 iyul 2017 (UTC)Cavabla
Bu məqalənin Laboratoriyada namizədlik səhifəsi hansı prinsip üzrə arxivləşdirilib?--Azerifactory (müzakirə) 16:15, 18 iyul 2017 (UTC)Cavabla
Salam bəy, necəsiz? Vikipediyada məzmun cəhətdən kiçik və böyük məqalələr üçün müəyyən hədd varmı? Əgər belə birşey varsa, mütləq gələcək fəaliyyətimdə məmnuniyyətlə tətbiq edərdim.--Rufet Turkmen müzakirə 14:25, 21 iyul 2017 (UTC)Cavabla
Orijinal ulduz | |
salam mən səhifə yaratmışam amma google də axtarış verirəm çıxmır Jurnalist Gül (müzakirə) 15:27, 27 iyul 2017 (UTC)Cavabla |
Salam Hörmətli həmкar Crepusculum/Arxiv 7. Sizi burada, 7 avqust 2017 tarixində keçiriləcək AzVikidə kimya mövzusunda olan problemlərlə bağlı müzakirəyə dəvət edirəm. |
Hörmətlə --Sir Salmanland 06:50, 1 avqust 2017 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam Sizi Eldənizlər məqaləsinin Labaratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
--Rufet Turkmen | müzakirə 23:42, 22 avqust 2017 (UTC)Cavabla
Salam, hörmətli həmkar! Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısının "Seçilmiş siyahı" statusu alması üçün bu səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. --Azərbaycan-e-Cənubi 13:49, 23 avqust 2017 (UTC)Cavabla |
Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib
Hörmətlə --Azerifactory (müzakirə) 07:28, 7 sentyabr 2017 (UTC)Cavabla
Salam hörmətli Baskervill fəaliyyətinizdə sizə uğurlar arzulayıram.
Xahiş edirəm, facebook səhifənizi yazın. Sizinlə 1 vacib məsələni müzakirə etmək istəyirəm. --Masalli qasimli (müzakirə) 16:33, 7 sentyabr 2017 (UTC)Cavabla
Salam Aleykum. Həmkar Qalisiya bağlı təklifinizi bəyəndim. Düşünürəm ki, İnşallah qismət olsa gələn aylardan birini elan etkəm olar. Hörmətlə--Qolcomaq (müzakirə) 19:18, 8 sentyabr 2017 (UTC)Cavabla
Baskervill, mən təklif edirəm ki, müvafiq mövzu ilə bağlı ayın adını "Katalan, Qalisiya və Asturiya ayı" qoyarıq. Qoy hər üçü haqqında da elə eyni ay çərçivəsində məqalə yaradaq. --►Cekli829 18:42, 26 sentyabr 2017 (UTC)Cavabla
Salam. Narahat etmirəm. Sizdən bir sualım olacaq. Bu məqaləni, "Seçilmiş siyahı" statusu alması üçün Laboratoriyaya təqdim edə bilərsiniz? Hörmətlə Barselona99 (müzaкirə) 17:34, 14 sentyabr 2017 (UTC)Cavabla
Salam. Narahat etmirəm? Mən, 2016 Yay Olimpiya Oyunlarına qatılan bütün dövlətlər haqqında məqalə yaratmağı qərara aldım. Bu, elədə çətin deyil. Amma, mənə əsas problemi şablon yaradır. Bu şablonun eynisinin, Azərbaycan dilli Viкipediyada da olmasını istəyirəm. Dəfələrlə White Demona müraciət etmişəm. Amma, mənə yardım etməyib. Əgər Aydinsalis fəaliyyət göstərsəydi, heç şübhəsiz o, mənə yardım edərdi. Aydinsalis, istənilən şablonu problemsiz yaradırdı və yeniləyirdi. Amma, o, fəaliyyət göstərmir və heç bir idarəçi, habelə fəal istifadəçi mənə yardım etmir. Daha dəqiq, bu məsuliyyəti üzərinə götürmürlər. Bu məqalə, bu gün və ya sabah "yaxşı məqalə" statusu alacaq, amma hələdə şablon yerləşdirməmişəm. Niyə? Şablon hazır deyil. Bütün bunları nəzərə alaraq, Siz mənə yardım edə bilərsiniz? Cavabınızı gözləyəcəm. Sağolun. Hörmətlə Barselona99 (müzaкirə) 12:20, 17 sentyabr 2017 (UTC)Cavabla
Hörmətli baskervill. Verdiyiniz tövsiyələrə hörmətlə yanaşıram. Çalışacam ki bundan sonrakı fəaliyyətimdə riayət edim. --2 sayli (müzakirə) 07:09, 18 sentyabr 2017 (UTC)2 sayli--2 sayli (müzakirə) 07:09, 18 sentyabr 2017 (UTC)Cavabla
Salam, hörmətli həmkar! SMS Blücher məqaləsinin "Laboratoriya" səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.
~Hörmətlə: oyuncu aykhanfikrini de! 09:40, 19 sentyabr 2017 (UTC)Cavabla |
Salam. Narahat etmirəm. Bu gün boş-boş oturmuşdum, nə vaxtsa digər istifadəçilərə yazdığım mesajları oxudum. Sizə yazdığım mesajı oxuyanda, etdiyim əməlin düz olmadığını, əsəbi olduğum üçün Sizi təhqir etməyimin düz olmadığını düşündüm. Nə vaxtsa Sizə qarşı sərt sözlər işlətmişəmsə, mən Sizdən üzr istəyirəm. Sağolun. Barselona99 (müzaкirə) 22:10, 22 sentyabr 2017 (UTC)Cavabla
Salam həmkar. Zəhmət olmasa deyə bilərdinizmi seçilmiş və yaxşı məqalələr səhifəsini hansı vandalizm hadisəsinə görə mühafizə etmisiniz. tarixçədə həmin vandalizmlər görünmür. Uğurlar. --Eks-istifadəçi (müzakirə) 12:13, 25 sentyabr 2017 (UTC)Cavabla
İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 06:49, 1 oktyabr 2017 (UTC) Cavabla |
Salamlar cənab Baskervill. bu istifadəçi vandalizm xarakterli redaktələr edir. İrəvan xanlığı məqaləsində etdiyi vandal redaktələr və istifadəçi statistikasında açıq görünən vandalizm əməlləri ilə bağlı onun barəsində tədbir görməyi sizdən xaiş edirəm. Dərin hörmətlə --Rufet Turkmen | müzakirə 01:46, 4 oktyabr 2017 (UTC)Cavabla
Salam, o vaxt seçilmiş məqalərdən statusunu həll etdikdən sonra, bunlara da göz gəzdirmək lazımdır:
YM standardlarına cavab vermir.--Azerifactory (müzakirə) 21:40, 4 oktyabr 2017 (UTC)Cavabla
Salam Baskervill. Məqalələrin statusunun alınması dəqiqləşdikdən sonra, dil keçidləri bölməsinə daxil olaraq, orada da seçilmiş və ya yaxşı məqalə qeyd edilmiş bölməni silmək lazımdır. Yalnız bundan sonra həmin məqalənin statusunu bildirən ulduz digər vikilərdən dil keçidləri bölməsinə baxdıqda görünmür. --Fortius-94 (Müzakirə) 13:37, 12 oktyabr 2017 (UTC)Cavabla
https://az.wikipedia.org/wiki/?q=Vikipediya_m%C3%BCzakir%C9%99si:Se%C3%A7ilmi%C5%9F_m%C9%99qal%C9%99_statusunun_geri_al%C4%B1nmas%C4%B1/Ya%C5%9Far_Nuri Cavabınız gözləyirəm.--Azerifactory (müzakirə) 18:01, 13 oktyabr 2017 (UTC)Cavabla
Salam, həmkar. Sizinlə bir məsələ barəsində məsləhətləşmək istəyirəm. Mən az öncə Ereksiya adlı məqalə yaratdım. Azərbaycanca Vikipediyada ən bəsit cinsəllik mövzularında belə məqalələr yoxdur. Məsələn 120 dil bölməsində mövcud olan cinsi əlaqə məqaləsi bizim vikidə yoxdur. Zaman əldə etdikcə bu mövzular barəsində məqalələr yaratmağa çalışacam. Sualım isə belədir; Ereksiya məqaləsinə foto əlavə etsəm məni buna görə bloklamazlar ? Zəhmət olmasa məqalənin türkçə, rusca və ingiliscə olan dil bölmələrinə baxın, hər birində mövcud fotolar var. --Külafrəngi (müzakirə) 19:14, 20 oktyabr 2017 (UTC)Cavabla
Salam. Mənəm, Barselona99. Çox təəsüf кi, məcburam anonim istifadəçinin adı ilə Sizə müraciət edim. Sizə, yalnızca bunları deyəcəm: Siz elə bilirsiniz кi, mən başa düşmədim кi, Nicat bəyin məni bu layihədən 1 ay müddətinə uzaqlaşdırması sifarişlidir? Nicat bəy, həmin saat gəldi, mənim bir neçə fotomu sildi və məni dərhal 1 ay müddətinə (!) bloкladı və sonra getdi. Mən guya başa düşmədim кi, bu Sizin oyununuzdur? Mən, Tərxan bəylə danışdım və bunun səhv olduğunu göstərdim. Amma Siz, güneşdə baş verən partlayış кimi boş-boş sözlərlə mən, ələ saldınız! Bu görə кim bloкlanacaq? Əgər Siz, özünüzü mərd və dürüst hesab edirsinizsə, özünüzü bloкlayın! Hörmətlə 130.0.13.105 07:16, 21 oktyabr 2017 (UTC)Cavabla
Barselona99 sizin bloklanmağınızın yeganə səbəbi dəfələrlə xəbərdarlıq edilməyinizə baxmayaraq müəllif hüquqlarına məhəl qoymadan media fayllar yükləməyinizdir. Şəxsən təkcə mən sizə azı 2-3 dəfə xəbərdarlıq etmişəm ki, heç bir ciddi əsas olmadan müəllif hüququ ilə qorunan faylları kütləvi surətdə azvikiyə yükləməyəsiniz. Ancaq siz yenədə xəbərdarlığa məhəl qoymadan öz kefiniz istəyəni edirsiz. Siz təkcə müəllif hüququ ilə qorunan faylları yüklədiyinizə görə 8 dəfə bloklanmısınız. Bu göstəriciyə görə "rekord" sizdədir. Bir də ki, mən heç vaxt heç kimin sifarişi ilə nəsə etmirəm. Baskervill sizi bloklamaq istəsə bunu özüdə edə bilər mənə ehtiyacı yoxdur. Sübut edə bilməyəcəyiniz absurt və iftira dolu cümlələr yazmamağı məsləhət görürəm.--Nicat49 ⋠müzakirə⋡ 21:28, 21 oktyabr 2017 (UTC)Cavabla
Salam. Burada qərar vermisən ki, məqalədən status alınsın. Amma səslərə baxanda görürük ki, səs verən 8 nəfərdən 2-si deyib ki, YM olsun. Mən qarışıq 2 nəfər də şərhdə qeyd edib ki, YM olsun. Səncə o məqaləni YM etmək daha düzgün olmazdı?--samral müzakirə 08:39, 27 oktyabr 2017 (UTC)Cavabla
Ümumiyyətlə, belə qərarları düzgün hesab etmirəm. Belə etməkdənsə, yaxşı olardı ki, kriteriyaları yenidən müəyyənləşdirək və bundan sonra status almış bütün məqalələrə əl gəzdirib, onların hamısını eyni vaxtda müzakirəyə çıxaraq. Təxminən 2 aylıq müzakirələr nəticəsində səsvermə ilə yenidən statusların qalıb-qalmamasını dəqiqləşdirmək olar. --►Cekli829 12:12, 27 oktyabr 2017 (UTC)Cavabla
Salam, IP-lərin yoxlanılmasını vikidə necə edə bilərəm?--Azerifactory (müzakirə) 12:09, 3 noyabr 2017 (UTC)Cavabla
Salam. Mən, çox dözdüm bu mesajı Sizə yazmamaq üçün. Amma, indi yazıram. Mənə yalnızca bir məqam maraqlıdır. Mənə yalnızca bir sual maraqlıdır. Cavabı ala bilmədiyim bir sual. Mənim, Sizə nə pisliyim dəyib, mənə belə nifrət edirsiniz? Gah elə salırsınız, gah təhqir edirsiniz. Nə bilim günəşdə olan partlayışlar belə getdi, nə bilim məzar belə getdi, nə bilim qiyamət günü belə getdi. İstəyirsiniz, mən məzara gedim? Qarğış edirsiniz? Əla saldınız, susdum! Bu qədərdə olmazda. Mənim hər bir səhvimi, terrora çevivirsiniz. Bütün Wikicəmiyyətə deyirsiniz, Barselona99 bizi əla salır, qiyamət gününə qədər rədd edin onu getsin. Niyə? Nəyə görə? Nəyə görə Siz, mənə nifrət edirsiniz? Nəyə görə? Cavab verə bilərsiniz? Məndə bilim. Ola bilsin mən, Sizin quyruqunuza taptalamışam. Deyin, məndə bilim. 6 ay və ya 12 il müddətinə buradan uzaqlaşdım, rahat olacaqsınız? Niyə qoymursunuz, səssizcə məqalələr yaradım. Bircə təltifə görə 1 illiyinə istifadəçi uzaqlaşdırılar? Kimə desən gülər. Təltifə görə. Mən, bu günə qədər mənə verilən bütün təltifləri yerləşdirməyi planlaşdırırdım. Amma, Sizin verdiyiniz təltiflər heç mənə lazım deyil. Bütün idarəçiləridə bura dəvət edirəm. Hörmətlə Barselona99 (müzaкirə) 20:16, 11 noyabr 2017 (UTC)Cavabla
Mən Sizə, sabah səhər saatların və ya günortadan sonra yazaram. İndi gecdir. Barselona99 (müzaкirə) 21:28, 11 noyabr 2017 (UTC) Mail ünvanınızı olar? Barselona99 (müzaкirə) 09:49, 12 noyabr 2017 (UTC)Cavabla
Salam. Yeni qeydiyyatdan keçmiş istifadəçini səbəb kimi "Səhifəyə mənasız və yararsız əlavələrə görə" yazaraq, 365 gün müddətinə blokladığınızı gördüm. Lakin onun fəaliyyətində qeyd etdiyiniz səbəbə uyğun heç bir redaktə tapmadım. Mümkünsə, bloklama səbəbini mənə daha aydın şəkildə izah edərdiniz. Ya da istifadəçinin blokunu açardınız. Hörmətlə, --►Cekli829 09:04, 21 noyabr 2017 (UTC)Cavabla
Salam Nicat bəy, mənim bu gün yaratmış olduğum Əməkdar rəssam Mübariz Əkbərov haqqında olan səhifəmi silmisiniz. Səbəbini bilmək olarmı? həmin səhifəni mən yavaş yavaş, başqa bir rəssamın səhifəsi üzərində düzəlişlər edərək yeniləyirdim. Həm də səhifəsini sildiyiniz şəxs, Azərbaycanı Beynəlxalq sərgilərdə təqdim etmiş şəxsdir. Buna diqqət yetirməyinizi xahiş edirəm və necə etməli olduğumu da yaza bilərsiniz. Öncədən təşəkkürlər.
Seymur Nuriyev
salam Nihat bəy, Mübariz Əkbərov səhifəsində mən şəkil əlavə edə bilmirəm. keçirmiş olduğu sərgilərdən əlimizdə olan şəkilləri, hazırladığı əl işlərinin şəkillərini əlavə etmək istəyirəm amma alınmır.
Öncədən təşəkkürlər.
Hi Baskervill, do you currently have some alternate accounts? --Vituzzu (müzakirə) 09:06, 1 dekabr 2017 (UTC)Cavabla
Salam. Siz 49-cu həftənin Xəbərlər bölməsini dəyişərkən Vüsal Rzasoy adlı gənc "Müasir Azərbaycan gənci" proqramındakı "Ayə, hareyə gedirsən, ayə?" ifası ilə sosial medianın gündəminə çevrilib. - xəbərini ana səhifənin xəbərlər bölməsindən heç bir müzakirəsiz çıxarmısınız. Bunun səbəbini öyrənmək olar ? --Baskervill (müzakirə) 07:12, 5 dekabr 2017 (UTC)Cavabla
Salam, Baskervill. Yaratdığınız Azərbaycanın gənc alimlərinin birinci qurultayı məqaləsini olduğu kimi buradan köçürmüsünüz. Müəllif hüququ ilə qorunan məlumatları əlavə etmək düzgün olmadığı üçün məqalədə dəyişiklik etməyinizi təklif edirəm.--Emin ismarıc 08:18, 16 dekabr 2017 (UTC)Cavabla
Salam. Sizi qarşıdan gələn "Dünya Azərbaycanlıların Həmrəylik günü" və "Yeni İl" münasibəti ilə təbrik edirəm. --►Anar Məmmədov (müzakirə) 29 dekabr, 2017 (UTC)
Salam. Sizi bu səsvermədə "İdman ayı" layihəsinə səs verməyə dəvət edirəm. Hörmətlə: AnarHuseyinWS Yaz!