Лязги олдугуна бир нормал субут вар? — Bu imzasız yazı Azeri 73 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı səsvermədə iştirak etməyə dəvət edirəm. --Aabdullayev851 (müzakirə) 18:56, 31 yanvar 2017 (UTC)Cavabla
10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. Ünvan: Elmlər Akademiyası metrosunun BDU tərəfdən olan çıxışı.--samral müzakirə 15:26, 9 mart 2017 (UTC)Cavabla
Emin bəy Salam. Tərəfimizdən Xuraman Canıbəyova barəsində yerləşdirilmiş məqalə Sizin tərəfinizdən silinmişdir. Bunun səbəbini nə ilə izah edirsiniz? Hörmətlə, Zeyneb İbrahimli
Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Azerifactory (müzakirə) 03:24, 4 iyun 2017 (UTC)Cavabla
Salam, hörmətli həmkar! Sizi laboratoriya səhifəsində Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının haqqında hazırlanan siyahıyə səs verməyə dəvət edirəm. --Azərbaycan-e-Cənubi 03:33, 8 avqust 2017 (UTC)Cavabla |
Salam, hörmətli həmkar! Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısının "Seçilmiş siyahı" statusu alması üçün bu səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. --Azərbaycan-e-Cənubi 14:01, 23 avqust 2017 (UTC)Cavabla |
Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib
Hörmətlə --Azerifactory (müzakirə) 07:28, 7 sentyabr 2017 (UTC)Cavabla
İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:18, 1 oktyabr 2017 (UTC) Cavabla |
İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Azerifactory (müzakirə) 21:10, 2 oktyabr 2017 (UTC) Cavabla |
Salam, Eldarado. Müzakirələrdə təcrübəsindən asılı olmayaraq istifadəçilərin fikirlərinin üzərindən xətt çəkmək olmaz. Vikipediya:Silinməyə namizəd səhifələr müzakirələr üçündür, səsvermə keçirilsə idi, bunu etmək olardı. Sadəcə yekunlaşdıranda daha əsaslı fikirləri nəzərə almaq lazımdır. Ona görə bu redaktənizi geri qaytarmışam.--Emin ismarıc 14:19, 8 noyabr 2017 (UTC)Cavabla
Hörmətli Eminn bəy, axşamınız xeyir olsun. Zəhmət olmasa Səhifə silmə kriteriyalarındakı Silinməyə namizəd olan məqalələrdə nəzərə alınmalı məqamlar başlığında qeyd olunan "Silinməyə namizəd məqalələr səhifəsinə bir gündə maksimum 5 məqalənin silinməsi ilə bağlı təklif vermək olar. 5-dən artıq məqalənin silinməsi haqqında təklif yalnız eyni tipli məqalələr haqqında ümumi qərar qəbul edildikdə mümkündür." cümləsinə əməl edəsiniz. Hörmətlə --eldarado ✉ 20:19, 11 noyabr 2017 (UTC)Cavabla
Salam. Sizə bir sualım olacaq. Anonim istifadəçilər, silinməyə namizəd səhifəsinə məqalə təqdim edə bilər? Sağolun. Hörmətlə 46.22.230.245 07:30, 25 noyabr 2017 (UTC)Cavabla
Salam, əlbəttə, əgər hansısa məqaləni qeyri-ensiklopedik hesab edirsinizsə və əsaslandıra biləcəksinizsə, təqdim edə bilərsiniz. Burda məhdudiyyət qoyulmur.--Emin ismarıc 07:39, 25 noyabr 2017 (UTC)Cavabla
Salam Eminn bəy. Şair Osman Fərmanoğlunun vikipediya səhifəsi qeyri ensklopedik hesab olunaraq siz tərəfdən silinib. Buna əsas var idimi? Şairlərin dəhifəsini yaratmaq mümknsüzmü? Siz təzədən yaraatmağa kömək edə bilərsinizmi?
Emin salam. 85.100.42.44 istifadəçi Uannis-in kuklası idi. Bu, uzaq 2009-cu ildə baş verən hadisələrdir :) Uannisi qeyri-müəyyən müddətə blokladıq, kuklaları ondan sonra bu cür oyunlar çıxardı. İndiki Aydın Məmmədov probleminin bir başqa təzahürü idi. Fərq ondadı ki, o bloklanandan sonra çox sayda qeyri-ensiklopedik məqalələr yaratdı və buranı bir növ "zibillədi", bu biri əsasən söyüş söyməyə başlayır, sonra təzə hesab açıb şablonları redaktə edir, sonra yenə söyür :) Uannisin kuklaları əsasən saytlardan bura copy-past edirdilər. Çoxsunu silmişdim, indi baxıram ki, hələ xeylisi də qalıb. O İP-nin qeyri-ensiklopedik məqalələrini tək-tək yox, siyahı şəklində silinməyə çıxarmaq lazımdı. Yəni fəaliyyətini təftiş eləmək gərəkdi. --Sortilegus (müzakirə) 19:19, 25 noyabr 2017 (UTC)Cavabla
Sortilegus, axşamınız xeyir. Müzakirə səhifəmdə uzun müddətdən sonra sizdən mesaj qəbul eləmək çox xoşdur :) 2009-cu ildəki o hadisələr yadımdadı, Bahadur adı ilə də fəaliyyət göstərmişdi. Uannisin fəaliyyəti məndən əvvəl olub, bunların onun kuklası olduğu bu ana qədər ağlıma gəlməmişdi. Baxıram, yazdığı mövzuların çoxu ensiklopedikdir amma məqalələrin özü ensiklopedik deyil. Silinməli olduğuna tam əmin olduğum məqalələri çıxarıram müzakirəyə. 85.100.42.44 və Bahadurun yaratdığı təxminən 1500 məqalə var. Ən çox şəxslər haqqında məqalələrə nəzər yetirirəm. Şəxslər haqqında çoxlu lazımsız məqalələr var.--Emin ismarıc 19:29, 25 noyabr 2017 (UTC)Cavabla
Salam Emin bəy. Mən, dünən silinməyə namizəd səhifəsinə məqalələr əlavə etdim. Amma, Vüsal bəy hamısını sildi, hələdə məni bloкladı. Anonim olsamda, məndə istifadəçiyəm. Bu, nə hörmətsizliкdir? 109.237.122.85 07:39, 26 noyabr 2017 (UTC)Cavabla
Salam. VP:SNS-də müzakirəsi davam edən bu 2 məqalənin (Əslində birdən-birə bir çox məqaləni yekunlaşdırıb arxivləşdirmisiz, amma mən indi sırf bu 2 məqalə barədə danışmaq istəyirəm hələlik.) tez-tələsik müzakirəsini yekunlaşdırıb, məqalələri silmisiz, müzakirələrini də yekunlaşdırmısız. Bu məqalələrin müzakirəsi zamanı fikir ayrılığı yox, fikir birliyi olsaydı, mən etiraz etməzdim, çünki bu aydın məsələdir. Amma indiki halda düşünürəm ki, səhv və tələsik addım atmısız. Əvvəla məqalələrin silinməsində fikir, qərar birliyi olmayıb. 3 nəfər silinsin deyibsə, 2 nəfər silinməsin, qalsın deyib. 2-cisi məqalənin müzakirəsi təxminən 1 həftə (!) çəkib. Cəmi cümlətani 1 həftə. Niyə? Nə olub? Hara tələsirik? Türklər demiş "yangından mal kaçırır gibi". 3-cüsü müzakirədə qalsın deyənlər fikirlərini əsaslandırsalar da, silinsin deyənlərin heç biri öz fikrini, rəyini əsaslandırmayıb. 3-cüsü hər 2 məqalənin ən aşağısında, Xarici keçidlər formasında mövzuları ilə bağlı etibarlı və obyektiv mənbələr, keçidlər verilib. Düzdür, bunlar İstinad stili şablonları ilə göstərilsəydi və məqalələrin daxilində istinad kimi istifadə olunsaydı bu halda məqalələr daha bir ensiklopedik görünər və vikipedik olardı, lakin biz nəzərə almalıyıq ki, məqalələri yeni bir istifadəçi, yəni normal olaraq vikipediyada o qədər də təcrübəsi olmayan biri yaradıb. 4-cüsü məqalədə <ref></ref> formasında hansısa bir mənbə göstərilməyibsə, bu o demək deyil məqalə mənbəsizdir və mənbəsizdirsə belə bu o demək deyil ki, məqalə silinməlidir. 5-cisi də mən məsələn Marca Film məqaləsini səliqəyə salmağa başlamışdım, sadəcə məqaləyə iş gedir şablonu qoymağı unutmuşam. Sonda bütün bu yazdıqlarımı, qeyd etdiyim faktları, arqumentləri nəzərə alıb hər 2 məqaləni bərpa edib müzakirələrini davam etdirməyi sizə təklif edirəm.--samral müzakirə 12:04, 26 noyabr 2017 (UTC)Cavabla
Salam Emin. "Şəkil yoxdur" faylını sildiyinizdən İşləməyən fayl keçidləri olan səhifələr kateqoriyasındakı 50-yə qədər azaltığım məqalə sayı 3000-dək artıb. Fikrimcə hələki o faylın qalması yaxşı olardı. Hissə-hissə commonsdakı faylla əvəzləmək olar.--Araz Yaquboglu (müzakirə) 14:57, 28 noyabr 2017 (UTC)Cavabla
Axşamınız xeyir, Araz bəy. Mən orda ilk versiyanı saxlamaq istəmişdim, səhvən hamısını silmişəm. Xatırlatdığınız üçün təşəkkür edirəm. Deyəsən yenə səhv elədim, bütün şəkillər tarixçədə görünür, bir zəhmət Siz baxarsınız.--Emin ismarıc 15:02, 28 noyabr 2017 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam Sizi Anna Dadli məqaləsinin Labaratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
Salam Emin bəy. Cavidan 2426 adlı istifadəçi vandalizm ilə məşquldur. Onu müddəti qaydalar çərçivəsində olmaq şərtilə bloklayardız zəhmət olmasa.--Rufet Turkmen | müzakirə 15:15, 29 noyabr 2017 (UTC)Cavabla
Salam, Rüfət. Məlumat verdiyin üçün çox sağ ol. Düzü fəaliyyəti vandalizmdir, amma mən bloklamağın həll yolu olmadığını düşündüyüm üçün xəbərdarlıq etdim. Ola bilər azyaşlıdır. Bəlkə xəbərdarlıqdan sonra ciddi bir yerdə olduğunu başa düşər, töhfə verməyə başlayar. Vandalizmə davam etsə bloklayaram.--Emin ismarıc 15:51, 29 noyabr 2017 (UTC)Cavabla
Salam, AnarHuseyinWS. Sizin türk dilindən tərcümə etdiyiniz məqalələrdə müəyyən problemlər var. Cümlə quruluşlarına, durğu işarələrinə diqqət yetirməyinizi tövsiyə edirəm.--Emin ismarıc 18:29, 9 dekabr 2017 (UTC)Cavabla
Salam Emin. Hansı məqalədə varsa ata bilərsiniz linkini? Mən düzəldəcəm. AnarHuseyinWS (müzakirə) 9 dekabr, 2017 (UTC)