Salam. Sizə bir qeydi bildirmək istəyirəm. Yapon sözlərinin rus dilinə transliterasiyası ilə Azərbaycan dilinə transliterasiyası fərqlənir. Məsələn, ruslar "Yukishima" sözünü "Yukisima" yazılar, amma azərbaycanca "Yukişima" yazılır: "sh" → "s" yox, "ş", "ch" → "t" yox, "ç" və "j" → "dz" yox, "c". Nəzərə almanığınızı xahiş edirəm.--Serk@nl@nd 15:39, 4 yanvar 2016 (UTC)Cavabla
Salam Əleykum. Həmkar fikirimcə Şikoku (ada) və Şikoku (region) eyni məqalədə birləşdirilməlidir. Digər dillərdə də belədir. Hörmətlə --Qolçomaq (müzakirə) 17:24, 10 yanvar 2016 (UTC)Cavabla
Salam, hörmətli Qolcomaq/Arxiv 2! Vikipediya Asiya ayının təşkilatçısı kimi sizə bir məlumatı bildirmək istəyirəm: Nəzərinizə çatdıraram ki, 1 noyabr - 30 noyabr 2015-ci il tarixləri arasında keçirilmiş Asiya ayı layihəsi çərçivəsində 5 və ya daha çox məqalə yaratdığınıza görə bir Asiya ölkəsindən göndəriləcək açıqca qazandınız. Açıqcanı əldə etmək üçün yaradılmış bu anketi mütləq doldurmalısız. Anket ingiliscə olduğuna görə burada tərcüməsinə baxa bilərsiz. Anketi doldurarkən və ünvanı qeyd edərkən diqqətli olun, əks halda açıqca ünvanınıza çatdırılmaya bilər. Hörmətlə, layihə təşkilatçısı --Serka@nl@nd 17:44, 13 yanvar 2016 (UTC) Həmkar təşəkkür edirəm. Hörmətlə--Qolçomaq (müzakirə) 18:48, 13 yanvar 2016 (UTC)Cavabla
Salam Qolçomaq. Xahiş edirəm {{Şəhər}} şablonundan istifadə etməyin. Uyğun olaraq {{YM-Yaponiya}}, {{YM}}, {{İnzibati vahid}} şablonlarından istifadə edin. Hörmətlə:--Zaur Turan (1994) (Müzakirə) 05:22, 15 yanvar 2016 (UTC)Cavabla
Nəzərə alaram--Qolçomaq (müzakirə) 05:39, 15 yanvar 2016 (UTC)Cavabla
Mənim düzəlişimi geriyə qaytardığınız bu redaktəni nəyə görə etdiyinizi başa düşməsəm də, tövsiyyə edərdim ki, məşhur sözünün yazılışı ilə maraqlanasınız. Fəaliyyətinizdə uğurlar diləyirəm! --Babək Akifoğlu (müzakirə) 20:19, 29 yanvar 2016 (UTC)Cavabla
Salam Aleykum. İnsan öz səhvini görmür. Bu səbəbdən zəhmət olmazsa Dəniz inəyi məqaləsinə nəzər yetirəsiniz. Hörmətlə--Qolçomaq (müzakirə) 19:54, 4 fevral 2016 (UTC)Cavabla
Salam Əleykum. Həmkar Tava adasının dil keçidini təmin etmək məqsədi ilə ingiliscə Tava Island məqaləsində nəzər yetirərək yalnış yönəlməni aradan qaldırardınız. Hörmətlə--Qolçomaq (müzakirə) 20:01, 7 fevral 2016 (UTC)Cavabla
Salam Aleykum. Həmkar Morjkimilər məqaləsi düzgün istiqamətləndirilməmişdir. Zəhmət olmasa onu ingiliscə Odobenidae məqaləsinə istiqamətləndirin. Üstəlik Morj və Morjlar törəmə adlarını ləğv edin. Həm cins həm də növü redaktə etmişəm.-- Qolçomaq 17:12, 17 fevral 2016 (UTC)
Salam. Bildiyiniz kimi azərbaycanca vikipediyada bir çox problem və mübahisələr var. Biz belə düşünürük ki, bu problemlərin səbəbləri qaydaların zəifliyi və müəyyən idarəçilərin məsuliyyətsizliyidir. Bəzi idarəçilər ümumiyyətlə vikipediyaya girmir. Nəinki fəal idarəçi fəaliyyəti ilə məşğul olsunlar. Bəzi idarəçilər qaydalarla hərəkət etmir. Ürəyi istəyən məqaləni, siyahını, şəkli silir. Ürəyi istəyən məqaləni mühafizəyə alır (yəni kilidləyir). Söz soruşursan ürəyi istəyən cavabı verir ya da heç vermir. Digər idarəçilərdən aktiv olan var, bəli. Lakin onların da çoxsu bu cür neqativ-mübahisəli hallarla başlarını ağrıtmamaq üçün və bir idarəçi digərinin işinə qarışmasın, yəni idarəçilər arasında düşmənçilik-ədavət yaranmasın deyə bir çox ədalətsizlik və mənfi, problemli hallara susurlar. Neçə dəfə bu barədə idarəçilərə ayrı ayrılıqda və ümumilikdə müraciət etmişəm və başqa edənlər də olub. Nə qədər istifadəçi də bu haqsızlıq və ədalətsizliyə dözməyib vikipediyanı birdəfəlik tərk edib. Biz də bütün bu hallara görə META-da bütün idarəçilərin idarəçiliyinin yenidən səsverməyə çıxarılıb sonradan onların müvəqqəti (məsələn 1 illik, 2 illik və s.) seçilməsi təklifini etmişik. Əgər istəyirsinizsə siz də bu siyahıya imza qoymaqla, həm öz dəstəyinizi nümayiş etdirə, həm də şərh-rəy yazmaqla öz dəyərli təkliflərinizi səsləndirə bilərsiz.--samral müzakirə 00:09, 24 fevral 2016 (UTC)Cavabla
Salam. Bildiyiniz kimi indiki dövrümüzdə Facebook dünyanın ən böyük sosial şəbəkəsidir. Biz də azərbaycanca vikipediya başda olmaqla Vikimediya layihələrində fəoaliyyət göstərən könüllü istifadəçilər olaraq azərbaycanlı və azərbaycandilli vikipediyaçılar üçün "Azərbaycanca Vikipediya" adlı qeyri-rəsmi facebook qrupu açmışıq. Sizi də bu qrupa dəvət edirik. Bu qrupda siz yeni müzakirə aça, mövcud müzakirələrə rəy bildirə və yaxud da ümumiyyətlə izləyici ola bilərsiz.--samral müzakirtə 17:24, 26 fevral 2016 (UTC)Cavabla
Qolçomaq (müzakirə) 12:08, 29 fevral 2016 (UTC)Cavabla
Salam həmkar. Yaratdığınız geniş məlumatlı, və gözəl məqalələrə görə mən də sizə təşəkkür edirəm. Həmkar, istəyirəm sizdən 1 söz soruşum. Mən bir neçə ay bundan qabaq vikipediyada Bu şəxs haqda məqalə yaratdım. 1 Həftə sonra məqaləni sildilər. Mən də Bu şəxs haqda sayt yaratdım. Sonra məqaləni yaratdım. Yenidən məqaləni sildilər. Əgər əlimdə mənbə yoxdursa, amma şəxs ensiklopedik şəxsdirsə, mən məqaəni necə yarada bilərəm? Bilmirəm məqalədə harada səhv buraxmışam ki, silirlər. --Masalli qasimli (müzakirə) 13:40, 29 fevral 2016 (UTC)Cavabla
Salam həmkar. Mən Qardaşxan Dadaşovu tanıyıram. Ancaq, təəssüf ki, Azərbaycan yazıçılar birliyinin üzvü olduğunu bilmirəm. Onu deyə bilərəm ki, Şair, Müəllim, və qəzet redaktorudur. Çoxlu şeirləri kitab və qəzetlərdə çap olunur. Mən onun şeirini qəzetdən şəkilini ata bilərəm ancaq, burada yox. E-poçtla. Zəhmət olmasa e-poçtunuzu yazardız. --Masalli qasimli (müzakirə) 12:04, 1 mart 2016 (UTC)Cavabla
Salam. Mən Rusiyadayam. Qardaşxan Dadaşov isə Azərbaycandadır deyə öyrənə bilmirəm. Üzv olub olmadığını Siz öyrənə bilərsiz? Əgər edə bilməsəz‚ Onda Mən İyun ayı Azərbaycana gedəcəyəm. Qismət olsa öyrənərəm. Bir də əgər Üzv olmasa yarada bilmərəm? Və ya üzvdürsə necə sübut edə bilərəm? Cavabınızı gözləyəcəyəm. --Masalli qasimli (müzakirə) 11:59, 3 mart 2016 (UTC)Cavabla
Sağolun. Allah sizdən razı olsun. Ancaq Mən bayaqda qeyd etdim ki‚ ola bilsin üzv deyil. Mən səhifəni redaktə edə bilmərəm. Çünki səhifə silinib. Yenidən yarada bilərəm. Ancaq qorxuram ki‚ məni bloklayalar. Mən indi məqaləni yaratsam‚ və Misra.az saytında olan Şeiri mənbə olaraq göstərsəm yenidən silinəcək məqalə? --Masalli qasimli (müzakirə) 12:26, 3 mart 2016 (UTC)Cavabla
Yaxşı. Bu məsələdə Mənə köməklik etdiyinizə görə çox sağolun. --Masalli qasimli (müzakirə) 12:33, 3 mart 2016 (UTC)Cavabla
Salamlar! Yazın, aydınlaşdıraq: [email protected]Enver62 (müzakirə) 15:12, 11 mart 2016 (UTC)Cavabla
Məqalə yaratmaqdan enerjiniz tükənəcək. Elə isə bunu alın. ))) Ağ iβlis (müzakirə) 12:27, 14 mart 2016 (UTC)Cavabla |
Salam həmkar. Mənim fəaliyyətimə verdiyiniz dəyərə və "Azərbaycan Bayrağı" nişanı üçün sizə təşəkkür edirəm. --Araz Yaquboglu (müzakirə) 05:59, 17 mart 2016 (UTC)Cavabla
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısına edilən dəyişikliklər dəktəklənirsə mənim tərtib etdiyim digər siyahını silmənizi rica edərdim. Hörmətlə--Qolçomaq (müzakirə) 18:09, 17 mart 2016 (UTC)Cavabla
Salam. Bütün vikipediyaçıları 2 önəmli səsvermədə iştiraka dəvət edirəm.
Səsvermələr bu 2 qayda haqqındadır.
1-Qeyd:Bu səsverməyə Arbitraj Komitəsi şablonunda da göstərilən Arbitraj Komitəsi qaydasının bütün alt başlıqları (AK-ya müraciət, AK-ya müraciət forması, AK-ya təqdim edilmiş ərizələr, AK-nın qərarları, AK-da dayandırılmış ərizələr və AK-nın seçilmə qaydaları) da daxildir.--samral müzakirə 20:47, 23 mart 2016 (UTC)Cavabla
Yorulmaz töhfəverən ulduzu | |
Vikipediyada hər gün yeni və maraqlı məqalələr yaratdığınıza, yorulmadan bu qədər əziyyət çəkdiyinizə görə sizə təşəkkür edirəm. Zaur Turan (1994) (Müzakirə) 17:27, 21 aprel 2016 (UTC)Cavabla |
Xüsusi ulduz | |
Vikipediyadakı fəaliyyətinizə və məndən daha çox məqalə yaratdığınıza görə təltif olunursunuz.--Anar kerimxanov (müzakirə) anarito 17:37, 25 aprel 2016 (UTC)Cavabla |
Salam Aleykum. Həmkar Qurdbasar məqaləsinin türk bölməsini yazsamda türk dilinin qramatikasını bilmədiyimdən tam düzgün yaza bilməmişəm. Türk dilini yaxşı bildiyindən sənə müraciyyət edirəm. Zəhmət olmazsa türk bölməsinə bir nəzər yetirin. Hörmətlə--Qolçomaq (müzakirə) 18:15, 7 may 2016 (UTC)Cavabla
Salam. Mən Burada Mirzə Sakit haqda öz fikrimi bildirdim. Xahiş edirəm siz də öz fikrinizi bildirin. --Masalli qasimli (müzakirə) 19:18, 9 may 2016 (UTC)Cavabla
Salam Qolcomaq. Qeyd etdiyim məqalə deyəsən diqqətdən kənarda qalıb. Ümumilikdə normal məqalədir,ancaq istinadlarda problemlər var. --Zaur Turan (1994) (Müzakirə) 16:09, 13 may 2016 (UTC)Cavabla
Salam. Bu gün yadıma düşüb ki, Azərbaycan zooloqlarının heyvan cinslərinin adlandırılmasında məxsusi yolları var. Məsələn, Düzənlik kələzləri cinsinin adı düzənlik kələzi kimi adlandırılır. Həmin cinsə aid eyniadlı növ olarsa, onun qarşısına adi sözü artırılır: adi düzənlik kələzi. Eyni hal Qayalıq kərtənkələləri məqaləsinə də şamildir. Əgər etirazınız olmazsa, tərəfinizdən yaradılan məqalələrdə dediklərimin hamısını nəzərə alaram. Hörmətlə,--→Vago ms 11:29, 14 may 2016 (UTC)Cavabla
Salam həmkar. Mən bir tarixçi şəxs haqda məqalə yaratmaq istəyirəm. Bunun üçün hansı şablondan istifadə etməliyəm? --Masalli qasimli (müzakirə) 17:59, 28 may 2016 (UTC)Cavabla
Sağolun həmkar. --Masalli qasimli (müzakirə) 18:33, 28 may 2016 (UTC)Cavabla
Salam, Qolcomaq. Fəaliyyətinizi maraqla izləyirəm və alqışlayıram. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Ancaq sizdən bir xahişim var ki, şəkil (fayl) yükləyərkən, eləcədə məqalə yaradarkən mənbə və istinadları vaxtında və düzgün yerləşdirəsiniz. Bununla ümumi işimizə daha çox kömək etmiş olarsınız. Qeyd edim ki, hər bir şəkilin (faylın) mənbəsi, etiketi (lisenziyası), kateqoriyası olmalıdır. Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı burada, yaxud mənim müzakirə səhifəmdə, həmçinin Kənd Meydanında sual verə bilərsiniz. Sualınız müəyyən vaxt ərzində fəal istifadəçilər və idarəçilər tərəfindən cavablandırılacaq. Yüklədiyiniz şəkillərin hər biri bir müddət sonra təftiş edilib, naməlum lisenziyalı şəkillər sizə xəbərdarlıq edilmədən silinəcək. Şəkillər buradadır. Şəkillərdən birini nümunə üçün işlədim. Baxa bilərsiniz. Sizə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 13:40, 21 iyul 2016 (UTC)Cavabla
Salam həmкar. Mənim sizdən кiçiк bir xahişim var. KIV-lərində yazılanlara əsasən paytaxtımızda Rio 2016 üçün idmançıların şəкilləri avtobus dayanacaqlarına, metro stansiyalara və böyüк reкlam lövhələrinə qoyulub. Əgər siz nə zamansa кüçədə belə bir şəкil görsəniz onun şəкilini çəкə bilərsiniz. Məndə əgər görsəm şəкilini çəкəcəm. Amma hələm ras gəlməmişən. Birdən siz ras gəlsəniz çəкərdinizdə viкipediya üçün zəhmət deyilsə. Sağ olun. --Calal99 (müzakirə) 16:52, 2 avqust 2016 (UTC)Cavabla
Laçın şəhərində qurulan qondarma dövlətin cəmi 50-70 nəfər Ermənistan kürdündən ibarət olması faktdır. Bu respublika yalmız kağız üzərində olmuşdur. Heç bir sosial bazaya malik olmamışdır. Bunun qarşılığında respublikanın qurma və ya qondarma olmasından başqa nə ad vermək olar? Vikipediyanın prinsipləri həqiqətdən və milli mənafedən üstün ola bilməz. Qolçomaq (müzakirə) 10:36, 2 avqust 2016 (UTC)Cavabla
Kiçik ulduz | |
neynəyək Vəli1990 (müzakirə) 08:17, 7 avqust 2016 (UTC)Cavabla |
Sağolun mükafata görə. Heyf ki Olimpiada da 2-3 qızıl medal qazan bilmədik. Amma eybi yox. Tokioda görüşərik...))) --Calal99 (müzakirə) 11:00, 22 avqust 2016 (UTC)Cavabla
Salam, Qolcomaq. "VikiBahar 2016" məqalə müsabiqəsinin mükafatlandırılması ilə bağlı sizin e-mail ünvanınıza e-məktub göndərmişəm. Zəhmət olmasa, yoxlayıb cavablandırardınız.--Wertuose (müzakirə) 19:37, 26 avqust 2016 (UTC)Cavabla
Salam Aleykum. Həmkar Panjin çimərliyi məqaləsinin dil keçidi yalnışdır. Zəhmət olmasa en:Red Beach (Panjin, China) səhifəsinə yönəldərdiniz. Hörmətlə--Qolçomaq (müzakirə) 18:17, 3 sentyabr 2016 (UTC)Cavabla
Salam, Vikibahar 2016 müsabiqəsinin iştirakçısı! Müsabiqənin beynəlxalq təşkilatçıları sizdən müsabiqə barədə sorğudan keçmənizi xahiş edirlər. Bu çox qısadır. Bu bizə bir az statistik məlumat verəcək və növbəti müsabiqəni yaxşılaşdırmağa kömək edəcək. Zəhmət olmasa, sorğuya bu keçiddən daxil olun: https://wikimedia.qualtrics.com/jfe/form/SV_eLP1PKZWjSpIi45 Ən xoş arzularla,
-- Ата MassMessage vasitəsilə13:28, 10 sentyabr 2016 (UTC)Cavabla
Salam həmkar. Sizin fəaliyyətinizi daim izləyirəm. Çox xoşuma gəlir fəaliyyətiniz. AzViki üçün xidmətləriniz əvəzsizdir. Bir məsləhətim var. Məsələn kateqoriya yaradarkən o sahədə olan oxşar kateqoriyadan nümunə kimi istifadə edin. Yəni, tutaq ki, Kateqoriya:ABŞ çimərliklərini yaradırsızsa onun iç, daxil olduğu digər kateqoriyalar üçün məsələn baxa bilərsiz Kateqoriya:Braziliya çimərliklərinə. Burada 4 kateqoriya var. Bu mövzu üzrə hamsı eyni kateqoriyalı olsa daha düzgün olar. --Araz Yaquboglu (müzakirə) 06:19, 12 sentyabr 2016 (UTC)Cavabla
Salam Hörmətli həmkar. Sizi laboratoriya səhifəsində Azərbaycanın Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın çıxışına həsr olunan məqaləyə səs verməyə dəvət edirəm. |
Salam həmkar. Sizin bəzən öz müəllifi olduğunuz şəkillər görürəm. Belə şəkilləri sərbəstcə Commonsa buradan yükləyə bilərsiniz. --Araz Yaquboglu (müzakirə) 09:37, 13 sentyabr 2016 (UTC)Cavabla
Salam Hörmətli həmkar. Sizi laboratoriya səhifəsində Azərbaycan güləşinin əfsanəsi, 2008, 2012 və 2016-cı illərin Olimpiya medalçısı Dünya Çempionatının 4 qat medalçısı 5 qat Avropa çempionu, I Avropa Oyunlarının qalibi Mariya Stadnik haqqında hazırlanan məqaləyə səs verməyə dəvət edirəm. |
İstinad ulduzu | |
Bu ulduz yaratdığınız məqalələrdə çoxlu sayda etdiyiniz istinadlara görə təltif olunur. Hörmətlə: Wikipediya M (müzakirə) 15:29, 24 sentyabr 2016 (UTC)Cavabla |
Salam Hörmətli həmkar. Sizi laboratoriya səhifəsində Azərbaycan güləşinin əfsanəsi, 2008, 2012 və 2016-cı illərin Olimpiya medalçısı Dünya Çempionatının 4 qat medalçısı 5 qat Avropa çempionu, I Avropa Oyunlarının qalibi Mariya Stadnik haqqında hazırlanan məqaləyə səs verməyə dəvət edirəm. |
Salam Qolcomaq. Bir çox məqalələrinizdə müşahidə etmişəm ki, siz infoqutu şablonunun |Commonsda kateqoriya
parametrinin qarşısına kateqoriyanın adını azərbaycanca yazırsız. Məsələn, İnekspressibl |Commonsda kateqoriya
parametrinin qarşısına elə "İnekspressibl adası" yazmısız. Əgər siz indi ən infoqutunun ən aşağısında "İnekspressibl adası Commonsda" keçidinə bassaz, görərsiz ki, uyğun səhifəyə keçid verməyəcək. Siz gərək kateqoriyanın adını düzgün yazasız. Məsələn, elə sözügedən məqalə üçün müvafiq parametrin qarşısına "Inexpressible Island" yazsaz, problem olmayacaq. Gələcəkdə nəzərə almağınızı xahiş edirəm.--White DemΩn (el psy congroo) 09:50, 7 oktyabr 2016 (UTC)Cavabla
Здравствуйте уважаемый Qolcomaq! Добавьте пожалуйста обложку к альбому Po pojas v nebe albom и вторую обложку к альбому DruGOY 2011 года! Спасибо! --178.71.209.14 14:01, 12 oktyabr 2016 (UTC)Cavabla
[3]. --178.71.209.14 14:55, 12 oktyabr 2016 (UTC)Cavabla
Уважаемый Qolcomaq, вы сможете создать статью про альбом того же Николая Носкова Оно того стоит, чтобы я написала в остальные разделы Википедии? Спасибо! --178.71.209.14 15:35, 12 oktyabr 2016 (UTC) А где материал для перевода (статья)Qolçomaq (müzakirə) 15:47, 12 oktyabr 2016 (UTC)Cavabla
К сожалению, нет статьи про альбом Оно того стоит, но вы сможете найти список композиций из альбома Оно того стоит, чтобы я написала ою этом альбоме статью. По поводу обложки для по пояс в небе вы загрузили? --178.71.209.14 15:55, 12 oktyabr 2016 (UTC)Cavabla
Salam hörmətli istifadəçi. Sizin tərəfinizdən yaradılan məqalələri maraqla izləyirəm. Sadəcə mənim diqqətimi bir məqam cəlb etdi. Yaradılan son məqalələrin tərkibinidə rus dilində cümlələr və birləşmələr var. Siz hər hansısa tərcümə proqramlarının xidmətlərindən istifadə edirsinizmi ? --Baskervill müzakirə 20:48, 12 oktyabr 2016 (UTC)Cavabla
Salam Aleykum. Həmkar bu gün dəyişdiyiniz məqalə başlıqlarını düzgün hesab etmirəm. Səbəb isə dilimizdə tava sözü ola-ola digərlərinə ehtiyac yoxdur. Üstəlik coğrafi anlamda Litosfer tavaları olaraq termin mövcuddur. Adicə Azərbaycana məxsus olan Tava, Böyük Tava, Kiçik Tava, Tavalararası adalarının adın bu cür olması eyni kökə əsaslanır. Hörmətlə--Qolçomaq (müzakirə) 03:21, 22 oktyabr 2016 (UTC)Cavabla
Keçən il Vikipediya Asiya Ayında iştirak etdiyinizə görə təşəkkür edirəm və ümid edirəm ki, müsabiqədən zövq almısınız. Keçən il bu layihə çərçivəsində Vikipediyanın 43 dil bölməsində 7000-dən çox məqalə yaradılmışdır və nəticədə, Asiya ayı Vikipediyadakı ən böyük tədbirlərdən biri olmuşdur. Biz noyabr ayında bu müsabiqəni yenidən təşkil edirik və sizi yenə iştirak etməyə dəvət edirik.
Bu il açıqca (yeni dizaynda) əldə etmək üçün minimum 5 yox, 4 məqalə yaratmaq lazımdır. Məqalənin ölçüsü azı 3000 baytdan və 250 sözdən ibarət olmalıdır. Həmçinin açıqca göndərmək prosesində yeniliklər var: açıqcalar indidən hazırlanır və digər dillər gözlənilmədən ünvanlar toplanılır.
Vikipediyanın hər bir dil bölməsində layihə çərçivəsində ən çox məqalə yaratmış istifadəçi "Vikipediya Asiya Səfiri" adına layiq görüləcək. Layihə qalibinə səfir sertifikatı göndəriləcək.
Diqqətinizə aldığınıza görə təşəkkürlər!--White DemΩn (el psy congroo) 14:43, 31 oktyabr 2016 (UTC)Cavabla
Hörmətli Qolcomaq sizi Vikipediya:Mövzulu ay/Yeni ayların seçimi səhifəsində, irəli sürdüyüm yeni mövzulu ay layihəsi olan Şimali Amerika ayı barədə müzakirəyə dəvət edirəm.--eldarado ✉ 19:44, 15 noyabr 2016 (UTC)Cavabla
Salam Hörmətli həmkar. Sizi laboratoriyada Sant'İvo alla Sapienza məqaləsi üçün keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
Salam Hörmətli həmkar. Sizi laboratoriyada Kventin Tarantinonun filmoqrafiyası siyahısı üçün keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
Congratulations! You have more than 4 accepted articles in Wikipedia Asian Month! Please submit your mailing address (not the email) via this google form. This form is only accessed by me and your username will not distribute to the local community to send postcards. All personal data will be destroyed immediately after postcards are sent. Please contact your local organizers if you have any question. Best, Addis Wang, sent by MediaWiki message delivery (müzakirə) 07:58, 3 dekabr 2016 (UTC)Cavabla
Dəvət | ||
Salam, sizi şu siyahıdaki kateqoriyalara konulmuş kırmızılı kateqoriyaları yaradmaya və ya tənzimləməyə Dəvət ediyorum. Saygılar.--By erdo can • müz 19:10, 15 dekabr 2016 (UTC)Cavabla |
Salam. Sizdən bi xahişim olacaq. Mayor Samid İmanov məqaləsinə baxıb, öz iradlarınızı və tövsiyyələrinizi verə bilərsiniz? Mən istəyirəm həmin məqalə status alsın.--Calal99 (müzakirə) 20:07, 16 dekabr 2016 (UTC)Cavabla
Salam, madem değişiklikliklerimi geri qaytarıyorsunuz bari maddelerdeki hataları düzeltin. Saygılar --By erdo can • müz 17:31, 18 dekabr 2016 (UTC)Cavabla
Salam, hörmətli həmkar. Sizi Azviki üçün aktual problemlərdən biri olan İP-redaktələrinin patrulanması ilə bağlə kənd meydanında keçirilən müzakirədə iştirak etməyə dəvət edirəm. Hörmətlə: --Baskervill müzakirə 13:50, 22 dekabr 2016 (UTC)Cavabla
Hi there. At the moment we have not received your response on the address collection. Sorry for the inconvenience if you did submit the form before. If you still wish to receive the postcard from Wikipedia Asian Month, please submit your mailing address (not the email) via this google form. This form is only accessed by me and your username will not distribute to the local community to send postcards. All personal data will be destroyed immediately after postcards are sent. If you have problems of using the google form, you can use Email This User to send your address to my Email.
If you do not wish to share your personal information and do not want to receive the postcard, please let me know at my meta talk page so I will not keep sending reminders to you. Best, Addis Wang, sent by MediaWiki message delivery (müzakirə) 21:04, 26 dekabr 2016 (UTC)Cavabla
Salam Aleykum. Həmkar Asiya Ayı ilə əlaqədar sizi narahat edirəm. Ünvanı təstiqləmək məqsədi ilə məndən Postcart istəyirlər. Açığı nə demək istədiklərini anlaya bilmədim. Zəhmət olmazsa bununla bağlı mənə məlumat verin. Hörmətlə--Qolçomaq (müzakirə) 05:20, 27 dekabr 2016 (UTC)Cavabla
Salam Aleykum. Həmkar Vikipediya:Laboratoriyaya namizəd siyahısına daxil etdiyim Urmiya gölü ilə əlaqəli bir qərar vermənizi istərdim. Hörmətlə--Qolçomaq (müzakirə) 14:31, 27 dekabr 2016 (UTC)Cavabla