↓ Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin |
Müzakirələrin arxivi:
|
Salam, əziz Qolcomaq. Sizinlə Vikipediyadakı bir hesab ile bağlı danışmaq isterdim. Ancaq bunu maille etmek daha xos olardı. Əgər size de uyğundursa, mailinizi yonlendirerdiniz zəhmət olmasa. Diqqətiniz üçün təşəkkürlər
Salam.
Azərbaycan məqaləsinin "Demoqrafiya" bölməsi ilə Azərbaycan əhalisi və Azərbaycan erməniləri məqalələri yenilənməlidir. 2023-cü ildə Qarabağ tamamilə azad edilib və bütün erməni əhalisi Qarabağı tərk edib. Həmin ildən etibarən bu məqalələrdəki məlumatlar köhnəlmişdir.
Mənim ana dilim azərbaycan dili deyil, türk dili olduğu üçün, azərbaycan dilini yaxşı bilmirəm.
Hörmətlə, Harashim (müzakirə) 05:42, 30 yanvar 2024 (UTC)Cavabla
Salam əziz @Qolcomaq Əlhəmdülillah məqaləsində olan "Asqıran birinə cavab olaraq digər bir müsəlman "Allah rəhmət eləsin" mənasını verən "Yərhamükallah" ifadəsini deyir."
Dini mövzuda dəlil istəyəcək nöqtələrə toxunur və fərqli fikirlər olduğu üçün sildim.
Siz həmçinin o deyimi daha çox hansı dildə vəya təriqətdə deyirlər qeyd edə bilərsiniz.
Misal Azərbaycanda "Ya Haqq Allah" "Ya Səbr" "Əlhəmdülillah" kimi deyimlər daha çox istifadə edilir və məqbul qəbul edilir.
Bu müzakirəni sadəcə məlumat olaraq qeyd etdim yenədə siz və digər təcrübəli istifadəçilər əlavələr edərsiniz. ✡ Redivy ✡ (müzakirə) 20:29, 26 fevral 2024 (UTC)Cavabla
salam. ciddi şəkildə maşın tərcümələri edirsiz xeyli müddətdir. lütfən nəzərə alın. Atakhanli (müzakirə) 20:27, 9 mart 2024 (UTC)Cavabla
1913-cü ildə məktəbi bitirdikdən sonra Kiyev Universitetinin Hüquq fakültəsinə daxil olur və məzun kimi Kiyev Konservatoriyasında musiqi müəllimi vəzifəsinə işə düzəlir. 1910-cu illərdə Lyatoşinski müxtəlif musiqi janrlarında 31 əsər yazıb. 1930-cu illərdə o, xalq musiqisini öyrənmək və yerli əhalinin həyatından bəhs edən balet bəstələmək üçün Tacikistana gedib. 1935–1938-ci illərdə və 1941–1944-cü illərdə Moskva Konservatoriyasında orkestrdən dərs deyib. Müharibə zamanı təxliyə edilən Lyatoşinski Konservatoriyanın Saratovdakı filialında dərs deyir, burada ukrayna mahnılarının aranjimanları üzərində işləyir və Ukrayna musiqi əlyazmalarının təhlükəsiz yerə daşınmasını təşkil edirdi. |
Hörmətli istifadəçi bax sizin yazdığınız Boris Lyatoşinski məqaləsinə bir göz atdım və nə gördüm məni ittiham etdiyiniz kope paste. Cümələlərin quruluşuna diqqət yetirsəz gözəl olar. 1935–1938-ci illərdə və 1941–1944-cü illərdə belə cümlə quruluşu olmaz, sizin qənaətininə görə olarsa qoy olsun. Üstəlik məqalə yaxşı məqalə həmən ala bilib. İnandırım ki, mən Paraqvay müharibəsi məqaləsində bir tərcümə proqramında istifadə etmədən hər cümləni bir-bir tərcümə edərək çox çətinliklə yaxşı məqlə statusu ala bilmişdim. </nowiki>
Xayala Mammadli здравствуйте и спасибо вам за статью о Максе Кидруке и другие ваши статьи об Украине! Возможно вас заинтересуют эти расширенные списки:
и пригодятся для участия в Месяце культурной дипломатии, хотелось бы увидеть от вас новые статьи об Украине на азербайджанском языке. С уважением --Yasnodark (müzakirə) 15:48, 10 mart 2024 (UTC)Cavabla
Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.
Salam hörmətli Qolcomaq. Daxil olduğunuz səhifə və fayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect
) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.
Xoş vikilər! Turkmen müzakirə 11:39, 13 mart 2024 (UTC)Cavabla
Yaratdığınız məqalələrdə kütləvi şəkildə maşın tərcüməsi və digər ciddi problemlər aşkarladığım üçün avtopatrul hüququnu sizdən alıram. Qeyd edim ki, bu növ fəaliyyətə davam etsəniz, bu, bloklanmağınız ilə nəticələnə bilər. Sura Shukurlu (müzakirə) 21:22, 30 mart 2024 (UTC)Cavabla
Sizə edilən xəbərdarlıqlara baxmayaraq, məqalələrdəki problemlər hələ də olduğu kimi qalır və sözügedən məqalələr toplu şəkildə müsabiqəyə əlavə edilib. Xatırlatım ki, əgər məqalələrə düzəliş etməsəniz, məqalələr VP:SSK-nın M2 (Azərbaycan dilində olmayan və ya maşın tərcüməsi olan səhifələr) meyarına əsasən sürətli silinəcək və məsələyə uyğun müvafiq addımlar atılacaq. Sura Shukurlu (müzakirə) 20:22, 1 aprel 2024 (UTC)Cavabla
Salam. Sizin məqalələrə etdiyiniz dəyişikliklər məqalələri daha da korlayır. Məqalələrdə cümlə və sözləri sırf copy-paste mətn olaraq qalmasın deyə, sırf fərqli hala gətirmək üçün dəyişdirdiyinizə görə məqalələr orijinal mənadan daha da uzaqlaşır, qrammatik olaraq absurd vəziyyət düşür. Misal üçün, "Ukrayna SSR Xalq Komissarları Soveti Evi 1934-cü ildə Ukraynanın paytaxtının Xarkovdan Kiyevə köçürülməsi ilə bağlı olan Lipkidə yeni respublika inzibati mərkəzinin ilk obyekti olur." cümləsini "Ukrayna SSR Xalq Komissarları Soveti Evi Lipkidə yeni respublika inzibati mərkəzinin 1934-cü ildə Ukraynanın paytaxtının Xarkovdan Kiyevə köçürülməsi ilə bağlı olan formalaşan ilk obyekti olur." halına gətirmisiniz. (orijinal mətn: "Дом Совета Народных Комиссаров УССР стал первым объектом нового республиканского административного центра на Липках, формирование которого было связано с перенесением в 1934 году столицы Украины из Харькова в Киев", Google Translate: "Ukrayna SSR Xalq Komissarları Soveti Palatası 1934-cü ildə Ukraynanın paytaxtının Xarkovdan Kiyevə köçürülməsi ilə bağlı olan Lipkidə yeni respublika inzibati mərkəzinin ilk obyekti oldu".) Cümlənin orijinal tərcüməsini bir kənara qoyuram, cümlə qrammatik olaraq tamam yanlış vəziyyətə düşüb. Dekonstruktiv dəyişiklikləriniz ilə bağlı başqa bir nümunə, Ukrayna Hökumət Evi məqaləsi:
Üstəlik redaktələrinizi tələsik, diqqət etmədən edirsiniz deyə N qədər orfoqrafik səhv yaranır məqalələrdə. Misal üçün bu redaktənizdə. Üstəlik "Detinets"i "iş qalası", "taxta qala"nı "ağac detinets", "qanunla qorunan"ı isə "içarəilə qorunan" etmisiniz. Düz olanları da dəyişdirib səhv, mənasız vəziyyətə salmısınız. Bu arada bu məqalədə "...хотя некоторые элементы (например, высота башен) ещё менялись в течение последующих веков" cümləsini Google Translate "...bəzi elementlər (məsələn, qüllələrin hündürlüyü) hələ də aşağıdakılara görə dəyişirdi. əsrlər." kimi tərcümə etmişdi deyə siz də "əsr" sözünün silib məqalədə "bəzi elementlər (məsələn, qüllələrin hündürlüyü) hələ də aşağıdakılara görə dəyişirdi." yazmışdınız, ona düzəliş etmisiniz, amma cümləni doğru şəkildə düzəltməməklə birlikdə yenə orfoqrafik səhv etmisiniz. N qədər nümunə var copy-paste olduğu üçün absurd tərcümə edilmiş mətnlərə: Ukrayna barokkosu məqaləsində:
Və ya Nikolay Kibalçiç məqaləsində
Bu cümlənin doğru tərcüməsi "Tsiolkovskidən xeyli əvvəl Kibalçiç kosmik gəminin istismar materialının və enerji mənbəyinin seçilməsi üçün arqumentlər təqdim edib və raket mühərriki üçün barıtdan istifadə ideyasını irəli sürüb" kimidir. Gördüyünüz üzrə ümumiyyətlə əlaqəsi yoxdur. Niyə? Çünki Google Translate cümləni tərcümə edə bilməyib. Hər cümlənin yanına ruscasını ona görə yazıram ki, digər istifadəçilər həmin mətni Google Translate-ə daxil edib yoxlasınlar. Amma əvvəldən də dediyim kimi, bu sadəcə hər məqalədə bir cümlə-iki cümlə ilə yekunlaşan problem deyil, istənilən məqalənizin ruviki versiyasındakı mətni Google Translate-ə köçürüb sizin məqalənizlə ("düzəliş" etdiklərinizdə köhnə versiya ilə) müqayisə etdikdə birə-bir eyni olduğu görünür. Amma siz bunu hər dəfə inkar edirsiniz. Göstərdiyim nümunələri isə sadəcə bu fəaliyyətin hansı dərcədə problemli olduğunu göstərmək üçün qarşıma çıxanlardan seçmişəm. Düzəliş edib mətni dəyişdirirsiniz, onda da yuxarıda göstərdiyim kimi tamam səhv redaktələr edib məqalələri daha da korlayırsınız. Bu artıq destruktiv hal alıb. Söhbət 5-10 məqalədən getmir çünki. Solavirum, lütfən siz də diqqət edərdiniz, ciddi mövzudur. Birbaşa maşın tərcüməsi olan, oxunmayan məqalələr daha da oxunmaz hala düşür. Sura Shukurlu (müzakirə) 21:19, 8 aprel 2024 (UTC)Cavabla
Salam, bəy. Profilinizdəki fotonu Commonsa əlavə edə bilərsiz? Azad faylların yeri Vikianbar olduğu üçün həmin foto qaydalara əsasən lokaldan silinməlidir. Lütfən əlavə edəndə mənə də xəbər edin ki, müvafiq proseduru icra edim. Hörmətlə, Gadirmüzakirə 21:26, 1 iyun 2024 (UTC)Cavabla