. Love.az

Istifadeci Muzakiresi Talisov - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Muzakiresi Talisov
   Vikipediya Xoş gəldiniz, TALIŞOV!
Tez-tez soruşulan suallar Salam, TALIŞOV. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

Nemoralis (müzakirə) 09:58, 4 sentyabr 2024 (UTC)Cavabla

Mündəricat

  • 1 Fəaliyyətinizlə bağlı xəbərdarlıq
  • 2 Müddətsiz bloklandınız
  • 3 E-poçtunuz barədə
  • 4 Blokunuzla bağlı müraciətiniz haqqında
  • 5 Blokun açılması barədə müraciət (20 may 2025)

Fəaliyyətinizlə bağlı xəbərdarlıq

redaktə
Son rəy: 7 ay öncə5 şərhMüzakirədə 2 nəfər

Salam. Xahiş edirəm ki, redaktələrinizin dəyişilik izahına mülahizə və şərhlərinizi qeyd etməyəsiniz; tanış olun: Vikipediya nə deyil. Hörmətlə, Qədir (müzakirə) 11:58, 27 sentyabr 2024 (UTC)Cavabla

@White Demon, istifadəçi ilə bağlı nə edək? Uzun-uzadı əlaqəsiz izahlar yazır, hansı ki, redaktənin izahından da əlavə, öz fikirlərini də qeyd edir. Spam da hesab edilə bilər, "caps lock" açıq şəkildə edir. Əks halda, uzunluğu problem deyil. Hörmətlə, Qədir (müzakirə) 12:31, 27 sentyabr 2024 (UTC)Cavabla

Hörmətli istifadəçi, zəhmət olmasa bu fəaliyyətə davam etməyin. Bura ensiklopediyadır, hansısa fərdi bloq və ya veb-sayt deyil. "Düzəliş izahı" funksiyasının tək bir məqsədi var; o da adı üstündə redaktənin izahını vermək, artıq şeylər yazıb doldurmaq yox, üstəgələk, spam da sayılır bu etdiyiniz. Bura təbliğat maşını da deyil, Vikipediyada sadəcə Vikipediya təbliğ oluna bilər, digər şeylər yox. Bunu sonuncu xəbərdarlıq kimi qəbul edin lütfən. Hörmətlə, Qədir (müzakirə) 12:51, 27 sentyabr 2024 (UTC)Cavabla

QARDAŞIMSAN MƏN SƏHV SÖZ YAZMAMIŞAM Kİ, TALIŞOV (müzakirə) 13:33, 27 sentyabr 2024 (UTC)Cavabla
 
Spamla məşğul olduğunuza və dəyişiklik izahlarını digər məqsədlərlə istifadə etdiyinizə görə səbəbilə müvəqqəti olaraq bloklanmısınız. Blok müddətiniz bitdikdən sonra daha faydalı redaktələr etməyinizi gözləyirik.
Blokunuzun açılması üçün yaxşı səbəblər olduğunu düşünürsünüzsə, sizi bloklayan inzibatçıya e-poçt göndərə bilərsiniz.

Hörmətlə, Qədir (müzakirə) 17:56, 30 sentyabr 2024 (UTC)Cavabla

Müddətsiz bloklandınız

redaktə
Son rəy: 6 ay öncə2 şərhMüzakirədə 1 nəfər

Salam. Blok müddəti ərzində əlavə kukla hesablar açaraq fəaliyyət göstərdiyiniz aşkarlanmış və buna görə bütün hesablarınız müddətsiz müddətə bloklanmışdır. Əsas hesabınız blokda olduğu müddət ərzində əlavə hesablarla fəaliyyət uyğunsuz qəbul olunur. Əlavə olaraq, qaydalara zidd fəaliyyətinizi davam etdirmisiniz. Bütün bunlar nəzərə alınaraq fəaliyyətiniz müddətsiz müddətə məhdudlaşdırılır. Bloklarınıza etiraz üçün e-poçt göndərmə funksiyasınız açıq buraxılmışdır. Bu funksiyadan sui-istifadə etdiyiniz təqdirdə o da bağlanacaqdır. Nəzərə alın ki, əlavə yeni kukla hesablar açaraq uyğunsuz fəaliyyətə davam etməyiniz blokunuzun nə vaxtsa açılması ehtimalını imkansızlaşdırır. Qaydalarla tanış olun: Vikipediya:Qaydaların siyahısı. Hörmətlə, Qədir (müzakirə) 18:48, 4 oktyabr 2024 (UTC)Cavabla

Salam. Blokunuz açılmayacaq. Siz Vikipediyanın prinsiplərini ciddi şəkildə pozmusunuz və istifadəçiləri təhqir etmisiniz. Buna görə müzakirə səhifənizin açıq qalmasına da səbəb qalmır. Gələcəkdə e-poçt ilə blokunuz üçün müraciət edə bilərsiniz, hazırda bu istiqamətdə tələbləriniz qəbul edilməyəcək. Yaxşı olar ki, o vaxta qədər əlavə kukla hesablar açaraq uyğunsuz fəaliyyətə davam etməyin, qaydalarla tanış olun, əlavə hesablarla fəaliyyətə cəhd etməyiniz nə vaxtsa blokunuzun açılması şansını sıfıra endirir. Hörmətlə, Qədir (müzakirə) 03:13, 23 oktyabr 2024 (UTC)Cavabla

E-poçtunuz barədə

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

E-poçtunuzu qəbul etdim. Sizin axırıncı kukla hesabınız hansıdır dəqiq bilmirəm, @Gadir bilər. Ona görə qərar verəcəm. Blokdan sonra nələr etdiyinizə də göz gəzdirmək lazımdır. Nemoralis (müzakirə) 23:38, 6 mart 2025 (UTC)Cavabla

@Nemoralis, təəssüf ki, istifadəçi yaxın vaxtlarda kukla hesablardan istifadə edərək uyğunsuz fəaliyyətini davam etdirib. Ümumiyyətlə, istifadəçi təmiz başlanğıc etmək istəyirsə, 3 ay müddətində bloklandığı layihədən uzaq qalmalıdır. Bu vaxtdan sonra müraciətinə baxmaq və müzakirə edib fəaliyyətlərini dəyərləndirmək olar. P.S. belə hallarda məsələyə öncəliklə icraçı inzibatçı baxsa yaxşı olar. Hörmətlə, Qədir (müzakirə) 00:03, 13 mart 2025 (UTC)Cavabla

Blokunuzla bağlı müraciətiniz haqqında

redaktə
Son rəy: 11 saat öncə1 şərhMüzakirədə 1 nəfər

Salam. E-poçt üzərindən etdiyiniz müraciətinizə əsasən müzakirə səhifənizi blokunuzun açılması istiqamətində müraciət edə bilməyiniz üçün açdım. {{Bloku aç}} şablonundan istifadə edərək prosedurlara uyğun blokunuzun açılması istiqamətində müraciət yarada biləriniz. Hörmətlə, Qədir (müzakirə) 03:54, 20 may 2025 (UTC)Cavabla

Blokun açılması barədə müraciət (20 may 2025)

redaktə
Son rəy: 1 saat öncə25 şərhMüzakirədə 3 nəfər
 
İstifadəçi TALIŞOV (müzakirə · fəaliyyətlər · xtools · jurnallar · bloklanma qeydləri) hal-hazırda blokdadır və Vikipediya inzibatçılarından onu blokdan çıxarmağı xahiş edir.

Blokun açılması üçün göstərilmiş səbəb:

Salam hörmətli Vikipediya inzibatçıları. Vikipediyada kukla hesab yaratmağın qadağan olunduğunu bilirəm. Etiraf edirəm ki, əvvəllər kukla hesablar yaradırdım, amma bu işdən çox peşmanam. Əvvəllər kukla hesablar yaratmağın nəticələrinin bu qədər ağır olacağını düşünmürdüm. Gələcək fəaliyyətimdə yalnıca bir hesabdan(TALIŞOV) istifadə edəcəyimə söz verirəm. Sizlərdən xahiş edirəm ki, hesabımı blokdan çıxarasınız. Hörmətlə, TALIŞOV (müzakirə) 07:13, 20 may 2025 (UTC)Cavabla


  • İnzibatçılar: İstifadəçinin blokdan çıxarılması qaydalara uyğundursa, zəruri hallarda müvafiq IP ünvanını da blokdan çıxarmağı unutmayın. İstifadəçi bir sıra şərtlərə uyğun olaraq vaxtından əvvəl blokdan çıxarıla bilər, bax: VP:XNOG, VP:BLOKŞƏRTLƏRİ
  • Əgər IP ünvanı bloklanıbsa və istifadəçi ondan asılı olmayan səbəblərdən istifadə edə bilmirsə (məsələn, eyni IP ünvan ondan vandalizm etmiş başqa şəxs tərəfindən istifadə edilibsə), o, bu IP ünvanını öz səbəbində qeyd etməlidir.
Bu hesabınız bloklandıqdan sonra bir çox uyğunsuz kukla hesablar işlətmisiniz. VP:BLOKŞƏRTLƏRİ-nə əsasən blokunuzu aça bilərəm. Şərt odur ki, tək bir hesabda qalacaqsınız, əlavə hesablar yaratmayacaqsınız. Lakin xoşniyyətli ola bilmirəm, çünki bu hesabın sizin ilk hesabınız olduğuna əmin ola bilmirəm. Baxmayaraq ki, sizinlə e-poçtla olan danışığımızda bunu dəfələrlə rədd etmisiniz, demisiniz ki, bu hesab ilk hesabınızdır. Hələ bir dəfə də demişdiniz ki, bu hesabın kodunu unutmusunuz... Bunu digər hesabınızın blokunun açılmasını istəyəndə demişdiniz ki, digər hesabların kodlarını unutmusunuz, bu da daxil. Həmçinin sizin tək blok səbəbiniz bu deyil, blok müddətinizdə siz həm də istifadəçilərə şəxsi hücumlar etmiş və onlara təhqirlər etmisiniz. Bu fəaliyyətlərinizi dərk edirsinizmi? Hörmətlə, Qədir (müzakirə) 07:33, 20 may 2025 (UTC)Cavabla
Sizi anlayıram, amma mənə güvənin. Zəhmət olmasa hesabımı blokdan çıxarardınız.TALIŞOV (müzakirə) 08:08, 20 may 2025 (UTC)Cavabla
Təəssüf ki, "mənə güvənin"dən daha artığı lazımdır. Ümumilikdə, yuxarıda yazdıqlarıma hələ ki qaneedici cavablar verməmisiniz. Blokdan çıxarılma sadəcə xahişlə olmur. Hörmətlə, Qədir (müzakirə) 08:13, 20 may 2025 (UTC)Cavabla
Sizin qərarsız qalmağınızı anlayıram, amma mənim ən sonuncu bloklanan hesabım Ağ Şeytan olub. Onunda bloklanmasından 3 aydan daha çox vaxt keçib. Bu dövrdə heç bir yeni hesab yaratmamışam. Əgər peşman olmasaydım bu müddət ərzində də yeni hesablar yaradardım. Bu səbəbdən hesabımın açılmasını xahiş edirəm.TALIŞOV (müzakirə) 08:28, 20 may 2025 (UTC)Cavabla
Okey. İndi siz davranışlarınızın və həmçinin digər istifadəçilərə qarşı hərəkətlərinizin yanlış olduğunu qəbul edirsinizmi? Və sizə qarşı qoyulan tək hesab məhdudiyyəti ilə razısınızmı? Hörmətlə, Qədir (müzakirə) 08:53, 20 may 2025 (UTC)Cavabla
Bəli tək hesab məhdudiyyətinə razıyam. TALIŞOV (müzakirə) 08:56, 20 may 2025 (UTC)Cavabla
Bəs digəri? Hörmətlə, Qədir (müzakirə) 09:04, 20 may 2025 (UTC)Cavabla
Digərinidə qəbul edirəm mən. TALIŞOV (müzakirə) 09:07, 20 may 2025 (UTC)Cavabla
Bura qədər tamam. Son olaraq təkrar soruşuram, sizin Vikipediyadakı ilk hesabınız nə olub? Əgər varsa, bunu indidən deməyiniz yaxşı olar. Hörmətlə, Qədir (müzakirə) 09:27, 20 may 2025 (UTC)Cavabla
Mənim əsas hesabım TALIŞOV hesabıdır. TALIŞOV (müzakirə) 09:29, 20 may 2025 (UTC)Cavabla
Cavabdan yayındığınızı görürəm — Bikar müzakirə 09:34, 20 may 2025 (UTC)Cavabla
Mənim ilk və əsas hesabım TALIŞOV hesabıdır. TALIŞOV (müzakirə) 09:37, 20 may 2025 (UTC)Cavabla
Zəhmət olmasa hesabımı blokdan çıxardardınız@Gadir TALIŞOV (müzakirə) 09:51, 20 may 2025 (UTC)Cavabla
Bunu necə açıqlayarsınız? Hörmətlə, Qədir (müzakirə) 10:09, 20 may 2025 (UTC)Cavabla
Mirələmoğlu hesabı TALIŞOV hesabının kuklasıdır onsuzda yəni mənim əvvəlki bloklanan kukla hesablarımdan biridir. O vaxtlar mən bir müddət bu TALIŞOV hesabının kodunu unutmuşdum amma o hesabın kodu yadımdaydı deyə o hesabın açılmasını istəyirdim. İndi isə TALIŞOV hesabının kodunu bilirəm deyə bu hesabın açılmasını istəyirəm. Hörmətlə, TALIŞOV (müzakirə) 10:27, 20 may 2025 (UTC)Cavabla
TALIŞOV hesabını zəhmət olmasa blokdan çıxarardınız@Gadir TALIŞOV (müzakirə) 10:34, 20 may 2025 (UTC)Cavabla
Tələsməyin. Cavab yazacam. Hörmətlə, Qədir (müzakirə) 10:41, 20 may 2025 (UTC)Cavabla
Tamam TALIŞOV (müzakirə) 10:42, 20 may 2025 (UTC)Cavabla
"Xəttabzadə" adlı hesabın qeydiyyat tarixi bundan köhnədir. Təəssüf ki, bu kimi hallara görə sizinlə bağlı əmin ola bilmirəm. Hörmətlə, Qədir (müzakirə) 11:07, 20 may 2025 (UTC)Cavabla
Xəttabzadə hesabının əvvəlki adı "Yezidlerden" olub. O mənim dostumun elə belə yaratdığı hesab olub. Mən bloklandığım vaxtda onsuzda dostum o hesabı işlətmirdi. Məndə dostumdan o hesabı aldım "Yezidlerden" adını Xəttabzadə kimi dəyişdirdim. Sonra artıq onu mən işlədirdim. Sonrada blokdınız o hesabı. Yəni sonradan mənim olub TALIŞOV bloklanandan sonra onu mən işlətmişəm. Əslində əvvəllər dostumun olub. TALIŞOV (müzakirə) 11:15, 20 may 2025 (UTC)Cavabla
Xəttabzadə(əvvəlki adı Yezidlerden) 27 yanvar 2025-ci ildə onu dostumdan alıb adını Xəttabzadə kimi dəyişdirib işlədirdim. Yəni əvvəllər dostum işlədirdi. TALIŞOV (müzakirə) 11:20, 20 may 2025 (UTC)Cavabla
Zəhmət olmasa indi TALIŞOV hesabını blokdan çıxarardınız @Gadir TALIŞOV (müzakirə) 11:24, 20 may 2025 (UTC)Cavabla
Zəhmət olmasa hesabımı blokdan çıxarardınız@Gadir TALIŞOV (müzakirə) 12:56, 20 may 2025 (UTC)Cavabla
  • Səbrli olun. Sizə cavab yazacam demişəm. Hörmətlə, Qədir (müzakirə) 13:13, 20 may 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:TALIŞOV&oldid=8141889"
LOVE.AZ