Salam, Vüsal. Fəaliyyətinizi daima maraqla izləyirəm. Birincilərdən biri olmağınız Sizə şərəf gətirir. Nəticələriniz də kifayət qədər gözəçarpandır. İstifadəçi səhifənizdən də görünür ki, bir neçə dil bilən , məlumatlı şəxssiniz. Belə isə niyə ancaq bir mövzu üzrə işləyirsiniz ? Axı Sizin bildiyiniz dillərlə xarici mənbələrdən, başqa dil səhifələrindən xeyli digər mövzular üzrə maraqlı materiallar tapmaq və azərbaycan vikipediyasında yerləşdirmək olar ?--Acategory 10:17, 4 sentyabr 2011 (UTC)Cavabla
Salam. Təqdirə görə təşəkkürlər. Düzdür mənim sahəm beynəlxalq hüquqdur. Ancaq buradan bir hobbi kimi istifadə edirəm. Ona görə 2006-cı ildən Azərbaycan kinosundan başlamışam. Hələ də görüləcək işlər o qədərdir ki, öz sahəmə keçə bilmirəm. Amma planlarımda var. Azərbaycan kinosu üçün mənim elədiklərim taxıl anbarında ancaq bir dənə taxıl qədər ola bilər. :) Uğur olsun!
Vikipediya idarəçilərindən və bir neçə aktiv üzdən müsahibə almaq və dərc etmək fikrindəyik, mənə e-mail ünvanınızı yaza bilərsinizmi? Mənim e-mailim: [email protected]
Olar. [email protected]
Salam, Vüsal Ağayev. Vikipediya:Barışıq layihəsi barədə təklif və rəylərinizi bilmək xoş olardı. Şübhə etmirəm ki, bu layihəyə istənilən münasibətiniz Vikipediyanın inkişafına xidmət göstərəcək. Hörmətlə, →Vago ms 13:19, 19 sentyabr 2011 (UTC)Cavabla
--Vüsal Ağayev 13:28, 19 sentyabr 2011 (UTC)Cavabla