Xüsusi ulduz | |
Azərbaycan kinosunun inkişafında töhvələrinizə görə təltif edilirsiniz. Hörmətlə: Wikipediya M (müzakirə) 12:48, 5 yanvar 2017 (UTC)Cavabla |
Salam, gec də olsa dəyərə və mükafata görə təşəkkürlər!--Vüsal Ağayev (müzakirə) 10:13, 5 may 2017 (UTC)Cavabla
Salam. Bu 2 film: Çin olan yuxu [1][2], Mübariz[3][4][5] barədə məqalə yarada bilərsiz mi?--samral müzakirə 12:16, 18 aprel 2017 (UTC)Cavabla
Salam. Nəzərə alaram!--Vüsal Ağayev (müzakirə) 10:15, 5 may 2017 (UTC)Cavabla
Здравствуйте уважаемый Vusal1981! Вы сможете сделать на вашем азербайджанском языке статью про болгарскую певицу Андреа (Andrea)? Если вы сделаете эту статью, то я вам буду очень благодарна и гостеприимна! Спасибо! --217.66.152.188 12:40, 7 may 2017 (UTC)Cavabla
Здравствуйте! Увы не могу. Много дел. --Vüsal Ağayev (müzakirə) 14:52, 7 may 2017 (UTC)Cavabla
Salam. Siz nə üçün bir çox film məqalələrini silmisiniz? Bir çox əhəmiyyətli filmlər, seriallar barədə dəyərli məqalələr var idi axı. --IBAnk (müzakirə) 07:19, 7 may 2017 (UTC)Cavabla
Salam. O məqalələri 10 il əvvəl qurmuşam. Silinənlər mənbəsizdir, ensiklopedik deyil. Əvvəl-axır buradan təmizlənməliydi. 10 il ərzində məndən başqa mənbə əlavə edən olmadısa təmzilənmə işlərinin vaxtı gəlib çatıb.--Vüsal Ağayev (müzakirə) 07:40, 7 may 2017 (UTC)Cavabla
Hər üç seriala istinad və mənbə əlavə edin. 1-də var 2-də yoxdur. Yoxsa başqası zamanı gələndə siləcək.Uğur olsun!--Vüsal Ağayev (müzakirə) 12:03, 7 may 2017 (UTC)Cavabla
Salam. Yaratdığınız bir sıra məqalələri silmisiniz. Mümkünsə səbəbini deyə bilərsinizmi? Hörmətlə, --►Cekli829 13:40, 7 may 2017 (UTC)Cavabla
Salam. Hamısını deyil, mənbəyi mümkün olmayanları silirəm və davam edəcəm. O filmlər ki, mənbə və istinad əlavə etmək mümkündür, onlar qalacaq. 10 ildir bu məqalələr olduğu kimi qalır, özüm təmizləmək, vikiləşdirmək, istinadlar əlavə etmək qərarına gəldim.--Vüsal Ağayev (müzakirə) 14:50, 7 may 2017 (UTC)Cavabla
Həmçinin, şəxslərlə bağlı boş məqalələr də silinməlidir. Yardmçı olsaz yaxşı olar!--Vüsal Ağayev (müzakirə) 14:54, 7 may 2017 (UTC)Cavabla
Bu gün baxdım 1000-ə qədər məqalə silinəcək. Qalanlarına mənbə əlavə ediləcək 2000-ə yaxınına.--Vüsal Ağayev (müzakirə) 16:02, 8 may 2017 (UTC)Cavabla
Siz qətiyyən digər istifadəcilərin fikirlərinə hörmət etmədən öz bildiyinizi edirsiniz. Sizdən ricam sadəcə silmənin mərhələlərlə aparılmasıdır. __Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 16:54, 8 may 2017 (UTC)Cavabla
Mərhələli aparmaq deyəndə nəyi nəzərdə tutursuz? Kütləvi silinmə kriteriyasına uyğun olanlar silinir. Hər halda bu məqalələri mən qurmuşam hansının qalıb qalmayacağını da məndən yaxşı təyin edən yoxdur. Dəyərli məqalələr silinməyəcək. Buna əmin olun. Mübahisəni sevmirəm. Və mübahisə etməyəcəm.--Vüsal Ağayev (müzakirə) 16:57, 8 may 2017 (UTC)Cavabla
O zaman başı çıxanın bu işi aparmasına imkan verin. Uğur olsun!--Vüsal Ağayev (müzakirə) 17:08, 8 may 2017 (UTC)Cavabla
Salam bu siyahını bu formaya sala bilərsiz?--samral müzakirə 13:49, 10 may 2017 (UTC)Cavabla
Salam. Nömrəylə yaxşıdı. --Vüsal Ağayev (müzakirə) 14:52, 10 may 2017 (UTC)Cavabla
Nömrəylə hərf sırasına görə olmaz deyə qayda da yoxdur. Bir tərəfdən də kömək etsən yaxşı olar. Amma görürəm ancaq təkliflər paketi ilə çıxış edirsən. Belə olmaz. --Vüsal Ağayev (müzakirə) 09:41, 11 may 2017 (UTC)Cavabla
Yaxşıdır. Təşəkkür! Əziyyət oldu--Vüsal Ağayev (müzakirə) 16:49, 15 may 2017 (UTC)Cavabla
Bu 2 məqaləyə baxdım [6], [7] və belə başa düşdüm ki, bu hər 2 məqalə eyni film haqqındadır.--samral müzakirə 09:18, 13 may 2017 (UTC)Cavabla
Salam. Amma eyni film deyil. Bismillah filmində həmin sənədli filmin kadrlarından istifadə edilmişdir. Aşura ayini səhnəsi sənədli kadrlardır. Sonra ayrıca sənədli film kimi ekranlara çıxıb.--Vüsal Ağayev (müzakirə) 09:20, 13 may 2017 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Salam! Sizi Albaniyada holokost məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Albaniyada holokost səhifəsində keçirilən səsvermələrə dəvət edirəm. |
Cənab Vusal, mən tərəfdən yaradılmış məqalələrdən bilərəkdən LGBT kateqoriyaları silməklə siz ancaq bu mövzuya qarşı nifrət göstərdiyinizi nümayiş etdirirsiniz. Belə ki, mən bu məqalənin bir çox hissəsini ingilis dilindən tərcümə etmişəm və ingilis vikipediyasında olan məqalənin kateqoriyasında LGBT yazılıbdır, buna görə də redaktə müharibələrini etməməyə sizi çağırıram, əks halda digər idarəçilərə müraciət etməli olacam, həmçinin Sizə xatırlatmaq istərdim ki, siz bundan da öncə LGBT məqalələri silməyə çalışmısınız. LGBT mövzularına aqressiya göstərməyi dayandırmağı sizə təklif edirəm. --Farid Aliyev (müzakirə) 17:19, 25 may 2017 (UTC)Cavabla
[Burada http://www.imdb.com/title/tt0053291/keywords?ref_=tt_ql_stry_4] mənə lgbt göstərin silməyim. İngilis vikipediya filmlərə nümunə deyil IMDB-də yoxdur. Sizin kimi düşünən biri en wikide əlavə edib amma İMDB əsas götürülməlidir. Təhdid dolu danışıq tərzinizə diqqət yetirin. Əks halda bloklanacaqsız --Vüsal Ağayev (müzakirə) 17:27, 25 may 2017 (UTC)Cavabla
Təhdid davam etdiyi üçün bloklandınız --Vüsal Ağayev (müzakirə) 17:32, 25 may 2017 (UTC)Cavabla
Salam. Sizin Azərbaycan filmləri haqqında yaratdığınız məqalələr çox təqdirə layiqdir. Bu fəaliyyətinizə görə sizə təşəkkür edirəm. Amma məqalənin daxilində "Digər məlumatlar" başlığında infoqutudakı məlumatları əlavə edirsiniz, bu isə məlumatın təkrarlanması olur. Bu səbəbdən xahiş edirəm bu tip məlumatları xaric edəsiniz. Hörmətlə Drabdullayev17 (müzakirə) 18:05, 30 may 2017 (UTC)Cavabla
Salam. Təqdirə görə təşəkkürlər. Bu üsulu bir çox vikipediyada görmüşəm. Ona görə məqalələrə tətbiq etmək qərarına gəldim. Təkrar biliyin anasıdır, zərəri olmaz ) Uğur olsun!--Vüsal Ağayev (müzakirə) 18:12, 30 may 2017 (UTC)Cavabla
Xahiş edirəm nümunə göstərərdiniz. --Drabdullayev17 (müzakirə) 18:30, 30 may 2017 (UTC)Cavabla