. Love.az

Ivan Balliu - Wikipedia - Love.az

Ana Səhifə - Ivan Balliu

İvan Ballau ( isp. Iván Salvador Balliu Campeny, 1 yanvar 1992[3][4][…]) — Albaniyalı peşəkar futbolçudur. Hazırda İspaniyanın "Rayo Vallekano" klubunda və Albaniya milli futbol komandasında sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.

İvan Balliu
Iván Balliu Campeny
Ümumi məlumatlar
Tam adı Iván Balliu Campeny
Doğum tarixi 1 yanvar 1992 (1992-01-01) (33 yaş)
Doğum yeri Caldes de Malavella, İspaniya
Vətəndaşlığı Albaniya, İspaniya [1]
Boyu 1.72 m
Çəkisi 63 kq [2] kq
Mövqeyi Sağ cinah müdafiəçisi
Əsas ayağı Sağ [1]
Klub haqqında məlumat
Klub İspaniya Rayo Vallekano
Nömrəsi 20
Karyerası
Gənclik karyerası
1996–2001 UE Caldes
2001–2004 Jirona
2004–2011 Barselona
Klub karyerası[* 1]
2011–2013 Barselona B 54 (0)
2013–2015 Arouka 58 (0)
2015–2019 Metz 104 (1)
2019–2021 Almeriya 62 (1)
2021– Rayo Vallekano 125 (1)
Milli yığma[* 2]
2008 İspaniya İspaniya U16 3 (1)
2008 İspaniya İspaniya U17 3 (0)
2017– Albaniya Albaniya 19 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 21 aprel 2025 tarixində redaktə olunub.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 21 aprel 2025 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tam adı, İvan Salvador Balliu Kampenidir. İvanın atası alban, anası isə ispandır.

Mündəricat

  • 1 Karyerası
    • 1.1 Klub
    • 1.2 Milli komanda
  • 2 Uğurları
    • 2.1 Metz
  • 3 İstinadlar

Karyerası

redaktə

Klub

redaktə

İspaniyada doğulmuş İvan, kiçik yaşlarında "UE Caldes" futbol məktəbinə gedir. Daha sonra, 2001-ci ildə, İspaniyanın Jirona klubunun uşaq məktəbinə qoşulur.

Balliu 2004-cü ildə Barselona klubunun akademiyasına qoşulmuş və 2011-ci ildə Barselona B komandasında peşəkar karyerasına başlamışdır. 2010/11 mövsümündə o, Barelona klubunun ikinci komandası olan "Barselona B" komandasında debüt edərək mövsümdə iki oyun keçirir. Ümumilikdə İvan “Barselona B”nin heyətində əlli üç oyun keçirib. 30 may 2013-cü ildə o, klubla müqaviləsinə xitam verir.[5]

2013-cü ildə Portuqaliyanın "Arouka" klubuna transfer olur və klubla 2 illik müqavilə imzalayır.[6] Sentyabrın 1-də o, Portuqaliyanın yüksək liqasında "Rio Ave" klubu ilə oyunda, "Arouka" klubunda debüt edir. İvan "Arouka"da iki mövsüm ərzində 58 oyunda iştirak edir.[7]

2015-ci ildə azad agent kimi Fransanın "Metz" klubuna keçir və klubla iki illik müqavilə imzalayır.[8] Ümumilikdə "Metz" klubunda dörd mövsüm keçirmiş və burada 104 oyunda 1 qol vurmuşdur.

2019-cu ildə İspaniyanın Almeriya klubuna transfer olur və burada 62 oyunda meydana çıxaraq 1 qol vurur.

2021-ci ildə İspaniyanın Rayo Vallekano klubuna keçmiş və 2025-ci ilin aprel ayına qədər 125 oyunda meydanda olaraq 1 qol vurmuşdur.

Milli komanda

redaktə

Balliu, İspaniyanın U16 və U17 komandalarında çıxış etdikdən sonra 2017-ci ildə Albaniya milli futbol komandasına qoşulmuşdur. O, Albaniya millisində 19 oyunda iştirak etmişdir.

Uğurları

redaktə

Metz

redaktə
  • Liqa 2
    • Çempion: 2018–19[9]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Iván Balliu - Player profile".
  2. ↑ "Iván Balliu - Profile".
  3. ↑ Iván Balliu // Transfermarkt (çd.). 2000.
  4. ↑ Iván Balliu // FBref (çd.).
  5. ↑ El Club ha comunicat la baixa a Gus Ledes, Balliu, Lobato i Luis Alberto per a la temporada vinent (Club announces that Gus Ledes, Balliu, Lobato and Luis Alberto will not stay for next season) Arxiv surəti 29 oktyabr 2013 tarixindən Wayback Machine saytında; 7 iyun 2013  (kat.)
  6. ↑ Iván Balliu assina por duas épocas (Iván Balliu signs for two seasons) ; Record, 21 iyul 2013  (por.)
  7. ↑ Ivan Balliu debuta i l´Arouca guanya el seu primer partit (Ivan Balliu makes debut and Arouca wins first match) Arxiv surəti 29 oktyabr 2013 tarixindən Wayback Machine saytında; Diari de Girona, 3 sentyabr 2013  (kat.)
  8. ↑ "FC Metz : Ivan Balliu en Grenat et un nouvel arrivant au sein du staff" (fransız). Républicain Lorrain. 21 iyul 2015. 18 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2025.
  9. ↑ Ruiz, Joseph. "Antonetti continuera à accompagner Metz "dans un rôle adapté"" [Antonetti Metzdə "uyğunlaşdırılmış rolda" olmağa davam edəcək] (fransız). BFM TV. 17 may 2019. İstifadə tarixi: 6 may 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İvan_Balliu&oldid=8126102"
LOVE.AZ