İzmir limanı və Alsancak limanı — Türkiyənin İzmir şəhərində yerləşən dəniz limanı. İzmir körfəzində yerləşir.[1]
İzmir Osmanlı İmperiyasının əhəmiyyətli liman şəhəri idi və burada ilk tikintilər 1869-cu ildə inşa olunmağa başlandı. Limanın özü 1955-1959-cu illər arasında tikildi.[2][3] Liman ilk öncə Türkiyə Dəmir Yollarına məxsus idi. 1960-cı ildə isə DenizBank (dəniz işlərinə cavabdeh olan dövlət bankı) tərəfindən alındı. 1 yanvar 1989-cu ildə Türkiyə Dövlət Dəmir Yollarına geri təhvil verildi.[4] 2007-ci ildə limanı özəlləşdirmə prosesi getsə də, hüquqi səbəblərə görə özəlləşdirmə dayandırıldı. 2017-ci ilin mart ayında Mayami limanı ilə qardaşlaşmış olundular.[5] 2018-ci ildə liman infrastrukturu Türkiyə Sərvət Fonduna (türk. Türkiye Varlık Fonu) daxil edildi.[6] İzmir körfəzində daha böyük gəmilərin limandan istifadə etməsinə imkan yaratmaq üçün reabilitasiya layihəsi həyata keçirilməsi nəzərdə tutulur.[7]
Ümumi torpaq sahəsi 902.000 kvadratmetrdir.[2] Orta dərinlik 11 metrdir.[8]
2018 rəqəmlərinə görə limanı ziyarət edən dəniz gəmilərinin sayı 2047-yə bərabərdir. Həmin ildə ümumi ticarət həcmi 9 milyon ton idi.
Vikianbarda İzmir limanı ilə əlaqəli mediafayllar var. |