Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır.[1]
Şürük | |
---|---|
38°41′33″ şm. e. 48°48′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Əhalisi 1665 nəfərdir.[mənbə göstərilməlidir]
Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır.[3] Şürük kənd inzibati ərazi dairəsi sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Şürük kənd inzibati ərazi dairəsində şəhər İcra hakimiyyəti başçısının nümayəndəliyi, Şürük bələdiyyəsi, 1 tam orta məktəb, 2 ümumi orta məktəb 1 körpələr evi - uşaq bağçası, Regional Təlim Mərkəzi, Əkinçilik İnstitutunun Lənkəran dayaq məntəqəsi, Dövlət Maşın Sınaq Stansiyası, Türkəkəran kənd Mədədniyyət evi, 4 məscid, rəqəmsal tipli 1 elektron ATS, 1 poçt şöbəsi, 1 ambulator xəstəxana, 2 tibb məntəqəsi, “Avroaziya” şirniyyat evi, digər ictimai iaşə və xidmət obyektləri fəaliyyət göstərir.[mənbə göstərilməlidir]
Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |