. Love.az

Sefiqe Eyvazova - Wikipedia - Love.az

Ana Səhifə - Sefiqe Eyvazova

Şəfiqə Alxas qızı Eyvazova (9 mart 1947, Bakı) — Azərbaycan kamançaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2000).

Şəfiqə Eyvazova
Ümumi məlumatlar
Doğum tarixi 9 mart 1947 (78 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Janr muğam
Musiqi aləti Kamança
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20002000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963–1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur.

Fəaliyyəti

redaktə

1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-də keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir.

1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur.

Mənbə

redaktə
  • Şəfiqə Eyvazova Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəfiqə_Eyvazova&oldid=7031100"
LOVE.AZ