. Love.az

Sehla Ibrahimova - Wikipedia - Love.az

Ana Səhifə - Sehla Ibrahimova
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Şəhla.

Şəhla İbrahim qızı İbrahimova (d. 2 noyabr 1961, Bakı) — professor, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş konsertmeysteri, Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının müdiri, Azərbaycan Respublikasının xalq artisti (2005).

Şəhla İbrahimova
Doğum tarixi 2 noyabr 1961 (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi musiqi
Elmi adı professor
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

Şəhla İbrahimova 2 noyabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1980-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995–1997-ci illərdə isə Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil almışdır.[1]

Fəaliyyəti

redaktə

Şəhla İbrahimova 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" və "Simli alətlər" kafedrasında işləyir. Hazırda "Simli alətlər" kafedrasının müdiri və professorudur.[1]

Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, "Orkestr repertuarı" adlı proqramın, "Skripka üçün orkestr çətinlikləri" adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir.[1]

Mükafatları

redaktə
  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000[2]
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2005[3]
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2019[4], 7 may 2020-ci il[5], 7 may 2021-ci il[6], 10 may 2022-ci il[7], 6 may 2023-cü il[8], 9 may 2024-cü il[9]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Simli alətlər kafedrasının müəllimləri — İbrahimova Şəhla İbrahim qızı" (az.). Bakı Musiqi Akademiyası. İstifadə tarixi: 26 aprel 2019.
  2. ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2019.
  3. ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2019.
  4. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  5. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  6. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  7. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  8. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  9. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəhla_İbrahimova&oldid=7613827"
LOVE.AZ