Şamil İsmayıl oğlu Allahverdiyev (6 iyun 1930, Yengicə – 3 mart 1998, Bakı) — Geoloq, geologiya-mineralogiya elmləri doktoru.[1]
Şamil Allahverdiyev | |
---|---|
Doğum tarixi | 6 iyun 1930(1930-06-06) |
Doğum yeri | |
Vəfat tarixi | 3 mart 1998(1998-03-03) (67 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirmişdir. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100 — qədərelmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat etmişdir.[1]