Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928 və ya 1928[1], Dərbənd, Dağıstan MSSR – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014)[2], Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965).
Şamil Fətullayev | |||
---|---|---|---|
Şəxsi məlumatlar | |||
Doğum tarixi | 24 dekabr 1928(1928-12-24) və ya 1928[1] | ||
Doğum yeri | |||
Vəfat tarixi | 9 mart 2015(2015-03-09) | ||
Vəfat yeri | |||
Vətəndaşlığı | |||
Təhsili | |||
İşləri və nailiyyətləri | |||
Mükafatları |
|
Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib.