. Love.az

Sandor Demyan - Wikipedia - Love.az

Ana Səhifə - Sandor Demyan

Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018[1], Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur.

Şandor Demyan
Doğum tarixi 14 may 1943(1943-05-14)
Vəfat tarixi 26 mart 2018(2018-03-26)[1] (74 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan
Dəfn yeri
  • Kerepeşi məzarlığı
Fəaliyyəti iş adamı, iqtisadçı
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq İkinci Dünya müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi.[2] 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu. 1996-cı ildə TriGránit şirkətinin baş direktoru oldu. 1999-cu ildə Budapeştdə WestEnd City Center, 2000-ci ildə Bratislavada Polus City Center, 2005-ci ildə Katovitsedə Silesia City Center ticarət mərkəzlərini açmışdır.[3]

2008-ci ildə sərvəti 300 milyard macarıstan forintində qiymətləndirilirdi. O vaxt üçün Macarıstanın ən varlı adamı idi. 2006-cı ildə onun aktivləri 80 milyard təşkil etmişdi, bununla da iki il ərzində sərvətini dörd qat artırdı.[4] 2003-cü ildə o, Macarıstan elminin inkişafına verdiyi töhfələrə və mədəniyyət və incəsənət nailiyyətlərinə görə təqdim olunan Prima Primissima Award mükafatını təsis etdi.[5]

2012-ci ildə xeyriyyəçilik üçün böyük bir ianə etdi.[6]

2014-cü ildə Demyan, yaşına görə təqaüdə çıxmaq məcburiyyətində qaldığını bildirdi.[7] Elə həmən il Macarıstanda ən nüfuzlu altıncı şəxs olaraq tanıdıldı.[8]

26 mart 2018-ci ildə 74 yaşında vəfat etdi.[9]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Meghalt Demján Sándor.
  2. ↑ "Demján Sándor portréja - I. rész: A városalakító". magyarnarancs.hu (macar). 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  3. ↑ "Arxivlənmiş surət". 2007-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  4. ↑ "Архивированная копия". 2007-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.
  5. ↑ "Prima Primissima". Prima Primissima. 2017-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  6. ↑ Origo. "Demján Sándor: Szegényekre és művészekre hagyom a vagyonom". http://www.origo.hu/ (macar). 2017-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  7. ↑ www.napi.hu. "Milliárdos bukás és elképesztő osztalék Demján cégbirodalmában". Napi.hu. 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  8. ↑ www.napi.hu. "Itt a lista! Ők a leggazdagabbak és a legbefolyásosabbak Magyarországon". Napi.hu. 2014-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  9. ↑ "Meghalt Demján Sándor". 2018-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şandor_Demyan&oldid=7908035"
LOVE.AZ