. Love.az

Sayan Qadinefendi 1829 1862 - Wikipedia - Love.az

Ana Səhifə - Sayan Qadinefendi 1829 1862

Şayan Qadınəfəndi (1829, Soçi – 1 yanvar 1862, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin iyirminci xanımı.

Şayan Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1829
Doğum yeri
  • Soçi
Vəfat tarixi 1 yanvar 1862(1862-01-01)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Atası Əhməd bəy Vozden
Anası Nurhan xanım Koçba
Həyat yoldaşı
  • I Əbdülməcid

Həyatı

redaktə

Şayan xanım 1829-cu ildə Soçidə dünyaya gəlmişdir. Əsl adının nə olduğu bilinmir. Atası ubix əsilli Əhməd bəy Vozden, anası isə abxaz əsilli Nurhan Koçba (ö. 1873) idi. 6 və ya 7 yaşında ikən bacıları Sarra Bakinaz (1825–1907) və Nəvnihal (1832–1916) xanımlarla birlikdə İstanbula göndərildi və burada sarayda xidmət edən qohumları Sayəzar xanım vasitəsilə saraya alındılar. Bacıları daha sonra Sultan Əbdülhəmidin hərəmində xidmət etmişdir.

Bacısı Nəvnihal xanımın xatirələrinə görə, Bəzmialəm Validə Sultanın istəyilə 1843-cü ildə köhnə Çırağan sarayında Sultan Əbdülməcidlə evləndirildi. Sultanın istəyilə adı Şayan olaraq dəyişdirildi. Ancaq cütlüyün bu nikahdan övladı dünyaya gəlmədi.

Sultan Əbdülməcidin digər xanımlarından fərqli olaraq, olduqca sadə həyat tərzi yaşayan Şayan xanım, paytaxta köç edən həmyerlilərini tez-tez ziyarət edir, onlara maddi yardım göstərirdi. 1 yanvar 1862-ci ildə vərəm xəstəliyi səbəbilə vəfat edən Şayan xanımın cənazə mərasimi üçün anası Nurhan xanım İstanbula gətirilmiş, mərasimin ardından Sultan Əbdülməcidin istəyilə ölümünədək Dolmabağça sarayında yaşamışdır.

Mənbə

redaktə
  • Açba, Harun. Kadın efendiler: 1839–1924. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şayan_Qadınəfəndi_(1829-1862)&oldid=7991476"
LOVE.AZ