Şeidlər – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəmkir rayonunun Şeidlər kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şeidlər kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]
Şeidlər | |
---|---|
40°49′ şm. e. 45°55′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində uğuzlu (və ya hacılar), zeynallar və kəlbhəsənli adlı oymaqların Şeidlər yeri adlı sahəyə köçürülməsi nəticəsində yaranmışdır. Kənd salındığı ərazinin adını daşıyır. Ərazinin adının isə şəhid (günahsız ölən) sözü ilə bağlılığı güman edilir.[2]
Kənd dağlıq ərazidə yerləşir.
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |