Şirayto şəlaləsi (白糸の滝, Shiraito no taki?) – Yaponiyanın Yamaqata prefekturasının Tozava şəhərinin Furukuçi rayonunda yerləşən şəlalə. Moqami çayının bir qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Şirayto şəlaləsi | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 120 m |
Çay | Moqami çayı |
Yerləşməsi | |
38°46′06″ şm. e. 140°03′01″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Əyalət | |
Rayon | |
Şəhər | |
Moqami çayı Moqami dərəsindən keçərkən dəniz səviyyəsindən 300-500 metr hündürlükdə 48 şəlalə tökülür. Şirayto şəlaləsi onların ən böyüyüdür. Şəlalənin aşağısında Fudo Myooya həsr olunmuş kapella tikilmişdir. Şəlalənin yaxınlığında Kusanaqi onseni yerləşir.
Yaponiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |