Şirin Təkəli (28 fevral 1944, Ankara – 13 iyun 2017, Bodrum, Muğla ili) — Türkiyədə ikinci dalğa qadın hərəkatı öncüllərindən olan qadın hüquqları müdafiəçisi, feminist yazıçı və aktivist.[1]
Şirin Təkəli | |
---|---|
türk. Şirin Tekeli | |
Doğum tarixi | 28 fevral 1944(1944-02-28) |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 2017(2017-06-13) (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() |
Təhsili | Lozanna Universiteti |
Fəaliyyəti | universitet müəllimi[d], yazıçı |
O, qadınların siyasi qərar qəbuletmə proseslərində daha çox iştirak etmələri və onların siyasi qərar qəbuletmə mərkəzlərində daha çox yer almaları üçün mübarizə aparmış aktivistlərdən olub. Əsərləri ilə yanaşı, o, fransız və ingilis dillərindən etdiyi tərcümələri ilə də türk feminist ədəbiyyatına töhfələr verib.
Şirin Təkəli, 1944-cü ildə Ankarada anadan olub. O, iki fəlsəfə müəlliminin yeganə övladıdır. Anası Hayrünisa Köni İstanbul Universitetində fəlsəfə təhsili almış və 30 ildən çox orta məktəblərdə fəlsəfə müəllimi işləmişdir.[2] Atası Yunus Kazım Köni dövrünün önəmli bürokratlarından biri olmaqla yanaşı, ibtidai təhsil üzrə Baş direktor vəzifəsində çalışmışdır.
Şirin Təkəli Ankara Qız Liseyində oxuyarkən, ədəbiyyat və fəlsəfə ilə yaxından maraqlanırdı. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra, Parisə gedir, orada fransız dilini öyrənərək, 1962-ci ildə hüquq təhsili almağa başlayır. Şəhərdəki aktiv siyasi mühit, terror və münaqişələr, təhsil aldığı sahədə istədiyini tapa bilməməsi səbəbindən Parisi tərk edən Təkəli, Lozanna Universitetində "Sosial və siyasi" elmlər üzrə təhsilini davam etdirir.
1967-ci ildə təhsilini başa vuraraq İstanbula qayıdan Şirin Təkəli, həmin il İstanbul Universiteti, İqtisadiyyat fakültəsinin Siyasi Elmlər bölməsinə daxil olur. Bu müddət ərzində tələbəlik illərindən tanıdığı Əhməd Təkəli ilə ailə həyatı qurur. 1973-cü ildə David Estonun Sistemlər Nəzəriyyəsi əsaslanan doktorluq dərəcəsini müdafiə edir. 1978-ci ildə "Qadınların siyasətdə iştirakı" mövzusunda dosentlik dissertasiyasını bitirmişdir. Elmi işini başa çatdırdıqdan sonra sonra seçkilərə qatılır. Fransa hökumətindən təqaüd alaraq, Fransa Milli Elmi Tədqiqat Mərkəzində (Centre National de la Recherche Scientifique - CNRS) kartoqrafiya texnikasını öyrənir. Bu mərkəzdəki işində Türkiyənin bütün seçki məlumatlarını kompüterdə işləyərkən, o, Cin Reynjer və komandası ilə birlikdə "şəhərdə" seçki sosiologiyası məsələsini də araşdırdı. 1980-1981-ci illər tədris ilində universitetdə "İstanbula uyğunlaşdırılmış siyasi sosiologiya" seminarlar verir.
1980-ci il hərbi çevrilişindən sonra qurulan Ali Təhsil Şurasına etiraz edərək, 1981-ci ildə universitetdəki vəzifəsindən istefa verib.
Universitetdən ayrıldıqdan sonra sonra yazıçı, korrektor və tərcüməçi kimi fəaliyyət göstərib. Qadınlarla bağlı "Bərabərlik siyasəti" mövzusunda araşdırmalar aparıb. 1981-ci ildə Yazıçılar Kooperativi YAZKO-nun dəvəti ilə feminist nəşrlərin tərcüməsi qrupunda iştirak edib. Bu qrup şüur artıran qrup təcrübəsini təmin etməklə yanaşı, türkcə feminizm terminologiyasının yaradılmasında da mühüm rol oynamışdır.
Təkəlinin 1982-ci ildə "Qadınlar və Siyasi-İctimai Həyat" adlı kitab şəklində nəşr olunan namizədlik yazısıTürkiyədə qadınların siyasi və ictimai sahədə marjinallaşmasına dair türkcə nəşr olunan ilk kitabdır.
1985-ci ildə Təkəli qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın həyata keçirilməsi və Mülki Məcəllənin islahatı uğrunda mübarizəni tələb edən petisiya kampaniyasına başlayıb.
1987-ci ildə Məişət Zorakılığına Qarşı Yürüş və Xora Festivalı ilə başlayan, 1989-cu ildə Bənövşəyi İynə hərəkatı ilə davam edən fəaliyyətlərdə iştirak edib və gənc, kənd və kürd qadınlarının iştirakı ilə böyüyən ictimai hərəkatlarda yer alıb.
1989-cu ildə Qadın Əsərləri Kitabxanası və İnformasiya Mərkəzi Fondunun yaradılmasında iştirak edib. Şirin Təkəli, Aslı Davaz Mardin, Füsun Akatlı, Jalə Baysal və Füsun Ərtuğ Yaraşdan ibarət qurucu qrup, 14 aprel 1990-cı ildə Fənərdə İstanbul Bələdiyyəsinə məxsus tarixi binada Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzini açıblar.[3]
1990-cı ildə o, gənc feminist tədqiqatçıların əsərlərini bir məcmuədə toplayan 1980-ci illər Türkiyəsində Qadın Perspektivindən Qadınlar kitabını hazırladı. Bu kitab alman və ingilis dillərində də nəşr edilmişdir.
Müəllimlik fəaliyyətini dayandırdıqdan sonra, tərcüməçiliklə məşğul olub. 2011-ci ilə qədər o, əksəriyyəti qadın və demokratiyadan bəhs edən 25 kitabı fransız və ingilis dillərindən türk dilinə tərcümə edib.
1996-cı ildə o, Fransa Mədəniyyət Nazirliyi tərəfindən Akademik Palma mükafatına layiq görülüb.[4]
Şirin Təkəli 13 iyun 2017-ci ildə beyin xərçəngindən müalicə aldığı Bodrumda dünyasını dəyişib. O, ölməmişdən əvvəl cəsədini, elmi araşdırmalarda istifadə edilməsi üçün Cərrahpaşa Tibb Fakültəsinə bağışlayıb. Bu səbəbdən də dəfn mərasimi keçirilməyib.[5]
Sabancı Universiteti, Gender və Qadın Araşdırmaları Mərkəzi (SU Gender) 2017-ci ilin noyabrından etibarən Türkiyədə qadın və gender araşdırmalarının öncüllərindən olan Şirin Təkəlinin adına təsis edilmiş "Şirin Təkəli Araşdırma mükafatını" hər il namizədlərə təqdim edir. Doktorluq dərəcəsini bitirmiş doktorant və tədqiqatçılara gender və qadın tədqiqatları sahəsində işləyə bilmələri üçün layihə mükafatları təqdim edir. Mükafat, qaliblərə hər il keçirilən toplantıda təqdim olunur.[8]
Qadın Namizədləri Dəstəkləmə Dərnəyi (Ka.Der) və İstanbul Gedik Universitetinin birgə təşkil etdiyi "Şirin Təkəli Yerli Rəhbərliklər Akademiyası" adlı araşdırma 2018-ci ildən bəri hər il həyata keçirilir. Bu tədqiqat, yerli idarəetmələrdə gender bərabərliyi perspektivinə malik qadınların sayının artırılmasına töhfə vermək üçün təşkil edilir.[9]