Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Alışanov Şirindil Həsən oğlu (28 oktyabr 1952, Əhmədli, Laçın rayonu – 14 mart 2024[1]) — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri,[2] Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Şirindil Alışanov | |
---|---|
Şirindil Həsən oğlu Alışanov | |
Fayl:Şirindil Alışanov.jpg | |
Doğum tarixi | 28 oktyabr 1952(1952-10-28) |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 2024(2024-03-14)[1] (71 yaşında) |
Dəfn yeri | |
Elm sahələri | filologiya, ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmlər doktoru |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | Ələmdar Cabbarlı, Səbuhi Qəhrəmanov |
Üzvlüyü | |
Mükafatları |
![]() |
Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun mənşəcə kürd,[3][4] digərlərində isə türk olduğu yazılmışdır.[5] Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır.
1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir.
1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır.
1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalış¬mış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir.
1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir. 1977-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya həsr olunmuş birgə respublika konfransında məruzə etmiş, ədəbi-nəzəri fikrin ən aktual problemləri ilə bağlı müzakirə və konfranslarda ardıcıl çıxış etmişdir. O, ədəbi tənqidin nəzəri-metodoloji problemləri, müasir poeziya, onun əsas inkişaf meylləri, poetik axtarışları barədə dövri mətbuatda və bir çox məcmuələrdə ardıcıl çıxış edir.
1993-1998-ci illərdə «Elm» qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən hazıradək "Sabah" nəşriyyatının direktorudur.
1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin müdiri olmuş, hazırda XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir. Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzə etmişdir.
Şirindil Alışanov Moskvada çıxan «Akademiçeskie tetradi», «Nauçnaə kniqa» jurnallarının beynəlxalq redaksiya heyətinin və Akademiyaların Beynəlxalq Assosiasiyasının Kitab nəşri üzrə Şurasının üzvüdür.
Bunlardan əlavə dövri mətbuatda ədəbi-ictimai məsələlərə həsr edilmiş 50-dən artıq məqaləsi dərc edilmişdir.
Bunlardan başqa 50-dən artıq ədəbi-bədii və elmi-publisist kitabın redaktorudur.