. Love.az

Sirvan Dovlet Iqtisadiyyat Ve Humanitar Kolleci - Wikipedia - Love.az

Ana Səhifə - Sirvan Dovlet Iqtisadiyyat Ve Humanitar Kolleci

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.[1]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Əsası qoyulub 28 iyun 1999
Tip orta-ixtisas təhsili müəssisəsi
Şəhər Şirvan
Ölkə
  •  Azərbaycan
Ünvan Şirvan şəhəri
39°57′17″ şm. e. 48°56′47″ ş. u.HGYO
Xəritə

Tarixi

redaktə

28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır.[2]

9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış,[3] 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur.[4]

İxtisaslar

redaktə

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[5]

  • Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Ailə və ev təhsili;
  • Məktəbəqədər təlim və tərbiyə;
  • Mühasibat uçotu;
  • Maliyyə işi;
  • Kompüter sistemlərində proqram təminatı;
  • Neft-qaz işi.

İstinadlar

redaktə
  1. ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  2. ↑ "Əli Bayramlı Pedaqoji Texnikumunun yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli, 108 nömrəli Qərarı. [ölü keçid]  (az.)
  3. ↑ "Əli Bayramlı Pedaqoji Texnikumunun adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2006-cı il tarixli, 66 nömrəli Qərarı. Arxivləşdirilib 2018-11-09 at the Wayback Machine  (az.)
  4. ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2008-ci il tarixli, 134 nömrəli Qərarı. Arxivləşdirilib 2022-10-06 at the Wayback Machine  (az.)
  5. ↑ 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. [ölü keçid]  (az.)
   Məktəb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Şirvan şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şirvan_Dövlət_İqtisadiyyat_və_Humanitar_Kolleci&oldid=7995366"
LOVE.AZ