Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |