. Love.az

Sotland Funtu - Wikipedia - Love.az

Ana Səhifə - Sotland Funtu

Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır.

Şotland funtu
Dövriyyə ərazisi
Emitent ölkə
  •  Şotlandiya krallığı
Tarixi
Dövriyyəyə buraxılma XII əsr
100 şotland funtu

Müstəqil Şotlandiyanın pul vahidi

redaktə

Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub.

Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı.

Şotlandiya banklarının əskinazları

redaktə

Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər. Rəsmi tədavül vasitəsi olmasalar da Böyük Britaniya ərazisində qəbul edilirlər.

  • Emissiya keçirən banklar — Şotlandiya Kral Bankı, Şotlandiya Bankı, Klaydsdeyl Bank (onların hər biri əskinazlarda öz dizaynını istifadə edir).
  • Əskinazların əsas rəngləri — qəhvəyi, zeytun rəngi, yaşıl.

Mənbə

redaktə
  • Scottishmoney sytında şotland sikkələri  (ing.)
  • "Böyük Britaniya" saytında şotland sikkələrinin tarixi (yunikorn, hardhed, testun, bobi)
  • Şotland Bankının əskinazları (1943-cü ildən)
  • Müasir şotland əskinazları Arxivləşdirilib 2013-06-02 at the Wayback Machine (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şotland_funtu&oldid=7509331"
LOVE.AZ