Şuşa Dövlət Tarix-memarlıq Qoruğu — Şuşa şəhərində 1988-ci ildə yaradılan qoruq.[1]Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir.[2]
Şuşa Dövlət Tarix-memarlıq Qoruğu | |
---|---|
![]() | |
![]() | |
39°45′05″ şm. e. 46°44′09″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Şuşa |
Tikilmə tarixi | 1752 |
Üslubu | Arran memarlıq məktəbi |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 21 |
Kateqoriya | Qoruq |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Şuşa Dövlət Tarix-memarlıq Qoruğu — XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşmasıdır. Yeni yaranmış xanlıq mərkəzləri içərisində Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri salındığı yerin qeyri-adi təbiəti və üstün strateji göstəriciləri ilə seçilir.
Şuşa Dövlət Tarix-memarlıq Qoruğuna daxil olan abidələrdən[6]
Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz vardır. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar — məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir.[12]
Şuşanın düzbucaq planlı məhəllə məscidlərinin (Culfalar, Çuxur, Hacı Yusifli və s.) bayır görünüşləri yaşayış evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə uyğun tərtib edilmişdir. İbadət salonunun üçnefli bölgüsü olan məhəllə məscidləri (Çöl qala, Təzə, Saatlı, Mamayı) daha kamil plan-məkan quruluşları ilə seçilir. Məhəllə məscidlərinin çoxunda azançı (müəzzin) üçün damda kiçik köşklər quraşdırıldığı halda Saatlı məscidinin kərpic naxışlı bəzəyi olan minarəsi var. Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir. İbrahim xanın 1768-ci ildə tikdirdiyi məscidin yerində qızı Gövhər ağanın yenidən tikdirdiyi bu abidə Şuşanın Böyük Cümə məscididir. Cümə məscidi Şuşanın baş meydanı olan Meydanın dominantıdır. Şuşa şəhərinin baş meydanından 150 metr şimal-şərqdə Aşağı Gövhər ağa məscidi ətrafında formalaşmış memarlıq kompleksi yerləşir. Kompleksə məscid, mədrəsə, dükanlar və yaşayış evləri daxildir. Memar Kərbəlayi Səfi xanın 1868–1870-ci illərdə tikdiyi Aşağı Gövhər ağa məscidi ümumi plan-məkan quruluşuna görə Ağdam və Şuşa Cümə məscidlərinə bənzəyir. Ancaq Aşağı Gövhər ağa məscidindəki iki minarə ön fasadda deyil, arxa fasadın künclərində yerləşdirilib. Şuşanın demək olar bütün məhəllə məscidləri memar Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikildiyindən onların hamısında ümumi memarlıq üslubu hiss olunur. Şuşa şəhəri XVIII–XIX əsrlərdə beynəlxaıq ticarətdə çox aktiv iştirak edib. Onun Şərq və Qərb ölkələri ilə apardığı ticarət əməliyyatları şəhər quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına səbəb olur. Bütün şəhərin planlaşma özəyi olan Meydan Şuşanın baş ticarət kompleksinin də özəyidir. Meydandan Şuşanın üç ticarət küçəsi şaxələnir — şimala Rasta bazar, şərqə Aşağı bazar, cənuba Şeytan bazar. Yanlarında dükanlar sıralanan bu ticarət küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və ticarət meydanları yerləşirdi. Qədim yaşayış məskəni yerində Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhəri 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-memarlıq Qoruğu elan edilmişdir.[13]